Məhkəmə qərarları › İş №2-1(102)-659/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-659/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-659/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “xxxx” ASC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkün sayılması barədə qərardaddan verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili Vəkil iştirakları ilə, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdeh Dövlət Ver gi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “tələbin icraya yönəldilməsi haqqında 2020-ci il 21 fevral tarixli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2040/2020 nömrəli, 2020ci il 15 dekabr tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş tələbin icraya yönəldilməsi haqqında 2020ci il 21 fevral tarixli, **********312000 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4089/2020 saylı, 2020-ci il 23 sentyabr tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2040/2020 nömrəli, 2020-ci il 15 dekabr tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

5. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ

6. İddiaçının nəzərinə çatdırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 23 sentyabr tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 15 dekabr tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddianı qərardadda göstərilən əsaslar üzrə mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Lakin iddianın mümkün sayılması barədə qərardaddan şikayət verilməsi imkanı İPM-də nəzərdə tutulmamışdır.

7. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında çıxış edərək şikayə t üzrə kassasiyanın mümkün sayılmasını xahiş etdilər.

8. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ

9. İPM: Maddə 35.3 İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİ N MÜMKÜNLÜYÜ.

10. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

11. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 23 sentyabr tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020ci il 15 dekabr tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 23 sentyabr tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

12. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddianı qərardadda göstərilən əsaslar üzrə mümkün hesab etmişdir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Lakin iddianın mümkün sayılması barədə qərardaddan şikayət verilməsi imkanı İPMdə nəzərdə tutulmamışdır.

13. Yuxarıda gö stərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2040/2020 nömrəli, 2020-ci il 15 dekabr tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir. Sədrlik edən: Hakimlər: İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar