Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-661/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-661/2022) Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; 62 yaş. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 2-1(103)-2375/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (Seriya AZE; № 0*******; FİN 04V9TBY) xx xxxxxx 1959-cu il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. O, Bakı ş., Ramana qəs., Bünyatzadə küç., ev 72də qeydiyyatdadır.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh 5 mart 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 2020-ci il 1 iyul tarixdən 1 iyul 2021-ci il tarixədək qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Əmək kitabçasına əsasən ümumi iş stajı 1 y anvar 2006-cı il tarixədək 8 il 4 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, 1 yanvar 2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2562,44 manat olmaqla, tələb olunan 28800 manatdan azdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2021-ci il 1 aprel tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 15 yanvar 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, o, 1 sentyabr 1992-ci ildən əmək fəaliyyətinə Xəzər (keçmiş Əzizbəyov) rayonu 124 saylı məktəbdə başlamışdır. Həmçinin, 1 senty abr 1975-ci ildən 20 iyul 1977-ci ilədək texniki peşə məktəbində oxumuşdur. Üç uşağına – 31 may 1985-ci il təvəllüdlü X1, 1 fevral 1988-ci il təvəllüdlü X2 və 11 oktyabr 1989-cu il təvəllüdlü X3 3 yaşınadək qulluq etmişdir. Uşaqlarına 3 yaşına çatanadək göstərdiyi qulluq müddəti üst-üstə ona 6 il iş stajı hesab olunur. İş materiallarına əlavə etdiyi əmək kitabçasının, uşaqlarının doğum haqqında şəhadətnamələrinin və texniki peşə məktəbin Attestatının təsdiq edilmiş surətlərinə əsasən, ümumi stajı 26 il 06 ay 08 gün təşkil edir. Beləliklə, iddia tələbi əsaslıdır, iddia təmin olunmalıdır.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyası 62 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən bir i mövcud olmalıdır. Birincisi, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına sığorta stajından asılı olmayaraq imkan verdikdə, ikincisi, azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyasına hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 62 yaşında, yəni 15 yanvar 2021-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq iddiaçının həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İşin mübahisələndirilməyən halları iddiaçının 1 sentyabr 1975 - 20 iyul 1977-ci illər ərzində təhsil aldığı dövrdən və iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına müvafiq olaraq işlədiyi dövrlərdən ibarət olmuşdur. İşin mübahisələndirilən halı isə iddiaçının uşaqlara qulluq etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsindən ibarətdir. Körpə uşaqlara qulluq müddətinin əmək stajına daxil edilməsi məsələsi körpə uşaqlara qulluq edilən vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan körpə uşaqlara qulluq müddətinin sosial sığorta stajına (iş stajına) daxil edilməsi məsələsi şəxsin pensiya hüq uqunun yaranması vaxtı ilə müəyyən edilə bilməz. “Dövlət pensiya təminatı haqqında” SSRİ-nin 14 iyul 1956-cı il tarixli Qanunun 10-cu maddəsinə müvafiq olaraq 5 və daha çox uşağını doğub və onlara 8 yaşına kimi qulluq etmiş qadınlar 50 yaşına çatdıqda və azı 15 il iş stajına malik olduqda onların pensiya hüququ vardır. Sözügedən Qanunda uşağa qulluq müddətinin sosial sığorta stajına daxil edilməsi məsələsi nəzərdə tutulmamışdır. İddiaçının istinad etdiyi 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddət iş stajına daxil edilir. Lakin qeyd edilməli məqam ondan ibarətdir ki, iddiaçının 11 oktyabr 198 3-cü il, 31 may 1985-ci il və 1 fevral 1988-ci il tarixlərdə uşaqları doğulduğu və daha sonra onlara 3 yaşına çatana kimi qulluq etdiyi dövrdə “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanunu qüvvədə olmuş və həmin Qanunda işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddətin iş stajına daxil edilməsi məsələsi nəzərdə tutulmamışdır. Ali Məhkəmənin “qazanılmış hüquq” prinsipi də hazırkı işə tətbiq edilə bilməz. Belə ki, sözügedən prinsipin tələblərinə müvafiq olaraq əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz.
7. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-1(112)-5394/2021 nömrəli qərarı (hakim: X5) il ə iddia təmin edilmiş, iddiaçıya 62 yaşının tamam olduğu 15 yanvar 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarında ifadə edilən mövqeyə əsasən, hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Məhkəmə qeyd etmişdir ki, iddiaçının uşaqlara qulluq etdiyi zaman qüvvədə olan (1 oktyabr 1956-cı ildə qanuni qüvvəyə minmiş və 23 sentyabr 1992-ci ilədək qüvvədə olmuş) “Dövlət pensiyaları haqqında” SSRİ qanununda olmasa da, sonrakı (1 yanvar 2006-cı ilədək qüvvədə olan) "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin e) bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddət iş stajına daxil edilmişdir. Bu müddəa “əvvəllər verilməmiş hüquqların verilməsi” kateqoriyasına aid olmaqla fiziki şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran hal hesab olunmalıdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsin dəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı (hakimlər: X6 - sədrlik edən və məruzəçi, X4 və X13, iş 2-1(103)2375/2021 nömrəli) ilə Bakı İnzibati Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenindən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bun dan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının istinad etdiyi 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddət iş stajına daxil edilir. Lakin iddiaçının 11 oktyabr 1983-cü il, 31 may 1985-ci il və 1 fevral 1988-ci il tarixlərdə uşaqları doğulduğu və daha sonra onlara 3 yaşına çatana kimi qulluq etdiyi dövrdə “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanunu qüvvədə olmuş və həmin Qanunda işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddətin iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. İddiaçının təhsil aldığı və işləd iyi müddət ərzində onun ümumilikdə 20 il 3 ay 8 gün sosial sığorta stajı vardır. İddiaçının uşağa qulluq etdiyi dövr istər hal-hazırda qüvvədə olan qanunvericiliyin, istərsə də həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq sosial sığorta stajına daxil edilə bilməz. Sözügedən mübahisə üzrə tam, hərtərəfli araşdırmanın aparılmasının təmin edilməsi, həqiqətin aşkara çıxarılması məqsədilə bu xüsusatların məhkəmə baxışı zamanı araşdırılmaqla sübut edilməsini iş üçün zəruri etsə də məhkəmə bu halları araşdırmadan, qərar qəbul etmişdir. Beləliklə də, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməlidir. b) kassasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı y azılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 16. “Dövlət pensiyalar ı haqqında” SSRİ qanunu (1 oktyabr 1956-cı il - 23 sentyabr 1992-ci il tarixlərində qüvvədə olmuş) Maddə 1, bənd V. ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 67....İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq;
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və ya lnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (t am və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 23. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmə k pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
24. Qərarın 16-cı bəndində göstərilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyası 62 yaşdan təyin edilə bilməsi üçün qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır. Birincisi, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, ikincisi, azı 25 il sığorta stajı olduqda.
25. İş materiallarında olan iddiaçıya məxsus attestata və əmək kitabça sına əsasən, iddiaçı 1 sentyabr 1975-ci il – 20 iyul 1977-ci il tarixlərdə Texniki Peşə məktəbində təhsil alaraq və 1 sentyabr 1992-ci il – 2 may 1994-cü il, 1 iyul 1994-cü il – 2 fevral 1997-ci il, 28 iyul 1997-ci il – 10 mart 1999-cu il, 1 aprel 1999-cu il – 27 aprel 2001-ci il, 1 may 2001-ci il – 1 sentyabr 2009-cu il, 29 yanvar 2010-cu il – 31 iyul 2010-cu il, 25 aprel 2013-cü il – 2 iyun 2014-cü il, 31 yanvar 2017-ci il – 31 iyul 2017ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmaqla, cəmi 20 il 3 ay 17 gün sosial sığorta stajına malikdir.
26. Birinci instansiyası məhkəməsi və onun nəticəsi və eyni zamanda mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı üç uşağına – 31 may 1985-ci il təvəllüdlü X1, 1 fevral 1988-ci il təvəllüdlü X2 və 11 oktyabr 19 89-cu il təvəllüdlü X3 3 yaşınadək qulluq etmişdir. İddiaçının uşaqlara qulluq etdiyi zaman qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin e) bəndinə əsasən, iddiaçının uşaqlarına qulluq etdiyi müddət 6 il olmaqla onun sosial sığorta stajına daxil edilməlidir. İddiaçı 62 yaşı tamam olduğu vaxt 3 uşağa qulluq etdiyi 6 il müddət də nəzərə alınmaqla, ümumilikdə 25 ildən artıq sığorta stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir.
27. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarını əsassız hesab edərək ondan kassasiya şikayəti vermiş və qeyd etmişdir ki, iddiaçının 11 oktyabr 1983-cü il, 31 may 1985-ci il və 1 fevral 1988-ci il tarixlərdə uşaqları doğulduğu və daha sonra onlara 3 yaşına çatana kimi qulluq etdiyi dövrdə “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanunu qüvvədə olmuş və həmin Qanunda işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddətin iş stajına daxil edilməsi məsələsi nəzərdə tutulmamışdır. İddiaçının təhsil aldığı və işlədiyi müddət ərzində onun ümumilikdə 20 il 3 ay 8 gün sosial sığorta stajı vardır. İddiaçının uşağa qulluq etdiyi dövr istər hal-hazırda qüvvədə olan qanunvericiliyin, istərsə də həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq sosial sığorta stajına daxil edilə bilməz.
28. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini iş materialları və qanunvericiliyin müvafiq normaları ilə əlaqəl i şəkildə təhlil edərək apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddət iş stajına daxil edilir. Lakin iddiaçının 11 oktyabr 1983-cü il, 31 may 1985-ci il və 1 fevral 1988-ci il tarixlərdə uşaqlarının doğulduğu və daha sonra onlara 3 yaşına çatana kimi qulluq etdiyi dövrdə “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanunu qüvvədə olmuş və həmin Qanunda işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddətin iş stajına daxil edilməsi məsələsi nəzərdə tutulmam ışdır. Eyni zamanda, iddiaçının pensiya hüququnun yarandığı tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda da sözügedən müddəa nəzərdə tutulmamışdır.
29. Məhkəmə tərkibi qeyd edir ki, “qazanılmış hüquq” prinsipi də hazırkı işə tətbiq edilə bilməz. Belə ki, sözügedən prinsipin tələblərinə müvafiq olaraq əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Əgər iddiaçının pensiya hüququ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu 1992 - 2006-cı illər ərzində yaranmış olsaydı, yaxud iddiaçının uşaqlarının doğulduğu vaxt qanunvericilikdə oxşar müddəa nəzərdə tutulsaydı, bu zaman ona münasibətdə həmin dövrlər sosial sığorta stajına daxil edilə bilərdi. Beləliklə, id diaçı 1956-1992-ci illər ərzində qüvvədə olan “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanunu ilə uşağa qulluq etdiyi dövrün iş stajına daxil edilməsi hüququnu qazanmamışdır. Belə olan halda, 1992-2006-cı illər ərzində qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanun mübahisələndirilən məsələyə tətbiq edilə bilməz.
30. Beləliklə, iddiaçının iş stajının 25 ildən az olduğu müəyyən olunmuşdur. Başqa sözlə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlərdən biri, yəni azı 25 il sığorta stajına malik olması ilə bağlı şərt ödənilməmişdir.
31. Digər tərəfdən, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı dispozisiya şərtinin də idd iaçıya münasibətdə ödənilməməsi işin mübahisəsiz halıdır.
32. Beləliklə, iddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası əsaslı və qanunauyğun olmuşdur. İddiaçının 62 yaşdan yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 25 il sosial sığorta stajını tamamlaması sübuta yetirilmədiyindən, həmçinin iddiaçının qanunla tələb olunan pensiya kapitalı olmadığından “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.
34. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə iş üzrə səhv nəticəyə gəlmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməl i, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 2-1(103)-2375/2021 nömrəli qərarı ləğv edilsin. İddia tələbi rədd edilsin. Qərar qətidir.