Məhkəmə qərarları › İş №2-1(102)-66/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-66/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-66/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı xxx nəşriyyatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-66/20 Bakı şəhəri xx xxxxxx 2020-ci il Açar sözlər: torpaq sahəsinin plan və ölçülərinin etibarsız hesab olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı xxx nəşriyyatının nümayəndəsi xxx2un, vəkili Aslan Heydərovun, üçüncü şəxs xxx4nın nümayəndəsi Ağamurad Quliyevin və vəkili Vəkil2 iştirakları ilə, üçüncü şəxs xxx4 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-133/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı xxx nəşriyyatı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh), xxx4 üçüncü şəxs qismində cəlb olunmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxsə verilmiş **********54 və **********55 reyestr nömrəli və onların verilməsinə əsas olmuş **********24 reyestr nömrəli torpaq sahələrinin plan və ölçülərinin etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin xx xxx 1980-ci il tarixli, 195 saylı qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 hektar ölçüdə torpaq sahəsi xxx3 Nəşriyyatına (hazırda xxx Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Bununla bağlı xx xxxxxx 1981-ci il tarixli “X16 X34” verilmiş və dövlət aktlarının qeydiyyatı kitabında qeydə alınmış, habelə göstərilən fakt Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 2(102)-6123/2016 saylı qərarı ilə də öz təsdiqini tapmışdır. Ayrılmış yardımçı təsərrüfat Sabunçu rayonun inzibati ərazisində, kənd təsərrüfatı təyinatlı 15 hektar ölçüdə olm aqla torpaq sahəsində yerləşməklə iddiaçının qanuni istifadəsində olmuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən Bakı şəhəri, xxx5 85-ci məhəllə, 2 sahə kimi göstərilməklə və kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi qeyd olunmaqla, döngə nöqtələrinin koordinatları ona məxsus 15 hektar təsərrüfat təyinatlı torpaq sahəsinin ərazisində yerləşən 0,446922 hektar və 0,012715 hektar torpaq sahələri üzərində üçüncü şəxsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxx 2016-cı il tarixli, **********54 və **********55 reyestr nörməli çıxarışlar və torpaq sahələrinin plan və ölçüsü verilmişdir. İddiaçı yol verilmiş yanlışlığın aradan qaldırılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə bununla bağlı hər-hansı tədbir görməmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, xxx5 85-ci məhəllədə yerləşən torpaq sahələri müvafiq alqı-satqı müqavilələrinə əsasən üçüncü şəxsə verilmiş, ona **********24 reyestr nörməli, xx xxxxxx 2016-cı il tarixli çıxarış verilmiş, daha sonra isə torpaq sahəsi iki hissəyə bölünərək müvafiq olaraq hər birinə ayırılıqda **********54 və **********55 saylı çıxarışlar verilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş ərizə, məhkəmə qərarı və icra sənədi ilə onun üzərinə hər-hansı öhdəlik qoyulmamış, həmin qərarlar barədə cavabdehə rəsmi məlumat daxil olmamış, habelə iddia ərisinin üçüncü şəxsə münasibətdə olan hissəsi ilə iddiaçının cavabdehə edilmiş müraciəti arasında fərqlər mövcud olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tari xli, 2-1(82)3193/2018 saylı qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatlarının idiaçıya yardımçı təsərrüfatın yaradılması üçün ayrılmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçıya ayrılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğundan və onun istifadəsindən geri alınmadığından, həmin torpaq sahəsinin daxilində üçüncü şəxsə fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması qanunsuz olmuşdur. Həmin qərardan cavabdeh və üçüncü şəxs apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-133/2019 saylı qərarı ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamış və əlavə olaraq bildirmişdir ki, üçüncü şəxsin iddiaçıya ayrılmış torpaq sahəsinin onun istifadəsindən geri alınmasına dair apellyasiya şikayətinin dəlili öz təsdiqini tapmamış, habelə onun istinad etdiyi “xxxx” MMC tərəfindən tərtib edilmiş müstəqil ekspert rəyində mübahisəli torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi faktı müəyyən olunmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikas ı Qanunun 10, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 8.0.1, 8.0.