Məhkəmə qərarları › İş №2-1(102)-662/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-662/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-662/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərbi xidmətdən ehtiyata buraxılma haqqında əmrin ləğv edilməsi, işə bərpa, məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq iddiaçının xeyrinə inzibati aktın qəbul edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh nümayəndəsi X3, vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) ca vabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “hərbi xidmətdən ehtiyata buraxılması haqqında 069 “əç” nömrəli, 08.12.2017-ci il tarixli əmrin ləğv edilməsi və onun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tutduğu vəzifəsinə bərpa olunması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-898/2020 saylı, 11 avqust 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Müdafiə Nazirliyinin “Hərbi bilik” jurnalının redaksiyasının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 24.11.2017-ci il tarixli, 388 nömrəli əmrinə əsasən “Hərbi bilik” jurnalının elmi- praktiki cəhətdən daha keyfiyyətli nəşrlərinin dərc edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin ştatında nəzərdə tutulmuş redaksiya bölməsində müvafiq təşkilati-ştat dəyişiklikləri aparılmışdır. Dəyişikliklər nəticəsində Müdafiə Nazirliyinin “Hərbi bilik” jurnalının redaksiyasının gələcəkdə müstəqil fəaliyyətinə ehtiyac olmadığını nəzərə alaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə”nin 5.7.9-cu və 5.7.15-ci yarımbəndlərini rəhbər tutaraq 1/1 №-li ştata görə saxlanılan Müdafiə Nazirliyinin “Hərbi bilik” jurnalının redaksiyası 30 dekabr 2017-ci il tarixədək ləğv edilmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin ştatında yeni açılmış vəzifələr komplektləşdirilərkən ləğv edilmişdir, Müdafiə Nazirliyinin “Hərbi bilik” jurnalının redaksiyasının hərbi qulluqçularının və mülki işçilərinin yerləşdirilməsinin nəzərə alınması, 30 dekabr 2017-ci il tarixdən 1/1 №-li ştat qüvvədən düşmüş hesab edilməsi nəzərdə tutulmuşdur.

2. Baş Qərargah rəisinin müavini Cavabdeh rəisi tərəfindən raportla Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinə müraciət edilərək, “Hərbi Bilik” jurnalı redaksiyası tam tərkibdə ləğv edilməsi göstərilmişdir.

3. İddiaçı ilə “Hərbi bilik” jurnalı redaksiyasının baş redaktoru vəzifəsini icra edən polkovnik-leytenant x arasında olmuş 1-ci söhbət vərəqəsinə əsasən iddiaçının “hərbi vəzifə və hərbi xidmət haqqında “ Azərbaycan Respublikasının qanunun 41.0.4-cü maddəsinə ( ştatların ixt isarına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunduğu qeyd edilmişdir. İddiaçı Bakı ərazisində müvafiq vəzifəyə təyin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Növbəti məzuniyyətdən 10 gün istifadə etdiyini, müayinə üçün HHK-na göndərilməsinə ehtiyat olmadığını bildirmişdir.

4. İddiaçı ilə “Hərbi bilik” jurnalı redaksiyasının baş redaktoru vəzifəsini icra edən polkovnik-leytenant x arasında olmuş 2-ci söhbət vərəqəsinə əsasən iddiaçı birinci söhbət zamanı xahiş və suallarının yerinə yetirilməsinə müsbət münasibət, HHK-nın rəyi nəzərə alınaraq buraxılmanın əsaslarının dəqiqləşdirilməsinin zəruriliyinə ehtiyac olmadığını bildirmişdir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh 29.12.2017-ci il tarixli imtina məktubuna əsasən Müdafiə Nazirliyinin Hüquq İdarəsi rəisinin müvafiq məktubu ilə təqdim olunmuş 11 dekabr 2017-ci il tarixli ərizəyə Cavabdeh Hərbi Təhsil İdarəsində baxılmışdır. “Hərbi bilik” Jurnalının redaksiyasında xidmət etdiyi vəzifə aparılan təşkilatştat tədbirləri ilə əlaqədar ixtisar olduğundan iddiaçıya ştat ixtisarı ilə ehtiyata buraxıldığı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 30 yanvar 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək hərbi xidmətdən ehtiyata buraxılması haqqında Baş Qərargah rəisinin müavini-Cavabdeh rəisinin 069 “əç” nömrəli, 08.12.2017ci il tarixli əmrinin ləğv edilməsi və onun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tutduğu vəzif əsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırmışdır ki, iddiaçı 2015-ci ilin aprel ayından “Hərbi bilik jurnalında” operator vəzifəsində mülki işçi kimi çalışmağa başlamış və 27 iyul 2015-ci il tarixdə Baş Qərargah rəisinin müavini-Cavabdeh rəisinin 017 nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi (əsgər hərbi rütbəsində) operator vəzifəsinə təyin olunmuş, 08 dekabr 2017-ci il tarixdə Baş Qərargah rəisinin müavini-Cavabdeh rəisinin 069 əç” nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə əsasən ştatların ixtisarına görə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmasını qeyri-qanuni hesab edir. Ehtiyata buraxılması haqqında yalnız dekabr ayında baş idarənin qərargahına çağırılaraq məlumat verilmişdir. Bir gündə hər iki söhbətləşmə vərəqəsinə qol çəkdirmişlər bu isə Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Ehtiyata buraxılması haqqında əmrlə qanunla qorunan hüquqları və maraqları pozulmuşdur. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8, 2-1(82)-2404/2018 saylı iş) 16 noyabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə müəssisə ləğv olunduğundan, iddiaçı ştatların ixtisarına görə ehtiyata buraxılmışdır. Məhkəmə tərəfindən barışıq üçün verilmiş müddət ərzində, həmçinin, 1-ci söhbət vərəqəsindən aydın olur ki, cavabdeh hər iki halda iddiaçının tutduğu vəzifəsinə və ixtisasına uyğun boş vəzifə olmadığından onun rayonlardan birində yerləşən hərbi hissələrə təyin olunması haqda təkliflər etmiş, lakin iddiaçı Bakı ərazisində müvafiq vəzifəyə təyin olunmasını tələb etmişdir. Bakı şəhəri ərazisində müvafiq vakansiya olmadığından iddiaçının Bakı şəhəri ərazisində hərbi hissələrə təyin edilməsi mümkün olmamışdır. Odur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Müdafiə Nazirliyinin 24.11.2017-ci il tarixli əmri “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin tələblərinə zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

10. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi nin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X13-məruzəçi, X17 və X9, 2-1(103)-399/2019 saylı iş) 13 fevral 2019-cu il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

12. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) kasasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Zakir Quliyev-məruzəçi, Nigar Rəsulbəyova və İlqar Hüseynov, 2-1(102)1667/2019 saylı iş) 1 may 2019-cu il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilərək Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi K ollegiyasının 13 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

14. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi 08 dekabr 2017-ci il tarixli, 069 “əç” nömrəli əmr ümumiyyətlə iş materiallarında mövcud deyildir, yəni, mübahisə predmeti olan sənəd işdə yoxdur ki, bu faktı məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 12.1, 12.2-ci maddələrinin, həmçinin İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin pozulması kimi qiymətləndirir. Apelyasiya instansiyası məhkəməsinin 13 fevral 2019-cu il tarixli qərarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 12.1, 12.2-ci maddələrinə riayət edib iddiaçının mübahisələndirdiyi 069 “əç” nömrəli, 08 dekabr 2017-ci il tarixli əmrini cavabdehdən tələb edərək qiymətləndirmək əvəzinə, iddiaçının iddia tələbi məhz ondan ibarətdir (sözügedən əmrin ləğv edilməsi) ki, cavabdeh Müdafiə Nazirliyinin başqa əmrini, yəni, 24 noyabr 2017-ci il tarixli, 388 nömrəli əmrini araşdıraraq, həmin əmrin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd olmadığı və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı qənaətinə gəlir. Apelyasiya instansiyası məhkəməsi mübahisə predmeti olmayan cavabdehin 24 noyabr 2017-ci il tarixli, 388 nömrəli əmrinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin konkret olaraq hansı maddəsinə zidd olmadığını da göstərməmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi etirazında və eyni zamanda məhkəmə iclaslarında verdiyi izahatlarında guya iddiaçıya başqa xidmə t yeri təklif olunduğunu, lakin iddiaçının bundan imtina etdiyini göstərsə də, bu halı təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmiş, məhkəmə isə öz növbəsində həmin halı təsdiq edən sənədləri cavabdehdən tələb etməmişdir, bütün bunlar nəticəsində apelyasiya instansiyası məhkəməsi iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Bakı Apelyasiya Məhkəməsi tərəfindən iş üzrə “069 “əç” nömrəli, 08.12.2017-ci il tarixli əmrdən çıxarışın Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdehndən baxış keçirilməsi üçün götürülməsi” ilə bağlı 6 avqust 2019-cu il tarixli qərardad qəbul edilmişdir. Qeyd edilmiş qərardad icra edilərək cavabdeh orqan tərəfindən “069 “əç” nömrəli, 08.12.2017-ci il tarixli əmrin surəti məhkəməyə təq dim edilmişdir. 16. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X14-məruzəçi, X6 və X7, 2-1(103)-1677/2019 saylı iş) 3 sentyabr 2019-cu il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

17. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

18. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edi lməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) kasasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Dadaşov İlqar Ağababaş oğlu-məruzəçi, X2 və X10, 2-1(102)-3368/2019 saylı iş) 18 dekabr 2019-cu il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 3 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

20. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən Ali Məhkəmənin qərarında verilmiş göstərişlərə faktiki olaraq riayət edilməmiş, iddiaçı apelyasiya şikayətində cavabdehin ona başqa xidmət yerin in təklif olunmasını və onun tərəfindən imtina olunmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini qeyd etsə də, məhkəmə tərəfindən iddiaçıya konkret olaraq hansı rayonda və hansı iş yerlərinin təklif edildiyi müəyyən edilməmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-162-ci maddələrinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilməli olduqları halda iş materiallarında buna dair mötəbər sübutların olmadığı düzgün qiymətləndirilməmiş, məhkəmə öz qərarında barışıq üçün verilmiş müddət ərzində, həmçinin 1-ci söhbət vərəqəsinə görə cavabdeh inzibati orqan hər iki halda iddiaçının tutduğu vəzifəsinə və i xtisasına uyğun boş vəzifə olmadığından, onun rayonlardan birində yerləşən hərbi hissələrə təyin olunması barədə təkliflərin edildiyini, lakin o, yalnız Bakı ərazisində müvafiq vəzifəyə təyin olunmasını tələb etdiyini, Bakı ərazisində müvafiq vakansiya olmadığından, iddiaçının Bakı şəhəri ərazisində hərbi hissələrə təyin edilməsinin mümkün olmaması barədə cavabdehin konkret sübutlarla təsdiq olunmayan izahatı ilə kifayətlənmişdir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçıya konkret iş yerlərinin təklif edilib-edilməməsi müvafiq sübutlar əsasında dəqiq müəyyən edilməli, iddiaçı ilə söhbətləşmələrin əslində hansı tarixlərdə aparıldığı dəqiqləşdirilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-162-ci maddələrinin müddəaları baxımından qiymətləndirilməli və beləliklə, obyektiv məhkəmə araşdırmasının nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir. b) apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

21. İşə təkrar baxılarkən Ali Məhkəmənin göstərişlərini nəzərə alan məhkəmə kollegiyası tərəfindən cavabdeh orqandan iddiaçıya başqa xidmət yerinin təklif olunması və onun tərəfindən imtina olunmasını təsdiq edən hər hansı sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, cavabdeh orqan tərəfindən məhkəməyə 05.12.2017-ci il tarixli 1-ci və 2-ci söhbət vərəqələri təqdim edilmişdir. 1-ci söhbət vərəqindən görünür ki, iddiaçı Bakı ərazisində müvafiq vəzifəyə təyin olunmasına köməklik göstərilməsini xahiş etmişdir.

22. Məhkəmənin 25.02.2020-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hər bi Akademiyası tərəfindən məhkəməyə ünvanlamış 28.02.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin 24.11.2017-ci il tarixli 388 nömrəli əmri ilə ləğv edilmiş “Hərbi bilik” jurnalı redaksiyasının ləğv edildiyi tarixdə Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsində, həmçinin Hərbi Akademiyanın digər şöbə və bölmələrində müddətdən artıq qadın hərbi qulluqçu təyin olunmasına icazə verilən vakant vəzifə olmamışdır və hal-hazırda da yoxdur.

23. Həmçinin məhkəmənin 25.02.2020-ci il tarixli sorğusuna cavab olaraq Müdafiə Nazirliyi 288 saylı Hərbi Hissə (Gəncə) tərəfindən məhkəməyə ünvanlanmış 27.02.2020-ci il tarixli 426 nömrəli məktubda qeyd edilmişdir ki, Cavabdeh tabeliyindəki N nömrəli hərbi hissədə müddətdən artıq qadın hərbi qulluqçu vəzifələrind ən komplektləşdirilməsinə icazə verilmiş vəzifələrdən 2018-ci ilin sentyabr-dekabr ayları ərzində vakant vəzifə olduğu üçün müddətdən artıq qadın hərbi qulluqçuları ilə komplektləşdirilməsinə icazə verilmiş qərargah və təchizat taqımının telefonçu vəzifəsinə qadın hərbi qulluqçu təyin edilməsi mümkün olmuşdur. Həmin vəzifə komplektləşdirildiyindən hal-hazırda hərbi hissədə müddətdən artıq qadın hərbi qulluqçu ilə komplektləşdirilməsinə icazə verilmiş vakant vəzifə yoxdur. 24. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X11-məruzəçi, X4 və X15, 21(103)-898/2020 saylı iş) 11 avqust 2020-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 16 noyabr 2018-ci il t arixli qərarını dəyişdirmədən saxlamışdır.

25. İddiaçı 19 noyabr 2020-ci il tarixdə qərarın surətini almış, 16 dekabr 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarının ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

26. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 avqust 2019-cu il tarixli 2-1 (102)-l 667/19 saylı qərarında verilmiş göstərişlərə faktiki olaraq riayət edilməmiş, iddiaçı apelyasiya şikayətində cavabdehin ona başqa xidmət yerinin təklif olunmasını və onun tərəfindən imtina olunmasını hər hansı sübutu məhkəməyə təqdim etmədiyini qeyd etsə də, məhkəmə tərəfindən iddiaçıya konkret olaraq h ansı rayonda və hansı iş yerlərinin təklif edildiyi müəyyən edilməmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161- 162-ci maddələrinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular bir qayda olaraq buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilməli olduqları halda iş materiallarında buna dair mötəbər sübutların olmadığı düzgün qiymətləndirilməmiş, məhkəmə öz qərarında barışıq üçün verilmiş müddət ərzində, həmçinin 1 -ci söhbət vərəqəsinə görə cavabdeh inzibati orqan hər iki halda iddiaçının tutduğu vəzifə və ixtisasına uyğun boş vəzifə olmadığından, onun rayonların birində yerləşən hərbi hissələrə təyin olunması barədə təkliflərin edildiyini, lakin o, yalnız Bakı ərazisində müvafiq va kansiya olmadığından, iddiaçının Bakı şəhəri ərazisində hərbi hissələrə təyin edilməsinin mümkün olmaması barədə cavabdehin konkret sübutlarla təsdiq olunmayan izahatı ilə kifayətlənmişdir.

27. Şikayətin maddi hüquqi əsası kimi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156, 161, 162-ci maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

30. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

31. Azərbaycan Respub likasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə

1. Bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Maddə

2. Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. Maddə

5. Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara — qadınlar və “Hərbi xidmət haqqında” Azərbaycan Respublikas ı Qanunu ilə müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər — əsgərlər, matroslar və çavuşlar aiddirlər. Maddə

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); (-). Maddə

161. Həqiqi hərbi xidmətdən eht iyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Maddə

162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparıl ır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hə rbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. (-).

32. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim ol unduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10 Ali Məhkəmə bütün hall arda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

33. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

34. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. K asasiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

36. İşin hallarına əsasən iddiaçı 2015-ci ilin aprel ayından cavabdehə məxsus “Hərbi bilik jurnalı”nda operator vəzifəsində mülki işçi kimi çalışmağa başlamış və 27 iyul 2015-ci il tarixli əmrlə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi (əsgər hərbi rütbəsində) operator vəzifəsinə təyin olunmuş, 24.11.2017-ci il tarixli əmrə əsasən “Hərbi bilik jurnalı” redaksiyasının gələcəkdə müstəqil fəaliyyətinə ehtiyac olmadığı nəzərə alınaraq jurnalın redaksiyasının 30 dekabr 2017-ci il tarixədək ləğv edilməsi qərara alınmış, 8 dekabr 2017-ci il tarixli əmrlə jurnalın redaksiyasının ləğv edilməsi ilə əlaqədar ştatların ixtisarına görə iddiaçı hərbi xidmətdən ehtiyata buraxılmışdır.

37. İddiaçı hesab edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinin tələbi pozularaq ixtisara salınarkən 2 ay qabaqcadan xəbərdar olunmamış, 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılmalı olduğu halda cavabdeh hər iki söhbəti eyni gündə aparmış, bu hal söhbətləşmə vərəqində əksini tapmışdır. Ali Məhkəmənin qərarında olan göstərişlərə apelyasiya məhkəməsi əməl etməmiş, ona konkret olaraq hansı rayonda və hansı vəzifədə iş təklif edilməmişdir.

28. İddiaçının qulluq etdiyi vəzifənin ixtisarı ilə bağlı cavabdeh tərəfindən edilən hərəkətlər aşağıdakı ardıcıllıqla həyata keçirilmişdir: -Müdafiə nazirinin 24.11.2017-ci il tarixli əmrinə əsasən “Hərbi bilik jurnalı”nın redaksiyasının 30 dekabr 2017-ci il tarixədək ləğv edilməsi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin ştatında yeni açılmış vəzifələr komplektləşdirilərkən ləğv edilmiş jurnalın redaksiyasının hərbi qulluqçularının və mülki işçilərinin yerləşdirilməsinin nəzərə alınması, 30 dekabr 2017-ci il tarixdən 1/1 №-li ştat qüvvədən düşmüş hesab edilməsi nəzərdə tutulmuşdur. -Bundan sonra iddiaçı ilə jurnalın redaksiyasının baş redaktoru vəzifəsini icra edən şəxs arasında olmuş 5 dekabr 2017-ci il tarixli 1-ci söhbət vərəqəs inə əsasən iddiaçının ştatların ixtisarına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunduğu qeyd edilmiş, iddiaçı Bakı ərazisində müvafiq vəzifəyə təyin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının növbəti məzuniyyətdən 10 gün istifadə etdiyi, müayinə üçün HHK-ya göndərilməsinə ehtiyacı olmadığı barədə qeyd aparılmışdır -Həmçinin 5 dekabr 2017-ci il tarixli 2-ci söhbət vərəqəsinə əsasən iddiaçı birinci söhbət zamanı xahiş və suallarının yerinə yetirilməsinə müsbət münasibət, HHK-nın rəyi nəzərə alınaraq buraxılmanın əsaslarının dəqiqləşdirilməsinin zəruriliyinə ehtiyac olmadığını bildirmişdir. -Daha sonra iddiaçı barəsində mübahisə açdığı 8 dekabr 2017-ci il tarixli əmr imzalanmışdır.

29. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aş ağıdakıları qeyd edir.

30. İddiaçının işlədiyi “Hərbi bilik” jurnalının redaksiyası Müdafiə nazirinin 24 noyabr 2017-ci il tarixli əmri ilə 30 dekabr 2017-ci ilədək ləğv olunmuşdur. Həmçinin bu əmrlə 30 dekabr 2017-ci ildən ştat qüvvədən düşmüş hesab edilmişdir.

31. İddiaçı Müdafiə nazirinin 24 noyabr 2017-ci il tarixli əmri ilə bağlı mübahisə açmamışdır. 32. 24 noyabr 2017-ci il tarixli əmrin 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin ştatında yeni açılmış vəzifələr komplektləşdirilərkən ləğv edilmiş jurnalın redaksiyasının hərbi qulluqçularının və mülki işçilərinin yerləşdirilməsi nəzərə alınsın.

33. İddiaçı ləğv edilmiş jurnalın redaksiyasının hərbi qulluqçusu olmuşdur.

34. Elm şöbəsinin ştatında yeni a çılmış vəzifələr komplektləşdirilərkən ləğv edilmiş jurnalın redaksiyasının hərbi qulluqçularının yerləşdirilməli olması əmrdə nəzərdə tutulmuşdur.

35. Lakin cavabdeh Müdafiə nazirinin 24 noyabr 2017-ci il tarixli əmrinin tələbini nəzərə almamışdır.

36. İddiaçı ilə aparılmış söhbətləşmə vərəqindən görünür ki, iddiaçı ilə bağlı hər iki söhbət eyni gündə, yəni 5 dekabr 2017-ci ildə aparılmışdır.

37. Bu zaman cavabdeh “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinin tələbinə əməl etməyərək iddiaçını ixtisara salınarkən 2 ay qabaqcadan xəbərdar etməmiş, Əsasnamənin 162-ci maddəsinə əməl etməyərək birinci söhbəti həqiqi hərbi xidmətdən ştatların ixtisarına görə buraxılan iddiaçıya adətən söhbət buraxılmadan 2 ay qabaq aparmamışdır.

38. Cavabdeh iddiaçı barəsində 8 dekabr 2017-ci il ta rixli əmri qəbul edərkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161 və 162-ci maddələrinin tələblərinə əməl etməmişdir.

39. Odur ki, cavabdehin 8 dekabr 2017-ci il tarixli əmri ləğv olunmalıdır.

40. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının işlədiyi “Hərbi bilik” jurnalının redaksiyası Müdafiə nazirinin 24 noyabr 2017-ci il tarixli əmri ilə 30 dekabr 2017-ci ilədək ləğv olunmuş, bu əmrlə 30 dekabr 2017-ci ildən ştat qüvvədən düşmüş hesab edilmiş və iddiaçı Müdafiə nazirinin 24 noyabr 2017-ci il tarixli əmri ilə bağlı mübahisə açmamışdır.

41. İddiaçı tələbində 8 dekabr 2017-ci il tarixli əmrin ləğvi ilə yanaşı tutduğu vəzifəsinə bərpa olunmasını xahiş etmişdir.

42. Müdafiə nazirinin 24 noyabr 2017-ci il tarixli əmrin icrası zamanı cavabdeh diskresion səlahiyyətə malik olmuşdur. Bu kimi hall arda məhkəmə cavabdehin diskresion səlahiyyətini qüsurlu həyata keçirdiyini müəyyən etdikdə, cavabdehin üzərinə İPM-in 73.1ci maddəsində göstərildiyi kimi, iddiaçının arzu etdiyi inzibati aktı qəbul etmək öhdəliyi qoya bilməz. Məhkəmə bu vəziyyətdə cavabdehin öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlayacaqdır. İşdə olan sənədlərlə müəyyən edilir ki, cavabdeh diskresion səlahiyyətini qüsurlu həyata keçirmişdir.

43. İddiaçının əvvəllər tutduğu vəzifənin ştatı artıq mövcud olmadığı üçün bu hissədə konkret qərarın qəbul edilməsi mümkün olmadığından məhkəmə kollegiyası hesab edir ki, İPM-in 73.2-ci maddəsinə əsasən, cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının xeyrinə onun ərizəsinə dair müvafiq qərarın qəbul edilməsi barədə öhdəlik qoyulmalıdır.

44. Məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qərar qəbil edilərkən Müdafiə nazirinin 24 noyabr 2017-ci il tarixli əmrinin icrası zamanı əmrin və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161 və 162-ci maddələrinin tələblərinə əməl olunmalıdır.

45. Odur ki, kasasiya şikayəti qismən təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdehin 8 dekabr 2017-ci il tarixli əmri ləğv olunmalı, cavabdehin üzərinə iddiaçının ərizəsinə dair məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq iddiaçının xeyrinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmalı, iddianın təmin edilməsi hissəsində şikayət əsaslı olmadığından təmin edilməməlidir.

46. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessu al Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-898/2020 saylı 11 avqust 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh 069 “əç” nömrəli, 08 dekabr 2017-ci il tarixli əmri ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq iddiaçının ərizəsinə dair onun xeyrinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar