Məhkəmə qərarları › İş №2-1(102)-66/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-66/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-66/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı fərdi şəxsi firmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: qərarın icrasının, borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin dondurulması istisna olmaqla dayandırılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Ərizəçi İddiaçı fərdi şəxsi firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2103/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilən kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 30.04.2020-ci il tarixli **********540500 nömrəli və 07.05.2020-ci il tarixli **********608200 nömrəli, 31.05.2020-ci il tarixli **********485600 nömrəli, 22.05.2020-ci il tarixli **********922200 nömrəli, 31.05.2020-ci il tarixli **********488700 nömrəli, 31.0 5.2020-ci il tarixli **********883500 nömrəli, 31.05.2020-ci il tarixli **********486300 nömrəli, 31.05.2020-ci il tarixli **********551400 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət edərək, iddiaya mahiyyəti üzrə baxılıb qurtaranadək, müəssisənin ƏDV depozit hesabına, bank hesablarına sərəncamların qoyulması, müəssisənin hesablarının dondurulması və həmin borclara görə iddiaçının hazırda mövcud olan, habelə onun hüquqi ünvanına daxil olan bütün növ əmlakın, o cümlədən xammalların, dəzgahların, avadanlıqların və əmlakın siyahıya alınması, məhkəmə qərarı qanuni qüvvəyə minmədən vergi borcunun tələb edilməsi və digər məcburiyyət tədbirlərinin tətbiq edilməsinin cavabdehə qadağan edilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, həmin qərarların “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında göstərilmişdir ki, bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanmışdır. Bəyannamədə tərəflərindən göstərilən məbləğə düzəliş edilməsinin səbəbi onlara aydın deyil, eyni zamanda bu düzəlişi təsdiq edən sənəd də onlara təqdim edilməmişdir. Halbuki, vergi orqanına ünvanlanmış məktubda həmin təsdiqedici sənədləri qoşma kimi əlavə edib göndərmişlər. Hesablanan ver gi məbləği vergi orqanı tərəfindən qanunsuz və əsassız hesablanmış və təqdim etdikləri sənədlər tam şəkildə araşdırılmamışdır. Cavabdehin 20.05.2019-cu il tarixli **********348500 saylı, 30.04.2020-ci il tarixli **********540500 saylı və 07.05.2020-ci il tarixli **********608200 saylı qərarları vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edildiyindən iddianın təmin edilməsinə, yəni hüquqlarının qorunmasına yönəlmiş digər təminat tədbirləri görülməlidir. Vergi orqanı tərəfindən həyata keçirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarın icrası zamanı müəssisənin hüquqları kobud şəkildə pozulmuşdur. Faktiki olaraq vergi orqanın hərəkətlərinin dayandırılması zərurəti yaranmışdır. Odur ki, cavabdehin üzərinə müəyyən hə rəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək barədə vəzifə qoyulsun. Yəni, hazırki iş üzrə yekun qərar çıxaralanadək, müəssisənin fəaliyyətinin dayanmaması, işlərin davam etdirilməsi, istehlakçı və ya sifarişçilərin hüquqlarının pozulmaması, müəssisənin müflis olmaq təhlükəsi ilə üz-üzə qalmaması üçün müəssisənin ƏDV depozit hesabına, bank hesablarına sərəncamların qoyulması, müəssisənin hesablarının dondurulması və həmin borclara görə iddiaçının hazırda mövcud olan, habelə onun hüquqi ünvanına daxil olan bütün növ əmlakın, o cümlədən xammalların, dəzgahların, avadanlıqların və əmlakın siyahıya alınması, məhkəmə qərarı qanuni qüvvəyə minmədən vergi borcunun tələb edilməsi və digər məcburiyyət tədbirlərinin tətbiq edilməsi inzibati orqana qadağan edilməlidir.

4. Cavabdeh iddi a ərizəsinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4482/2020 nömrəli qərardadı ilə (hakim: A.A.Abdullayeva) iddiaçının ərizəsinin qismən təmin edilməsi, müvəqqəti xarakterli müdafiə tədbiri qismində işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçının ƏDV depozit hesabına, bank hesablarına sərəncamların qoyulması, firmanın hesablarının dondurulmasının, mübahisələndirilən məbləğdə 105 faiz dondurulması istisna olmaqla, dayandırılması və həmin borclara görə hazırda mövcud olan, habelə, ərizəçinin hüquqi ünvanına daxil olan bütün növ əmlakın, o cümlədən, xammalların, dəzgahların, avadanlıqların və əmlakın siyahıya alınmasının ca vabdehə qadağan edilməsi qərara alınmışdır.

