Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-659/2023 07.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (İş № 2-1(102)-659/2023) (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxxxx 1960-cı il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesabla nması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 2-1(103)2841/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Baş Prokurorluğunun 22 aprel 2020-ci il tarixli əmri ilə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru ədliyyə müşaviri İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 22 aprel 2020-ci il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanl arında qulluq keçməsinə xitam verilmişdir.
2. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş 21 may 2020-ci il tarixli “Pensiyanın hesablanması üçün əmək haqqı barədə arayış”ına əsasən, İddiaçı istifadə etmədiyi məzuniyyətlərə görə 10.414 manat 22 qəpik məbləğində pul kompensasiyası hesablanaraq ödənilmiş, həmin vəsaitdən Dövlət Sosial Müdafiə Fonduna müvafiq ayırmalar edilmişdir.
3. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Əmək pensiyasının təyin edilməsi haqqında” 3 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçıya 22 aprel 2020-ci il tarixdən (dövlət qulluğu vəzifəsində stajı-34 il 06 ay 23 gün, Dövlət məvacibi 4262,19 manat, pensiyanın faizi- 80 faiz, pensiyanın müddəti – müddətsiz) 3.409,75 manat məbləğində pensiya təyin olunmuşdur.
4. İddiaçı ərizə ilə cavabdehə müraciə t edərək istifadə edilməmiş məzuniyyətə görə ödənilmiş kompensasiyanın orta əmək haqqının hesablanması zamanı nəzərə alınmasını xahiş etmişdir.
5. Cavabdeh 3 mart 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Ərizədə qeyd edilən pul təminatının əmək pensiyası hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya m əhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək pensiyanın yenidən hesablanması və ona 2020-ci ilin aprel ayından başlayaraq məhkəmə qərarı qəbul edilən günə qədər verilməyən məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işdən azad olunduğu gündən “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə əsasən sonuncu 24 ay nəzərə alınmaqla pensiyanın hesablanıb ödənilməsi həyata keçirilmişdir. Lakin ödənilən məbləğ düzgün hesablanmamış və pensiyanı tam həcmdə ala bilməmişdir. Belə ki, Dövlət Sosial Müdafiə Fonduna təqdim etdiyi, Baş Prokurorluğun verdiyi arayışda ona ödənilən 10.414,2 2 manat hesablanıb nəzərə alınmamış və hesablama zamanı səhvlərə yol verilmişdir. Həmin arayışda iddiaçıya verilən 10.414,22 manat əmək haqqı fondundan verilməklə, DSMF-yə müvafiq ayırmalar edilmişdir. Bu məbləğ istifadə edilməmiş məzuniyyətlərə görə toplanılan və iddiaçıya zamanında ödənilməyən puldur. Əmək Məcəlləsinin 143-cü maddəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin "a" və "ç" bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili üçün ona məzuniyyət verilir və işdən çıxma məzuniyyətin son günü hesab edilir. Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsas ından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 16 sentyabr 2021-ci il tarixli, 21(112)- 5129/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci bəndinə istinad etməklə hesab etmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur. Bu səbəbdən cavabdehin imtinası qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/ A.S.Hüseynov və S.İ.Bektaşi) 8 aprel 2022-ci il tarixli, 21(103)-463/2022 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin 16 sentyabr 2021ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçıya işdən azad edilərkən ödənilmiş 10414,22 manat vəsait 1984/1985, 1992/1993, 1993/1994, 1995/1996, 1996/1997, 1998/1999, 2000/2001, 2001/2002-ci illər üçün ödənilməmiş əmək məzuniyyətinə görə kompensasiyadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tar ixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci bəndinə əsasən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənclərə aid olduğundan və ümumiyyətlə iddiaçıya 10414,22 manat vəsait prokurorluq orqanlarında qulluğun son 24 ayı ərzində ödənilməli olan əmək haqqı və digər ödənişlərə daxil olmadığından iddiaçının tələbi əsassızdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X2 (məruzəçi) X7 və X1) 5 iyul 2022-ci il tarixli, 2-1(102)-12 08/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 aprel 2022-ci il qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 16. işə baxan aşağı instansiya məhkəmələri və cavabdeh yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci bəndinə istinad etməklə həmin məbləğin pensiya hesablanması zamanı nəzərə alınmalı olmaması ilə bağlı nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası bununla razılaşmayaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.8ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanl arında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, müəyyən edilir. İş üzrə araşdırılmalı və müəyyən edilməli məsələ iddiaçıya istifadə edilməyən məzuniyyətlərə görə verilən 10.414,22 manat pul məbləğinin hansı illərin məzuniyyəti ilə bağlı ödənilməsidir. Belə ki, iddiaçının pensiyaya çıxmadan əvvəl işlədiyi son 24 ay ərzində istifadə edilməyən məzuniyyətinə görə verilmiş pul məbləği pensiyanın yenidən hesablanmasında nəzərə alınmalıdır. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi bu halı araşdırmadan, iş üzrə qərar qəbul etmiş, bununla da İPM-nin 12.1ci maddəsinin tələbini pozmuşdur. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Azərbaycan Respublikası Baş Pr okurorluğu tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçıya işdən azad edilərkən ödənilmiş 10414,22 manat vəsait 1984/1985, 1992/1993, 1993/1994, 1995/1996, 1996/1997, 1998/1999, 2000/2001, 2001/2002-ci illər üçün ödənilməmiş əmək məzuniyyətinə görə kompensasiyadır.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 2-1(103)-2841/2022 nömrəli qərarı (hakimlər X3 /sədrlik edən və məruzəçi/ X5 və X6) ilə birinci instansiya məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmi n olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2002-ci il tarixli qərarına əsasən istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə vətəndaşa ödənilən vəsait dəymiş zərərin əvəzi olaraq verilən kompensasiya deyil, bu işdən çıxmış işçiyə istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə imperativ qaydada ödənilən pul əvəzidir. Yuxarıda adları çəkilən Qanuna və Qərara baxmayaraq apellyasiya kollegiyası istifadə edilməmiş əmək məzuniyyətlərinə görə şəxsə imperativ şəkildə ödənilməli olan vəsaiti “kompens asiya" adlandırır.
22. Qərarı qəbul etmiş kollegiya iddianın rədd edilməsinin mütləq əsası kimi öncə Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 saylı Qərarını əsas götürür, sonra qeyd edir ki. 10414.22 manat vəsait prokurorluq orqanlarında qulluğun son 24 ayı ərzində ödənilməli olan əmək haqqı və digər xərclərə daxil olmadığından iddia tələbi əsassızdır. Buradan belə nəticəyə gəlmək olur ki, bu vəsait son 24 aya aid olsa idi onda pensiya hesablanması zamanı nəzərə alınmalı idi. 10414.22 manat pulun işdən çıxan anda (pensiyaya çıxan anda) ödənilməməsinin məsuliyyəti Baş Prokurorluq olduğuna əhəmiyyət vermir. Şəxsin təqsiri olmadan iş yerindən ona verilməli olan pul məbləğin vaxtında verilməməsinə görə pozulmuş pensiya hüququnu mübahisələndirə bilinməz və pensiyasının yenidən hesa blanmasını tələb edilə bilməz. b. kassasiya şikayətinə etirazın dəlilləri
23. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanun Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri;... 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla);... 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir:
25. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə
177. Orta əmək haqqı və onun hesablanması qaydası
1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.
2. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 3. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktiki işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.
4. Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır.
5. Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir.
6. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahı”... istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir....
27. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formad a təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İddiaçı 2020-ci ilin aprel ayında qulluqda olmanın yaş həddinə çatdığına görə prokurorluq orqanlarında onun qulluq keçməsinə xitam verilmiş, “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin tələbinə uyğun prokurorluq orqanlarında qulluğun son 24 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən cavabdeh iddiaçıya pensiya təyin etmiş, Baş Prokurorluq son 24 ay ərzində həm də iddiaçıya 1984-2002-ci illəri əhatə edən bəzi illərə görə iddiaçıya ödənilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödəmiş, iddiaçı həmin kompensasiyanın pensiya təyini zamanı nəzərə alınmasını xahiş etmiş, cavabdeh bundan imtina etmiş, mübahisə ilə bağlı məhkəmə icraatı iddianın təmin olunmaması ilə nəticələnmiş, iddiaçı apelyasiya məhkəməsinin qərarı ilə razılaşmamışdır.
33. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. 34. “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda bəhs olunan müddəalarına görə iddiaçının vəziyyətində olan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haq qındakı sonrakı artımlar da nəzərə alınmaqla... müəyyən edilir.
35. Azərbaycan Respublikası Baş Prokurorluğunun 22 aprel 2020-ci il tarixli əmri ilə iddiaçının “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 22 aprel 2020-ci il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmiş və iddiaçıya pensiya hesablanması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 21 may 2020-ci il tarixli “Pensiyanın hesablanması üçün əmək haqqı barədə arayış” verilmişdir. Həmin arayışda iddiaçının son 24 ay ərzində aldığı məbləğlər qeyd edilməklə yanaşı, onun istifadə etmədiyi məzuniyyətlərə görə 10.414 manat 22 qəpik məbləğində pul kompensasiyası hesablanaraq ödənildiyi və həmin vəsaitdən Dövlət Sosial Müdafiə Fonduna müvafiq ayırmalar edildiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən pensiya hesablanarkən isə istifadə edilməyən məzuniyyətlərə görə verilən 10.414 manat 22 qəpik nəzərə alınmamışdır.
36. Təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçıya işdən azad edilərkən ödənilmiş 10414,22 manat vəsait 1984/1985, 1992/1993, 1993/1994, 1995/1996, 1996/1997, 1998/1999, 2000/2001, 2001/2002-ci illər üçün ödənilməmiş əmək məzuniyyətinə görə kompensasiyadır.
37. Göründüyü kimi, iddiaçının istinad etdiyi kompensasiya məbləği 2002-ci ilədək olan dövrə aiddir, qulluğun son 24 ayının əmək haqqına və digər əl avələrə aid deyil. Qanunvericilik isə prokurorluq orqanlarında qulluğun son 24 ayı ərzində alınan bütün əmək haqqının, kompensasiyanın və digər əlavələrin orta aylıq məbləğindən deyil, son 24 aydakı əmək fəaliyyəti ilə bağlı alınan əmək haqqının orta aylıq məbləğindən pensiyanın hesablanmasını nəzərdə tutmuşdur.
38. Bu səbəbdən də ödənilməmiş əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş kompensasiya onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmadığından son 24 ayı əhatə edən əmək haqqı məbləğinə daxil edilə bilməz. Həmin məbləği iddiaçının hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haqqı tutulması da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, istənilən halda, həmin məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi 2018-2020-cü illəri əhatə edən əmək ha qqının tərkibinə daxil deyil və “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin məzmunundan da göründüyü kimi, əmək pensiyasına əlavələr qulluğun məhz son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablanır.
39. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd olunması barədə düzgün nəticəyə gəlsə də, gəldiyi nəticəni həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”na istinad etməkdə haqlı olmamışdır.
40. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 177-ci maddəsində orta əmək haqqına anlayış verilmiş, pensiya qanunvericiliyində pensiyanın orta əmək haqqına əsasən hesablan ması nəzərdə tutulmamışdır. Digər tərəfdən, Əmək Məcəlləsinin 177-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir. Lakin hazırkı işdə Əmək Məcəlləsinin sadalanan maddələrində nəzərdə tutulmuş hallar mövcud olmamışdır.
41. Odur ki, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənc olması əsasına görə iddianın rədd edilməsi qanuni sayıla bilməz.
42. Mübahisə olunan apelyasiya məhkəməsinin qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar yuxarıda sadalanan digər əsaslara görə düzgün olduğundan, məhkəmə kollegiyası kasasiya şikayətinin təmin edilməsi üçün əsas görmür.
43. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 2-1(103)-2841/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.