Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-662/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsinə qarşı iş üzrə (Açar sözlər: məhkəmə qərarının icra olunması, uşaqların onun himayəsinə verilməsi və saxlanılması üçün vəsaitin alınması tələbinin mümkünlüyü) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı, iddiaçının vəkili, iddiaçının nümayəndəsi iştirakı ilə, İddiaçı Iddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsi və Cavabdeh1 qarşı “məhkəmə qərarının icra olunması, uşaqların onun himayəsinə verilməsi və saxlanılması üçün vəsaitin alınması” tələbinə dair Bakı A pellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2890/2019 nömrəli, 05 dekabr 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03 mart 2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Cavabdeh1 ilə 18 dekabr 2007-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından X1 və X2 adlı övladları dünyaya gəlmiş, Bakı şəhəri X rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə Iddiaçı arasında nikah pozulmuş, nikah pozulduqdan sonra **.**. 2009-cu il təvəllüdlü X1 və **.**. 2010-cu il təvəllüdlü X2 ataları Cavabdeh1 nun himayəsində saxlanmaları qət edilmişdir. Həmin qətnamə, Bakı Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli 2(103)-9986/2018 saylı qətnaməsi ilə uşaqların atasının himayəsində saxlanması hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, uşaqların analarının himayəsində saxlanmaları üçün atadan hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi, 260 manat sabit pul məbləğində alimentin tutularaq anaya ödənilməsi və alimentin tutulmasının, qətnamənin icrası qaydasında, uşaqların atadan alınıb ananın himayəsinə verildiyi vaxt hesablanması qət olunmuş, həmin qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli 2(102)-2786/2019 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı sözügedən qətnamənin icra olunmadığını əsas gətirərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməs inə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin sözügedən qətnamələrinin icra olunması, uşaqların onun himayəsinə verilməsi, uşaqların saxlanmasına hesablanmış 260 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qərar qəbul edilib dərhal icraya yönəldilməsi və cavabdehlər barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3515/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv olunması və iddianın mümkün sayılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103 )-2890/2019 nömrəli, 05 dekabr 2019-cu il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3515/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, icra sənədinin icrası zamanı icra məmurunun hərəkətləri və ya hərəkətsizliyi inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir və icra orqanına (məmuruna) qarşı onun hərəkət və hərəkəsizliyindən şikayətlərə baxılması barədə hazırki iddia, məhz icra sənədini vermiş və onun icrasına nəzarət edən məhkəmənin səlahiyyətinə aid edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2890/2019 nömrəli, 05 dekabr 2019-cu il tarixli qərardadından iddiaçı kassasiya ş ikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyası işin bütün faktiki hallarını araşdırmamış, mahiyyət etibarilə qeyriobyektiv, qüvvədə olan qanunvericilik normalarına zidd qərar qəbul etmişdir. Kassator, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 90-96, 98-ci maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2890/2019 nömrəli, 05 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı, iddiaçının vəkili, iddiaçının nümayəndəsi izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qayda da məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Hazırki işlə bağlı iddiaçının tələbinin mümkünlüyü mübahisələndirildiyindən Ali Məhkəmə Kollegiyası aşağıda göstərilən normaların təhlilini zəruri hesab edir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və mü əyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Göründüyü kimi, məhkəmələr tərəfindən iddia ərizəsinə mahiyyəti üzrə baxılmamışdan əvvəl həmin iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyü yoxlanılmalıdır. Yuxarıda qeyd olunan normaya uyğun olaraq hazırki işi araşdıran apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2890/2019 nömrəli, 05 dekabr 2019-cu il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «İcra haqqında» Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göründüyü kimi, icra sənədinin icra olunmasına nəzarət etmək icra qurumunun rəhbəri və qərarı çıxarmış məhkəmənin səlahiyyətinə aid edilib. Hazırki iş üzrə icra olunmalı olan icra vərəqəsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edildiyindən, həmin sənədin icra vəziyyətinə nəzarəti də Bakı Apellyasiya Məhkəməsi həyata keçirir. Göründüyü kimi, iddiaçı hazırki tələblə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə yox, Bakı Apellya siya Məhkəməsinə müraciət etməli idi. Yuxarıda qeyd edilən normaları işin hallarına tətbiq edərək apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, icra sənədinin icrası zamanı icra məmurunun hərəkətləri və ya hərəkətsizliyi inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir, qanuni qüvvəsini almış məhkəmə qərarının (qəradadının) icrası olaraq, mülki icraatda baxılan iş üzrə onun tərəflərinin həmin icraat daxilində məhkəmə müdafiəsi hüquqlarının tərkib hissəsini təşkil edir və onun davamı kimi qəbul edilir. Bu baxımdan, icra orqanına (məmuruna) qarşı onun hərəkət və hərəkətsizliyindən şikayətlərə baxılması, məhz icra sənədini vermiş və onun icrasına nəzarət edən məhkəmənin səlahiyyətinə aid edilməlidir. Göstərilən prosessual hüquq normal arının tələbləri və işin araşdırılmış hallarını məcmu halda qiymətləndirən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qanuni və əsaslı qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2890/2019 nömrəli, 05 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-662/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-662/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver