Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-659/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Milli Gəlirlər Departamentinin cavabdeh Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” Zavoduna qarşı iş üzrə QƏRAR (Açar sözlər: iddianın mümkün sayılmaması, vergi orqanı tərəfindən icra orqanına vergi borcunun tutulması ilə bağlı icra sənədinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Qürbət Əsgərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, cavabdehin nümayəndəsi və vəkili Pərviz Məmmədovun iştirakı ilə, İddiaçı Milli Gəlirlər Departamentinin cavabdeh Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” Zavoduna qarşı məcburi sosial haqları üzrə yaranmış borcun tutulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxxxx 2019-cu il tarixli 2-1(103)-1905/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavoduna qarşı “Radioquraşdırma” zavodunun xx xxxxxxx 2014-cü il tarixdən xx xxxxx 2018-ci il tarixədək 808886,4 2 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə DSMF-nin İri sığortaedənlərlə iş idarəsinin xeyrinə tutulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Radioquraşdırma” zavodundan xx xxxxxxx 2014-cü il tarixinədək olan dövr ərzində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun DSMF-nin İri sığortaedənlərlə iş idarəsinin xeyrinə tutulmasına dair Azərbaycan Respublikasının 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(82)-1818/2015 saylı qətnaməsi mövcuddur. Cavabdeh “Radioquraşdırma” zavodunun axırıncı iddia məbləği tarixindən sonra, yəni xx xxxxxxx 2014-cü il tarixdən xx xxxxx 2018- ci il tarixədək olan dövr ərzində DSMF-nin İri sığortaedənlərlə iş idarəsinə 808886,42 manat (əsas borc 808886,42 manat, penya 00 manat) məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmışdır. Məcburi dövlət sosial sığorta haqqı iqtisadi mahiyyətinə görə vergi olmadığından, bu haqların ödənilməməsi bilavasitə “Radioquraşdırma” zavodunda çalışan və çalışmış işçilərin gələcək pensiya təminatına mənfi təsir göstərəcəkdir. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-4181/2018 nömrəli (sədrlik edən hakim X.İmanov) qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, xx xxxxxxx 2014-cü il tarixdən xx xxxxx 2018-ci il tarixədək olan dövr ərzində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 808886, 42 manat məbləğində borcun “Radioquraşdırma” zavodunun (VÖEN **********; SUN **********7) əmlakının satılması yolu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu İri Sığortaedənlərlə İş İdarəsinin xeyrinə tutulması, iddianın qalan hissədə yəni cavabdehin fəaliyətinin dayandırılması hissəsində rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinəxx xxxxxxx 2014cü il tarixdən xx xxxxx 2018-ci il tarixədək olan dövr ərzində 808886,42 manat məbləğində borcun əsassız hesab edilməklə, ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-1905/19 nömrəli (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Həmidov və V.Baxışova) qərardadı ilə cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(82)-4181/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Milli Gəlirlər Departamentinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavoduna qarşı xx xxxxxxx 2014-cü il tarixdən xx xxxxx 2018ci il tarixədək 808886,42 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə Azərbaycan Respublika sının Vergilər Nazirliyi yanında Bakı şəhəri Milli Gəlirlər Departamentinin xeyrinə tutulması barədə iddiasının mümkün sayılmamasıqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayətini onunla əsaslandırılmışdır ki,İddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1 (103)-1905/2019 saylı qərardadı ilə razı deyil (qərardad Baş İdarəyə xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir) və hesab edilir ki, sözügedən məhkəmə qərardadı qanunvericiliyin tələblərinə uyğun olmadığından, eyni zamanda aşağıdakı səbəblərdən ləğv edilməlidir.Belə ki, məhkəmənin mövqeyinin (“vergi orqanının vergilər üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun siyahıya alınmış əmlakın ixtisaslaşd ırılmış açıq hərracda satılması tələbi ilə bağlı olması” mülahizəsinin) əsaslı olmaması ilə bağlı bildirilir ki, məhkəmə Vergi Məcəlləsinin 23.1.15-1-ci istinad etsə də həmin maddənin tələblərini nəzərə almamışdır.Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını məhkəmə qaydasında tələb edə bilər. Bu maddi hüquq normalarında təsbit edilmiş pozitiv imkandır və bunun mövcud olmamasını, yaxud kreditor olan vergi orqanına şamil edilməməsini fərz etmək əsaslı hesab edilə bilməz. Digər tərəfdən, məhkəmə qərardadında qeyd etmişdir ki, vergi orqanı inzibati orqan olmaqla onun qəbul etdiyi aktlar da inzibati akt hesab edilir. Həmin inzibati akt “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 82-ci maddəsinə müvafiq su rətdə məhkəməyə müraciət edilmədən icraya yönəldilə bilər. Beləliklə, məhkəmənin mövqeyincə vergi orqanının məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu və 90-cı maddələrinə müvafiq surətdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi ilə bağlı olmalıdır. Digər hallarda vergi borcunun alınması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 82.2-ci maddəsində müəyyən edilmiş şəkildə, məhkəmədən kənar qaydada həll olunmalıdır. Bundan başqa xx.xx.2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişiklikdən əvvəlki redaksiyanın 18-ci maddəsində qeyd edilirdi ki, məcburi dövlət sosial sığortası sahəsində idarəet məni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququna malikdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1905/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də məhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Fərid Fətullayev məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı o lmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Pərviz Məmmədov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikay əti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsasl anıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)-1905/2019 saylı qərardadı ilə, iddiaçının apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(82)-4181/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Milli Gəlirlər Departamentinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavoduna qarşı xx xxxxxxx 2014-cü il tarixdən xx xxxxx 2018-ci il tarixədək 808886,42 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun cavabdehin fəaliyyəti nin dayandırılması və əmlakının satılması yolu ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Milli Gəlirlər Departamentinin xeyrinə tutulması barədə iddiasının mümkün sayılmaması qənaətinə gələrkən Vergi Məcəlləsinin 1.4, 23.15-1, 65, 89.1, 90, 90.1-ci maddələrinə, “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-(103)-1905/19 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə razılaşaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Vergi Məcəlləsinin 23.1.7-ci maddəsinə əsasən vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanlarının hüquqlarıdır. Qeyd edilən normadan göründüy ü kimi, vergi orqanının Vergi Məcəlləsinin 65-ci maddəsində təsbit olunan sərəncamı icra (ödəniş) sənədi olmaqla, «İnzibati icraat haqqında» Qanunun 2.0.2, 2.0.11, 64 və 81-ci maddələri anlamında icrası məcburi olan, barəsində çıxarılmış şəxsin hüquqi vəziyyətində neqativ dəyişikliklər yaradan, onun hüquqlarını məhdudlaşdıran əlverişsiz (yükləyici) inzibati aktdır, sərəncamın icrası banklar üçün də məcburi olduğu üçün vergi ödəyicilərinin hesablarından borcların dövlət büdcəsinə alınması üçün, əlavə olaraq hər hansı məhkəmə qərarına ehtiyac duyulmadan, kredit təşkilatlarına təqdim edilməsi kifayətdir. Məhkəmə kollegiyası hesab edir ki apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “İnzibati icraat haqqında» AR Qanununun 82-ci maddəsinə görə pul tələblərinin ödənilməsi il ə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Qeyd olunan normanın mübahisəyə tətbiqi göstərir ki, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında» AR Qanununu öz fəaliyyətində rəhbər tutmalı olan inzibati orqan kimi iddiaçı da sözügedən qanunvericilik aktının tələblərinə əməl etməklə, öz hüquq və vəzifələrinin həyata keçirilməsində ən səmərəli, qənaətli və effektiv imkanlardan istifadə etməlidir. Bu mənada, hazırkı iddia ilə tələb olunan borc məbləğinin tutulması barədə inzibati akt (qərar) qəbul edərək, iddiaçı onun icraya yönəldilməsini və icrasını təmin etməli idi. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişd ir ki, “Sosial sığorta haqqında” AR Qanununu 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra - VM) vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə görə isə, bu Məcəllənin vergitutmanın ümumi əs asları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Eyni zamanda iddia ərizəsindən göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Milli Gəlirlər Departamentinin iddia tələbi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat B irliyinin “Radioquraşdırma” zavodunun dövlət büdcəsinə ödənilməmiş 808886,42 manatməbləğində vergi borcunun cavabdehdən alınması barədədir. Vergi Məcəlləsinin “Vergi orqanlarının hüquqları” adlanan 23-cü maddəsinin 23.1.15-1-ci bəndinə əsasən həqiqətən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Lakin bu maddi norma ümumi xarakter daşıyır, yəni vergi orqanının vergilər üzrə borclarının və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olmasını təsbit edir. Bunun konkret təzahürü və qaydası isə Vergi Məcəlləsinin 89.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsi ümumi qaydada vergi orqanlarının vergilər (eləcə də, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı) üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olduğunu təsbit edir, bu hüququnun realizə imkan və qaydaları isə Vergi Məcəlləsinin 89 və 90-cı maddə ləri ilə tənzimlənir. Vergi Məcəlləsinin 90-cı maddəsinə görə, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilat tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda satılması haqqında məh kəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi icra məmuru tərəfindən təmin edilir. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi orqanlarının vergi borclarının dövlət büdcəsinə ödənilməsini təmin etmək üçün müxtəlif üsullar nəzərdə tutulmuşdur. Bununla yanaşı, vergi ödəyicilərinin borclarının vaxtında dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üçün qanunvericilik borcların tutulmasına müəyyən vaxt məhdudiyyəti qoymuşdur ki, bunun da məqsədi vergi orqanlarının bu sahədə olan nəzarətinin səmərəliliyini artırmaq və dövlət büdcəsinin, dolayı yolla isə vergilərdən əldə edilən gəlirlər hesabına maliyyələşən əhəmiyyətli sahəl ərin maliyyə təminatını vaxtında təmin etməkdir. Belə olan halda, iddiaçı yalnız siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə iddia ilə məhkəməyə müraciət edə bilərdi. Bütün yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 68, 69, 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1905/19 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-659/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-659/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver