Məhkəmə qərarları › İş №2-1(102)-662/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-662/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-662/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X1 Cavabdeh qarşı işi üzrə QƏRARİ Açar sözlər: artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X1 Cavabdeh qarşı “ar tıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutulması” tələbinə dair iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının ödənilməsinin bərpa edilməsi” qarşılıqlı iddia tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3324/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsinin xx.xx.2015-ci il tarixli 800 saylı qə rarı ilə ilkin iddia üzrə cavabdehə xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən xx.xx.2013 - xx.xx.2020-ci il tarixləri arasındakı dövr üçün hesablanmış və ödənilmiş əmək pensiyasının tam məbləğinin qaytarılması barədə xx.xx.2020-ci il tarixli, **********0 nömrəli məktub ilə Cavabdeh müraciət edilərək ondan artıq ödənilmiş 24.304,54 manat pul vəsaitinin büdcəyə qaytarılması tələb olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İlkin iddia üzrə iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh qarşı artıq ödənilmiş 24304,54 manat pensiya məbləğ inin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X1 hesabına ödənilməsi barədə qərar qəbul edilməsinı xahiş etmişdir.

4. İddiaçı ərizəsində bildirir ki, cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəz ifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) neft-qaz və qaz kondensatının hasilatı yarım bölməsində 11000000—18559 kodu üzrə 1 nömrəli Siyahıda sadalanan istehsalatlarda məşğul olan təmirçi çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı cavabdehin 11 avqust 1978-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1996-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində (9 il 7 ay 17 gün) “Neft Daşları” NQÇİ-nin Qaz kompressor sahəsində təmirçi çilingər vəzifəsində işlədiyi müəyyən edilmişd ir. Bununla əlaqədar olaraq onun güzəştli iş stajı 10 ildən az (9 il 7 ay 17 gün) təşkil edir. Cavabdehə xx.xx.2013-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən ona xx.xx.2013 - xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24304,54 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

5. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi iddiaçıya ödənilmiş 24.304,54 manat pensiya məbləğinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ödənilməsi tələbinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçıya təyin edilmiş əmək pensiyasının xx.xx.2021-ci il tarixdən bərpa olunaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 26 yanvar 2021-ci il tarixli **********0 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 2 mart 2021-ci il tarixində daxil olmuş müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılması haqqında **********0 nömrəli, 20 may 2021-ci il tarixli rəsmi cavaba görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən araşdırma zamanı 11 avqust 1978-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1996- xx.xx.2006-cı il tarixləri arasındakı dövr ə rzində (9 il 7 ay 17 gün) “Neft Daşları” NQÇİ-nin Qaz kompressor sahəsində təmirçi çilingər vəzifəsində işlədiyi qeyd edildiyi və zərərli sahələrdə iş stajının 9 il 7 ay 17 gün olduğu halda (10 ildən az), iddiaçıya xx.xx.2013-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qeyd edilmişdir. Lakin, iddiaçının əmək kitabçasına nəzər yetirdikdə, “Mübarəkqaz” Qaz-sənaye idarəsinin xx.xx.1978-ci il tarixli, 393 nömrəli əmri ilə Kompressoların təmiri üzrə 1-ci dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə “çilingərə ikinci dərəcə verilsin” 21 nömrəli əmri, xx.xx.1990-cı il tarixli 37 nömrəli əmrlə, xx.xx.1990-cı il tarixli, 104 nömrəli əmrə və xx.xx.1992-ci il tarixli, 38/k nömrəli əmrə əsasən çilingər (11000000—18559 kodu üzrə) işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə zərərli və ağır istehsalatların vəzifələrin siyahısında-Kompressorların və qaz mühərriklərinin təmirində məşğul olan təmirçi-çilingər, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 1 №-li əlavə 1 №-li Siyahısının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistın emalı bölməsinin (X) neft-qaz və qaz kondensatının hasilatı yarım bölməsində 11000000—18559 kodu üzrə 1 nömrəli siyahıda sadalanan istehsalatlarda məşğul olan tə mirçi çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 1 №-li əlavə 1 №-li Siyahısında 2150600a—19630, 2150700a—19630 kodları üzrə tərkibində zərərli maddələri 3-cü sinif təhlükədən aşağı olmayan rənglərlə rənglənmiş məmulatların cilalanması ilə məşğul olan cilalayıcılar, quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar, 2170300a— 19664 kod üzrə pyezokvars lövhə və kristalların cilalayıcıları nəzərdə tutulmuşdur. 1983- cü ildə “Qlavnik” sexdə 134, 166 nömrəli əmrinə əsasən ikinci dərəcəli cilalayıcı işləmişdir. Daha sonra xx.xx.1983-cü ildə 195 nömrəli əmrə əsasən “Azərbaycan qaz emalı zavodunda” suvaqçı işləmişdir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 i yun tarixli, 320 saylı qərarına 1 №-li əlavə 1 №-li Siyahısının 2290100a—19727 kodu üzrə zərərli iş kimi qeyd olunmuşdur. Həmin zavodda xx.xx.1985- ci il tarixdə, 82 nömrəli əmrə əsasən rəngsaz olaraq da işləmiş, bu işin zərərli olması barədə 1110400a —13450 kodları üzrə qeyd edilmişdir. xx.xx.1985-ci il tarixli, 200 nömrəli əmr, xx.xx.1986-cı il tarixli, 51 nömrəli əmr, xx.xx.1986cı il tarixli, 14 nömrəli əmr, xx.xx.1987-ci il tarixli, 143 nömrəli əmr və xx.xx.1988-ci il tarixli 273/k əmrlərindən göründüyü kimi suvaqçı-rəngsaz (1110400a—13450 kodları üzrə) olaraq işləməyə davam etmişdir. Tula Vilayəti Təhsil Nazirliyi “Tula vilayəti dövlət arxivi” X2 Sənədlər Şöbəsinin dövlət müəssisəsinin Jİ-70 arxiv fondunda, “Qazenerqoremont” istehsalat birliyinin “Şekinqazenerqoremont” İstehsalat - te xniki müəssisəsinin və “Qazenerqoservis” Dövlət müəssisəsinin “Şekinqazenerqoservis” Filialının şəxsi heyəti üzrə 1990-1992-ci illər üzrə sənədlərdə iddiaçının əmək stajı haqqında məlumatlar vardır. Belə ki, həmin məlumatlarda qeyd olananlara əsasən 02 iyul 1990-cı il tarixli 37 saylı (2-ci b.) əmrlə 1961-ci il təvəllüdlü Cavabdeh 01 iyul 1990-cı il tarixində Kalmas sahəsinə neft və qaz hasilatı üzrə fəaliyyət göstərən sexlərdə texnoloji qurğuların təmiri və xidməti üzrə işəmuzd əmək haqqı ilə 2-ci dərəcəli çilingər qəbul edilmişdir. xx.xx.1990-cı il tarixli 104 saylı əmr əsasında iddiaçıya, xx.xx.1990-cı il tarixindən neft və qaz hasilatı üzrə fəaliyyət göstərən sexlərdə texnoloji qurğuların təmiri və xidməti çilingər peşəsi üzrə 3-cü dərəcə verilmişdir. “Qazprom” Dövlət konserninin 10 ma rt 1992-ci il tarixli 72 saylı əmri ilə “Şekinqazenerqoremont” İstehsalat - texniki müəssisəsinin adı “Qazenerqoservis” Dövlət müəssisəsinin tərkibində eyni fəaliyyət növlü “Şekinqazenerqoservis” Filialına dəyişdirilmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı əmək fəaliyyətinə 1978-ci ildən başlamış və əmək fəaliyyətinin əksər hissəsini zərərli işlərdə işləmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1451/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərarı ilə (hakim M.C.Hacıbəyova) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X1 Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutulması” tələbinə dair iddiası rədd edilmiş, Qarşılı qlı iddia üzrə iddiaçı Cavabdeh ödənilmiş 24.304,54 manat pensiya məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ödənilməsi barədə hərəkətləri qanunsuz hesab edilərək təyin edilmiş əmək pensiyasının xx.xx.2021-ci il tarixdən bərpa olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya pensiya təyin olunması barədə Dövlət Sosial Müdafiə Fondu orqanının qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Belə ki, inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. DSMF-nin Qaradağ rayon şöbəsi (Xüsusi Şərtlərə Təyinat X1 sələfisi) pensiya təyin edilən zaman həmin qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən s ənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə məhkəməyə məlumat verilməmişdir.

9. İlkin iddia üzrə iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3324/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə-sədrlik edən, X.A.Cəmillova və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin Bakı İnzi bati Məhkəməsinin 2-1(112)-1451/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İlkin iddia üzrə iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd edilmişdir ki, araşdırma zamanı cavabdehə məxsus 11 avqust 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1996-xx.xx.2006-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının (9 il 7 ay 17 gün) "Neft Daşları" NQQJ-nin Qaz kompressor sahəsində təmirçi çilingər vəzifəs ində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, zərərli sahələrdə iş stajı 9 il 7 ay 17 gün olduğu halda (10 ildən az), ona xx.xx.2013-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24304,54 manat artiq pul vəsaitinin ödənildiyi ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarını nəzərə alaraq, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Həmin qərardan verilmiş Apellyasiya şikayəti də əsassız olaraq təmin edilməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə isə cavabdeh kassasiya şikayətində Baki Apellyasiya Məhkəməsinin 2-1(103)-3324/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarını ləğv edilməsini və inzibati işi yenidən araşdırılması üçün Baki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “İnzibati icraat haqqında” Qanun: Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yax ud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzg ün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiy a şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həd də (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olun muşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

20. Məlum olduğu kimi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı artıq ödənilmiş 24304,54 manat pensiya məbləğinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X1 hesabına ödənilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

21. İlkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının zərərli sahələrdə iş stajının 10 ildən çox olduğuna görə ona verilən əmək pensiyasının xx.xx.2021-ci il tarixdən bərpa olunaraq, ona verilməsini və ona ödənilmiş 24304,54 manat pensiya məbləğinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ödənilməsinə dair qərarının ləğv olunmasını xahiş etmiş, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir.

22. Sonradan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinə dəqiqləşmə ərizəsini məhkəməyə təqdim edərək, iddiaçıya ödənilmiş 24.304,54 manat pensiya məbləğinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ödənilməsi tələbinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçıya təyin edilmiş əmək pensiyasının xx.xx.2021-ci il tarixdən bərpa olunaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

23. İlk iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin kassasiya şikayətindəki faktiki olaraq yeganə dəlili ondan ibarətdir ki, Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almağa hüququ yaranmasa da, DSMF-nin Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq ona 52 yaşından belə bir pensiya növü təyin edilmiş, halbuki Cavabdeh zərərli sahələrdə iş stajı 9 il 7 ay 17 gün olduğu halda qanuna görə bu cür iş stajı 10 ildən az olmamlıdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat X1 kassasiya şikayətindəki həmin dəlili əsassızdır.

25. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 126164 saylı pensiya işinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsinin xx.xx.2015-ci il tarixli 800 saylı qərarı ilə ilkin iddia üzrə cavabdehə xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

26. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin xx.xx.2015-ci il tarixli qərar qüvvədə olduğu halda, həmin qərar əsasında xx.xx.2013 - xx.xx.2020-ci il tarixləri arasındakı dövr üçün hesablanmış və iddiaçıya ödənilmiş əmək pensiyasının tam məbləğinin qaytarılması barədə xx.xx.2020-ci il tarixli, **********0 nömrəli məktub ilə Cavabdeh müraciət edilərək ondan artıq ödənilmiş 24.304,54 manat pul vəsaitinin büdcəyə qaytarılması tələb olunmuş və inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2013-cü il tarixdən təyin edilmiş pensiyanın dayandırılması öz təşəbbüsü ilə həyata keçirilmişdir.

27. Bununla bağlı apellyasiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarda haqlı olaraq göstərmişdir ki, hazırkı iş üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən, pensiya məbləğinin geri qaytarılması tələb edilir. Xüsusilə vurğulanmalıdır ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, “ödənilmiş pensiya məbləğinin qaytarılması barədə” qərarının qəbulu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil.

28. Eyni zamanda apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı təyin olunmuş pensiyanın məbləği qanuna uyğun hesablanmaması sübuta yetirilmiş olsa belə, həmin məbləğ ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin gətirdiyi dəlil kimi “artıq ödənilmiş əmək pensiyası məbləği” qismində qiymətləndirilə bilməz, eləcə də müvafiq məbləğlər aylıq ödəniş şəklində verildiyi halda, ondan toplam olaraq birdəfəlik tutulması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun unun tələblərinə uyğun deyil.

29. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisədə Cavabdeh hüquqi marağı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ona qərarla (inzibati aktla) təyin edilmiş əmək pensiyası üzrə dayandırılmış ödənişin bərpasına nail olmaqdan ibarətdir.

30. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması barədə məsələni həll edən zaman, qarşılıqlı iddia üzrə cavabdeh eyni zamanda həm pensiya təminatı haqqında qanunvericiliyin əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilərlə bağlı normalarının, həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandı rılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdi rdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan, həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (b ununla bağlı ətraflı bax: Ali Məhkəmənin 2- 1(102)-1507/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarı).

31. Həmçinin nəzərə almaq lazımdır ki, şəxsə təyin olunmuş əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı məsələ yalnız bu qərarın əvvəlki bəndində qeyd olunmuş qaydada aparılan müvafiq inzibati icraat çərçivəsində həll olunmalıdır. Yəni qeyd olunan icraat zamanı əmək pensiyasının dayandırılması ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində təsbit edilmiş əsaslardan hər hansı birinin, xüsusilə də bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan halların müəyyən olunduğu təqdirdə, inzibati icraat üzrə yekun qərar qəbul edilənə kimi inzibati orqan tərəfindən şəxsə pensiyanın ödənişinin dayandırılması b arədə aralıq qərar qəbul edilə bilər. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq aralıq qərar (aralıq inzibati akt) qəbul edildikdən sonra pensiyanın ödənişi faktiki olaraq dayandırıla bilər. Əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişinin dayandırılması ilə bağlı bu qərarın “Əmək pensiyaları haqqında “ Qanunun 37.8-ci maddəsi məhz bu anlamda təfsir olunmalıdır. Belə ki, pensiyanın ödənişinin faktiki olaraq dayandırılması pensiyanın təyin olunması barədə cavabdehin müvafiq qərarının hüquqi qüvvəsini istisna etmir və həmin qərarın etibarlılığı ilə bağlı məsələ yalnız bu qərarın əvvəlki bəndində qeyd olunmuş qaydada aparılan müvafiq inzibati icraat nəticəsində həll edilə bilər.

32. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qü vvədə olduğu halda, həmin aktın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada təzələmədən və təzələnmiş icraat çərçivəsində dayandırma barədə aralıq qərar qəbul olunmadan pensiya ödənişinin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını şübhə altına almış olur. İstinad olunan Qanunun 64.2-ci maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

33. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfind ən müəyyən edilmiş hallarından isə görünür ki, Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair inzibati akt (xx.xx.2013-cü il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair qərar) inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Qarşlıqlı iddia üzrə cavabdeh tərəfindən də bu barədə məhkəməyə hər hansı dəlil və sübut təqdim edilməmişdir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanı lmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin DSMF-nin Xüsusi Şərtlərlə təyinat X1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3324/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar