Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-662/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı Bakı Şəhəri İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaqların dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya (iş № 2-1(102)-662/2022) Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Bakı Şəhəri İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) (bundan sonra üçüncü şəxs) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1823/202 1 saylı, 10 dekabr 2021-ci il tarixli qərarından iddiaçı və cavabdehin verdiyi kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0.01711 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 4 mərtəbəli, 7 otaqlı, 72.0 kv.m yaşayış, 71.2 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə cavabdehin mərhum anası X4 2/3 hissə, X1 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 107 nömrəli, reyestr kitabının 9716 nömrəli vərəqində xx.xx.2008-ci ildə qeydiyyata alınmışdır. 2. 43 saylı MKİS-in arayışına görə, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov ev 31-də qeydiyyatdadır. 3. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümum ilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhəri İddiaçı müəyyən edilməsi, Bakı şəhəri İcra Hakimiyyətinə bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması haqqında hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq həyata keçirilməsi və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi haqqında 16.2.2018-ci il tarixdə 51 nömrəli qərar qəbul etmişdir.
4. Qərarın icrası məqsədilə iddiaçı Qanunun tələblərinə uyğun olaraq Daşınmaz əmlakın alınması qrupunu təşkil etm iş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədilə "xxxx" MMC-ni müstəqil qiymətləndirici qismində cəlb etmişdir.
5. X5 və Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mülkiyyətdə və istifadədə olan (5010/9 şərti kodu ilə işarələnmiş) daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən 39.37 kv.m əsas sahə üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 1250 manat, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavə olunmaqla 1500 manat olmaqla, ümumilikdə 59055 manat; 5.13 kv.m köməkçi sahə üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 1250 manat, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavə olunmaqla 1500 manat olmaqla, ümumilikdə 7695 manat; 1.22 kv.m sanitar qovşaq üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 666.66 manat, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavə olunmaqla 800 manat olmaqla, ümumilikdə 976 manat; 15.0 kv.m metlax döşəmə üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 16.67 manat, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavə olunmaqla 20 manat olmaqla, ümumilikdə 300 manat; cəmi: 668026 manat; 2 aylıq əmək haqqı və köçmək xərci 1000 manat olmaqla qeyd edilən daşınmaz əmlak üzrə ümumilikdə cəmi 69026 manat hesablanmı şdır
6. İş materiallarında olan "xxxx" MMC tərəfindən, Cavabdeh sifarişi əsasında xx.xx.2019-cu il tarixdə tərtib olunmuş qiymətləndirmə rəyinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 190.90 kv.m olan daşınmaz əmlakın həqiqi dəyəri 570.000 manat qiymətləndirilmişdir.
7. İş materiallarında olan "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş MB-11-198 nömrəli, 28 fevral 2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi və yaxın ətrafda yerləşən torpaq sahələrinin yerindən, quruluşundan və digər texniki göstəricilərindən asılı olaraq 1 sot torpaq sahəsinin orta bazar qiyməti 120 000 (bir yüz iyirmi min) – 200 000 (iki yüz min) manat arası dəyişir. Qiymətləndirilən ərazidə hazırda inkişaf etmiş to rpaq bazarı olmadığından qiymətlər analoji zonalara əsaslanaraq göstərilmişdir
8. Cavabdeh ona məxsus yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddiaçının təşkil etdiyi komissiyaya dəvət edilmiş və Komissiya tərəfindən qəbul edilmiş, qəbul zamanı ünvan 3 ünvanda cavabdehə məxsus yaşayış sahəsinə görə 69.026 manat məbləğində kompensasiya təklif edilmiş, lakin o, könüllü razılaşmadan imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı 22 yanvar 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri İddiaçı Cavabdeh qarşı ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respub likası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 4 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyyacları üçün alınması ilə bağlı cavabdehə 69026 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri İddiaçı müəyyən edilmişdiir. Qərarın icrası məqsədi ilə İddiaçı “To rpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması. Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdeh ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakda yaşayır və yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin mənzil (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alğı-satqı) yolu ilə onun qeydiyyatda olduğu daşınmaz əmlakın satın alınmasına razılıq verilməsi barədə bildiriş göndərilib. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq cavabdehə yaşadığı ünvan 4 ünvanında yerləş ən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqına” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə cavabdehə 69026 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirib. Lakin, cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina edib.
11. Cavabdeh iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evinin 2 /3 hissəsinə görə 570000 manat, qanuni istifadədə olan 371.2 kv.m torpaq sahəsinin 2/3 hissəsinə görə 494933 manat, ümumilikdə ******* manat, həmin məbləğə əlavə 20 faiz 212986 manat, çətinliyə görə 10 faiz 106493 manat, köçmək pulu 1000 manat, mənəvi zərərə görə 100000 manat, ümumilikdə ******* manat məbləğində pul tutulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
12. Qarşılıqlı iddianın əsaslarına görə, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 0.228 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 143.2 kv.m olan 31 saylı fərdi yaşayış evi 2/3 hissədə X4 mülkiyyətindədir. Digər 1/3 hissə X1 mülkiyyətindədir. Həmin daşınmaz əmlak əvvəldən xüsusi mülkiyyətdə olmuş və orada yaşayış vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı il ə həmin ərazinin zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan kimi Bakı şəhəri İddiaçı müəyyən edilmişdir. Cavabdeh təşkilata dəfələrlə ədalətli kompensasiyanın verilməsinə dair müraciətlər olmuş, görüşlər keçirilmiş, lakin, nəticə olmamışdır. Bu səbəbdən, ədalətli və real bazar qiymətinə uyğun kompensasiyanı məhkəmə qaydasında tələb edir. Hesab edir ki, qarşılıqlı iddiası təmin edilməlidir. Belə ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyinə əsasən Cavabdeh məxsus ünvan 2 saylı evin bazar dəyəri 570.000 (beş yüz yetmiş min) manat təşkil edir. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin xx.xx.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi və yaxın ətrafda yerləşən torpaq sahələrini n yerindən, quruluşundan və digər texniki göstəricilərindən asılı olaraq 1 sot (100 kv.m) torpaq sahəsinin orta bazar qiyməti 120.000200.000 manat arasında dəyişir. Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 0.228 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 143.2 kv.m olan 31 saylı fərdi yaşayış evi həm özü və həmçinin evin altında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hesab olunur. Evin texniki pasportuna əsasən ümumi torpaq sahəsi 371.2 kv.m təşkil edir. Qanunvericiliyin tələbinə əsasən həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi, həmçinin mülkiyyəti (potensial mülkiyyət) olduğundan, yaşayış evi ilə yanaşı torpaq sahəsi kompensasiya edilməlidir. Beləliklə, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, ümumi sahəsi 143.2 kv.m olan 31 saylı fərdi yaşayış evi ilə yanaşı, 371.2 kv.m təşkil edən torpaq sahəsinin 2/3 hissəsi kompensasiya edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 07 dekabr 2007-ci il tarixli, 506İİİQD saylı Qanununun tətbiq edilməsi haqqında” 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində y erləşən və ya yerləşməyən və eyni məqqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara da şamil edilir). Həmin 20 faiz ümumi məbləğə əlavə olunmalıdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. Həmin Qanununun 66.4, 66.4.6-cı maddəsinə əsasən çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin 10 ildən artıq müddət üçün 10 faiz ümumi miqdarında müəyyənləşdirilir. Çətinliyə görə 10 faiz ümumi məbləğə əlavə olunmalıdır. Eyni zamanda, mənəvi zərər qismində cavabdehdən 100.000 manat pul tutulmalıdır. Bu daşınmaz əmlakın dövlət ehtiyacları üçün satın-alınmaya məruz qalmadan, kompensasiya ödənilmədən ərazinin insan həyatı üçün zəruri olan kommunal xətlərinin (qaz, su, elektrik) özbaşına kəsilməsi nəticəsində keçirdiyi sarsıntılar və kompensasiyanı könüllü ödəməkdən imtina etməyə görədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəktsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nə ticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
13. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhər Yasamal rayonu İcra Hakimiyyətinin nümayəndəsi qarşılıqlı iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehti yacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz Əmlakın alınması Qrupu” təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici "xxxx" MMC-ni cəlb edilibdir. ünvan 5 ünvanında yerləşən bina Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarın təsirinə düşür. Hesab edir ki, iddiaçıya məxsus olan əmlakın dövlət ehtiyacları üçün alınmasına görə onun qiymətləndirilməsi qiymətləndirmə sahəsində ixtisaslaşmış ekspert-qiymətləndirici tərəfindən bu sahədə olan mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması müvafiq qaydada təmin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandır ılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də, nəzərə alınmaqla 1500 manatadək və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacarı üçün alınması haqqında” Azərbaycan Respulikası Qanununa uyğun həyata keçirilir. İş materiallarında olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəs inin çıxarışına əsasən mülkiyyətçi cavabdehin anası mərhum X10 olmuşdur. Cavabdeh anasından qalan əmlakı miras əmlak kimi qəbul etməmişdir. Evin texniki pasportu mülkiyyət hüququnu təsdiq edən sənəd hesab edilmədiyi üçün qiymətləndirmə aparılan zaman Texniki pasportda müəyyən olunan sahələr deyil, yerində faktiki olan mövcud sahələr qiymətləndirilmişdir. Məlum olduğu kimi, Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Cavabdehin anası X4 adına olan Çıxarış mülkiyyət hüqunu təsdiq edən sənəd hesab edilir və həmin sənəddə X4 mülkiyyətində hər hansı torpaq sahəsinin olması göstərilmədiyi halda torpaq sahəsi üçün kompensasiya hesablanmamışdır. Mənəvi ziyanın ödənilməsi məsələsinə gəldikdə isə, bildirirlər ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı mənəvi ziyan dəydiyini təsdiq edən hər-hansı mötəbər sübutlar (mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən həkim sənədləri) yoxdur. Eləcə də, iş materiallarında torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını əks etdirən mötəbər sənəd və ya digər əsas mövcud deyildir. 14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(112)- 517 /2021 saylı iş) 16 fevral 2021-ci il tarixli qərarı ilə İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilərək ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə sahibliyi alan orqan Bakı şəhəri İddiaçı tərəfindən "Torpaqların dövlət ehtiy acları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 144200 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki Cavabdeh mülkiyyətində olan daşınmaz əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 16 fevral 2018-ci il tarixli, 51 saylı Qərarının təsiri altına düşür. Qərarla alan orqan kimi iddiaçı müəyyən edilmiş, iddiaçı əmlakın qiymətləndirilməsi məqsədilə müstəqil qiymətləndirici cəlb etmiş, müstəqil qiymətləndirici Cavabdeh mülkiyyətində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müəyyən məbləğdə kompensasiya ödənilməli olduğunu müəyyən etmiş, alan orqan qismində iddiaçı cavabdehə həmin məbləğdə kompensasiyanı ödəməyə hazır olduğunu bildirmiş, lakin cavabdeh kompensasiya məbləğinin ödənilməsi üçün dəfələrlə komissiyaya dəvət edilməsinə baxmayaraq, komissiyada iştirak etmişdir. Qanunvericiliyə əsasən torpağın alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması, alınan torpağa sahibliyin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması və alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növü və məbləği alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəmə tərəfindən təsdiq olunur. Bundan əlavə məhkəmə ilkin iddia üzrə kompensasiya məbləğinin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, "xxxx" MMC-nin tərtib etdiyi Qiymətləndirmə hesabatı ilə müəyyən etdiyi 69026 manat məbləğində kompensasiya, özündə mövcud inzibati praktikaya əsasən hər kv.m-ə görə ödənilən 1.500 manat bütün kompensasiya növləri, o cümlədən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu və «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva etməsinə baxmayaraq, qiymətləndirm ə hesabatı tərtib edilərkən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışda göstərilən əmlakın ölçüləri nəzərə alınmamış, nəticədə ilkin iddia üzrə cavabdehə ödənilməli olan kompensasiya məbləğinin miqdarı düzgün müəyyən edilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, ilkin iddia cavabdehə 69026 manat məbləğində kompensasiya ödənilməsi hissəsində təmin edilməməlidir.
16. Məhkəmə qarşılıqlı iddia tələbini də qismən təmin etmiş və qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhər i, Yasamal rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0.01711 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 4 mərtəbəli, 7 otaqlı, 72.0 kv.m yaşayış və 71.2 kv.m köməkçi sahədən ibarət 31 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 2/3 hissədə X4 mülkiyyətində olmuşdur. Göründüyü kimi, "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatında əmlakın Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda göstərilən ölçüləri nəzərə alınmamışdır. Halbuki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya kompensasiya məbləği sözügedən Çıxarışda qeyd olunan ölçülərə - 72.0 kv.m əsas (yaşayış) və 71.2 kv.m köməkçi sahələrə uyğun ((72.0+71.2 kv.m) ₓ 2/3 = 95.4666667 kv.m) hesablanaraq, 95.4666667 ₓ 1500 («Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu v ə «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələrlə birlikdə, mövcud inzibati praktikaya əsasən hər kv.m-ə görə ödənilən 1.500 manat) = 143 200 (bir yüz qırx üç min iki yüz) manat, eləcə də, 2 aylıq kirayə haqqı və köçmək xərci ilə birlikdə (1000 manat), ümumilikdə 144 200 manat məbləğində kompensasiya məbləği ödənilməlidir. Məhkəmə qarşılıqlı iddianın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə görə 570 000 manat məbləğində kompensasiya ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı qeyd olunan kompensasiya məbləğ ini "xxxx" MMC-yə tərəfindən tərtib edilmiş “Qiymətləndirmə rəyi”nə əsasən tələb edir ki, həmin rəy mötəbər hesab edilə bilməz. Belə ki, əmlakın qiymətləndirilməsi zamanı Cavabdeh mərhum anasına məxsus hissəyə deyil, bütövlükdə əmlaka qiymət verilmişdir. Eləcə də, qiymətləndirmədə ekspert istifadə olunan metodlara, hər hansı əvvəlki ekspert rəylərinə və ya digər etibarlı məlumatlara istinad etməmişdir
17. İddiaçı həmin qərardan apellyasiya şikayəti qərarın qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini və qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
18. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və qarşı lıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X6-məruzəçi, X3 və X14, 2-1(103)-1823 /2021 saylı iş) 16 fevral 2021-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. İddiaçı həmin qərardan kassasiya şikayəti ləğv olunmasının işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
22. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməs i barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Bakı şəhəri İddiaçı kassasiya şikayətinin dəlilləri
23. Məhkəmə qərar qəbul edərkən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Belə ki, hər iki instansiya məhkəməsi əmlakın faktiki ölçülərini müəyyən edilməsi üçün iş materiallarında olan “Qiymətləndirmə Cədvəli”nə hüquqi qiymət verməmişdir. Bundan başqa, evin faktiki ölçülərinin müəyyən edilməsi üçün ümumiyyətlə heç bir tədbir və araşdırma üsullarından istifadə etməmişdir, yerli baxışa ehtiyac olduğuna baxmayaraq bunun üçün mütəxəsisslərin əmlaka yerli baxış keçirilməsi və əmlakın faktiki ölçülərini müəyyən edilməsi üçün hər hansı tədbirlər görmədən yanlış qərar qəbul etməkdə qanunvericiliklə müəyyən edilmiş prosessual tələbləri kobud şəkildə pozmuşdur. Belə ki, cavabdeh ilə kompensasiya məbləğinə dair razılıq əldə edilmədiyi və bu səbəbdən də mübahisə predmeti olan fərdi yaşayış evi İddiaçı tərəfindən satın alınmadığı üçün sözügedən ev sökülməmişdir. Başqa sözlə, fərdi yaşayış evinin faktiki ölçülərini müəyyən edilməsi mümkün olduğu və faktiki ölçülərin təsdiqlənməsi zərurəti olduğu halda məhkəmə bunun üçün heç bir tədbir görməmişdir.
24. Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının faktiki olaraq mərhum anasının vəfatından sonra həmin evdən mülkiyyətçi kimi istifadə etməsi barədə mövqeyi sübutların tam və hərtərəfli araşdırılmamasının göstəricisidir. Məhkəmə öz qərarında qeyd edir ki, mənzilin faktiki ölçüləri təsdiqi ni tapdıqdan sonra daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Cavabdeh vərəsə kimi əmlakı faktiki qəbul etsə belə, mülkiyyətçi kimi hüquqlarını dövlət qeydiyyatına aldırmadığı üçün evin miras kimi faktiki qəbulundan sonra mövcud vəziyyətdə faktiki ölçüləri dövlət reyestrində öz təsdiqini tapmamışdır. Məhkəmə tərəfindən mərhum anasının mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən evin ölçülərini müəyyən edərək kompensasiya hesablanması həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən sübutların tam araşdırılmamasından xəbər verir. Hər iki instansiya məhkəməsi cavabdehin faktiki miras kimi qəbul etdiyi daşınmaz əmlakın faktiki mövcud vəziyyətdə ölçülərini müəyyən etmək üçün zərurət olsa belə bunun üçün hər hansı əlavə araşdırmalar aparmamışdır, bunun əvəzinə anasının mülkiyyət hüququnu təsdiq edən sənədlə kifayətlənmişdir və nəticədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. b) Cavabdeh Mösü oğlunun kassasiya şikayətinin dəlilləri
25. İş materiallarından göründüyü kimi iddiaçının təqdim etdiyi qiymətləndirmə rəyi ilə onun tərəfindən təqdim etdiyi giymətləndirmə rəyləri arasında ziddiyyət olduğu halda bununla bağlı məhkəmə tərəfindən bazar dəyərinin və faktiki sahələrin müəyyən edilməsi məqsədi ilə kompleks ekspertizası təyin edilməmişdir.
26. Həmçinin qeyd etmişdir ki, məhkəmə qərarında əmlakın hansı səbəblərdən Dövlət ehtiyacları üçün alınması əsaslandırılmamışdır. Yəni iddiaçının tələbinin əsası kimi dövlət ehtiyacları üçün əsas olmuş layihə məhkəməyə təqdim edilməmişdir.
27. Məhkəmə torpağa aid hissədə kompensasiyanın məbləğini müəyyən etməmiş, Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, və 29-cu maddəsinin 4-cü bəndi, Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanununun 73.1-ci, 66.4.4 Azərbaycan Respublikası Mülki Məcəllənin 246.5 maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
28. İddiaçı etiraz təqdim edərək Cavabdeh Mösü oğlu tərəfindən verilmiş kassasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşı nar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. (-)
30. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dai r Protokol Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtləri istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
31. Mülki Məcəllə: Maddə
157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik ə kmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. (-). 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
31. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və y a hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçü n alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 33. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə
5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün a lına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 5.2. Dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Maddə
7. Alınmanın təsirinə məruz qalan şəxs 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; (-). Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yer ləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir;
32. Həmin Qanunun 55.1-ci maddəsinə görə bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən e dilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi.
33. Həmin Qanunun 56.1-ci maddəsinə görə bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: 56.1.3. torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti; (-). Maddə
58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə t orpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Maddə
66. Çətinliklərə görə kompensasiya 66.4. Çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir: 66.4.1. 5 ildən 6 ilədək müddət üçün — 5 faiz; 66.4.2. 6 ildən 7 ilədək müddət üçün — 6 faiz; 66.4.3. 7 ildən 8 ilədək müddət üçün — 7 faiz; 66.4.4. 8 ildən 9 ilədək müddət üçün — 8 faiz; 66.4.5. 9 ildən 10 ilədək müddət üçün — 9 faiz; 66.4.6. 10 ildən artıq müddət üçün — 10 fa iz. 34. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə 51 saylı 16 fevral 2018-ci il tarixli qərar qəbul etmişdir. Qərarın 1-ci bəndinə əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri İddiaçı müəyyən edilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinə tapşırılsın ki, bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması haqqında hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təkliflər təqdim etsin.
35. Potocka və digərlərinin Polşaya qarşı, Suominen Finlandiyaya qarşı, X9rşı, Hiro Balani İspaniyaya qarşı, Helle Finlandiyaya qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarl arı.
36. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını d indirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. (-).
36. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən ) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
38. İddiaçı və cavabdeh kassasiya şikayətlərini vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir.
39. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
41. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0.01711 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 4 mərtəbəli, 7 otaqlı, 72.0 kv.m yaşayış və 71.2 kv.m köməkçi sahədən ibarət 31 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 2/3 hissədə cavabdehin anası mərhum X4 mülkiyyətində olmuşdur.
42. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov ev 31-də qeydiyyatda olmaqla orada yaşayır.
43. Cavabdeh ona məxsus yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddiaçının təşkil etdiyi komissiyaya dəvət edilmiş və Komissiya tərəfindən qəbul edilmiş, qəbul zamanı ünvan 3 ünvanda cavabdehə məxsus yaşayış sahəsinə görə 69.026 manat məbləğində kompensasiya təklif edilmiş, lakin o, könüllü razılaşmadan imtina etmişdir.
44. Ali Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı tələbi iki hissədən: birinci-ünvan 8 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyi olan or qan İddiaçı tərəfindən “Torpağların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və digər isə-69026 manat məbləğində kompensasiya ödənilərək evin boşaldılması tələbindən ibarətdir.
45. Belə olan halda işə baxan məhkəmə ilk növbədə iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu S.Rüstəmov küçəsində yerləşən evin Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli adıçəkilən qərarının təsir dairəsinə düşüb-düşmədiyini, bununla da cavabdehin hərəkətlərinin qanuni olub-olmadığına qiymət verməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 5 nömrəli Qərarında müəyyən olunur ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlətehtiyacları üçün alan orqan Bakı şəhəri İddiaçı müəyyən edilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinə tapşırılmışdır ki, bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması haqqında hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təkliflər təqdim etsin.
46. Hazırki işdən isə görünür ki, iddiaçının tələb etdiyi torpaq sahəsi, yəni boşaldılması tələb olunan ev S.Rüstəmov küçəsində yerləşir və adıçəkilən Nazirlər Komitəsinin Qərarında göstərilən ünvanların sırasında həmin ünvan qeyd olunmamışdır iddiaçı tərəfindəndə Dövlət Ehtiyacları üçün alınmaya əsas olmuş layihə məhkəməyə təqdim edilməmişdir.
47. Cavabdeh özünün apellyasiya şikayətində bu halı qeyd etmiş, lakin apellyasiya məhkəməsi göstərilən dəlilə qərarında münasibət bildirməmiş və torpağın iddiaçı tərəfindən qanuni əsaslarla alınmasını əsaslandırmamış, bununla da məhkəmə İPM-in 87.8 maddəsinin tələblərini pozmuşdur.
48. Bundan başqa məhkəmə tərəfindən qeyd edilir ki, iş materiallarına söküntü ilə bağlı Bakı şəhəri İddiaçı sərəncamı işə əlavə edilmə mişdir.
49. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X9rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X9rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X9rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60).
52. Cavabdehin kompensasiya məbləği ilə razılaşmamsı barədə dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, kassatorun dəlilləri qismən əsaslıdır. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir.
38. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər.
54. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyas ının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1174/2020 nömrəli qərarı).
55. Konvesiyanın göstərilən tələblərini nəzərə alan Ali Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qərarı göstərilən tələblərə cavab vermir. Belə ki, əmlakın qiymətləndirilməsi ilə bağlı qeyd olunmalıdır ki, kompensasiya dəyərində cavabdehin istifadəsində olan torpaq sahəsinin qiyməti nəzərə alınmamışdır. İddiaçı və cavabdeh tərəfindən təqdim olunmuş qiymətləndirmə rəyləri arasında ziddiyyət olduğu halda məhkəmə torpağın real bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə tədqiqat aparmamış və eyni ilə bu barədə apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir.
56. Belə ki, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında 7.3.1maddəsinə əsasən torpaqla bağlı dövlət qeydiyyatına alınmış mül kiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanuna uyğun istifadə və ya icarə hüquqları olan şəxslər alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər.
57. Belə ki, cavabdehə məxsus ünvan 10 ünvanında yerləşən yaşayış evi üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatına (iş v. 8) əsasən əmlakın qiyməti əsas sahə 59055 manat, köməkçi sahə 7695 manat, sanitar qovşağı 976 manat, metlax döşəmə 30 manat, 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla cəmi 69026 manat müəyyən edilmişdir. Göründüyü kimi, əmlakın qiyməti hesablanarkən bu qiymətə kirayə haqqı, köçmək xərci və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 №-li Fərmanı ilə müəyyən edilmiş 20 faiz satınalma qiymətinə əlavə haqq əlavə edilsə də, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsində nəzərdə tutulmuş 10 faizi miqdarında əlavə ödəniş nəzərə alınmamışdır.
58. Halbuki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsinə əsasən torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya torpağın satın alındığı qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. 59. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.4.4-cü maddəsinə əsasən çətinlikərlə bağlı ödəniş 10 ildən artıq müddət üçün kompensasiyanın ümumi məbləğinin 10 faizi miqdarında məyyənləşdirilir.
60. Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün alınmaya məru z qalmış əmlakın dəyərinin kompensasiyasının ümumi məbləğinin 20 faizi miqdarında müəyyənləşdirilir
61. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən halı da nəzərə almadan yalnız iddiaçı tərəfindən təqdim olunmuş ekspert rəyində göstərilən məbləğin və cavabdehin sahələrin həcmi ilə bağlı dəliləri nəzərə alıb ilkin və qarşılıqlı tələbləri qismən təmin etmişdir. Halbuki, İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tərəflərin bildirməsindən asılı olmayaraq öz təşəbbüsü ilə müəyyən etməli idi.
62. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qi ymət götürülməlidir.
63. Təsadüfi deyil ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsində də torpağın bazar qiymətini torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun notariat qaydada təsdiq edilmiş alqısatqı müqaviləsinin göstəricisi ilə şərtləndirmişdir.
64. Məhkəmə kollegiyası qeyd edir ki, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar.
65. Nəzərə alınmalıdır ki, əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir.
66. Əmlakın yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında alınacaq əmlaka uyğun torpağın bazar qiymətini müəyyən edən bazar olmadıqda isə, əmlakın bazar qiyməti digər mötəbər sübutlara istinadla müəyyən edilməlidir. Belə mötəbər sübutlara isə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə riayət edilməklə verilmiş mütəxəssis rəyləri və Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış rəylər aid edilə bilərlər.
67. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə Ali Məhkəməsi kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi cavabdehin faktiki miras kimi qəbul etdiyi daşınmaz əmlakın faktiki mövcud vəziyyətdə ölçülərin müəyyən edilməsi üçün zərurət olsa belə bunu üçün hər hansı araşdırma aparmamışdır.
68. Odur ki, hər iki kassatorun dəlillərini qismən əsaslı hesab edən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən İPM-in 12.1, 58.7 və 87.8-ci maddələ rinin tələbləri pozulduğundan məhkəmə qərarı ləğv edilməlidir. İş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
69. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Kollegiyasının yuxarıda göstərilən hüquqi mövqeyi baxımından torpağın alınmasının qanuniliyinə qiymət verilməli, kompensasiya məbləğinin müəyyən edilməsi zamanı hazırki qərarın tətbiq edilən hüquqa dair hissədə qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri nəzərə alınmalı və apellyasiya dəlillərinə qiymət verərək iş üzrə əsaslı qərar qəbul etməlidir.
70. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməs inin İnzibati kollegiyasının 2-1(103)-1823/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir.