Məhkəmə qərarları › İş №2-1(102)-660/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-660/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-660/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ( hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi İddiaçı və vəkili Ələddin İbayevin, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1680/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2021-cil il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respu blikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə Gürcüstan SSRnin Marneuli rayonunda doğulmuşdur. xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər Gürcüstan SSR-nin Marneuli rayonunun “Muban” xüsusi sovxozunun təmir emalatxanasında çilingər vəzifəsində işləmiş, xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilə qə dər Azərbaycan SSR Politexnik İnstitutunda təhsil almış, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər SKB “Azərelektroterm”də mühəndis, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə mühəndistexnoloq, xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilə qədər “Azərməişəttexnikitəmir” Respublikası İstehsalat Kommersiya Birliyində usta, baş mexanik vəzifələrində, xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilə qədər “xxxx” Dövlət Şirkətində baş mexanik, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə qədər “xxxx” ASC-də mexanika bölməsində bölmə rəisi, xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər mexanika şöbəsinin rəisi, xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilə qədər “xxxx” ASC-də mexaniki təmir sexinin rəisi, xx.xx.2007-ci il tarixli xx.xx.2008-ci ilə qədər baş mühəndisin müavini, xx.xx.2008-ci ildən xx.xx.2011-ci ilə qədər baş mexanik, xx.xx.2011-ci ildən xx.xx.2014- cü ilə qədər baş mexanikin müavini, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilə qədər “xxxx” MMC-də baş mexanikin müavini, xx.xx.2014- cü ildən xx.xx.2016-cı ilə qədər mexaniki emal sahəsinin rəisi vəzifəsində işləmiş, xx.xx.2016-cı ildən hazırkı vaxta qədər isə “xxxx” MMC-də mexaniki emal sexinin rəisi vəzifəsində işləyir. xx.xx.2017-ci il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixə qədər 39 il 3 ay 06 gün ümumi iş stajı, 16 il 4 ay 25 gün zərərli iş stajını toplamışdır. Zərərli iş stajını təsdiq edən müvafiq arayış verilmişdir. Nəhayət iddiaçı ona 57 yaşı tamam olan tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2019-cu il tarixli **********4 nömrəli cavab məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat:

3. Bakı İnzibati Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli 2-1(112)-921/2020 nömrəli, (sədrlik edən hakim Mehriban Qarayeva) qərarı ilə iddia tələbi təmin edilməsi, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəs inin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən X1 2.2.2.,14.3.,33.1.,52,68.2-ci maddələrinə, «Əmək pensiyaları haqqında» Qanununun 1.0.2, 9.1.,(x xxxx 2017-ci tarixinədək qüvvədə olan) 21.1-ci maddələrinə istinad etməklə, belə hesab etmişdirki iddia tələbi qanuni və əsaslıdır.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat:

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-16 80/2020 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, İlham Kərimli və Afaq Nuriyeva) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qararını dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən birinci instansiya məhkəməsinin də istnad etdiyi maddələri və prosessual hüquq normaları tətbiq etməklə belə hesab edirki, iddiaçı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri:

8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Vətəndaşların pensiya təminatı haqqında Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli.ərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin iş materiallarından görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixədək tələb edilən 12 il 6 ayı tamamlamamışdır. 9. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi də iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək olan redaksiyasının 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyası iddiaçıya şamil edilə bilməsi üçün 57 yaşı tamam olduğu tarixədək (xx.xx.2017) güzəştli şərtlərlə pensiyası almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə 3 şərtə riayət etməklə yaranır:1)İddiaçının Qanunla tələb edilən pensiya yaşına çatması, 2) İddiaçının Qanunla tələb edilən zəruri staja sahib olması, 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi haqqında xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi. İddiaçının işləmiş olduğu peşələr Siyahıda göstərlinən peşələr ilə üst-üstə düşmür, və belə olan halda tələb olunan 12 il 6 ay iş stajı müddəti tamamlanmır

10. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1680/2020 nömrəli nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayə tinə qarşı etirazın dəlilləri

11. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Tərəflərin izahatı:

12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Ə.İbayev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etm işdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Ə.İbayevin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

15. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

16. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır Əsaslandırıcı hissə

17. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

19. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilm əməsini də yoxlamalıdır.

20. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-1680/2020 nömrəli qərarla və həmin qərardan cavabdeh tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi dəlilllər əsassizdır, belə ki, apelyasiya instansiya məhkəməsi tərəflər arasında yaranmış inzibati mübahisəni həll edərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq etmişdir.

21. Belə ki, apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, 69 saylı xx.xx.1977-ci il tarixli əmrə əsasən xx.xx.1977-ci il tarixdən Gürcüstan SSR Marneuli rayonunun “Muqan” xüsusi sovxozunun təmir emalatxanasına çilingər vəzifəsinə qəbul edilmiş, 203 saylı xx.xx.1978-ci il tarixli əmrlə həmin tarixdən işdən azad edilmiş, 112-yп saylı xx.xx.1978-ci il tarixli əmrə əsasən xx.xx.1978-ci il tarixdən Ç.İldırım adına AzPİ Mexanika fakültəsinin gündüz şöbəsinə qəbul edilmiş, 101-yп nömrəli xx.xx.1983-cü il tarixli əmrlə xx.xx.1983-cü il tarixdə həmin şöbəni bitirmiş, 150-k saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən xx.xx.1983-cü il tarixdən SKB “Azərelektroterm”ə Ko-8 mühəndis vəzifəsinə qəbul edilmiş, 150-k saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən xx.xx.1984-cü il tarixdən 3-cü dərəcəli mühəndis texnoloq vəzifəsinə keçirilmiş, 173-k saylı xx.xx.1986-cı il tarixli əmrə əsasən xx.xx.1986-cı il tarixdən KO-5-ə 3-cü dərəcəli mühəndiskonstruktor vəzifəsinə keçirilmiş (qeyd yararsız hesab edilmişdir), 67-k saylı xx. xx.1988-ci il tarixli əmrlə xx.xx.1988-ci ildən öz xahişi ilə işdən azad edilmiş, 127/ok saylı xx.xx.1988-ci il tarixli əmrlə həmin tarixdən Bakı şəhəri SBT zavodunun 1 saylı sexinə usta vəzifəsinə qəbul edilmiş, 89/ok saylı xx.xx.1989-cu il tarixli əmrlə xx.xx.1989-cu il tarixdən sifarişlərin qəbulu şöbəsinə usta keçirilmiş, 89/ok saylı xx.xx.1990-cı il tarixli əmrlə xx.xx.1990-cı il tarixdən LPTO baş mexanika şöbəsinin baş mexaniki keçirilmiş, 4/ok saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən xx.xx.1994-cü il tarixdən öz xahişi ilə işdən azad edilmiş, K-11 saylı xx.xx.1994-cü il tarixli əmrlə həmin tarixdən Azərbaycan Respublikası “xxxx” Dövlət Şirkətinə baş mexanik vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 405 nömrəli sərəncamına əsasən şirkə tin ləgvi ilə baglı xx.xx.2000-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, 3-k saylı xx.xx.2000-ci il tarixli əmrə əsasən xx.xx.2000-ci il tarixdən “xxxx” ASC-nin “Sumqayıt Alüminium” İsatehsalat Sahəsinin mexanika bölməsinə müddətli əmək müqaviləsi bağlamaqla bölmə rəisi vəzifəsinə qəbul edilmiş, 198-k saylı xx.xx.2000-ci il tarixli əmrə əsasən xx.xx.2000-ci il tarixdən bölmə rəisi vəzifəsində müddətsiz əmək müqaviləsi bağlanmış, 6-k saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən xx.xx.2001-ci il tarixdən müqaviləsinə xitam verilmiş, 7-k saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən həmin tarixdən “xxxx” ASC-nin “Sumqayıt Alüminium” İstehsalat Sahəsində mexanika bölməsinə müddətli əmək müqaviləsi bağlamaqla rəis vəzifəsinə qəbul edilmiş, 35-k saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən müddə tsiz əmək müqaviləsi bağlanmış, xx.xx.2002-ci il tarixli 3k saylı əmrlə həmin tarixdən yeni ştat cədvəlindəki dəyişiklikləri nəzərə alaraq bağlanmış əmək müqaviləsi ilə mexanika bölməsinin rəisi vəzifəsində fəaliyyətinin davam etdirilməsi əmr edilmiş, 148 saylı əmrə əsasən xx.xx.2006-cı il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, 06/k saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən həmin tarixdən “xxxx” ASC-də 4 saylı mexaniki təmir sexinə rəis təyin edilmiş, 72/k saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən həmin tarixdən baş mühəndisin müavini vəzifəsinə keçirilmiş, 66/k saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən həmin tarixdən baş mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci il tarixli 53/k saylı əmrə əsasən həmin tarixdən baş mexanikin müavini vəzifəsinə keçirilmiş, 249/66k s aylı əmrə əsasən xx.xx.2014-cü il tarixli əmrlə həmin tarixdən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2014-cü il tarixdən baş mexanik şöbəsinə baş mexanikin müavini vəzifəsinə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdən mexaniklər xidmətinə mexaniki emal sahəsinin rəisi vəzifəsinə keçirilmiş, 169/k saylı xx.xx.2016-cı il tarixli əmrə əsasən həmin tarixdən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2016-cı il tarixdən “xxxx” MMC-yə mexaniki emal sexinin rəisi vəzifəsinə qəbul edilmişdir.

22. Həmçinin apelyasiya instansiya məhkəməsi tərəfindən “X4” ASC tərəfindən verilmiş KŞ-102 saylı xx.xx.2019-cu il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2005-ci il tarixində “xxxx” zavodunun 4 saylı Mexaniki təmir sahəsinə rəis vəzifəsinə qəbul edilmişdir (xx.xx.2005-ci il tarixli 06/k №-li Əmr). xx.xx.2007-ci il tarixindən baş mühəndisin müavini vəzifəsinə keçirilmişdir (xx.xx.2007-ci il tarixli 72/k №-li Əmr). xx.xx.2008-ci il tarixində baş mexanik vəzifəsinə keçirilmişdir (xx.xx.2008-ci il tarixli 66/k №-li Əmr). xx.xx.2011-ci il tarixində həmin şöbədə baş mexanikin müavini keçirilmişdir (xx.xx.2011-ci il tarixli 53/k №-li Əmr). xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1- ci hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilmişdir (xx.xx.2014-cü il tarixli 249/66 K №-li Əmr). İddiaçı Mexaniki təmir sexinin rəisi, baş mühəndisin müavini, baş mexanik və baş mexanikin müavini kimi bütün iş vaxtını zərərli iş şəraitində keçirmişdir. Göstərilən bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 say lı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'' nın 11-ci Metal emalı bölməsinin 11.1. Tökmə istehsalı yarımbölməsində qeyd edilən sex rəisləri, sex mexanikləri və böyük mexaniklər vəzifələrə aiddir. xx.xx.1999-cu il tarixində "xxxx” zavodu Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 232 saylı sərəncamına əsasən, “xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. “xxxx” ASC-nin Səhmdarlarının xx.xx.2013-cü il tarixli X3 əsasən xx.xx.2013cü il tarixindən "xxxx” ASC-nin adı dəyişdirilərək “X4” ASC adlandırılmışdır.

23. Eyni zamanda apelyasiya instansiya məhkəməsi tərəfindən “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 02 saylı arayışa əsasən müəyyən edilmişdir ki, İddiaçı həqiqətən “xxxx” ASC-nin “Sumqayıt Alüminium” İstehsalat Sahəsində (keçmiş Sumqayıt Alüminium zavodu) aşağıdakı peşələrdə (vəzifə) güzəştli şərtlərlə işləmişdir: xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək 2 nömrəli müvafiq siyahının 14-cü bölməsinin 14b yarımbölməsi, metal emalı, 2150100b-24097 sahə (bölmə) rəisləri; xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 2 nömrəli müvafiq siyahının 14-cü bölməsinin 14b yarımbölməsi, metal emalı, 2150100b – 24125 sex (şöbə) rəisləri və onların istehsalat və istehsalatın hazırlanması üzrə müavinləri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarında pensiya sahəsi üzrə güzəştli şərtlərə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodları göstərilmişdir. İddiaçı 2 saylı pensiya siyahısı üzrə güzəştli şə rtlərlə işləmişdir. İddiaçı “xxxx” ASC-nin “Sumqayıt Alüminium” İS-də xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək ödənişsiz məzuniyyətlərdə olmuşdur.

24. Bununla yanaşı apelyasiya instansiya məhkəməsi tərəfindən “X5” MMC tərəfindən verilmiş 32/L saylı xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən müəyyən edilmişdir ki, İddiaçı xx xxx 2014-cü il tarixdən xx xxxxxxxx 2014-cü il tarixədək Baş Mexanik şöbəsində baş mexanikin müavini vəzifəsində, xx xxxxxxxx 2014-cü il tarixdən xx xxxxxxxx 2016-cı il tarixədək Mexaniklər xidmətində mexaniki emal sahəsinin rəisi vəzifəsində çalışmışdır. Qeyd edilmiş peşələr (vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu ver ən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 3-cü xxxx İstehsalatı bölməsinin 3.6 (b) yarımbəndində sex rəisləri, onların müavinləri və sahə mexanikləri kimi öz əksini tapmışdır.

25. Bundan başqa apelyasiya instansiya məhkəməsi tərəfindən “X5” MMC tərəfindən verilmiş 8/L saylı xx.xx.2019-cu il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxxxx 2016-cı il tarixdən halhazıra kimi Mexaniki xidmətdə isti və zərərli iş şəraitində Mexaniki emal sexinin rəisi vəzifəsində çalışır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü xxxx İstehsala tı bölməsinin 11.3 (b) Termiki emal bəndində sex rəisləri kimi öz əksini tapmışdır.

26. Cavabdeh kasasiya şikayətində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun (xx xxxx 2017-ci ildən qüvvədə olan redaksiyası) 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının iddiaçıya təyin edilməsini mümkün olmamasını yazır.

27. Məhkəmə kollegiyası cavabdehin dəlllərini əsassız hesab edərək qeyd edir ki, apelyasiya instansiya Məhkəməsi bu məsələ ilə bağlı doğru olaraq göstərmişdir ki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricil ərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 28. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pe nsiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

29. Həmçinin apelyasiya instansiya məhkəməsi doğru haqlı olaraq vurğulamışdır ki, qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 30. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işç ilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;

31. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılır.

32. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilm əsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir.

33. «İşçi lərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

35. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlar ının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

36. Beləlikə Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006- cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin birinci instansiya məhkəməsində mü əyyən edilən hallarına görə iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən artıq ümumi iş stajı və 12 il 06 aydan artıq güzəştli iş stajı mövcuddur.

37. Apelyasiya instansiya məhkəməsi tərəfindən də, müəyyən edilmişdir ki, iddiaçı müxtəlif təşkilatlarda işləyərək 25 ildən artıq ümumi staj toplamışdır.

38. Cavabdehin kasasiya şikayətində iddiaçının xx.xx.2000- xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-nin Sumqayıt İstehsalat sahəsində bölmə rəisi, xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-də və “X4” ASC-də baş mühəndisin müavini, baş mexanik və baş mexanikin müavini vəzifələrində işlədiyi sahə və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda qeyd oluna n sahə və vəzifələrə uyğun olmaması barədə dəlilini əsassız hesab edir və məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi haqlı olaraq iddiaçının işlədiyi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın 14-cü bölməsinin “b” yarımbölməsinin 2150100b24097 kodlu “metal emalı” sahəsində sahə rəisləri vəzifəsi, habelə 2150100b-24125 kodlu “metal emalı” sahəsində sex rəisləri və onların istehsalat və istehsalatın hazırlanması üzrə müavinləri vəzifələrinə uyğun hesab etmişdir.

39. Belə ki, birinci instansiya və apelya siya məhkəmələri haqlı olaraq qeyd etmişdirlər ki, iddiaçının xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində müvafiq ardıcıllıqla “xxxx” ASC-də və “X4” ASC-də işlədiyi vəzifələr işə əlavə edilmiş arxiv arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'' nın 11-ci “Metal emalı” bölməsinin 11.1.-ci, yəni “tökmə istehsalı” yarımbölməsində qeyd edilən “sex rəisləri, sex mexanikləri və böyük mexaniklər” vəzifələrinə uyğunlaşdırıldığı halda cavabdeh tərəfin yenidən bu halın mübahisələndirməsi məsələnin iddiaçının xeyrinə həllindən formal əsaslarla imtina edilməsi kimi qiymətləndirilir. 4

0. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, DSMF tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Muxtar Respublikası İdarəsinin, bütün rayon və şəhər şöbələrinin rəhbərlərinə ünvanlanmış xx/xx-3402 saylı xx xxxxxx 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın tətbiqi ilə bağlı təlimat məktubunun 5-ci bəndində də göstərilmişdir ki, siyahıda peşə və vəzifələr sadalanmadan istehsalatlar göstərilibsə, bu zaman peşə və vəzifələrin adından asılı olmayaraq həmin istehsalatların bütün işçiləri güzəştli pensiya hüququna malikdirlər.

41. Bu baxımdan qeyd edilməlidir ki, apelyasiya instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, şdə olan KŞ-102 saylı xx.xx.201 9-cu il tarixli arayışdan və iddiaçıya məxsus əmək kitabçasından onun cavabdeh tərəfindən mübahisələndirilmiş xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-də və “X4” ASCdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 11-ci Metal emalı bölməsinin 11.1-ci, yəni “tökmə istehsalı” yarımbölməsində göstərilmiş vəzifələrdə çalışması açıq-aşkar şəkildə göründüyündən göstərilən əsasla cavabdehin imtinası iddiaçının sosial təminat hüquqlarını tam şəkildə həyata keçirməsini əsassız olaraq məhdudlaşdırır.

42. Məhkəmə kollegiyası bununla bağlı xüsusi olaraq qeyd edir ki, iddiaçının işlədiyi vəzifələrin qabağında “böyük” və “baş” sözünün yazılması önəmli deyil, bu məsələdə əhəmiyyət kəsb edən onun icra etdiyi iş funksiyalarıdır ki, onlar da Nazirlər Kabinetinin sözügedən qərarı ilə təsdiq edilmiş Siyahıya uyğundur.

43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” A zərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (xx.xx.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

44. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

45. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1680/2020 nömrəli qərarı dəyişdiri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar