Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-661/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti, cavabdehə müraciətin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ƏDV vergi borcunun və buna görə hesablanmış faizlərin silinməsi, eləcə də artıq ödənmiş məbləğin qaytarılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-488/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2017-ci ilin mart ayı üçün xx.xx.2020-ci il tarixli, **********883100 nömrəli dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmiş və hesabatda satış dövriyyəsini 57986,07 manat, ƏDV məbləğini isə 10.437,49 manat bəyan etmişdir. Vergi Məcəlləsinin 72.6-cı maddəsində göstərilən uyğunsuzluqlardan hər hansı biri mövcud olmadığından, cavabdeh tərəfindən dəqiqləşdirilmiş bəyannamə üzrə məlumatlar şəxsi hesab vərəqəsinə işlənilmiş və nəticədə vergi ödəyicisinin həmin bəyannamə üzrə 10.437.49 manat ödənilməmiş ƏDV borcu yaranmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 10437,49 manat ƏDV borcunun və buna görə hesablanmış 3886,54 manat faizlərin silinməsi, eləcə də artıq ödənmiş 3104,88 manatın iddiaçıya qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cəmiyyətin fəaliyyəti 2017-ci ilin cəmi 2 ayını - fevral və aprel aylarını əhatə etmişdir. Cəmiyyətin fəaliyyəti dövründə alqı-satqı əməliyyatları belə olmuşdur: Alış: 1) 2017-ci ilin fevral ayı üzrə - 65.386.07 manat - ƏDV11.769.49 manat; 2) 2017-ci ili aprel ayı üzrə -41.800.01 manat - ƏDV-7524 manat; Cəmi: 107186.08 manat - ƏDV- 19293.49 manat. Satış: 1) 2017-ci ilin fevral ayı üzrə - 108.716 manat. ƏDV 19.568.88 manat. Beləliklə, satış üzrə ƏDV məbləği - 19568.88 manat, alış üzrə isə ƏDV məbləği - 19293.49 manat təşkil edir və bu da ƏDV üzrə cəmi 275.39 manat vergi borcu yaradır. Cəmiyyətin bundan başqa fəaliyyəti olmamışdır. Cəmiyyət tərəfindən qeyd olunan dövr üçün 275.39 manat ödənilməli olduğu halda, cavabdehin düzgün olmayan hesablamaları üzrə büdcəyə 3380,27 manat ödənilmişdir ki, bu da əslində hesablanmalı olan vergi məbləğindən 3104.88 manat çoxdur. Onların həmin dövr üzrə ödəməli olduqları verginin məbləği belə olmalıdır: ƏDV üzrə - 275.39 manat; MÖMV(ə\h gəlir vergisi) - 6.47 man at; Torpaq vergisi (2017, 2018, 2019-cu illər) - 48 manat, cəmi 329.86 manat. Bütün bunlara baxmayaraq, cavabdeh tərəfindən müxtəlif dövrlərə müxtəlif məbləğlərdə ƏDV üzrə vergi hesablamaları aparılaraq, süni vergi borcu yaradılmışdır. Bu barədə olan xx.xx.2019 və xx.xx.2019-cu il tarixli kameral vergi yoxlama qərarlarından şikayət vermiş, xx.xx.2019-cu il tarixli Qərarla həmin yoxlama qərarları ləğv edilmiş və bu barədə MMC-nin şəxsi hesabında düzəlişlər edilməsi cavabdehə tapşırılmışdır. Buna baxmayaraq həmin qərardan sonra cavabdeh yenə də müxtəlif tarixlərdə müxtəlif rəqəmlərlə vergi borcları hesablamış, hər dəfə onlardan dəqiqləşmə tələb edərək, vergi borclarını bəzən «0»a qədər, bəzən də cüzi məbləğlərə qədər azaltmış və nəhayət xx.xx.2019-cu il tarixə onlara cəmi 1848.06 manat vergi borcu hesablamışdır. Onlar bununla da razılaşmadıqda, cavabdeh orqan MMC-yə sonuncu əməliyyatları 2017-ci ilin fevral ayının 27-sinə təsadüf etdiyi və bank əməliyyatları qeydiyyatdan 2017-ci ilin mart ayında keçdiyi üçün, 2017-ci ilin mart ayına dair dəqiqləşmiş bəyannamə verərək həmin vaxt sonuncu əməliyyatın məbləğini göstərməyi, sonra isə həmin məbləğin fevral ayından çıxarılması barədə dəqiqləşmiş bəyannamə verilməsini bildirmişdir. İddiaçı da həmin məsləhətlə razılaşaraq, xx.xx.2020-ci il tarixində 2017-ci ilin mart ayı üçün dəqiqləşmiş bəyannamə verərək satış dövriyyəsinin ƏDV-si kimi 10.437.49 manat göstərmiş, cavabdehin də bildirdiyi kimi, elə həmin gün 2017-ci ilin fevral ayı üçün son dəqiqləşmə bəyannaməsi verərkən (marta göstərilmiş məbləğ çıxılmaqla) sistem bu dəqiqləşməni q əbul etməmiş və səbəb kimi vergi hesabatlarına dəqiqləşmə verilməsi müddətinin AR VM-də 3 il nəzərdə tutulduğu üçün dəqiqləşmənin qəbul edilə bilmədiyini göstərmişdir. İddiaçı MMC-nin şəxsi hesabından da görünür ki, xx.xx.2020-ci il tarixdə son dəqiqləşmə verərkən onun vergi borcları 1.848.06 manat göstərilmişdir. Hesab edir ki, iddiaçıya hazırda hesablanmış əsassız vergi borcu silinməli və artıq ödədikləri məbləğ onlara qaytarılmalıdır. Çünki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə görə heç bir şəxs eyni verginin iki dəfə ödənilməsinə cəlb edilə və məcbur edilə bilməz. İddiaçı isə hazırda göstərilmiş ƏDV üzrə vergi borcunu ödəmişdir. Cavabdehin qərarı nəticəsində iddiaçı həmin vergini ikinci dəfə ödəməyə məcbur edilir. İddiaçı bu barədə cavabdehə xx.xx.2021-ci il tarixdə e lektron qaydada müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.
4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı MMC-nin şəxsi vərəqəsində xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə müvafiq olaraq qeyd edilən 10437.49 manat azalma və hesablama əməliyyatları vergi ödəyicisi tərəfindən 2017-ci ilin mart ayı üçün təqdim edilən xx.xx.2019-cu il tarixli, **********066700 nömrəli və xx.xx.2020-ci il tarixli, **********883100 nömrəli dəqiqləşdirilmiş bəyannamələr əsasında aparılmışdır. Təqdim edilən dəqiqləşdirilmiş bəyannamələr cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş və iddiaçı MMC-yə kameral vergi yoxlaması ilə hər hansı əlavə vergi məbləği hesablanmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85-ci maddəsi vergi öhdəliyinin yerinə yet irilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsini müəyyən edir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Göründüyü kimi, iddiaçı vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanması və hesablanmış məbləğin yenidən hesablanması ilə bağlı vergi orqanına bəyannamə təqdim etmək hüququna malik idi. İddiaçının artıq ödənilmiş 3104,88 manat və saitin onlara qaytarılması ilə bağlı tələbinə münasibətdə bildirilir ki, hal-hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində 11589,76 manat vergi borcu, 3886,24 manat isə faiz borcu mövcuddur və artıq ödəməsi yoxdur.
5. Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-381/2022 nömrəli qərarı ilə (hakim L.E.Mirzəyeva) iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində və eyni zamanda məhkəmə iclasında izahatında dəqiqləşdirməni cavabdehin tapşırığı əsasında apardığını bildirsə də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən qeyd edilən halların sübutu olaraq sözügedən bəyannamələr məhkəməyə təqdim edilmişdir. Lakin, iddiaçı tərəfindən qeyd edilən halların əksini sübut edəcək hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Vergi Məcəlləsinin 85-ci maddəsi ilə vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Lakin, hazırki işdə iddiaçı 2017-ci ilin mart ayı üzrə bəyan edilmiş vergi borcu ilə bağlı məbləğin silinməsini tələb edir ki, bununla bağlı Vergi Məcəllə sinin yuxarıda qeyd olunan norması ilə müəyyən edilmiş müddət ötürülmüşdür.
7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-488/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-381/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
9. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi iki hissədən ibarətdir: 1) Cavabdeh tərəfindən iddiaçı MMC-yə hesablanmış 10437,49 manat ƏDV vergi borcu və 3886,54 manat faiz məbləğinin silinməsi; 2)Artıq ödənmiş 3104,88 manat məbləğin iddiaçıya qaytarılması. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən 2017-ci ilin mart ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsi ilə bağlı vergi orqanı tərəfindən kameral və ya səyyar vergi yoxlaması həyata keçirilməmiş və həmin hesabat dövrü üzrə hər hansı əlavə vergi məbləğinin hesablanması barədə inzibati akt qəbul edilməmişdir ki, bu da iddiaçının özü tərəfindən təqdim edilmiş bəyannamə nəticəsində yaranmış vergi borcu ilə bağlı cavabdeh vergi orqanına qarşı məhkəməyə müraciət etmək hüququnu istisna edir. Başqa sözlə desək, hazırkı mübahisəyə münasibətdə yuxarıda da qeyd edildiyi kimi, cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının subyekti v hüququnun pozulması ehtimalı mövcud deyildir. İddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdehin təkidi ilə 2017-ci ildə ödədiyi ƏDV məbləğini yenidən bəyan etdiyini qeyd etsə də, bu hərəkətini cavabdehin təkidi ilə həyata keçirməsi ilə bağlı iş materiallarında hər hansı sübut və ya dəlil mövcud deyildir, iddiaçı tərəfindən də təqdim edilməmişdir..... Hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi cavabdehin qanunsuz hərəkətləri nəticəsində hesablanmış vergi borcunun silinməsi ilə bağlıdır. Lakin iddiaçı nə iddia ərizəsində, nə də məhkəmə icraatı zamanı inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyinin konkret nədə ifadə olunduğunu göstərməmiş, həmin hərəkətə istinad etməmiş və inzibati orqanın hansı hərəkətlərinin onun hüquqlarını po zmaq ehtimalına malik olmasını məhkəmə qarşısında bəyan etməmişdir. Əksinə müəyyən edilmişdir ki, silinməsi tələb edilən vergi borcu iddia ərizəsində qeyd edildiyi kimi, “vergi orqanı tərəfindən hesablanmış” deyil, iddiaçı tərəfindən bəyan edilmiş vergi məbləğidir. Beləliklə, hazırkı işdə birinci tələb üzrə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması müəyyən edilmir. Odur ki, birinci hissədə iddia mümkün iddia deyildir.
10. İddia tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na 1 nömrəli əlavə ilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə forması təsdiq edilmişdir. İşin hallarından göründüyü kimi iddiaçı MMC artıq ödənilmiş vergi məbləğinin qaytarılması ilə bağlı yuxarıda qeyd edilən qaydada “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə vergi orqanına müraciət etməmişdir. Hazırki iddia tələbindən də göründüyü kimi, qaldırılmış iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3.-cü maddəsində deyilir ki, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən b iri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir.
11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi və işin yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə səhvdir. İddiaçı 2017-ci ildə bəyan edilmiş vergi borcunun silinməsini deyil, cavabdeh tərəfindən aldatma yolu ilə onun 2020-ci ilin martında 2017-ci ilin mart ayı üçün səhvən bəyan etdiyi əsassız göstərilmiş borcun silinməsini tələb edir ki, bunlar da ayrı-ayrı məsələlərdir. Məhkəmə iş materiallarına və maddi normalara zidd nəticəyə gələrək sonda iddiaçını eyni vergini iki dəfə ödəmək məcburiyyəti qarşısında qoyub. Hansı ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin ikiqat verginin ödənməsini, yəni şəxsin ikiqat vergiyə cəlb edilməsini qadağan edir.
13. Məhkəmə qərarında göstərilmişdir ki, “bəyan edilmiş vergi borcunun inzibati orqan tərəfindən silinməsi üçün yenidən dəqiqləşmiş bəyannamə ilə həmin orqana müraciət edilməsi zəruridir”. Bu zaman məhkəmə nəzərə almamışdır ki, cavabdehin təkidi ilə 2017-ci il üçün verilmiş bəyannamə və ödənmiş vergi borcunu iddiaçı yenidən 2020-ci ilin martında göstərmək məcburiyyətində qalmışdır və növbəti günü cavabdehin məsləhəti ilə dəqiqləşdirmə verib borcu ləğv etdirmək istədikdə isə sistem 3 il müddətin keçməsini əsas gətirib dəqiqləşməni qəbul etməmişdir. Bundan sonra isə, iddiaç ı baş verənlər barədə dəfələrlə rəsmi surətdə cavabdeh təşkilata və Vergilər Nazirliyinə müraciət etmiş, hər dəfə müraciəti təmin edilməmişdir (məktublarımız və imtina cavabları iş materiallarına əlavə edilmişdir).Belə olan təqdirdə məhkəmənin bu səbəblə iddianı mümkünsüz hesab etməsi qanunsuz olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Vergi Məcəlləsinin 72.1 -ci maddəsinə əsasən, bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.6-cı maddəsinə əsasən, vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanun la müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: 72.6.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda. 82.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi vergi bazasını, vergi dərəcəsini və vergi güzəştlərini əsas götürərək, hesabat dövrü üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır. 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabat ı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 72.4-1 -ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot s ənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. 85.4. vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablam aq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. 83.8. vergi ödəyicisinin bu Məcəllənin 83.7-ci maddəsinə uyğun olaraq verginin hesablanması barəsində vergi orqanının qərarından aşağıdakıları əsas tutaraq məhkəməyə müraciət etmək hüququ vardır: 83.8.1. vergi məbləğinin ödənilməli olan miqdarından çox olduğunu; 83.8.2. verginin vaxtından əvvəl hesablanmasına əsas vermiş amilin və ya vəziyyətin olmadığını.
16. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərə kəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu günd ən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali M əhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya mə hkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün hər hansı əsas müəyyən olunmamışdır.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi ka ssasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyətcə iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkün lüyü ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
26. İddiaçıya vergi borcunun hesablanması ilə bağlı cavabdeh tərəfindən hər hansı inzibati aktın qəbul olunduğu iş üzrə materiallarla təsdiq olunmur. İddiaçıya münasibətdə inzibati akt mövcud olmadığından və tələb borcun silinməsinə yönəldiyindən hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddır.
27. Bu qərarın 15-ci bəndində istinad edilən normalara gö rə, vergi ödəyicisi vergi bazasını, vergi dərəcəsini və vergi güzəştlərini əsas götürərək, hesabat dövrü üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır və buna dair vergi orqanına vergi bəyannaməsi təqdim edir. Təqdim edilmiş vergi bəyannaməsindəki məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda, vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində (səyyar vergi yoxlaması təyin edildiyi halda isə yoxlamanın başlandığı günədək) həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilir. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; vergi dövrü əks olunmadıqda; vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda.
28. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2017-ci ilin mart ayı üçün cavabdehə xx.xx.2020-ci il tarixli, **********883100 nömrəli dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmiş və hesabatda satış dövriyyəsini 57986,07 manat, əlavə dəyər vergisi məbləğini isə 10.437.49 manat bəyan etmişdir. Göstərilən dəqiqləşdirilmiş bəyannamə üzrə Vergi Məcəlləsinin 72.6-cı maddəsində göstərilən uyğunsuzluqlardan hər hansı biri mövcud olmadığından, cavabdeh vergi orqanı tərəfindən həmin bəyannamə qəbul edilərək, şəxsi hesab vərəqəsinə işlənilmiş və nəticədə şəxsi he sab vərəqəsində vergi ödəyicisinin həmin bəyannamə üzrə 10.437.49 manat ödənilməmiş ƏDV borcunun yarandığı əksini tapmışdır.
29. Mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının silinməsini tələb etdiyi mart/2017-ci il hesabat dövrü üzrə 10437,49 manat ƏDV borcu xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən verilmiş dəqiqləşdirilmiş bəyannaməyə əsasən yaranmışdır.
30. Başqa sözlə, iddiaçının şəxsi hesab vərəqəsində əks olunmuş məbləğ cavabdeh tərəfindən onun təqdim etdiyi dəqiqləşdirilmiş bəyannaməyə uyğun olaraq şəxsi hesab vərəqəsinə daxil edilmişdir. Bu zaman təqdim olunmuş bəyannamədə nəzərdə tutulmuş məlumatlardan cavabdeh tərəfindən kənara çıxılması halları məhkəmə tərəfindən müəyyən olunmamışdır.
31. Hazırkı mübahisəyə münasibətdə iddi açının tələbi cavabdehin qanunsuz hərəkətləri nəticəsində hesablanmış vergi borcunun silinməsi ilə bağlıdır. Lakin nəzərə alınmalıdır ki, silinməsi tələb edilən vergi borcu iddiaçının iddia etdiyi kimi, “vergi orqanı tərəfindən hesablanmış” vergi məbləği deyil, iddiaçı tərəfindən bəyan edilmiş vergi məbləğidir. Bununla bağlı həm də nəzərə almaq lazımdır ki, iddiaçının yeni dəqiqləşdirilmiş bəyannamənin sistem tərəfindən qəbul olunmadığını iddia etməsi yetərli deyil, hazırkı mübahisəyə münasibətdə iddiaçı eyni zamanda sonrakı dəqiqləşdirilmiş bəyannamənin sistem xətası üzündən təqdim olunmadığını, eləcə də həmin bəyannaməni təqdim etmək üçün alternativ imkanlara malik olmadığını da sübut etməlidir. Belə yanaşma sübutetmə vəzifəsinin tələbindən irəli gəlir.
32. İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq, məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.1 və 4.2-ci bənd). İddianın m ümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1-ci bənd).
33. Qeyd edilməlidir ki, inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda iddiaçının məhkəmə qaydasında hüquqi müdafiə marağı və iddia qaldırmaq səlahiyyəti mövcud olur. Hazırkı mübahisəyə münasibətdə həmin mümkünlük şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur.
34. Belə liklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisəyə dair işin müəyyən olunmuş hallarına və İPM-in tələblərinə uyğundur. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-488/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.