6. Məhkəmə hesab etmişdir ki, vergi orqanı tərəfindən ərizəçinin bank hesabları üzərinə tam olaraq sərəncam qoyulması, onun tərəfindən iddiaçı üçün əlverişsiz olan vergi məsuliyyətinə cəlbetmə qərarının icra edilməsi, yəni həmin qərara əsasən iddiaçıya hesablanmış əlavə vergilərin məhkəmə mübahisəsi qurtarmamış ondan tutulması, məhkəmə qərarının iddiaçının xeyrinə çıxarılacağı təqdirdə ərizəçinin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Eyni zamanda, borclunun bank hesablarının üzərinə sərəncam qoyulmadığı halda iddianın təmin olunmadığı təqdirdə dövlət büdcəsinə müvafiq vəsaitin ödənilməsi bank hesablarında pul vəsaitinin olmaması səbəbindən mümkün olmaya bilər. Bu səbəbdən iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi idd iaçının ƏDV depozit hesabına, bank hesablarına sərəncamların qoyulmasının, hesablarının dondurulmasının qadağan edilməsi hissəsində mübahisələndirilən məbləğdə 105 faiz dondurulması istisna olmaqla, təmin edilməlidir.

7. Cavabdeh birinci instansiya məhkəməsinin qərardadından apelyasiya şikayəti verərək müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizənin təmin edilmiş hissədə ləğv olunması və həmin hissədə ərizənin təmin olunmamasını xahiş etlmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2092/2020 saylı, 07 dekabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və C.A.Yusifov) apellyasiya şikayəti qismən təmin edilmiş, təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4482/2020 nömrəli qərardadı ləğv edilərək, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

9. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. Lakin hazırkı işin hallarının ilkin araşdırılması iddianın böyük ehtimalla uğurlu olacağı barədə məhkəmə kollegiyasında hər hansı qənaət formalaşdırmır. Bu nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə də hasil olmur. Birinci instansiya məhkəməsi də göstərilən halları qərardadında müzakirə etməmiş və müvafiq hüquqi qiymət verməmişdir. Odur ki, İPM-lə müəyyən edi lən şərtlər müzakirə edilmədən və sözügedən hallara hüquqi qiymət verilmədən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin tam, yaxud qismən təmin edilməsi haqqında qəbul edilən qərardad əsaslandırılmış sayıla bilməz.

10. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1010/2021 saylı, 26 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.M.Quliyev, hakimlər: R.S.Nəbizadə və İ.Ə.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(10 3)-2092/2020 saylı, 07 dekabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

12. Məhkəmə tərkibi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi araşdırılması tələb edilən halları özü müəyyən edib qərardad qəbul etmək səlahiyyətinə malik olduğu halda, işin baxıması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etməklə, prosessual pozuntuya yol vermişdir. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2103/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: H.Ü.Həmidov və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2020 nömrəli iş üzrə 0 8 oktyabr 2020-ci il tarixli qərardadı iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə iddiaçı tərəfindən verilmiş ərizənin qismən təmin edilməsi hissəsində dəyişdirilmiş, cavabdehin 30.04.2020-ci il tarixli **********540500 nömrəli və 07.05.2020-ci il tarixli **********608200 nömrəli, 31.05.2020-ci il tarixli **********485600 nömrəli, 22.05.2020-ci il tarixli **********922200 nömrəli, 31.05.2020-ci il tarixli **********488700 nömrəli, 31.05.2020-ci il tarixli **********883500 nömrəli, 31.05.2020-ci il tarixli **********486300 nömrəli, 31.05.2020-ci il tarixli **********551400 nömrəli qərarlarının icrası dayandırılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının müvəqqəti xarakterli müdafiənin görülməsi barədə ərizədə irəli sürdüyü, yuxarıda artıq göstərilmiş bir neçə müdafiə tədbirləri əslində inzibati aktın icrasının dayandırılmasına yönəldilmişdir ki, bunun da tənzimlənməsi mexanizmi İnzibati Prosessual Məcəllənin eyni adlı 41-ci maddəsində müfəssəl, konkret və aydın şəkildə müəyyən edilmişdir, başqa sözlə iddiaçının ərizəsində və məhkəmə qərarlarında bunun uzun-uzadı yazılması məqsədəmüvafiq olmamaqla yanaşı, gələcəkdə, yəni, artıq yuxarıda yazıldığı kimi, icra icraatı zamanı problemlər yarada bilər ki, bu baxımdan, eləcə də prosessual qanunvericiliyin (İnzibati Prosessual Məcəllənin 41-ci maddəsi) tələbləri nəzərə alınmaqla özündə hazırkı işdə hər şeyi ehtiva edən «inzibati aktın icrasının dayandırılması» terminindən istifadə edilməlidir. Həmçinin, səyyar və ya kameral vergi yoxlaması, həmçinin operativ vergi nəzarətinın nəticələri üzrə qə rar qəbul edilən zaman vergi ödəyicisinə əlavə vergi məbləği hesablanmaqla yanaşı, maliyyə sanksiyası da tətbiq olunur. Vergi mübahisələrinə məhkəmə icraatı qaydasında baxılan zaman, yəni səyyar və ya kameral vergi yoxlaması, həmçinin operativ vergi nəzarətinın nəticələri üzrə qəbul edilən qərarın ləğvi ilə əlaqədar iddia qaldırıldıqda, həmin qərar əsasında tətbiq edilmiş maliyyə sanksiyasını ödəməmək vergi ödəyicisinin hüququdur.

15. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək ərizənin təmin edilmiş hissədə ləğv edilməsi və həmin hissədə ərizənin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qa nunsuz və əsassızdır. Belə ki, məhkəmə işdə olan sübutları düzgün qiymətləndirməmiş, işin tam və ətraflı araşdırılması üçün əlavə sübut və sənədlər tələb etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:... 16.1.11-2. vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək; Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır:... 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək;... Maddə 65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1 vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; Maddə 65.2.3. Vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəs inə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. Maddə 65.2.3-1. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının q orunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qoru nmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddəl ərində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 20.04.2015-ci il tarixli Qərarı Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

21. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar y oxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

22. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

23. İş materiallarından görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 30.04.2020-ci il tarixli **********540500 nömrəli və 07.05.2020-ci il tarixli **********608200 nömrəli, 31.05.2020-ci il tarixli **********485600 nömrəli, 22.05.2020-ci il tarixli **********922200 nömrəli, 31.05.2020-ci il tarixli **********488700 nömrəli, 31.05.2020-ci il tarixli **********883500 nömrəli, 31.05.2020-ci il tarixli **********486300 nömrəli, 31.05.2020-ci il tarixli **********551400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir

24. İşə sonuncu dəfə baxan apelyasiya instansiyası məhkəməsi cavabdehin 30.04.2020-ci il tarixli **********540500 nömrəli, 07.05.2020-ci il tarixli **********608200 nömrəli, 31.05.2020-ci il tarixli **********485600 nömrəli, 22.05.2020-ci il tarixli **********922200 nömrəli, 31.05.2020-ci il tarixli **********488700 nömrəli, 31.05.2020-ci il tarixli **********883500 nömrəli, 31.05.2020-ci il tarixli **********486300 nömrəli, 31.05.2020-ci il tarixli **********551400 nömrəli qərarlarının icrası dayandırılmışdır.

25. Məhkəmə tərkibi apellyasiya məhkəməsinin nəticəsi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 20.04.2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.

27. İPM-nin 40.1, 40.3, 41.2, 43.1.1-ci maddələrin məzmunundan görünür ki, inzibati prosessual qanunvericilik müvəqqəti xarakterli müdafiə tədbiri qismində inzibati aktın icrasının dayandırılması və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tədbiqinin mümkünlüyünü və müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsasları dəqiq müəyyən etmişdir (işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli olması; mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olması; ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyy ən edilməsi; müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalı olması).

28. İPM-nin 41.2-ci maddəsi həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması halını da nəzərdə tutur.

29. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiya məhkəməsi yuxarıda sadalanan prosessual normaların tələblərinə uyğun olmayaraq, iddianın uğurluluq ehtimalına mütənasib olmayan qərardad qəbul etmişdir.

30. Belə ki, ki, Vergi Məcəlləsinin 16.1.11-2-ci maddəsinin tələbinə görə, vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (ve rgi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarda məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 65.2-ci maddəsinə görə, bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.

31. Məhkəmə tərkibi qeyd edir ki, hesabdakı vəsaitin dondurulması həmin vəsaitin vergi ödəyicisi tərəfindən hesabdan kənarlaşdırılmayacağına dair vergi orqanına verilmiş bir təminatdır və əgər vergi orqanı tərəfindən vergi ödəyicisinə hesablanmış vergi borcları məhkəmə mübahisəsinin predmetidirsə, mübahisəyə baxıldığı dövrdə vergi ödəyicisinin özü əlavə hesablanmış məbləğin (əgər həmin məbləği könüllü olaraq ödəməmişdirsə) 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etməlidir. Nəzərə alınsa ki, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməli olduğundan, belə vəziyyətdə müvəqq əti xarakterli müdafiə tədbiri tətbiq edilərkən hər iki tərəfin hüquqi mənafeyi nəzərə alınmalıdır.

32. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə müvəqqəti xarakterli müdafiə tədbiri kimi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla hesablanmış borc məbləğinin 105 faiz həcmində dondurulması istisna olmaqla, həmin qərarın icrası qalan hissədə dayandırılır.

33. Bu mövqe, həm qeyd edildiyi kimi formalaşmış məhkəmə təcrübəsinə uyğundur, həm də birbaşa qanunun tələblərindən irəli gəlir. Ziddiyyətli maraqlar qiymətləndirilərkən nəzərə alınmalıdır ki, dondurma sərəncamının qoyulması vəsaitin hesabdan silinməsi ilə nəticələnmədiyindən iddiaçı üçün itkilər yaratmır, eyni zamanda həmin vəsaitin iddiaçı tərəfindən kən arlaşdırılmayacağına dair cavabdehə təminat verir. Bu baxımdan, iddiaçının hesabına məxaric əməliyyatları üzrə dondurma sərəncamının qoyulması ziddiyyətli maraqların tarazlığını təmin edir. Odur ki, həmin sərəncamın qoyulması qadağan edilə bilməz. Eyni zamanda, həmin növ sərəncam istisna olmaqla, vergi orqanının mübahisəli qərarlarının icrasına yönələn digər hərəkətlər iddiaçının vəsaitinin onun hesabından silinməsi ilə nəticələnə, yaxud onun hesabına pul vəsaitinin daxil olmasına maneə ola bilər, o cümlədən əsassız olaraq müəyyən hüquqlarının (məsələn, mülkiyyət hüququ) məhdudlaşdırılması ilə nəticələnə bilər ki, qərarın onun xeyrinə olacağı təqdirdə iddiaçının hüquqlarının qorunması mümkün olmaya və ya xeyli dərəcədə çətinləşə bilər, yaxud əsassız olaraq müəyyən müddət hüquqları pozulm uş ola bilər.

34. Beləliklə, məhkəmə tərkibi iş materiallarında olan sənədlərə, o cümlədən işin faktiki hallarına qiymət verərək hesab edir ki, qərarın icrası, vergi orqanı tərəfindən iddiaçıya hesablanmış vergi borcunun 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla dayandırılmalıdır.

35. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2103/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilsin. İddiaçı fərdi şəxsi firmasına qarşı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfində n qəbul edilmiş 30.04.2020-ci il tarixli **********540500 nömrəli və 07.05.2020-ci il tarixli **********608200 nömrəli, 31.05.2020-ci il tarixli **********485600 nömrəli, 22.05.2020-ci il tarixli **********922200 nömrəli, 31.05.2020-ci il tarixli **********488700 nömrəli, 31.05.2020-ci il tarixli **********883500 nömrəli, 31.05.2020-ci il tarixli **********486300 nömrəli, 31.05.2020-ci il tarixli **********551400 nömrəli qərarların icrası, hesablanmış borc məbləğinin 105 faiz həcmində dondurulması istisna olmaqla, dayandırılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar