Məhkəmə qərarları › İş №2-1(102)-660/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-660/2020

21.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-660/2020 21.04.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; rəngsaz-malyar peşəsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməs i tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.11.2019-cu il tarixli, 21(103)-2413/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 21.04.2020-ci il tarixində yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı, **.**.1959 -cu ildə Qubadlı rayonunda anadan olmuş, 1975-ci ildə Bakı X məktəbdə rəngsaz malyar peşəsi üzrə təhsilini başa vuraraq hərbi xidmətə yollanmış, hərbi xidmətdən sonra 1980-ci ildən Bakı X Bakı evtikmə kombinatında rəngsaz-malyar peşəsi üzrə işə qəbul olmuş və orada çalışmışdır. Hal-hazırda “X” ASC-də peşə ixtisası üzrə işdə çalışır. Çalışdığı sahə həm SSRİ Nazirlər Sovetinin, həm də qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda zərərli sahə olmaqla, müəyən etdiyi əmək şəraitinin xüsusilə zərərli və ağır sahələri üzrə peşə hesab olunduğundan yaşa görə pensiya hüququndan istifadə edərək DSMF-nin Suraxanı rayon şöbəsinə müraciət etmişdir. DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən onun əmək fəaliyyətinin zərərli olması müəyyən olunmuş, lakin 12 il 6 aylıq iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edildiyi bildirilmişdir. Bununla razılaşmayan Iddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun 01.09.1975-ci ildən 15.07.1977-ci ilə kimi ** saylı Peşə məktəbində oxuduğu illəri, 25.11.1977-ci ildən 05.10.1978-ci ilə kimi ** nömrəli tikinti idarəsində rəngsaz vəzifəsində, 13.07.1981-ci ildən 0 1.04.1984-cü ilə kimi ** nömrəli tikinti idarəsində rəngsaz vəzifəsində, 01.04.1984-cü ildən 05.12.1989-cu ilə kimi həmin idarənin * nömrəli evtikmə kombinatında rəngsaz vəzifəsində, 21.12.1989-cu ilildən 01.05.1997-ci ilə kimi * nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində rəngsaz vəzifəsində, 01.05.1997-ci ildən 02.06.1997-ci ilə kimi X idarəsində rəngsaz vəzifəsində, 10.11.2011-ci ildən hal-hazıra kimi “X” ASC-nin “X” idarəsində rəngsaz vəzifəsində işlədiyi illərin güzəştli iş stajı kimi tanınmaqla güzəştli sosial sığorta stajına əlavə edilməklə 57 yaşdan yaşının tamam olduğu 03.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələri n mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2693/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı Iddiaçı 01.09.1975-ci ildən 15.07.1977-ci ilə kimi ** saylı Peşə məktəbində oxuduğu illəri, 25.11.1977-ci ildən 05.10.1978-ci ilə kimi ** nömrəli tikinti idarəsində rəngsaz vəzifəsində, 13.01.1981-ci ildən 01.04.1984-cü ilə kimi ** nömrəli tikinti idarəsində rəngsaz vəzifəsində, 01.04.1984-cü ildən 05.12.1989-cu ilə kimi həmin idarənin ** nömrəli evtikmə kombinatında rəngsaz vəzifəsində, 21.12.1989-cu ildən 01.05.1997-ci ilə kimi ** nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində rəngsaz vəzifəsində, 01.05.1997-ci ildən 02.06.1997-ci ilə kimi “X” idarəsində rəngsaz vəzifəsində, 10.11.2011-ci ildən hal-hazıra kimi “X” ASC-nin “X” idarəsində rən gsaz vəzifəsində işlədiyi illəri güzəştli iş stajı kimi tanınmaqla və güzəştli sosial sığorta stajına daxil edilməklə 57 yaşının tamam olduğu 03.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsi apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2693/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli, 2-1(103)-39/2019 nömrəli qərarına əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2693/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılaraq iddia tələbinin rədd edilməsi, cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının 25.11.1977-ci ildən 05.10.1978-ci ilə kimi ** nömrəli tikinti idarəsində, 13.01.1981-ci ildən 01.04.1984-cü ilə kimi ** nömrəli tikinti idarəsində, 01.04.1984-cü ildən 05.12.1989-cu ilə kimi həmin idarənin ** nömrəli evtikmə kombinatında, 21.12.1989-cu ildən 01.05.1997-ci ilə kimi ** nömrəli Təmir Tikinti Quşadırma İdarəsində işlədiyi rəngsaz vəzifələrinin məhz güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrə aid edilməsini təsdiq edən arayış iş materiallarında olmadığından iddiaçının işlədiyi həmin dövr onun sı ğorta stajına aid edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli, 2-1(103)-39/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2693/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qərarının qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2196/2019 nömrəli, 24 iyul 2019-cu il tarixli qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli, 2-1(103)-39/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, ap ellyasiya məhkəməsi yalnız bir hala – iddiaçının güzəştli peşələrdə çalışdığını təsdiq edən arayışın olmamasına istinad edərək iddianın əsassız olması qənaətinə gəlmişdir. Halbuki, məhkəmə ilk növbədə iddiaçının hansı peşələrdə işlədiyini, həmin peşələrin iddiaçının işlədiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulub-tutulmadığını araşdırmalı idi. Belə ki, cavabdehin əsas dəlili iddiaçının işlədiyi peşənin Siyahıda nəzərdə tutulmaması ilə bağlı olmuşdur. İş yerindən bu barədə arayışla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, müvafiq peşənin güzəştli olub-olmaması iş yerindən verilən arayışla deyil, Nazirlər Kabinetinin təsdiq etdiyi siy ahı ilə müəyyən edilir. Odur ki, arayışın işə əlavə edilməməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə düzgün hesab edilə bilməz. İşə təkrarən baxıldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 2-1(103)-2413/2019 nömrəli, 07 noyabr 2019-cu il tarixli qərarına əsasən, apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2693/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlət Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq olunan “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələ rin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”da «23200000 - XXXIII. Ümumi peşələr, 23200000 – 13450» kodla müəyyən olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın «35. Ümumi peşələr» böğməsində göstərilən «təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar» peşəsinə uyğun gəlir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2413/2019 nömrəli, 07 noyabr 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə qanunvericiliyi n tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün şəxsin buna hüquq verən peşələrdə işləməsinin əmək kitabçası ilə təsdiq olunmasından əlavə, həm də bu barədə iş yerindən müvafiq arayış təqdim olunmalıdır. Hazırki iş üzrə isə iddiaçı belə bir arayış təqdim etməmişdir. Həmçinin, iddiaçının əvvəlki dövrlərdə işlədiyi peşə və vəzifələri də məhkəmə əsassız olaraq güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşə və vəzifələrə aid etmişdir. Kassator «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 90-99-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2413/2019 nömrəli, 07 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişd ir. Tərəflərin izahatları İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2413/2019 nömrəli, 07 noyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının işlədiyi rəngsaz peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına 2 №-li əlavədə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»da «23200000 - XXXIII. Ümumi peşələr, 23200000 – 13450» kodla müəyyən olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın «35. Ümumi p eşələr» böğməsində göstərilən «təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar» peşəsinə uyğun gəlir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbinə müvafiq olaraq əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 25 ildən çox ümumi, 12 ildən çox zərərli əmək sahəsində sığorta stajına malik olmuş və onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 31.08.2002-ci il tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə»nin 8.6.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək pensiyalarının maliyyələşdiril məsini təmin etmək Fondun əsas vəzifələrindəndir Apellyasiya instansiya məhkəməsi qanunun normalarını işin faktiki hallarına düzgün tətbiq edərək müəyyən etmişdir ki, iddiaçının çalışdığı rəngsaz vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq olunan «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»da «23200000 - XXXIII. Ümumi peşələr, 23200000 – 13450» kodla və Azərbaycan Respublikasının Nazirlər Kabineti «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarix li, 12 saylı qərarının «35 Ümumi peşələr»bölməsindəki- təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar» peşəsinə uyğun gəldiyindən, həmin vəzifələrin zərərli işlərə aid olmasının araşdırma aparılmadan və tələb olunan 12 il 6 ya güzəştli iş topladığından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən cavabdeh DSMF Suraxanı RŞ tərəfindən imtina olunması qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh, kassasiya şikayətinin dəlillərində iddiaçının çalışdığı peşə və vəzifələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşə və vəzifələrə aid olmadığını bildirsə də, yuxarıda qeyd olunanlardan göründüyü kimi apellyasiya instansiya məhkəməsin tərəfindən həmin peşə və vəzifələrin müvafiq Siyahıya uyu nluğu təsdiq olunmuşdur və bu səbəbdən də məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Həmçinin, kassasiya şikayətinin “iddiaçının iş yerindən arayış təqdim etməməsi barədə” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müvafiq peşənin güzəştli olub-olmaması iş yerindən verilən arayışla deyil, Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı ilə müəyyən edildiyindən cavabdehin həmin dəlili də əsassızdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaoluna na əmək pensiyası təyin edilir. Göründüyü kimi iddiaçının pensiya hüququ 03.11.2016-cı il tarixinə yaranır və cavabdehə müraciəti isə 2018-ci ildə olmuş, lakin müraciəti təmin olunmadığı səbəbindən məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçının pensiya təyinatı cavabdehin qanunsuz imtinası əsasında gecikdirilmiş və pensiya məbləğləri vaxtında ödənilməmişdir İnzibati-Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübu t etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsində iddiaçının öz tələbini əsaslandırdığı hallar təsdiqini tapmış, inzibati orqan iddiaçının 12 il 6 aylıq xüsusi iş stajının olmadığına istinad etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qe yd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2413/2019 nömrəli, 07 no

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar