Məhkəmə qərarları › İş №2-1(102)-66/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-66/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-66/2023 12.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hakimiyyət səlahiyyətinin yerinə yetirilməsinə görə əmək pensiyasının yenidən hesablanması və ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin in tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1953/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2000-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Beyləqan rayon X3 Müfəttişliyinin rəisi vəzifəsinə təyin edilmiş və xx.xx.2015-ci ildə dövlət qulluğunda olma müddətinin başa çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmi ş və 1 yanvar 2016-cı il tarixdən ona sabiq dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilmişdir.

2. İddiaçı ona təyin olunmuş əmək pensiyasının məbləği ilə razılaşmayaraq pensiyanın yenidən hesablanması barədə cavabdehə müraciət etmişdir.

3. Cavabdehin 5 iyul 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsi tərəfindən 01 yanvar 2016-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 01 dekabr 2013-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə maaşı 280 manat, qulluq stajına görə əlavə 68,82 manat, ixtisas dərəcəsinə görə 55,0 manat, mükafatlarla müavinətin cəminə görə əlavə 81,67 manat olmaqla orta aylıq əmək haqqı 485,49 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1 iyu l 2017-ci İ tarixinədək qüvvədə olmuş 20.11.З-cü maddəsinə əsasən 15 il 11 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (485,49 manat) 80 faiz - 388,39 manat məbləğində müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 310,00 manat qulluq stajına görə əlavə 76,20 manat, ixtisas dərəcəsinə görə əlavə 55.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 90,42 manat olmaqla orta aylıq əmək haqqı 531,62 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qu lluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (485,49 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqınız (531,62 manat) arasındakı fərq məbləğinin (46,13 manat) 52,75 faizi- 24,33 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (388,39 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanın məbləği 412,72 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2018- xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7016,24 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 6571,84 manat ödənilmişdir. Bu səbəbdən də İddiaçı yuxarıda qeyd olunan dövr ərzində 444,40 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sə rəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 465,00 manat, qulluq stajına görə əlavə 114,30 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat mükafatlarla müavinətlərin cəminə görə əlavə 135,63 manat olmaqla orta aylıq əmək haqqı 769,93 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (531,62 manat) ilə 1 sentyabr 2019 -cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (769,93 manat) arasındakı fərq məbləğinin 238,31 manat) 52,75 faizi- 125,71 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (412, 72 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanın məbləği 538,43 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hər ay 536,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 46,17 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 490,57 manat fərq məbləği cari ilin aprel ayında pensiyanın üzərinə əlavə olunmaqla (538,43 + 490,57= 1029,00 manat) müvafiq kart hesabına köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluğunda və digər sahələrdə işlədiyi dövrün və əlavələrin nəzərə alınaraq yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-ci il tarixdən DSMF Beyləqan rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin yaşa görə əmək pensiyası təyin olunarkən dövlət qulluqçusu kimi iş stajı və stajına əlavə olunan əlavələr nəzərə alınmadan hesablama aparılaraq təyin olunmuşdur. İddiaçı ona təyin edilmiş pensiyasının yenidən hesablanması üçün ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli cavab məktubunda yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2273/2022 nömrəli, 2 mart 2022-ci il tarixli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının dövlət qulluğunda stajı 15 il 11 ay 9 gün təşkil edir. Yuxarıda qeyd edilən Qaydaya uyğun olaraq dövlət qulluğuna görə əmək pensiyasının hesablanması üçün vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə(50 faiz + 2,75 faiz) 52,75 faiz tətbiq edilməlidir. Belə olan halda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada iddiaçının pensiyası cavabdeh tərəfindən yenidən hesablanaraq 01 sentyabr 2019-cu il tarixinədək hesablanmış əmək haqqı(531,62 manat) ilə 01 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (769,93 manat) arasındakı fərq məbləğinin (238,31 manat) 52,75 faiz, yəni 125,71 manat 01 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın üzərinə əlavə olunmaqla 538,43 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının əmək pensiyasını yenidən hesablanması zamanı qanunvericiliyin tələblərini nəzərə almış və düzgün tətbiq edərək pensiya məbləğini müəyyən etmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1953/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, V.N.Sadıqov və A.P.Oruczadə) apellyas iya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, İddiaçı hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində ödənilən əlavə haqqı nəzərə alınmaqla 01 yanvar 2016-cı il tarixdən pensiyasının yenidən hesablanması və həmin tarixdən hal-hazıradək yaranacaq məbləğ fərqinin ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən 15% əlavə haqqın alınmasına dair hüquqmüəyyənedici akt Azərbaycan Respublikası Prezidentinin 776 nömrəli, 20 iyun 2008-ci il tarixli Fərmanıdır. Belə olan halda yəni, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beyləqan Rayon X3 Müfəttişliyi 5-ci kateqoriya dövlət orqanı olduğu üçün həmin orqanın rəisi vəzifəsini tutan iddiaçı haki miyyət səlahiyyətləri verilən dövlət qulluqçusu hesab edildiyindən, hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq pensiya təyinatı zamanı nəzərə alınmalı idi.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya İnstansiyası iş üzrə X2 sorğu göndərmiş, Baş X3 Xidmətinin Beyləqan Rayon X3 Xidmətinin hansı kateqoriya dövlət orqanı olduğunu, həmin orqanın rəisinin hakimiyyət səlahiyyətləri verilən dövlət qulluqçusu hesab olunub-olunmadığı nı, həmçinin həmin vəzifə səlahiyyətlərini yerinə yetirərkən həm də hakimiyyət səlahiyyətləri verilmiş dövlət qulluqçusu kimi əlavə alıb-almadığı barədə məlumatların təqdim olunmasını tələb etmişdir.

13. X1 gələn cavaba əsasən, Baş X3 Xidmətinin Beyləqan Rayon X3 Xidməti 5-ci kateqoriya dövlət orqanı olduğu üçün həmin orqanın rəisi vəzifəsini tutan dövlət qulluqçularına 15% əlavə haqq təyin olunduğu qeyd olunmuşdur.

14. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial yenidən hesablanma zamanı 15% əlavə haqqı o halda nəzərə alır ki, həmin əlavə əmək haqqı cədvəllərində qeyd olunmuş olsun. Əmək haqqı cədvəllərində həmin 15% qeyd olunmadığı üçün, XŞTMF nəzərə almamışdır.

15. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə qulluq etdiyi dövlə t orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır.

16. Halbuki iddiaçı tərəfindən təqdim edilən arayışda da əlavə haqq alınması ilə bağlı qeyd yoxdur.

17. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün ““Əmək pensiyaları haqqında” Qanunun 26.3, 29.1-ci maddələrinə və İnzibati Prosessual Məcəllənin 90-99-cu maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası nın Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məv acibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. Dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; Maddə 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyası na qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. Azərbaycan Respublikası Prezidentinin 776 nömrəli, 20 iyun 2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”: “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram: 1. “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşını n 15 faizi məbləğində əlavə haqq təyin edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı.

22. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübut ları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsa slandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya i nstansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNƏ İCRAAT

25. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd ol unmasını zəruri hesab edir.

27. Obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

28. İlk öncə qeyd edilməlidir ki, iddiaçı 2000-ci ildən 2016-cı ilə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Beyləqan rayon X3 Müfəttişliyinin rəisi vəzifəsində işləmişdir. 2016-cı il tarixdən sabiq dövlət qulluqçusu kimi ona yaşa görə əmək pensiyası təyin edilmişdir.

29. Belə ki, məhkəmə tərəfindən X2 iddiaçının işlədiyi müddətdə hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşına əlavə haqq nəzərdə tutulub -tutulmaması barədə məlumatların təqdim edilməsinə dair sorğu verilmiş, məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beyləqan Rayon X3 Müfəttişliyi 5-ci kateqoriya dövlət orqanı olduğu üçün həmin orqanın rəisi vəzifəsini tutan dövlət qulluqçusu hakimiyyət səlahiyyətləri verilən dövlət qulluqçusu hesab edilir və həmin dövlət qulluqçusuna hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilir.

30. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya yaşa (dövlət qulluğuna) görə pensiya təyin edilərkən ixtisas dərəcəsinə və qulluq stajına görə əlavələr nəzərə alınaraq hesablansa da, hakimiyyət səlah iyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faiz məbləğində əlavə haqq nəzərə alınmamışdır.

31. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sözügedən 15% əlavə haqqın alınmasına dair hüquqmüəyyənedici akt Azərbaycan Respublikası Prezidentinin 776 nömrəli, 20 iyun 2008-ci il tarixli Fərmanıdır.

32. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi dövrdə hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavəni alıbalmadığı, ondan sosial sığorta tutulub-tutulmadığı ilə bağlı Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarının tələblərinə uyğun araşdırılma aparılmamışdır.

33. Qeyd olunan hallar araşdırılmalı və araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymətləndirmə aparılmalıdır. Bu məqsədlə məhkəmə tərəfində n aidiyyəti qurumlara sorğular göndərilməlidir. Belə araşdırmanın təmin edilməsi iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, işə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1953/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar