Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-66/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Qusar rayonu Qusar Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 16-cı maddəsinin tətbiqi şərtləri. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh Qusar rayonu Qusar Bələdiyyəsinə (üçüncü şəxs X12) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 2-1(105)-227/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından üçüncü şəxs X12 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xxxx ünvanında yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə, xx xxxxx 2011-ci il tarixli, MA seriyalı, ******* saylı, **********5410301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin evə dair tərtib edilmiş texniki pasporta əsasən, fərdi yaşayış evinin istifadəsində olan torpaq sahəsinin ölçüsü sənəd üzrə 0.06 ha, faktiki sahə 0.0875 ha təşkil etməklə zəbt sahəsi 0.0275 ha göstərilmişdir.
2. X8 (eyni zamanda üçüncü şəxsin əri) ilə X17 arasında mübahisəsi gedən evə dair məhkəmə mübahisəsi olmuş, Qusar rayon məhkəməsinin xx xxx 2007-ci il tarixli, 2125/2007-ci il tarixli qətnaməsi ilə xxxxin iddiası təmin edilərək vəsiyyət edən X13 tərəfindən cavabdeh X14 evin vəsiyyət edilməsinə dair xx xxxxxx 1995-ci il tarixli 28-2 vəsiyyətnamə və X9 adına ünvan 3 saylı evə verilmiş xx xxxx 1997-ci il tarixli 85 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2008-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi X14 ünvan 3 saylı evə verilmi ş xx xxxx 1997-ci il tarixli 85 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi hissəsində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
3. Bundan sonra, X2 rayon məhkəməsində iddia qaldıraraq, ünvan 3 saylı evə dair X10 adına Qusar rayon X21 tərəfindən xx xxxx 1997-ci il tarixdə verilərək 2V-1-86 saylı reyestrdə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Qusar şəhəri, F.Musayev küçəsindəki 86 saylı evə dair X10 adına verilmiş xx xxxx 1997-ci il tarixli 85 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsini xahiş etmiş, məhkəmənin xx xxxxxxx 2009-cu il tarixli, 2(029)- 386/2009 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə xx xxxxxx 2009-cu il tarixdə qanuni qüvvəsini almışdır. 4. xx xxxx 2014-cü il tarixdə notariat qaydasında təsdiq edi lmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X8 mülkiyyətində olan xxxx ünvanında yerləşən fərdi yaşayış evini və 0.06 ha torpaq sahəsini iddiaçı X11 bağışlamışdır.
5. X3 Bələdiyyəsinə ərizə ilə müraciət edərək, xxxx ünvanında yaşadığını və 5 ildən çox yaşayış yeri üzrə qeydiyyatda olduğunu təsdiq edən arayış təqdim edərək, fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinə ehtiyacı olduğunu bildirmişdir. Qusar rayon Qusar bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli 03 saylı qərarı ilə nın xxxx ünvanında yaşadığını və 5 ildən çox yaşayış yeri üzrə qeydiyyatda olduğunu nəzərə alaraq yaşayış evinin tikintisi məqsədilə 275 kv.m (0.0275 ha) torpaq sahəsi hərrac və müsabiqə keçirilmədən sonuncuya satılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəm əsindəki icraat
6. İddiaçı cavabdehə qarşı cavabdehin üçüncü şəxs X7 0.0275 hektar torpaq sahəsinin satılmasına dair xx xxxx 2018-ci il tarixli 03 saylı qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum babası X5 tərəfindən 1946-1947-ci illərdə ünvan 2 ünvanda 0.0875 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Torpaq sahəsinin 0.06 hektarı mərhum babasının qanuni istifadəsində olmuş, qalan 0.0275 hektar torpaq sahəsindən isə 1946-cı ildən faktiki olaraq onun tərəfindən istifadə edilmişdir. İddiaçının babası xxxx 1988-ci ildə vəfat edəndən sonra yaşayış evi və torpaq sahəsindən 1995-ci ildə vəfat etmiş mərhum nənəsi X6 mülkiyyətində olmaqla, onunla atası X8 tərəfindən istifadə olunmuşdur. 1995-ci ildə nənəsi xxxxvəfat edəndən sonra fərdi yaşayış evi, evin həyətyanı torpaq sahəsi ilə birlikdə atası xxxxin istifadəsində olmuş, xx.xx.2011-ci il tarixindən isə fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi ilə birlikdə atası xxxxin adına dövlət qeydiyyatına alınmış və MA seriyalı ******* saylı çıxarışa əsasən onun mülkiyyətində olmuşdur. xx xxxx 2014-cü il tarixində atası xxxx tərəfindən fərdi yaşayış evi və onun yerləşdiyi həyətyanı torpaq sahəsi həmin tarixdə aralarında bağlanmış “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən iddiaçıya bağışlanmış və həmin tarixdən də əmlak iddiaçının sahibliyinə keçmişdir. 2019cu ilin may ayında iddiaçıya məlum olmuşdur ki, 1946-cı ildən ailəsinin istifadələrində olan 0.0275 ha torpaq sahəsi Qusar bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 03 saylı iclasının qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 2017-ci ildə vəfat etmiş qardaşı xxxxın arvadı X1. Lakin qərarın surəti bu vaxta kimi iddiaçıya verilməmişdir. ya satılmış torpaq sahəsi 1946-cı ildən başlayaraq 72 ildən artıqdır nəsillikcə onların istifadələrindədir, torpaq sahəsindən istifadə etməsi ilə əlaqədar onlara heç kim tərəfindən etiraz edilməmişdir. Həmin torpaq sahəsi, sahibliyində olan 0.06 ha torpaq sahəsinə bitişikdir, onun heç bir yola çıxışı yoxdur, torpaq sahələri vahiddir, hər hansı bir qaydada ayrılıqda naturada müəyyən edilməmişdir. Qeyd olunduğu kimi, bələdiyyə tərəfindən satılmış torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün satılmışdır. Göstərilən torpaq sahəsində hər hansı tikili obyektinin tikintisinə icazə verilə bilməz. Ona görə bələ diyyə tərəfindən həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün satılması qeyri-qanunidir. tərəfindən torpaq sahəsi Qusar bələdiyyəsini aldatmaq yolu ilə satın alınmışdır. Belə ki, onun tərəfindən bələdiyyəyə məhkəmə qaydasında ləğv edilmiş, fərdi yaşayış evinin iddiaçının mərhum qardaşı in mülkiyyətində olmasını təsdiq edən, reyestr nömrəsi 85 olan 14/Vİ-1997-ci il tarixli qeydiyyat vəsiqəsi təqdim edilmişdir. Həmin qeydiyyat vəsiqəsi mərhum qardaşı xxxx tərəfindən, saxta yolla mərhum nənəsi xxxxnın adından tərtib edilmiş vəsiyyətnamə əsasında əldə edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən alınmışdır. Qusar rayon məhkəməsinin xx xxx 2007-ci il tarixli 2-125/2007 saylı və xx xxxxxxx 2009cu il tarixli 2(029)-386/2009 saylı qətnamələri ilə xx xxxxxx 1995-ci il tarixl i 28-2 saylı vəsiyyətnamə, həmin vəsiyyətnamə əsasında verilmiş xx xxxx 1997-ci il tarixli 2V-1-86 saylı reyestrdə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında in adına verilmiş xx xxxx 1997-ci il tarixli 85 saylı qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Hal-hazırda üçüncü şəxs və onun ailə üzvləri ünvan 3 ünvanda iddiaçının sahibliyində olan evdə qeydiyyatdadırlar, ancaq onlar ailəsinin üzvləri deyildir. Onlar iddiaçının evində, qeyd edildiyi kimi, mərhum qardaşı xxxx tərəfindən saxta yollarla əldə edilmiş qeydiyyat vəsiqəsi əsasında qeydiyyata alınmışlar. Həmin qeydiyyat vəsiqəsi ləğv ediləndən sonra onların iddiaçının evindən istifadə etmələri üçün heç bir qanuni əsası qalmamışdır. Belə ki, X28 ilə 1986-cı ildə evlənəndən sonra həmin ildə qeyd olunan evdə n köçmüş və yalnız xxxx tərəfindən saxta qeydiyyat vəsiqəsi əldə ediləndən sonra, onun əsasında iddiaçının evinə köçərək orada qeydiyyata alınmışdır.
8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1850/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim: Z.R.Pirverdiyev) X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1850/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə (hakim: Z.R.Pirverdiyev) iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə bu nəticəyə gələrkən qeyd etmişdir ki, cavabdehin xx xxxx 2018-ci il tarixli 3 saylı qərarı qanuni əsaslarla qəbul edilmişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi cavabdehin mülkiyyətində olmuş və həmin torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq üçüncü şəxsə satılmışdır. Bundan başqa, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin ona məxsus olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir.
11. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-227/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: F.G.Zeynallı və Z.İ.Məmmədov) iddiaç ının apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1850/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin olunmaqla Qusar rayonu Qusar bələdiyyəsinin X7 0.0275 hektar torpaq sahəsinin satılmasına dair xx xxxx 2018-ci il tarixli 03 saylı qərarı ləğv edilmişdir.
13. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxsə satılan torpaq sahəsi iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı sahəsi olduğu halda, cavabdeh torpaq sahəsinin üçüncü şəxsə satılması barədə qərar qəbul etməklə Azərbaycan Respublikasının xx xxxx 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamən in tələblərini pozmuşdur.
14. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
15. Üçüncü şəxs şikayətində qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə qərar qəbul edərkən işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, üçüncü şəxs 0.0275 ha zəbt olunmuş torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada Qusar bələdiyyəsindən almışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-c u maddəsinə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər torpaq sahələrini hərracdan və müsabiqədənkənar əldə etmək hüququna malikdirlər.
16. Bələdiyyələr tərəfindən torpaq sahələri hərracdan və müsabiqədənkənar satılarkən həmin torpaq sahələrinin əvvəlki istifadəçilərinə və ya icarəçilərinə hər hansı üstünlüklərin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Üçüncü şəxs torpaq sahəsini Qusar Bələdiyyəsindən aldığı zaman mərhum əri X9 adına olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə aid ləğv olunmuş qeydiyyat vəsiqəsindən istifadə etməyib. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinin və “Bələdiyyə t orpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə etiraz edərək kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasnı xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul ed ilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 19. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayr ılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1 Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2 Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3 Bu Qan un qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4 Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçıla rının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyas iya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti v axtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Üçüncü şəxs apelyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman istinad edilən maddi hüquq normasının tətbiq edilməsi üçün işin halları düzgün müəyyən edilməmiş, prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. Belə ki, işin hallarına əsasən, Qusar rayon Qusar bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli 03 saylı qərarı ilə nın xxxx ünvanında yaşadığı və 5 ildən çox yaşayış yeri üzrə qeydiyyatda olduğu nəzərə alınaraq yaşayış evinin tikintisi məqsədilə 275 kv.m (0.0275 ha) torpaq sahəsi hərrac və müsabiqə keçirilmədən sonuncuya satılmışdır.
25. İddiaçı həmin qərarı mübahisələndirmiş, işə baxan apelyasiya instansiyası məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə bələdiyyə qərarını mübahisələndirmək üçün iddiaçının hüququnun (subyektiv hüquq) olub-olmaması məsələsinə qiymət verərkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə istinad etməklə, iddiaçının mübahisəli torpaq sahəsinə gözlənilən mülkiyyət hüququnun olması qənaətindən çıxış etmişdir.
26. Hazırkı qəra rın 19-ci bəndində istinad edilən normaların əlaqəli təhlili bu qənaətə gəlməyə əsas verir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki, həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır.(16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər.
27. Apelyasiya instansiyası məhkəməsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.4-cü maddəsinə istinad edərkən mübahisəli torpaq sahəsinin geri qaytarılmamsının mümkünsüzlüyünü onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsi iddiaçının mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə bitişik olmaqla, artıq isti fadə edilən torpaq sahəsidir. İstinad edilən normaya əsasən isə belə olan halda artıq istifadə olunan sahə, həmin əraziyə bitişik olan onu istifadə edən şəxsin mülkiyyətinə verilir.
28. İşdən göründüyü kimi, istinad edilən Qanunun 16.4-cü maddəsinin qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması barədə dispozisiya şərtinin ödənilməsi qənaətinə gəlmək üçün yetərli sübutlar olmamış, bu halın müəyyən olunması istiqamətində ətraflı araşdırma aparılmamışdır. Hazırkı işdə mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik olması, iddiaçının ondan faktiki istifadə etməsi, torpaq sahələrinin bir hasar daxilində olması qeyd edilən dispozisiya şərtinin ödənilməsi, yəni qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasını n mümkünsüzlüyü qənaətinə gəlməyə əsas verə bilməz. Odur ki, təkrar apelyasiya baxışı zamanı qeyd edilən halın müəyyən edilməsi istiqamətində araşdırma aparılmalı, bu məqsədlə mütəxəssis və ya ekspert rəyinin alınması məsələsi müzakirə edilməlidir.
29. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitus iya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı).
30. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, beləliklə də qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti qismən təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-227/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.