Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-660/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hü quqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)2682/2023 nömrəli iş üzrə 05 oktyabr 2023-cü il tarixli qərarından cavabdehin kassasiya şikayətinə əsasən inzibati işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun pensiyasının yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və pensiya təyin olunduqdan sonra işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması vəzifəsinin qoyulması barədə q ərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7695/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
3. Qərardan cavabdeh apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2682/2023 nömrəli iş üzrə 05 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh həmin qərardan əvvəlcə kassasiya şikayəti vermiş, işin kassasiya icraatı zamanı isə ərizə təqdim edərək, kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəm ədə müdafiəsinə təminat verilir. 7. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər; Maddə 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiya sı ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmalı, iş üzrə kassasiya icraatına xitam verilməlidir.
10. Belə ki, hazırkı şikayətin geri götürülməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.
11. Məhkəmə kollegiyası cavabdehə izah edir ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
12. Göstərilənlərə əsasən və MPM-in 96 və 97-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının kassasiya şikayətinin geri götürülməsi barədə əriz əsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2682/2023 nömrəli iş üzrə 05 oktyabr 2023-cü il tarixli qərarından cavabdehin kassasiya şikayəti üzrə icraata xitam verilsin.