Məhkəmə qərarları › İş №2-1(102)-659/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-659/2024

09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-659/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Fikrət oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; usta, quraşdırıcı çilingər) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3380/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə kimi hərbi xidmətdə olmuşdur.

2. Həmçinin iddiaçıya məxsus diplomun surətindən görünür ki, 1982-1987-ci illər ərzində Azərbaycan Memarlıq və İnşaat institutunda təhsil almışdır.

3. SOCAR tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışında bildirilir ki, “Neftqaztikinti” trestinin arxiv fondunun materiallarına əsasən iddiaçı: - xx.xx.1987-ci il tarixli 17 лс nömrəli əmrə ə sasən “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə (Neft Daşları) usta vəzifəsinə qəbul edilmişdir. - xx.xx.1990-cı il tarixindən xx.xx.1990-cı il tarixli 55/k nömrəli əmrə əsasən iş icraçısı vəzifəsinə keçirilmişdir. - xx.xx.1990-cı il tarixindən xx.xx.1990-cı il tarixli 61 a nömrəli əmrə əsasən 2-ci dərəcəli Əməyin təşkili və normalaşdırılması üzrə mühəndis vəzifəsinə keçirilmişdir. - xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixli 78/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən tutduğu vəzifədən köçürmə yolu ilə işdən azad edilmişdir. - xx.xx.1992-ci il tarixli 111/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə iş icraçısı vəzifəsinə qəbul edilmişdir. - xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixli 95/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən tutduğu vəzifədən köçürmə yolu ilə işdən azad edilmişdir. 4. “McDermott X2” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəmə sorğusuna cavabda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2002-xx.xx.2004-cü illərdə “McDermott X2” Şirkətinin layihələrində 6-cı dərəcəli quraşdırıcı (Structural fitter gr.6) vəzifəsində çalışmışdır.

5. Həmçinin xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X1” MMC-də 6-cı dərəcə Quraşdırıcı (Structural Fitter gr. 6) vəzifəsində çalışmışdır.

6. Əmək kitabçasından görünür ki, iddiaçı 1977-ci ildən 60 yaşının tamam olduğu tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur, hazırda da işləyir.

7. İddiaçı xx.xx.2022-c i il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

8. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 10 ay 24 gün (xx.xx.1990- xx.xx.1990-cı il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.2007-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010- cu il, x x.xx.2016-xx.xx.2017-ci il və xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı 25 avqust 2022-ci il tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xi dmətdə olmuşdur. 1982-ci ildən 1987-ci ilə qədər Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsil almışdır. xx.xx.1977-ci ildən hazıradək işləyir, o cümlədən “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində (Neft Daşları) xx.xx.1987-ci il tarixdən usta, xx.xx.1990-cı il tarixindən iş icraçısı, xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixədək 2-ci dərəcəli Əməyin təşkili və normalaşdırılması üzrə mühəndis, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək “Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində iş icraçısı, xx.xx.2002ci il tarixindən xx.xx.2004-cü il tarixinədək “MakDermott X3.” şirkətində quraşdırıcı, xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək “Barama” kiçik müəssisəsində iş icraçısı, "xxxx" Birgə Müəssisəsinin Tikinti s ahəsində xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilədək usta, xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək inşaat işləri üzrə usta, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək quraşdırma işləri üzrə usta vəzifələrində işləmişdir. Şəxsin yuxarıda sadalanan əmək fəaliyyətləri ona məxsus əmək kitabçası ilə yanaşı iş yerindən verilmiş arxiv arayışları ilə öz təsdiqini tapmışdır.

11. Bundan sonra, iddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək ona güzəştli şərtlərlə 60 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir.

12. Cavabdeh inzibati orqanın cavab imtinanın əsası kimi şəxsin xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az olması (6 il 10 ay 24 gün) qeyd olunmuşdur.

13. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, "xxxx" Birgə Müəssisəsinin xx.xx.2020-ci il tarixli AZF2020/05-K saylı arayışında iddiaçının işlədiyi sahələrlə yanaşı işlədiyi usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsində, “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” altında nəzərdə tutulmuş b) mütəxəssislər bölməsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vermişdir.

14. Cavabdeh tərəfindən iddiaçının "xxxx" Birgə Müəssisəsində usta kimi işlədiyi xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilədək olan dövrlər yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşə kimi nəz ərə alındığı halda, iddiaçının “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində (Neft Daşları) xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək usta kimi və xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək “McDermott X2” şirkətində quraşdırıcı kimi işlədiyi dövrləri yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşə kimi nəzərə almamışdır. Göründüyü kimi iddiaçının ümumilikdə 13 ildən çox (13 il 9 ay 18 gün) zərərli iş stajı mövcuddur. Bütün bu sadalananlardan belə müəyyən olunur ki, iddiaçının tələb olunan 25 il ümumi, 12 il 6 ay zərərli iş stajı mövcud olmasına baxmayaraq, DSMF orqanı tərəfindən ona güzəştli şərtlərlə 60 yaşdan pensiya təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları:

15. Cavabdeh iddia tələbinə qarşı etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur.

16. İddiaçı tərəfindən Mərkəzi filiala təqdim edilən ИТ-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “McDermott” şirkətində quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının qeyd olunan dövr lərdə “McDermott” şirkətində quraşdırıcı vəzifəsində işlədiyi ilə bağlı adıçəkilən müəssisə tərəfindən xx.xx.2020-ci il tarixli UCCİ/01/2020 nömrəli arayış təqdim edilmişdir. Lakin həmin arayışda iddiaçının işlədiyi quraşdırıcı vəzifəsinin yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir.

17. Buna görə də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 10 ay 24 gün (xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.2007-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2016-xx.xx.2017-ci il və xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilənlərə əsaslanaraq, İPM-in 47.2-ci maddəsinin tələbl ərini rəhbər tutaraq məhkəmədən iddianın təmin olunmaması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

18. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2179/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilərək, iddiaçıya xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçıya xx.xx.2020-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ümumi iş stajı və pensiya kapitalı ilə bağlı mübahisə yoxdur. 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə iddiaçının ümumi stajı 40 ilə yaxındır.

20. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı mübahisələndirilir. İddiaçının əmək şəraiti zərərli və ağır olan işlərdə mübahisələndirilməyən iş stajı 6 il 10 ay 24 gündür.

21. İddiaçının xx.xx.1987-xx.xx.1990-cı il tarixlərdə “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə (Neft Daşları) usta vəzifəsində işlədiyi, eləcə də xx.xx.2002-xx.xx.2006-cı illərdə “McDermott X2” Şirkətinin layihələrində 6-cı dərəcəli quraşdırıcı vəzifəsində işlədiyi dövr əmək şəraiti zərərli və ağır olan işlər kimi nəzərə alınmamışdır.

22. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR tərəfindən bildirilmişdir ki, iddiaçının “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində (Neft Daşları) xx.xx.198 7-ci il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyi usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" siyahısının (Siyahı) "Neftqaztikinti” trestinin istehsalat sahələrinin aid olduğu “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" bölməsinin “b) rəhbərlər və mütəxəssislər" alt bölməsindəki "yeni tikinti və quraşdırma işlərinin ustaları” (kod: 2290000b—23419) vəzifəsi ilə uyğunluq təşkil edir.

23. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçının xx.xx.2002-xx.xx.2 006-cı illərdə işlədiyi dövrlə bağlı iddiaçının əmək müqavilələri məhkəməyə təqdim edilmiş və “McDermott X2” Şirkəti tərəfindən həmin quraşdırıcı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri. 22900000, 2290100a-18576 tikinti çilingərləri vəzifəsinə uyğun olması təsdiq edilmişdir.

24. Qeyd edilən dövlər nəzərə alındığı təqdirdə (mübahisələndirilən 2 il 8 ay 28 gün və 4 il 1 ay 22 gün olmaqla cəmi 6 il 10 ay 20 gün) iddiaçının əmək şəraiti zərərli və ağır olan işlərdə stajı (iddiaçının müba hisələndirilməyən 6 il 10 ay 24 gün stajı var) 13 il 9 aydan çoxdur.

25. Odur ki, iddiaçının pensiya hüququ xx.xx.2020-ci il tarixdən yaranmış, hüququnun yarandığı vaxtdan 3 illik müddət ərzində müraciət etdiyi üçün əvvəlki dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirməmişdir.

26. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3380/2023 nömrəli qərarı ilə (hakimlər R.Səmədov(məruzəçi), X.Cəmilova və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

29. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri 30.Kassasiya şikayəti işin hallarına və iddiaya dair etiraza uyğun tərtib edilmişdir.

31. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na, 28 aprel 2022-ci il tarixd ə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na istinad edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 33. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2020-ci il tarixdə qüvvədə olan redaksiyada): 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiya) 34. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların hə qiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” 22900000 – XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri 2290000b - b) rəhbərlər və mütəxəssislər 2290000b - 23419 – yeni tikinti və quraşdırma işlərinin ustaları 2290000b - 24441 – iş icraçıları 2290100a- 18576-tikint i çilingərləri

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri b) mütəxəssislər: iş icraçıları

37. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrin də nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDL ƏRİ

38. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

41. İddiaçı 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı, habelə tələb olunan miqdarda pensiya kapitalı olduğunu bildirib güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir.

42. Cavabdeh iddiaçının ümumi iş stajını və pensiya kapitalını mübahisələndirmir.

43. Cavabdehin mübahisələnd irdiyi və kassasiya şikayətində də təkrar olaraq qeyd etdiyi xüsusat iddiaçının qanunla tələb olunan 12 il 6 ay güzəştli şərtlərlə iş stajına malik olmamasından ibarətdir.

44. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasına və arayışlara əsasən, iddiaçının xx.xx.1987-xx.xx.1990-cı illər üzrə işlədiyi usta vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə b) rəhbərlər və mütəxəssislər” alt bölməsindəki “yeni tikinti və quraşdırma işlərinin ustaları” (kod: 2290000b—23419) vəzi fəsi aşkar olaraq nəzərdə tutulmuşdur və həmin vəzifələr üzrə iddiaçının güzəştli iş stajı mübahisələndirilməli deyil.

45. İddiaçının xx.xx.2002-xx.xx.2006-cı illərdə işlədiyi quraşdırıcı vəzifəsinə gəldikdə isə, həmin vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri. 22900000, 2290100a-18576 tikinti çilingərləri vəzifəsinə uyğun olması “ McDermott X2” Şirkəti tərəfindən təsdiq edilmişdir.

46. Cavabdehin şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirilən dövr üzrə əmək fəaliyyətinə dair məlumatları onun əmək kitabçasında və istinad edilən arayışda qeyd edilmişdir və həmin məlumatların mötəbərliyi mübahisə doğurmur.

47. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1- ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

48. İddiaçının iş yerindən təqdim edilmiş arayışlardakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübutlar işdə yoxdur.

49. Beləliklə, inzibati orqan təqdim olunan məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, onları qəbul etməyə bilərdi.

50. Göründüyü kimi iddiaçının ümumilikdə 12 il 6 aydan çox (13 il 9 ay 18 gün) zərərli iş stajı mövcuddur. Bütün bu sadalananlardan belə müəyyən olunur ki, iddiaçının tələb olunan 25 il ümumi, 12 il 6 ay zərərli iş stajı mövcud olmasına baxmayaraq, DSMF orqanı tərəfindən iddiaçıya güzəştli şərtlərlə 60 yaşdan pensiya təyin edilməsindən imtina edilməsi əsaslı olmamışdır.

51. Beləliklə, iddiaçının yuxarıda qeyd olunan normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ meydana gəlmişdir.

52. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir. Odur ki, kassasiya şikayəti təmin olunmad an apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 21(103)-3380/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar