Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-663/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar söz: işlədiyi illərin sığorta stajına daxil edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin (bundan sonra – DSMF-nin Balakən rayon şöbəsi) vəkili iştirakı ilə İddiaçı cavabdeh DSMF-nin Balakən rayon şöbəsinə qarşı “1992-ci il tarixindən 2002-ci il tarixinədək X MM C-də işləməsi faktının sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-627/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03 mart 2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı **.**.1971-ci il tarixində Balakən şəhərində anadan olmuş, 1992-ci ildən 2002-ci il tarixinədək “X” MMC-də işləmiş, 11 yanvar 2018-ci il tarixində ona ümumi xəstəlik səbəbindən 2-ci dərəcə əlillik təyin edilmişdir. İddiaçı, xəstəliyə görə pensiyaya çıxmaq üçün DSMF-nin Balakən rayon şöbəsinə müraciət etmiş, şöbə tərəfindən ondan həmin illərə dair əmək kitabçası tə ləb edilmiş, işlədiyi illər əmək kitabçasında qeyd olunmadığından ona pensiya verilməsindən imtina edilmişdir. Daha sonra, iddiaçı “X” MMC-də işləməsi faktının müəyyən edilməsi məqsədilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 19 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, onun 1992-ci il tarixindən 2002-ci il tarixinədək adıçəkilən MMC-də işləməsi faktının müəyyən edilməsi qət edilmiş, sözügedən qətnamədən maraqlı tərəf DSMF-nin Balakən rayon şöbəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, onun 1992-ci il tarixindən 2002-ci il tarixinədək “X” MMC-də işləməsi faktının müəyyən edilməsi barədə mülki iş üzrə icraata xitam verilməsi və qeyd edilən tarixlərin sığorta stajına daxil edilməsi ilə bağlı DSMF-nin Balakən rayon şöbəsinə yazılı müraciət etməsi, sözügedən orqan onun ərizəsini təmin etməyəcəyi təqdirdə müvafiq olaraq iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməsi qərara alınmışdır. Göstərilən qərardadla əlaqədar o, pensiya təyin edilməsi üçün yenidən DSMF-nin Balakən rayon şöbəsinə müraciət etmiş, lakin şöbənin 28 fevral 2019-cu il tarixli, 83 nömrəli cavab məktubu ilə həmin illərin sığorta stajına daxil edilməsindən imtina olunmuş, bildirilmişdir ki, 1992-ci ildən 2002-ci il tarixinədək “X” MMC-də işlədiyi illər əmək kitabçasında olmadığına görə, stajını əmr kitabları və mühasibat sənədləri ilə üzləşdirmək mümkün olmadığından həmin illərin sığorta stajına daxil edilməsi qanunauyğun deyil. Bununla bağlı olaraq iddiaçı cavabdeh DSMF-nin Balakən ra yon şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin Iddiaçı 1992-ci il tarixindən 2002-ci il tarixinədək “X” MMC-də işləməsi faktının sığorta stajına daxil edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 2-1(84)-717/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, idarənin sənədləri yandığı halda arayışda iddiaçının 01 avqust 1992-ci il tarixindən 15 sentyabr 2002-ci il tarixinədək təsərrüfatda yaşıllaşdırıcı vəzifəsində işləməsi barədə məlumat mötəbər sübut hesab oluna bilməz. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 2-1(84)-717/2019 saylı qərarından cavabdeh apellyasiya şikayət i vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2019-cu il tarixli, 2-1(107)-627/2019 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 2-1(84)-717/2019 nömrəli qərarı ləğv edilmiş və inzibati iş üzrə yeni qərar çıxarılmış, iddiaçı iddia tələbi qismən təmin edilmiş, DSMF-nin Balakən rayon şöbəsinin üzərinə Iddiaçı 01 avqust 1992-ci il tarixindən 15 sentyabr 2002-ci il tarixinədək X MMC-də işləməsi faktının sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir Məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyiantı üçün əmək stajının təsdiq edilməsi qayda sı barədə” Əsasnaməyə əsasən hesab etmişdir ki, qanunvericilikdə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmiş, tələb edilən sənədlərin siyahısında təkcə əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən digər sənədlərin də təqdim olunmasının mümkünlüyü nəzərdə tutulmuşdur. İddiaçı da bunu təsdiq edən sənədləri cavabdehə təqdim etdiyinə görə onun yuxarıda qeyd edilən müəssisələrdə işlədiyi müddətlər əmək stajı kimi müəyyən edilməklə onun sığorta stajına daxil edilməlidir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2019-cu il tarixli, 2-1(107)-627/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkə məsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyiantı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinin tələblərinə zidd qərar qəbul etmişdir. Belə ki, həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır və iddiaçının əmək kitabçası olmadığına görə arayışda qeyd edilən illər onun stajına daxil edilə bilməz. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90-99-cu maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2019-cu il tarixli, 2-1(107)-627/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon Şöbəsinin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2019-cu il tarixli, 2-1(107)627/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının 13 noyabr 2019-cu il tarixli, 2-1(107)-627/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı **.**.1971-ci il tarixində Balakən şəhərində anadan olmuş və 11 yanvar 2018-ci il tarixində ona ümumi xəstəlik səbəbindən 2-ci dərəcə əlillik təyin edilmişdir. İddiaçı 01 avqust 1992-ci il tarixindən 15 sentyabr 2002-ci il tarixinədək “X” MMC-də yaşıllaşdırıcı vəzifəsində işlədiyi müddətin iş stajına daxil edilməsini tələb edir və onun iş stajının təsdiqi ilə bağlı cavabdehə “X” MMC-nin 14 mart 2019-cu il tarixli arayışını təqdim etmiş, lakin cavabdeh 28 fevral 2019-cu il tarixli ** nömrəli məktubla bildirmişdir ki, 1992-ci i l tarixindən 2002-ci il tarixinədək Xda işlədiyi illər əmək kitabçası olmadığı və onun stajını əmr kitabları və mühasibat sənədləri ilə üzləşdirmək mümkün olmadığından həmin illərin sığorta stajına daxil edilməsi qanuna uyğun deyildir. Apellyasiya instansiya məhkəməsi iddiaçının tələbini təmin etmiş və iddiaçının arayışda göstərdiyi iş stajını sığorta stajına daxil edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Hazırkı iş üzrə iddiaçı 1992-ci il tarixdən 2002-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini xahiş etdiyindən, hazırkı işdə həmin dövrdə qüvvədə olan qanunvericiliyin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmala r, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi qanunvericilikdə iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi nəzərdə tutulmamışdır. Göstərilən maddi hüquq normalarının tələblərini rəhbər tutan apellyasiya instansiya məhkəməsi əsaslı olaraq hazırkı iş üzrə iddiaçının 01 avqust 1992-ci ildən 15 sentyabr 2002-ci ilədək işləməsi “X” MMC-nin 14 mart 2019-cu il tarixli, 08 nömrəli arayışı ilə təsdiq olunduğundan iddiaçının 1992-ci ildən 2002-ci il tarixinədək “X” MMC-də işlədiyi illər əmək stajı kimi müəyyən edilməklə onun sığorta stajına daxil edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilən prosessual hüquq normalarının tələbləri baxımından iddiaçı ona əlilliyə görə pensiya təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh isə bunun əksini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmu ş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbu l edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-627/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-663/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-663/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver