Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-660/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyes tri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “ "xxxx" X4 Cəmiyyətinə məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən 2 mərtəbəli köhnə mehmanxana binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-639/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şamaxı rayonu N.Məmmədov adına təsərrüfat yerli AİK və "xxxx" ATSC tərəfindən tərəfindən tərtib edilmiş 08 iyun 2000-ci il tarixli aktdan görünür ki, 1965- ci ildə tikil miş bərpa dəyəri 160.000.000 manat olan və 34 il istifadə edildiyi üçün faktiki köhnəlməsi 88 faiz təşkil edən, qalıq dəyəri 19.500.000 manat təşkil edən “Yeməkxana və mehmanxana” adlanan bina təsərrüfatın ATSC-yə olan kredit borcu hesabına verilmişdir. 2. "xxxx" ATSC və İddiaçı tərəfindən imzalanmış 10 iyul 2000-ci il tarixli aktdan görünür ki, "xxxx" ATSC Şamaxı rayon H.Məmmədov adına təsərrüfatdan borc əvəzinə götürdüyü iki mərtəbəli dəyəri 19.500.000 manat olan mehmanxana binasını İddiaçı satmışdır. 3. xx.xx.2000-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Şamaxı Təchizat ATSC-nin hesabına mehmanxana binasının satışına görə 19.500.000 manat ödəmişdir.
4. DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, Şama xı Rayon H.Məmmədov adına təsərrüfatın balansında olmuş mehmanxana binasının inventarlaşdırılması və qiymətləndirilməsi aparılmadan iddiaçıya satılmışdır. Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən köhnə mehmanxana binasına dair ilkin sənədlər qanunamüvafiq qaydada tərtib edilmədiyi üçün müraciətin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin balansında olan əmlaklar onların inventarlaşdırılması və qiymətləndirilməsi aparıldıqdan sonra bölgüyə və ya satışa çıxarıla bilərdi. İmtinada Mülki Məcəllənin 144.1-ci maddəsinə istinadən göstərilir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sər əncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Müraciətlə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şamaxı Rayon H.Məmmədov adına təsərrüfatın balansında olmuş mehmanxana binasının inventarlaşdırılması və qiymətləndirilməsi aparılmadan mülkiyyətinə satılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqlar dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən köhnə mehmanxana binasına dair ilkin sənədlər qanunamüvafiq qaydada tərtib edilmədiyi üçün müraciətin icrası mümk ün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X4 Cəmiyyətinə məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən 2 mərtəbəli köhnə mehmanxana binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" X4 Cəmiyyətinə məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən 2 mərtəbəli köhnə mehmanxana binası 10 iyul 2000-ci il tarixdə İddiaçı 19 500 000 manata satılmışdır. İddiaçı əmlakın dəyərini tam şəkildə ödəmiş və uzun illərdir ki, həmin bina on un faktiki sahibliyində və istifadəsindədir. İddiaçı qeyd edilən əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh özünün 19 yanvar 2022-ci il tarixli **********50 saylı cavab məktubu ilə hüquqlarının qeydə alınmasından imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əsaslandırmışdır ki, guya əmlak iddiaçıya satılarkən əmlakın inventarizasiyası və qiymətləndirilməsi həyata keçirilməmişdir. Halbuki, cavabdehə müraciət edərkən təqdim edilən sənədlərdən də aydın görünür ki, əmlak iddiaçıya satılarkən tərəflər əmlakın dəyəri ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Bundan başqa cavabdeh öz imtina məktubunda “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununa, Mülki Məcəllənin 144.1-ci maddəsinə istinad etmişd ir. Halbuki, həmin maddi hüquq normalarına istinad etməklə iddiaçının müraciətinə imtina verilməsi tamamilə əsassız olmuşdur.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1056/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim V.E.Əzizova) iddia rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə əmlakın sahibi əmlak üzərində mülkiyyət hüququ qeydə alındıqdan sonra onun üzərində sərəncam vermək hüququna malik olur. Hazırkı iş üzrə isə müəyyən edildi ki, əmlakın satıcısı olan "xxxx" ATSC-daşınmaz əmlakı İddiaçı satarkən onun həmin əmlak üzərində mülkiyyət hüququ qeydə alınmamışdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasi ya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-639/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan Şamaxı rayonu N.Məmmədo v adına təsərrüfatın yerli AİK və "xxxx" ATSC tərəfindən tərəfindən tərtib edilmiş 08 iyun 2000-ci il tarixli aktdan görünür ki, 1965-ci ildə tikilmiş bərpa dəyəri 160.000.000 manat olan və 34 il istifadə edildiyi üçün faktiki köhnəlməsi 88 faiz təşkil edən, qalıq dəyəri 19.500.000 manat təşkil edən "Yeməkxana və mehmanxana" adlanan bina təsərrüfatın ATSC-yə olan kredit borcu hesabına verilmişdir.
14. Bundan başqa "xxxx" ATSC və İddiaçı tərəfindən imzalanmış 10 iyul 2000-ci il tarixli aktdan da görünür ki, "xxxx" ATSC Şamaxı rayon H.Məmmədov adına təsərrüfatdan borc əvəzinə götürdüyü iki mərtəbəli dəyəri 19.500.000 manat olan mehmanxana binasını İddiaçı satmışdır. xx.xx.2000-ci il tarixli qəbzdən də görünür ki, İddiaçı Şamaxı Təchizat ATSC-nin hesabına mehmanxana binanın satışına görə 19.5 00.000 manat ödəmişdir.
15. Cavabdehin imtina məktubunda istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsində qeyd edilən Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notarial qaydada təsdiqlənməsinin tələb edilməsi barədə müddəası əsassızdır. Belə ki, hal-hazırda qüvvədə olan Mülki Məcəllə 01 sentyabr 2000-ci il tarixdən, yəni mühasiləndirilən əmlakın alqısatqısından sonra qüvvəyə minmiş, eyni zamanda müqavilənin notarial qaydada təsdiqlənməsinə dair bənd həmin maddəyə 07 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Qanununa əsasən əlavə edilmişdir. Ona görə də cavabdehin imtinası qanuni və əsaslı hesab edilə bilməzdi.
16. Məhkəmə qərarda daha sonra qeyd etmişdir ki, Şamaxı rayon Dövlət Arxivi tərəfindən məhkə mənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Şamaxı rayon N.Məmmədov adına Kənd təsərrüfatı istehsal kooperativinin X3 komissiyasının sənədlərində 08 iyun 2000-ci il tarixli akt aşkar olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə görə əmlakın sahibi əmlak üzərində mülkiyyət hüququ qeydə alındıqdan sonra onun üzərində sərəncam vermək hüququna malik olur. Hazırkı iş üzrə isə müəyyən edildi ki, əmlakın satıcısı olan "xxxx" ATSC- daşınmaz əmlakı İddiaçı satarkən onun həmin əmlak üzərində mülkiyyət hüququ qeydə alınmamışdır.
17. Daha sonra qeyd edilmişdir ki, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının 18 fevral 1995-ci il tarixli Qanunda cavabdehin və məhkəmənin istinad etdiyi müddəalar öz əksini tapmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr;... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiy yəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sən ədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. Bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılı ğı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İ nsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. İlk öncə qeyd edilməlidir ki, iddiaçı Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən köhnə mehmanxana binasına reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən köhnə mehmanxana binasına da ir ilkin sənədlər qanunamüvafiq qaydada tərtib edilmədiyi üçün müraciətin icrasından imtina edilmişdir.
28. Hazırkı işin hallarına əsasən sözügedən mehmanxana binası Şamaxı rayon H.Məmmədov adına təsərrüfatın balansında olmuş, torpaq islahatları aparılan zaman həmin əmlak təsərrüfatın yerli aqrar-islahat komissiyası tərəfindən borc əvəzinə "xxxx" ATSC-yə verilmişdir. Daha sonra həmin bina "xxxx" ATSC tərəfindən 10 iyul 2000-ci il tarixli akta əsasən İddiaçı satılmışdır.
29. Qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə əmlakın sahibi əmlak üzərində mülkiyyət hüququ qeydə alındıqdan sonra onun üzərində sərəncam vermək hüququna malik olur.
30. Apellyasiya məhkəməsi hazırkı iş üzrə müəyyən etmişdir ki, əmlakın satıcısı olan "xxxx" ATSC daşınmaz əmlakı İddiaçı satarkən onun həmin əmla k üzərində mülkiyyət hüququ qeydə alınmamışdır.
31. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı tərəfindən üzərində mülkiyyət hüququnun qeydə alınması tələb olunan daşınmaz əmlakı – “Yeməkxana və mehmanxana” adlanan binanın alınmasını təsdiq edən sənəd kimi təqdim edilən 10 iyul 2000-ci il tarixli akt həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun bağlanılmış alqı-satqı müqaviləsi olmadığından iddiaçının həmin daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas kimi qəbul edilə bilməz.
32. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq norma larını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-639/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.