Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-66/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunvericiliyə edilmiş müvafiq dəyişikliyin qanuni qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi F ilialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(103)-1174/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. xx.xx.1994-cü il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasına əsasən, xx.xx.1989-xx.xx.1994-cü illərdə Bilgəh Zəfəran sovxozunda fəhlə, xx.xx.1994-xx.xx.1995-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Zuğulba” sanatoriyasında bağban, xx.xx.1995-xx.xx.2006-cü illərdə “İqlim” aviasiya istehsalat birliyində 306-cı bölmədə xadimə (istehsalat sahəsini və xidməti otaqları yığışdıran), xx.xx.2008-xx.xx.2009-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında ağır xəstələrə qulluq edən kiçik tibb bacısı, xx.xx.2009-xx.xx.2017-cu illərdə həmin xəstəxanada xadimə, xx.xx.2017xx.xx.2022-ci illərdə həmin xəstəxanada xəstələrə qulluq edən kiçik tibb bacısı işləmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəz ifələrin və göstəricilərin Siyahısı”nın Səhiyyə və sosial təminat idarələri bölməsinin (19) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələri (c) yarımbölməsində orta tibb heyət, kiçik tibb heyət peşəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi Respublika Psixiatriya Xəstəxanasının ona dair xx.xx.2021-ci il tarixli, 489 nömrəli arayışında xx.xx.2008-ci iİ tarixindən hal-hazıradək həmin müəssisədə kiçik tibb bacısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələri sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasın ın minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 36800 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24662,86 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkə məsinə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan ümumi və güzəştli iş stajı iddia ərizəsinə əlavə etdiyi sənədlərlə öz təsdiqi tapır. Cavabdehin imtinası qanunsuz və əsassızdır.
6. Cavabdeh imtina məktubundakı dəlillərə istinad edərək, iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında iddianın təmin olunmamasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının xx.xx. 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2008-ci il tarixdən hal-hazıra kimi psixiatrik yoluxucu xəstəliklər şöbəsində xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsində çalışır. xx.xx.2008-ci il tarixində psixiatrik yoluxucu xəstəliklər şöbəsinə ağır xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu il tarixli Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlinə əsasən struktur bölmə və vəzifələrin adlarında dəyişiklik olunması ilə əlaqədar xadimə vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixli Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlinə əsasən struktur bölmə və vəzifələrin adlarında dəyişiklik olunması ilə əlaqədar olaraq xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinə keçirilmişdir. Bu müddət ərzində işlədiyi vəzifələrin adları dəyişdirilsə də, əmək müqaviləsi üzrə əmək funksiyaları və əmək şəraiti (zərərli ağır) eyni saxlanılmışdır. Yoluxucu xəstəliklərdən müalicə alan psixi xəstələrə qulluq edilməsi, müalicə olunduqları müddətdə onlara lazımi qayğı və diqqətin göstərilməsi, yüksək faizli dezinfeksiya məhlullarından istifadə və infeksion xəstəliklərin şöbə daxilində yayılmaması üçün sanitargigiyenik qaydalara ciddi əməl olunması bu şöbədə işləyən işçi heyətinin əmək funksiyasının özəyini təşkil edir. İddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 2 nömrəli “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği” Qərarının “Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavələr” adlanan 2.2.1-ci bəndinə əsasən hər ay vəzifə (tarif) maaşına 25 faiz əlavə haqq ödənilir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 92 nömrəli “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı” Qərarına əsasən psixiatriya müəssisələrində kiçik tibb heyətində çalışanlara şamil olunan 24 gün əlavə məzuniyyət hüququna malikdir. İddiaçının infeksion şöbəsində kiçik tibb heyəti vəzifəsində çalışması, xəstələrə xidmət edən işçi siyahısına aid edilməsi, ümumi iş stajı nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 19-cu “Səhi yyə və sosial təminat” bölməsinə müvafiq olaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verilə bilər.
8. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək işlədiyi xadimə vəzifəsi kiçik tibb heyətinə aiddir. Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlinə əsasən struktur bölmə və vəzifələrin adlarında dəyişiklik olunsa da, iddiaçı həmin dövrdə sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitində-psixiatrik yoluxucu xəstəliklər şöbəsində həm psixi, həm də yoluxucu xəstəliklərdən əziy yət çəkən xəstələrə qulluq edən kiçik tibb heyətində çalışmışdır. İddiaçının xx.xx.2008-ci il tarixdən xx.xx.2022ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində kiçik tibb bacısı vəzifəsində 14 il 4 ay 19 gün ümumi iş stajı vardır, bu da əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə bilər. İddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 19-cu “Səhiyyə və sosial təminat müəssisələri” bölməsinin “a” yarımbəndinə-vərəm və infeksion müəssisələrində, bölmələrində, kabinetlərində kiçik tibb heyəti yarımbəndinə aiddir.
9. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respub likası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Səhiyyə və sosial təminat idarələri bölməsinin (19) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələri (c) yarımbölməsində orta tibb heyət, kiçik tibb heyət peşəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi Respublika Psixiatriya Xəstəxanasının ona dair xx.xx.2021-ci il tarixli, 489 nömrəli arayışında xx.xx.2008-ci il tarixindən müraciət etdiyi tarixədək həmin müəssisədə kiçik tibb bacısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi sahə yuxarıda qeyd olunan uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika id arələri sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 42720 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27421,05 manat təşkil edir. Qeyd olunan səbəblərdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
10. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq u vardır. Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa qörə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilənlər nəzərə alınaraq, Qanunun 9.1-ci maddəsinə əsasən qadınların pensiya yaşı xx.xx.2022-ci il tarixindən etibarən 58 yaşdır. Eyni zamanda, onun işlədiyi Respublika Psixiatriya Xəstəxanası uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələri sahəsinə aid deyil. Göstərilən səbəblərdən də hazırda iddiaçıya qeyd olunan maddəyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil. Eyni zamanda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alı nmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 34560 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27800,37 manat təşkil edir. Buna görə də, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Belə ki, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 13472,18 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabının sığorta hissəsində qeydə alınan 14328,19 manat olmaqla, cəmi pensiya kapitalı 27800,37 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasını n sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq iddiaçının xx.xx.2006-cı il tarixinədək olan 16 il 6 ay 25 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 13472,18 manat müəyyən edilmişdir. İddiaçının həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 14328,19 manat pensiya kapitalı qeydə alınmışdır. Əlavə olaraq bildirilir ki, iddiaçının ümumi iş stajı 30 il 8 ay 25 gün (2006-cı ilədək 16 il 6 ay 25 gün (xx.xx.1989-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1995-01.01 2006-cı il tarixləri arasındakı dövrlər), 2006-cı il tarixin dən sonra 14 il 2 ay iş stajı) təşkil edir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Əhədova) 19 oktyabr 2022-ci il tarixli, e-2-1(112)-6111/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi cavabdehin hazırkı iş üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini ilə bağlı müraciətinə “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən imtina versə də, lakin məhkəmə icraatı gedişində məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubunda həm də xx.xx.2022-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə qiymətləndirm ə aparmaqla iddiaçının müraciətinə bilavasitə hazırkı qanunvericiliyin tələbləri əsasında öz mövqeyini bildirdiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsi məhz iddia tələbinə də uyğun olaraq xx.xx.2022-ci ildən qüvvədə olan qanunun tələbinə əsasən yuxarıda qeyd edilən şərtlər daxilində baxılmalıdır və bu halda cavabdeh iddiaçının hazırkı qüvvədə olan qanuna əsasən pensiya təyinatı ilə bağlı iddia qaldırılanadək icraat aparılmadığına və ya inzibati orqanın münasibət bildirmədiyinə istinad edə bilməz. Beləliklə, xx.xx.2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qadınlar üçün 58 yaşın tamam olması (Qanunun 7-ci maddəsi i lə nəzərdə tutulmuş xx.xx.2022-ci il tarixdən qadınlar üçün 63 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 10 il güzəştli iş stajı toplaması tələb olunur. Göründüyü kimi, qanunun qüvvədə olan tələbləri sırasında güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı üçün pensiya kapitalı ilə bağlı hər hansı tələb nəzərdə tutulmamışdır. Bu əsasdan məhkəmə cavabdehin pensiya kapitalı ilə bağlı dəlilini araşdırmağa zərurət görmür.
13. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 58 yaşını xx.xx.2020-ci il tarixdə tamamlamışdır. İddiaçının iddiasına xx.xx.2022-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbi əsasında baxıldığından, iddiaçının isə həmin qanunla tələb olunan 58 yaşını 2020-ci ildə, yəni hazırkı qanunun maddəsinin yeni redaksiyası qüvvədə olmadığı vaxt tamam olduğundan və Qanunun keçid müddəalarına əsasən yeni redaksiyada verilmiş 9.1-ci maddəsinin Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi hallarına tətbiq edilmədiyini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 58 yaşdan deyil, məhz Qanunun 9.1-ci maddəsinin yeni redaksiyada qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən yaranmışdır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən iddiaçının iş stajı xx.xx.1989-xx.xx.1994-cü ilədək 4 il 8 ay 21 gün, xx.xx.1994-xx.xx.1995-ci ilədək 1 il 9 ay 16 gün, xx.xx.1995-xx.xx.2006-cı ilədək 10 il 5 ay, xx.xx.2008-xx.xx.2022-ci il tarixədək 14 il 4 ay 29 gün olmaqla, ümumilikdə 31 il 4 ay 6 gün təşkil edir. Beləliklə, iddiaçı nın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı mövcuddur.
14. İddiaçının güzəştli iş stajına gəlincə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda:
19. Tibb və sosial təminat müəssisələri bölməsində: a) vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində adlı yarımbəndində: orta tibb heyəti kiçik tibb heyəti c) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika müəssisələrində, bölmələrində adlı yarımbəndində: orta tibb heyəti kiçik tibb heyəti vəzifələri zərərli vəzifələr kimi nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçının işlə diyi Respublika Psixiatriya Xəstəxanasının uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicəprofilaktika idarəsi olmadığını, bununla da iddiaçının Siyahıda nəzərə tutulmuş sahəyə uyğun gəlmədiyini bildirsə də, yuxarıda qeyd edildiyi kimi Siyahıda “a”-yarımbəndində bütün tibbi sosial təminat müəssisələrinin infeksion bölməsində çalışan kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq da işəgötürən iddiaçının işlədiyi vəzifəni cavabdehin iddia etdiyi “c” yarımbəndindəki uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika müəssisələrində, bölmələrində kiçik tibbi heyətə deyil, məhz “a” yarımbəndinə infeksion bölmələrdəki kiçik tibb heyətinə aid etmişdir. Bu əsasdan məhkəmə cavabdehin iddiaçının işlədiyi idarənin ümumilikdə adının Psixiatriya xəstəxanası olmasından çıxış edərək onun işlədiyi sahəni uşaq evlərinin psixiatriya müəssisəsi bölməsinə uyğunlaşdırmasını əsaslı hesab etmir. Qeyd edildiyi kimi, 19-cu bəndin “a” yarımbəndi bütövlükdə tibb və sosial təminat müəssisələrində infeksion bölmələrində işləyən kiçik tibb heyətini zərərli sahə və peşə kimi nəzərdə tutmuşdur. Hər bir tibb müəssisəsində infeksion şöbə və ya bölmə olması mümkündür. Nəzərə alınsa ki iddiaçının işlədiyi müəssisə ixtisaslaşmış psixiatriya müəssisəsi olmaqla bərabər ilk əvvəl tibb müəssisəsidir və həmin müəssisədə də müvafiq infeksion bölmə mövcuddur. İşəgötürən Respublika Psixiatriya Xəstəxanasının verdiyi ştat cədvəllərində və məhkəmə sorğularına cavab məktublarında xəstəxana daxilində ayrıca infeksion şöbənin olduğu qeyd edilmişdir.
15. İşəgötürən Respublika Psi xiatriya Xəstəxanası tərəfindən məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, iddiaçının işlədiyi müddətdə Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlinə əsasən müəssisədə vəzifələrin adları dəyişdirilmiş, lakin əmək müqaviləsi üzrə əmək funksiyaları və əmək şəraiti (zərərli ağır) eyni saxlanılmışdır. Belə ki, iddiaçı işlədiyi müddətdə yoluxucu xəstəliklərdən müalicə alan psixi xəstələrə qulluq edilməsi, müalicə olunduqları müddətdə onlara lazımi qayğı və diqqətin göstərilməsi ilə məşğul olmuş, yüksək faizli dezinfeksiya məhlullarından istifadə və infeksion xəstəliklərin şöbə daxilində yayılmaması üçün sanitar-gigiyenik qaydalara ciddi əməl edilməsinə məsul olmuş, onun hər ay vəzifə (tarif) maaşına sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə 25 faiz əlavə haqq ı ödənilmiş, eyni zamanda 24 gün əlavə məzuniyyət haqqı ilə təmin edilmişdir. Təqdim edilmiş ştat cədvəllərindən müəyyən olunur ki, Səhiyyə Nazirliyi tərəfindən 2008, 2009, 2017-ci illərdə yeni ştat vahidləri təsdiq olunmuş, psixiatrik yoluxucu xəstəliklər şöbəsində kiçik tibb heyətinə aid edilən vəzifələrin adlarında, sayında fərq olmuş, lakin iddiaçının əmək haqqı barədə arayış cədvəllərində hər iki xadimə və ya kiçik tibb bacısı vəzifəsində işlədiyi dövrlər üzrə zərərli işlə bağlı güzəştlər verilməkdə davam etmişdir. Beləliklə, iddiaçının psixiatrik yoluxucu xəstəliklər şöbəsində xəstələrə qulluq edən xadimə və kiçik tibb bacısı vəzifələri hər ikisi kiçik tibb heyətinə aid olmuş, hər iki vəzifələr üzrə işlədiyi sahə, əmək şəraiti və əmək funksiyaları eyni olmuş və zərərli işlə əlaqəda r əlavə əmək haqqı və əlavə əmək məzuniyyətləri ilə təmin edilmişdir. Məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2008-ci ildən xx.xx.2022-ci ilədək 14 il 4 ay 29 gün güzəştli iş stajı mövcuddur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.
16. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 01 i yun 2023-cü il tarixli, 2-1(103)-1174/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haq qında” Azərbaycan Respublikası Qanunu (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada) Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbayc an Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Mad də 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən Bu Qanunla “Əmək pensiyaları ha qqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.)
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı
19. Tibb və sosial təminat müəssisələri a) vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində kiçik tibb heyəti
24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pen siyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı
2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyas ı məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfind ən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şə rtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cav abdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
35. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
36. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliy in tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
37. Yuxarıda istinad edilən normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 20 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, və zifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 10 il xüsusi iş stajına malik olmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il ümumi stajı olmalıdır.
38. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
39. Həmçinin iddiaçının işlədiyi vəzifələrin (psixiatrik yoluxucu xəstəliklər şöbəsində xəstələrə qulluq edən xadimə və kiçik tibb bacısı vəzifələri) və sahənin tibb və sosial təminat müəssisələri sahəsinə aid və bağlı olduğu işin apel lyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
40. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun da ha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
41. Odur ki, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
43. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 21(103)-1174/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.