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan üçüncü şəxs kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Üçüncü şəxs kassasiya şikayətində bildirmişdir ki, aşağı instansiya məhkəmələri mübahisəli məsələ “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə istinad etmişdirlər. Həmin rəyi təkzib edən “xxxx” MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyi isə məhkəmələr tərəfindən nəzərə alınmamış, məhkəmələr tərəfindən istinad olunan rəy isə qüsurlu olmaqla həqiqəti əks etdirməmişdir. Belə ki, layihə üzrə iddiaçıya məxsus torpaq sahəsi Nardaran ərazisində yerləşən xxx5 südçülük-tərəvəzçilik sovxozunun ən şimal konturunda parelolaqram şəklində yerləşmişdir və göstərilən hal “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə olunmuş peykdən çəkilmiş 2001-ci ilə aid olan kosmik şəkil ilə öz təsdiqini tapmışdır. Lakin, mübahisəli mütəxəssis rəyində iddiaçıya məxsus torpaq sahəsinin Hüseyniyyə Məscidindən 218 metr aralıda düzbucaq şəklində olması, habelə xxx5 südçülüktərəvəzçilik sovxozunun ərazisinin Bilgəh ərazisinə düşdüyü əks olunmuşdur. Üçüncü şəxs hesab edir ki, alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətinə keçmiş torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşmədiyindən məhk əmələr tərəfindən iddianın təmin olunması nəticəsində onun qanunla və beynəlxalq hüquqla nəzərdə tutulmuş şərtlər mövcud olmadan mülkiyyət hüquqları pozulmuşdur. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi Azərbaycan Respublikası İPM-nin 35.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad etmişdir. Kassasiya şikayətinə etiraz İddiaçı məhkəməyə kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının qanuni istifadəsinə verildiyindən, onun həmin torpaq sahəsinə qanunsuz şəkildə verilmiş plan və ölçüləri mübahisələndirmək üçün kifayət qədər subyektiv hüququ olmuşdur. Başqa bir dəlillə bildirilmişdir ki, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi hasar daxilində yerləşməklə Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə məscidinə qədər asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218,8 metr məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyunca, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300, cənuba tərəf 500 metr xətti ölçüyə malikdir. Göstərilən fakt xx xxxxxx 1981-ci il tairxli, “X16 X34”na əsasən “xxxx” MMC tərəfindən müəyyən olunmuşdur. Ekspert tərəfindən rəy tərtib olunarkən Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə Komitəsinin xxx5 Südçülük və Tərəvəzçilik Sovxozu ilə bağlı tərtib edilmiş xəritə əsasında iddiaçının qanuni istifadəsində olan 15 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Üçüncü şəxsin təq dim etdiyi “xxxx” MMC-nin mütəxəssis rəyində istinad nöqtələrinin və sahənin konturlarının hansı sənədlər əsasında müəyyən edildiyi isə məlum olmamışdır. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun rədd edilməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məluma tlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Sovetinin xx xxx 1980-cı il tarixli, 195 saylı qərarı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 15,0 ha torpaq sahəsi pulsuz və müddətsiz “Kommunist" nəşriyyatına (hazırda xxx nəşriyyatı) verilmişdir. X12 Sovetinin İcrayyə Komitəsi tərəfindən verilmiş xx xxxxxx 1981-ci il tarixli, B 000369 saylı “X16 X34”ndan görünür ki, 15 ha ölç üdə torpaq sahəsi xxx3 nəşriyyatına (indiki Azərbaycan” nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün müddətsiz ayrılmışdır və həmin akt xx xxxxxx 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmşdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(102)6123/2016 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin xx xxx 1980-ci il tarixli, 195 saylı qərarı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 15,0 ha torpaq sahəsi pulsuz və müddətsiz “Kommunist" nəşriyyatına (hazırda xxx nəşriyyatı) verilmiş, xx xxxxxx 1981-ci il tarixdə X16 dair dövlət aktlarının qeydiyyatı kitabında qeydiyyatdan keçirilmiş X16 dair Dövlət Akt”-da göstərilən sərhədlər daxilində olan 15,0 ha zrpaq sahəsind ən oranı zəbt edən vətəndaşların həmin torpaq sahəsindən çıxarılmaları:ərara alınmışdır. İş materiallarına əlavə edilmiş alqı-satqı müqavilələrindən görünür ki, X4 rayonu, Nardaran qəsəbəsi 85-ci məhəllədə yerləşən torpaq sahələrini ayrı-ayrı şəxslərdən: Sabunçu (Lenin) rayon XDS İK-nin xx xxxxxx 1989-cu il tarixli, 3/41 saylı qərarına əsasən X2 adına qeydiyyatdan keçmiş torpaq sahəsini ******* nömrəli xx.xx.2013-cü il tarixli alqısatqı müqaviləsi əsasında, X19 adına Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin xx.xx.1993-cü il 210 nömrəli qərarı ilə qeydiyyata alınmış, qanun üzrə vərəsəlik əsasında xx.xx.2013-cü il tarixdən etibarən X7 torpaq sahəsini ******* nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında, Sabunçu (Lenin) rayon XDS İK-nin xx xxxxxx 1990-cı il tarixli, 3/50 saylı qərarına əsasən sözügedən torpaq sahəsi X1 verilmiş torpaq sahəsini ******* nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında, Sabunçu (Lenin) rayon XDS İK-nin xx xxxxxx 1992-ci il tarixli, 4/37 saylı qərarına əsasən X6 adına olmuş torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında satın almış və 4 ayrı torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu torpaq sahələri birləşdirilərək **********24 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli, seriya RX №0813803 saylı çıxarış X14 verilmiş və daha sonra torpaq hissəsi iki yerə bölünərək hər birinə ayrılıqda **********54 reyestr nömrəli xx.xx.2016-cı il tarixli seriya RX № ******* və **********55 reyestr nömrəli xx.xx.2016-cı il tarixli seriya RX № ** ***** saylı çıxarışlar verilmişdir. X10 adına torpaq sahələrinə dair yeni plan-ölçülər tərtib edilmişdir. Həmin plan ölçülər aşağıdakılardır: X14 verilmiş **********24 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, xxx5 məhəllə 85, 1 saylı sahədə yerləşən torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416348.9 Y=4492789.22, 2 saylı döngəsinin koordinatları X=416347.14, Y=4492798.72, 3 saylı döngəsinin koordinatları X=416335.29, Y= 4492796.69, 4 saylı döngəsinin koordinatları X=416320.65 Y= 4492878,95 -dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 9.66, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 12.02, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 83.55, 4 saylı döngədən 5 saylı döngəyə qədər məsafə 19.14 metrdir. X14 verilmiş **********95 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, xxx5 məhəllə 82, 21 saylı sahədə yerləşən torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416372.01 Y=4492814.52, 2 saylı döngəsinin koordinatları X=416345.14, Y=4492809.56, 3 saylı döngəsinin koordinatları X=416338.64, Y= 4492845.32, 4 saylı döngəsinin koordinatları X=416365.66 Y= 4492850,31 -dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 27.32, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 36.35, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 27.48, 4 saylı döngədən 5 saylı döngəyə qədər məsafə 36.35 metrdir. X14 verilmiş **********54 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 1 saylı döngəsinin koordinatla rı X=416330.77 Y=4492888.1, 2 saylı döngəsinin koordinatları X=416358.7, Y=4492893.09, 3 saylı döngəsinin koordinatları X=416365.67, Y= 4492850.32, 4 saylı döngəsinin koordinatları X=416338.64 Y= 4492845,32 -dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 28.37, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 43.33, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 27.49, 4 saylı döngədən 5 saylı döngəyə qədər məsafə 43.5 metrdir. X14 verilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, xxx5 məhəllə 85, 1 saylı sahədə yerləşən torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416352.9 Y=4492766.46, 2 saylı döngəsinin koordinatları X=416345.14, Y=4492809.56, 3 saylı döngəsinin koordinatları X=416372.01, Y= 4492814.52, 4 saylı döngəsinin koordina tları X=416379.79 Y= 4492770,67 -dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 43.79, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 27.32, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 44.53, 4 saylı döngədən 5 saylı döngəyə qədər məsafə 27.22 metrdir. X14 verilmiş **********14 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, xxx5 məhəllə 85, 4 saylı sahədə yerləşən torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416338.64 Y=4492845.32, 2 saylı döngəsinin koordinatları X=416345.14, Y=4492809.56, 3 saylı döngəsinin koordinatları X=416347.14, Y= 4492798.72, 4 saylı döngəsinin koordinatları X=416335.29 Y= 4492796,69 -dur. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 36.35, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 11.02, 3 saylı döngədən 4 saylı dö ngəyə qədər məsafə 12.02, 4 saylı döngədən 5 saylı döngəyə qədər məsafə 83.55 metrdir. X14 verilmiş **********54 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, xxx5 85-ci məhəllə, 1 saylı sahədə yerləşən torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416358.7 Y=4492893.09, 2 saylı döngəsinin koordinatları X=416365.67, Y=4492850.32, 3 saylı döngəsinin koordinatları X=416372.01, Y= 4492814.52, 4 saylı döngəsinin koordinatları X=416379.79 Y= 4492771,21 -dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 43.33, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 36.36, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 44, 4 saylı döngədən 5 saylı döngəyə qədər məsafə 27.22 metrdir. X14 verilmiş **********55 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, xxx5 85-ci məhəllə, 1 A saylı sahədə yerləşən torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416319.39 Y=4492885.99, 2 saylı döngəsinin koordinatları X=416320.65, Y=4492878.95, 3 saylı döngəsinin koordinatları X=416301.68, Y= 4492876.44, 4 saylı döngəsinin koordinatları X=416300.67 Y= 4492882,53 -dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 7.16, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 19.14, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 6,17 saylı döngədən 5 saylı döngəyə qədər məsafə 19.04 metrdir. İddiaçı xxx nəşriyyatı cavabdeh inzibati orqana müraciət edərək X14 verilmiş **********54 və **********55 reyestr nömrəli və onların verilməsinə əsas olmuş **********24 nömrəli torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsini xahiş etmiş, cav abdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(102)6123/2016 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən sözügedən torpaq sahəsinin hüdudlarının (parametrlərinin) müəyyən olunması və həmin sahənin zəbt edilməsi hallarının mövcud olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə sorğu edilmişdir. Həmin komitənin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində, “X16 aid Dövlət Aktı” ilə xxx Nəşriyyatına Abşeron rayonunun (indiki Sabunçu rayonunun) ərazisində ayrılmış 15,0 ha torpaq sahəsinin Nazirlər Kabineti tərəfindən geri alınmadığı və həmin sahənin Azərbaycan Respublikası Nazirlər Sove tinin xx xxx 1980-ci il tarixli, 195 saylı qərarı ilə keçmiş xxx3 (indiki Azərbaycan) Nəşriyyatına daimi istifadə üçün ayrılmiş 15 hektar torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə uyğun olduğu və cavabdehlər tərəfindən torpaq sahəsinin özbaşına zəbt olunması hallarının mövcud olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsində dindirildiyi zamanda həmin rəyin müəllifi olan mütəxəssis torpaq sahəsinə baxış keçirildiyini, torpaq sahəsinin ölçülərini müəyyənləşdirildiyini və həmin torpaq sahəsinin “Azərbaycan" Nəşriyyatına Nazirlər Kabinetinin qərarı ilə ayrılmış torpaq sahəsi olduğunu, həmin sahədə torpağı zəbt edənlərə məxsus müxtəlif tikililərin olduğu bildirmişdir. Məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinə yerli baxış keçirmiş və mübahisəli torpaq sahəsinin yerində müayinəsi zamanı xxx Nəşriyyatına ayrılmış Bakı şəhəri, Nardaran qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin Bilgəh magistral yolu boyu 300 metr, əks istiqamətində isə 500 metr düzbucaqlı olmaqla ümumi sahəsi 15 ha təşkil etdiyi, həmin torpaq sahəsinin hasara alındığı, hasarın hər iki istiqamətdə müxtəlif yerlərdə uçurulmuş vəziyyətdə olması, torpaq sahəsinin Bilgəh magistral yolu boyu 300 metr hissəsi boyunca Bilgəh istiqamətində üçüncü şəxs X14 ayrılmış torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məktubu ilə də müəyyən edilmişdir ki, “X16 X34” ilə verilmiş torpaq sahəsi “xxxx” MMC-nin arxiv və elektron baza məlumatlarına əsasən “Bakı şəhərinin in zibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış torpaq sahələrinə daxil deyildir. Həmin ərazi Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyində olmaqla dövlət mülkiyyəti torpağıdır. Üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının mübahisəli əraziyə yerli baxışı zamanı xxx Nəşriyyatına ayrılmış 15 ha torpaq sahəsinin başlanğıc koordinatının Nardaran Pirinə gedən yolun istiqamətindən olduğunu qeyd etmiş, lakin bu fakt heç bir plan-cizgi ilə sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası xxx Nəşriyyatına ayrılmış 15 ha torpaq sahəsinin başlanğıc nöqtəsini tərəflərin göstərdiyi köhnə hasarın başladığı yer dən müəyyən etməklə Bilgəh istiqamətində 300 metr ölçülmüş və bu sahənin X10 xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyü aşkar edilmişdir. “xxxx” MMC tərəfindən tərtib edilmiş müstəqil mütəxəssis rəyin məzmunundan görünür ki, xxx5 südçülük-tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yer quruluşu layihəsi 1/10000 miqyasında olduğundan şərqdən qərbə doğru ölçərək 4 sm-dən sonra 3 sm olaraq davam edir. Bu da o deməkdir ki, şərqdən qərbə doğru 400 metrdən sonra xxx3 başlayır və 300 metr davam edir. Bu torpaq sahəsindən sonra Nardaran Pirinə gedən yol öz əksini tapır. Göründüyü kimi, “xxxx” MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyi xxx Nəşriyyatına ayrılmış torpaq sahəsinin Nardaran qəsəbəsi ərazisində, Bilgəh magistral yolu boyunca, Bilgəhdən başlayaraq hans ı məsafədə yerləşdiyini əks etdirir, həmin rəy xxx Nəşriyyatına ayrılmış torpaq sahəsinin X14 məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyini nəzərdə tutmur. Halbuki, xxx Nəşriyyatına ayrılmış torpaq sahəsi ilə X14 məxsus torpaq sahəsinin üst-üstə düşməsi “xxxx” MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyində əks olunmuş, bu hal iş materiallarına əlavə edilmiş digər sübutlarla da təsdiq olunmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Hazırkı iş üzrə iddiaçının iddia tələbinin əsasını o təşkil edir ki, X14 verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları xxx nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşür. İddiaçı iddia tələbinin əsası kimi, Azərbaycan Respublikası Nazirlər Sovetinin xx xxx 1980-ci il tarixli, 195 saylı qərarına (xxx3 Nəşriyyatına (hazırdaxxx Nəşriyyatı) Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsinin yardımçı təsərrüfat ya radılması üçün ayrılması barədə), bununla bağlı Abşeron ZDS İK tərəfindən verilmiş xx xxxxxx 1981-ci il tarixli “X16 X34”na, xxx nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsində xxx5 Südçülük-Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarına istinad etmişdir. Azərbaycan Respublikası Lenin rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1990cı il tarixli Sərəncamı ilə Nardaran qəsəbəsi 85-ci məhəllə, 1-ci sahədən X1 yaşayış evinin tikilməsi üçün 0,12 ha torpaq sahəsi ayrılmış, xx xxxxxxx 2013 tarixdə kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü fərdi yaşayış evi göstərilməklə **********07 saylı Çıxarış verilmiş, həmin torpaq sahəsi xx xxxxxx 2013 tarixli alqı-satqı müqaviləsi əsasında xxx4ya satılmış, xx xxxxxx 2013 tarixli, **********07 saylı çıxarış verilmişdir. Azərbaycan Respublikası Lenin rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1991ci il tarixli Sərəncamı ilə Nardaran qəsəbəsi 82-ci məhəllə, 21-ci sahədən X3 yaşayış evinin tikilməsi üçün 0,12 ha torpaq sahəsi ayrılmış, xx xxxxxxx 2013 tarixdə kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü fərdi yaşayış evi göstərilməklə **********95 saylı Çıxarış verilmiş, xx xxxxxx 2013 tarixli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsi xxx4ya satılmış və xx xxxxxx 2013 tarixli, **********95 saylı Çıxarış verilmişdir. Azərbaycan Respublikası Lenin rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1992ci il tar ixli Sərəncamı ilə Nardaran qəsəbəsi, 85-ci məhəllə, 4-cü sahədən X9 yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi ayrılmış, xx xxxxxxxx 2014-cü il tarixdə kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü fərdi yaşayış evi göstərilməklə **********14 saylı Çıxarış verilmiş, xx xxxx 2015 tarixli alqı-satqı müqaviləsinə əsasən, torpaq sahəsi xxx4ya satılmış və xx xxxx 2015 tarixli, **********14 saylı Çıxarış verilmişdir. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1993-cü il tarixli Sərəncamı ilə, X20 şəxsi yaşayış evinin tikilməsi üçün Nardaran qəsəbəsindən 0,12 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi xx xxxxxx 2013 tarixdə qanun üzrə vərəsəliklə sonuncunun qardaşı X8, xx xxxxxx 2013 tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Döv lət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü fərdi yaşayış evi göstərilməklə Abas Əliyevin adına **********554 saylı Çıxarış qeydə alınmışdır. Həmin torpaq sahəsi, xx xxxxxx 2013 tarixli alqı-satqı müqaviləsinə əsasən, xxx4ya satılmış və xx xxxxxx 2013 tarixli **********54 saylı Çıxarış verilmişdir. X15 0,446922 hektar və 0,012715 hektar torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxx 2016-cı il tarixdə qeydiyyata alınaraq ona **********54 və **********55 reyestr nömrəli çıxarışlar və həmin reyestr nömrəli torpaq sahələrinin plan və ölçüləri verilmişdir. Hazırkı iş üzrə iddia tələbinə qiymət verilməsi baxımından müəyyən edilməli olan məsələ X14 və həm in torpaq sahələrinin əvvəlki mülkiyyətçilərinə verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatlarının xxx nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşüb-düşməməsidir. İlk növbədə iddiaçı tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərdə iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları öz əksini tapmamışdır. İş materiallarında iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarını özündə əks etdirən mütəxəssis rəyi mövcuddur: “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi və “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi. “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən iddiaçının istifadəsində olan torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə Məscidinə qədər uzanan asfalt ö rtüklü avtomobil yolundan şərq tərəfə 218.8 m məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300 m, cənuba tərəf 500 m xətti ölçülərə malik ərazidə yerləşir. Həmçinin mütəxəssis rəyində 15 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-cii l tarixli 21(82)-2233/2018 saylı məktubuna əsasən aparıldığı qeyd olunmuşdur. Lakin iş materiallarında sözügedən məktub yoxdur. Bundan əlavə, birinci instansiya məhkəməsində aparılan iş üzrə icraatın nömrəsi 2-1(82)-3193/2018 olmuş, mütəxəssis rəyində isə iş nömrəsi kimi 2-1(82)-2233/2018 göstərilmişdir. Qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlmək olur ki, sözügedən mütəxəssis rəyi başqa icraat ilə əlaqədar əldə edilmiş, lakin iş materiallarında 2-1(82)-2233/2018 saylı iş üzrə icraatın nəticəsi barədə hər hansı məlumat mövcud deyildir və işə baxan apellyasiya instansiya məhkəməsi bu hala qiymət verməmişdir. Belə ki, əgər 2-1(82)2233/2018 saylı və 2-1(82)-3195/2018 saylı işlər üzrə icraat eyni tərəflər arasında və eyni tələblər ilə bağlı olmuşsa, bunun nəticəsi barədə məlumat əldə edilməli idi. Belə ki, iddiaçı əvvəlki iddia tələbindən imtina etmişsə və bu səbəbdən icraata xitam verilmişsə, onda eyni əsasla eyni tərəflərə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etməsi yolverilməzdir. Əgər 2-1(82)-2233/2018 saylı iş üzrə icraat davam edirsə, o zaman sözügedən icraatlar birləşdirilməli idi. İş materiallarına olan digər mütəxəssis rəyi isə üçüncü şəxs X11 vəkili Vəkil2 sorğusuna əsasən əldə edilmiş mütəxəssis rəyidir “xxxx” MMC tərəfindən verilmiş) və həmin rəy ilə xxx Nəşriyyatına məxsus 15 ha torpaq sahəsinin koordinatları müəyyən edilmiş, lakin ““xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyində və “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyində öz əksini tapmış iddiaçıya məxsus torpaq sahəsinin koordinatları arasında ziddiyyət vardır. Üçüncü şəxs X17 vəsatət verərək tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşməsinin müəyyən edilməsi, o cümlədən mütəxəssis rəyləri arasındakı ziddiyyətlərin aradan qaldırılması üçün məhkəmə torpaqşünaslıq ekspertizanın keçirilməsini xahiş etmiş, həmçinin iş üzrə cavabdeh də vəsatət verərək ekspertizanın keçirilməsini tələb etmişdir. Lakin, birinci instansiya məhkəməsi xx xxxxxxxx 2018-ci il tarixli məhkəmə iclasında vəsatətləri rədd etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarına istinad edərək bildirmişdir ki, qeyd olunan məsələlərə aydınlıq gətirildiyindən vəsatətlərin təmin edilməsinə ehtiyac yoxdur. Birinci instansiya məhkəməsi iş materiallarında olan mütəxəssis rəylərini mötəbər hesab etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşmışdır. Halbuki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarı ilə bağlı qeyd edilməlidir ki, həmin iş üzrə tərəflər «Azərbaycan» nəşriyyatı, X21, X25 olmuş, hazırkı iş üzrə üçüncü şəxslər və cavabdeh həmin iş üzrə tərəf olmadığından o qərarla müəyyən edilmiş hallar ha zırkı iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, işə baxan məhkəmələr iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmadan, tərəflərin verdiyi vəsatətləri əsassız olaraq rədd edərək, iş üzrə “xxxx” MMC-nin təqdim etdiyi rəyə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarına, cavabdehin imtina məktubunda qeyd etdiklər inə istinad etməklə iddiaçı və üçüncü şəxslərə məxsus torpaq sahələrinin üst-üstə düşməsi nəticəsinə gəlmişlər. Halbuki, işə baxan məhkəmələr iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində ətraflı araşdırma aparmalı, bu barədə məlumatın əldə edilməsi mümkün olan müvafiq dövlət orqanlarına sorğular verməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, əldə edilmiş məlumatlar əsasında ekspertiza təyin etməli idi. Bundan əlavə, iddiaçıya məxsus olduğu iddia edilən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı torpaqlara aid olmuş, üçüncü şəxsə verilmiş torpaq sahələri isə yaşayış məntəqələrinin torpaqlarına aid olmuşdur. İşə baxan aşağı instansiya məhkəmələri tərəflərə məxsus torpaq sahələrinin kateqoriyalarının müəyyən edilməsi istiqmətin də də hər hansı araşdırma aparmamışlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, üçüncü şəxsin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə təkrar baxan apellyasiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, bu barədə məlumatın əldə edilməsi mümkün olan müvafiq dövlət orqan larına sorğular verməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, əldə edilmiş məlumatlar əsasında ekspertiza təyin etməli, torpaq sahələrinin kateqoriyasının müəyyən edilməsi istiqamətində araşdırma aparmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: üçüncü şəxs xxx4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-133/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar