Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-661/2020 03.03.2020 ALİ MƏHKƏMƏ “X” MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə qarşı iş üzrə (Açar söz: qərarın ləğv edilməsi və inzibati işə xitam verilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiаçının vəkili, cavabdehin nümayəndəsi, cavabdehin vəkili iştirakı ilə, İddiaçı “X” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə qarşı “qərarın etibarsız hesab edilməsi və inzibati işə xitam verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2362/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03 mart 2020ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciətinin araşdırılması məqsədi ilə “X” MMC-dən zəruri sənəd, material və məlumatların təqdim edilməsi xahiş edilmiş, təqdim edilmiş sənədlərə əsasən MMC tərəfindən istehsal edilən “X” və “X” tipli alkoqolsuz tonuslandırıcı içkilərin satışının stimullaşdırılması məqsədilə “Surəti artır, mustanqa min!” adlı ani stimullaşdırıcı lotoreyanın k eçirildiyi aşkarlanmış, məhsulların üzərində “QAPAĞI AÇ!!! 2000 Hədiyyə və 3 MUSTANG-dan birini tap!” ifadəsi yazılsa da, hər bir məhsulun hədiyyəli olmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işlə bağlı bir neçə iclas keçirilmiş, 01 mart 2019-cu il tarixində keçirilən yekun iclasda aşağıdakı məzmunda qərar qəbul edilmişdir: “X” əmtəə nişanı ilə istehsal edilən “X” və “X” tipli alkoqolsuz tonuslandırıcı içkilərin qablarının üzərində “QAPAĞI AÇ!!! 2000 Hədiyyə və 3 MUSTANG-dan birini tap!” məzmunlu qeyri-dəqiq reklam yayımlamaqla “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü abzasının tələblərini pozduğuna görə hüquqi ünvanı olan “X” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: *******) həmin hərək ətlərin, yəni “QAPAĞI AÇ!!! Hədiyyə və 3 MUSTANG-dan birini tap!” məzmunlu reklamın istehsal etdiyi və satdığı “X” əmtəə nişanlı “X” və “X” tipli alkoqolsuz tonuslandırıcı içkilərin qabının üzərində, habelə bütün reklam daşıyıcılarında yayımının dərhal dayandırılması barədə göstəriş verilsin, hüquqi ünvanı olan “X” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: *******) tələb olunan məlumatları vermədiyinə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin beşinci abzasına əsasən 2018-ci ilin avqust, sentyabr və oktyabr ayları ərzində əldə edilmiş 3018698,30 manat (üç milyon on səkkiz min altı yüz doxsan səkkiz manat otuz qəpik) (həmin məbləğdə aksiz vergiləri olduğu təqdirdə həmin vergilər çıxılmaqla) ümumi gəlirin 5 faizi miqdarında, yəni 150934,90 manat (bir yüz ə lli min doqquz yüz otuz dörd manat doxsan qəpik) (həmin məbləğdə aksiz vergiləri olduğu təqdirdə həmin vergilər çıxılmaqla) məbləğində maliyyə sanksiyası tətbiq edilsin, hüquqi ünvanı olan “X” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: *******) aşağıdakı sənəd və məlumatların Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə təqdim etməsi barədə göstəriş verilsin, üzərinə “QAPAĞI AÇ!!! 2000 Hədiyyə və 3 MUSTANG-dan birini tap!sözləri yazılmış alkoqolsuz tonuslandırıcı içkilərin satışından əldə edilmiş gəlir (əlavə dəyər vergisi, sadələşdirilmiş vergi və aksiz vergisi çıxılmaqla) barədə məlumat; 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar, fevral ayları üzrə bütün fəaliyyət növləri üzrə əldə edilmiş ümumi gəlir (əlavə dəyər vergisi, sadələşdirilmiş vergi və aksiz vergisi çıxılmaqla) barədə cədvəl məlumatı və bunu təsdiq edən vergi orqanlarına təqdim edilmiş hesabatların müvafiq qaydada təsdiq edilmiş surətləri; 2018-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2019-cu ilin yanvar, fevral ayları üzrə aksizli malların satışının olub-olmaması barədə məlumat, olduğu təqdirdə qeyd olunan dövrlər üzrə (2018-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2019-cu ilin yanvar, fevral ayları üzrə) vergi orqanlarına təqdim edilmiş aksiz vergisi bəyannamələrinin (əlavələri ilə birlikdə) müvafiq qaydada təsdiq edilmiş surətləri. İddiaçı həmin qərardan narazı olduğundan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakç ıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncunun 01 mart 2019-cu il tarixli qərarının ləğv edilməsi, “X” MMC barəsində 05 noyabr 2018-ci il tarixli **-** nömrəli işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, qeyd olunan sloqana görə inzibati işin açılması qanunsuzdur. Belə ki, komissiyanın üzvləri bildirmişdir ki, “Qapağı aç!!! 2000 Hədiyyə və 3 MUSTANG-dan birini tap” ifadəsi yazılmasına baxmayaraq hər bir məhsul hədiyyəli və uduşlu deyil. Tap sözünün morfoloji mənası – çox axtararaq axırda əldə etmək, qapıb almaq, axtarış aparmaq və s. kimi başa düşülür. Bu səbəbdən həmin ifadə hər məhsulda uduş olacağı kimi başa düşülməməlidir. Həmçinin, iddiaçı təqdim edilməyən sə nədlərlə bağlı müəssisədə müəyyən problemlər olduğunu bildirmiş, tələb edilən vaxtda həmin sənədlərin təqdim edilməsi imkanının olmaması barədə müvafiq vəsatət vermişdir. İddiaçı bildirmişdir ki, hal-hazırda “Qapağı aç!!! 2000 Hədiyyə və 3 MUSTANG-dan birini tap” ifadəsi altında “X” MMC energetik içki istehsal etmir və ümumiyyətlə “X” enerji adında hal-hazırda məhsul istehsal olunmur. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2206/2019 saylı, 11 iyul 2019-cu il tarixli qərarına əsasən iddia tələbi qismən təmin edilərək cavabdehin 01 mart 2019-cu il tarixli qərarının “2. hüquqi ünvanı olan “X” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: *******) tələb olunan məlumatları vermədiyinə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin be şinci abzasına əsasən 2018-ci ilin avqust, sentyabr və oktaybr ayları ərzində əldə edilmiş 3.018.698,3 manat (həmin məbləğdə aksiz vergiləri olduğu təqdirdə həmin vergilər çıxılmaqla) ümumi gəlirin 5 faizi miqdarında, yəni 150.934,9 manat (həmin məbləğdə aksiz vergiləri olduğu təqdirdə həmin vergilər çıxılmaqla) məbləğində maliyyə sanksiyası tətbiq edilməsi” hissəsinin ləğv edilməsi, həmin hissə üzrə “X” MMC barəsində 05 noyabr 2018-ci il tarixli **-** nömrəli işə xitam verilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti apellyasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2362/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2206/2019 saylı, 11 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin tələb etdiyi gəlir barədə sənədlərin 01 mart 2019-cu il tarixinədək təqdim olunduğu qərarın məzmununda iddiaçının gəliri barədə qeyd edilmiş məlumatdan aydın göründüyündən inzibati orqanın maliyyə sanksiyasının tətbiqi barədə (tələb olunan sənədlərin təqdim edilməməsi əsası ilə) qərarı əsassız olmuş, iddiaçının “X” enerji içkisindən başqa digər məhsul istehsal etdiyi müəyyən olunmadığından inzibati orq ana gəlirlə bağlı təqdim edilmiş bütün sənədlər üzərində sloqan olan içkilərin satışından əldə edilmiş gəlirlə bağlı olmuşdur. Əksini təsdiq edən sübutlar inzibati orqan tərəfindən təqdim edilmədiyindən cavabdehin məhz üzərində sloqan olan içkilərin satışından əldə edilən gəlirlə bağlı əlavə sübutlar tələb etməsi əsassız olmuşdur. Cavabdeh Dövlət Xidməti, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2362/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qərarından kassasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətinin dəlillərinə görə Bakı Apellyasiya Məhkəməsinin qərarında bildirilir ki, tələb olunan sənəd və məlumatlar gec də o lsa təqdim olunmuşdur. Bu isə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə maliyyə sanksiyasının tətbiqi üçün birbaşa əsasdır. Həmçinin, şikayətdə qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsində iş üzrə düzgün araşdırma aparılmamışdır. Belə ki, iddiaçıdan tələb olunan məlumatların sayı çoxdur və onlar müxtəlif xidmət sahələrini, müxtəlif dövrləri əhatə edir, iddiaçı isə yalnız 2018-ci ilin avqust, sentyabr və oktyabr aylarında olan gəliri barədə məlumat vermiş, apellyasiya instansiya məhkəməsi isə bunu nəzərə almamışdır. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən maliyyə sanksiyasının tətbiqinə əsas olan hallar maliyyə sanksiyasının tətbiqindən əvvəl yox, sonra aradan qaldırılmış, iddaçıdan dəfələrlə rəsmi qaydada sənədlər istənilmiş, lakin h ər dəfə sənədlər təqdim edilməmiş və ya düzgün təqdim edilməmişdir. Kassator Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 90-96-cı maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2362/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və cavabdehin vəkili kasassiya şikayətinin təmin edilməsini xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-23 62/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciətində “X” adlı energetik içkinin qablaşdırılmasının üzərində “QAPAĞI AÇ!!! 2000 Hədiyyə və 3 mustang-dan birini tap sözlərinin yazılmasına baxmayaraq ticarət şəbəkəsindən alınmış məhsulların heç birinin içərisindən hədiyyənin çıxmadığı, qablaşdırmanın üzərində kampaniya barədə ətraflı məlumatın qeyd edilmədiyi bildirilmiş, qaldırılan məsələnin araşdırılması məqsədilə “X” MMC-dən zəruri sənəd, material və məlumatların təqdim edilməsi xahiş edilmiş, təqdim edilmiş sənəd, material və məlumatlara əsasən “X” MMC tərəfindən “X” əmtəə nişanı il ə istehsal edilən 0,25 litrlik; 0,33 litrlik; 0,45 litrlik “X” və “X” tipli alkoqolsuz tonuslandırıcı içkilərin satışının stimullaşdırılması məqsədilə “Surəti artır, mustanqa min!” adlı ani stimullaşdırıcı lotereyanın keçirildiyi müəyyən edilmişdir. “Surəti artır, mustanqa min!” ani stimullaşdırıcı lotereyanın şərtlərinin 3.1-ci bəndinə əsasən 11.05.2018-ci il tarixindən 01.09.2018-ci il tarixinədək Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) fəaliyyət göstərən pərakəndə ticarət yerlərində satılan "X” əmtəə nişanlı, 0,25 litrlik; 0,33 litrlik; 0,45 litrlik “X” və “X” tipli alkoqolsuz tonuslandırıcı içkilərdən ən azı bir ədədini dəyəri ödənilməklə əldə edən istehlakçı bu Lotereyada iştirak edə bilər, həmin tonuslandırıcı içkilərin qablaşdırıldığı alü minium bankalar və içərisindən çıxan kuponlar istehlakçının bu Lotereyada iştirak hüququnu təsbit edir, 3.2-ci bəndinə əsasən isə kuponlar uduşludur, kupon çıxmayan banka uduşsuzdur. Lakin, məhsulların üzərində “QAPAĞI AÇ!!! 2000 Hədiyyə və 3 MUSTANG-dan birini tap!” ifadəsi yazılmasına baxmayaraq hər bir məhsul hədiyyəli, yəni uduşlu deyildir. İddiaçı barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə 05.11.2018-ci il tarixdə iş qaldırılmış, həmin tarixdən əvvəlki bütün fəaliyyət növləri üzrə iddiaçının satışdan əldə edilmiş ümumi gəlirini müəyyənləşdirmək üçün inzibati orqan sənədlər tələb etmiş, tələb olunan sənədlər təqdim edilsə də, inzibati orqan üzərində “Qapağı Aç!, 2000 hədiyyə və 3 Mustangdan birini tapsözləri yazılmış alkoqolsuz tonuslaşdırıcı içkilərin satışınd an əldə edilmiş gəlir barədə məlumatların təqdim edilmədiyini göstərmiş, Dövlət Xidməti bununla bağlı 01.03.2019-cu il tarixində mübahisəli qərarı qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edildiyindən, iddiaçı məhkəmə qərarının iddianın rədd edilmiş hissəsindən şikayət vermədiyindən, cavabdeh isə həmin qərarın iddianın təmin edilmiş hissəsindən şikayət verdiyindən apellyasiya instansiya məhkəməsi qərarın mübahisələndirilən hissəsinə qiymət vermiş və müəyyən edilmişdir ki, iddiaçının gəlirinin müəyyənləşdirilməsi ancaq iddiaçının özü tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmiş, vergi orqanına bu barədə sorğu verilməmişdir. İddiaçının, Dövlət Xidmətinin tələb etdiyi gəlir barədə sənədləri 01.03.2019-cu il tarixinədək təqdim etməsi, qərarın məzmununda iddiaçının gəliri barədə qeyd edilmiş məlumatdan aydın görünür. Həmçinin, iddiaçının “X” enerji içkisindən başqa digər məhsul istehsal etdiyi müəyyən olunmadığından inzibati orqana gəlirlə bağlı təqdim edilmiş bütün sənədlər üzərində sloqan olan içkilərin satışından əldə edilmiş gəlirlə bağlı olmuş, əksini təsdiq edən sübutlar inzibati orqan tərəfindən təqdim edilmədiyindən cavabdehin məhz üzərində sloqan olan içkilərin satışından əldə edilən gəlirlə bağlı əlavə sübutlar tələb etməsi əsassız olmuşdur. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci bəndinin 4-cü abzasına görə Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı ver mədikdə bazar subyektlərinəbütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla)5 faizinə qədər maliyyə sanksiyaları tətbiq edilir. Yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi, Dövlət Xidmətinə qəsdən düzgün olmayan məlumat verildikdə və ya lazımi məlumat verilmədikdə “X” MMC barəsində maliyyət sanksiyası tətbiq edilə bilərdi. Hazırki halda isə apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının lazımi məlumatları 01.03.2019-cu il tarixinədək verdiyi müəyyən olunmuşdur. Hazırki mübahisə ilə bağlı Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: 1.4-cü maddəsinə əsasən, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiy i yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Yuxarıda qeyd olunan normaların məzmunundan görünür ki, reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların heç bir hüquqi nəticəsi yoxdur. Odur ki, Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi yoxlamanın reyestrdə qeydiyyatdan keçirilməsi təsdiq olunmadığından qanunsuzdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının po zulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (maddə 67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (maddə 67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır (maddə 67.3). Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər (maddə 67.12). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçıya “Haqsız rəqabət haqq ında” Qanunun tələbləri pozulmaqla maliyyə sanksiyası tətbiq edildiyindən apellyasiya instansiya məhkəməsi hazırki mübahisə ilə bağlı əsaslı qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2362/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-661/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-661/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver