Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-663/2021 06.04.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə qarşı iş üzrə (Açar sözlər: iş illərinin sığorta stajına əlavə edilməsindən imtina; əmək kitabçasındakı qeydlərin qeyri-mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublika sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə qarşı “işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, ona yaşa görə təyin olunmuş pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1289/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1953-cü il təvəllüdlü İddiaçı DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 78 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə yaşa görə əmək pensiyası təyin e dilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq onun xx.xx.1993-cü ildən xx.xx.2008-ci ilə kimi olan iş stajının sosial sığorta stajına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanaraq xx.xx.2016-cı il tarixindən ödənilməmiş pensiya məbləğinin ona verilməsini xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2018-ci il tarixli **********9 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanın əsası kimi iddiaçının 1993-cü ildən 2008-ci ilədək olan iş stajını yerində qarşılıqlı yoxlanılmasının mümkün olmadığını göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməs i, onun xx.xx.1993-cü il tarixindən xx.xx.2008-ci il tarixinədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 nömrəli Bakı Elmi-Bərpa İstehsalat İdarəsində bənna vəzifəsində işlədiyi illərin sığorta stajına daxil edilməklə, xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyasına hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü il tarixdən etibarən xx.xx.2008-ci il tarixədək müxtəlif müəssisələrdə işləmiş, bu barədə ona məxsus əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. İddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdehə müraciət etmiş, sonuncu tərəfindən həmin müraciətə cavab olaraq bildirilmişdir ki, 1993-cü ildən 2008-ci il tari xədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 nömrəli Bakı Elmi-Bərpa İstehsalat İdarəsində iş stajını qarşılıqlı yoxlamaq mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Bundan başqa iddiaçı tərəfindən Milli Arxiv İdarəsinə ərizə ilə müraciət edilərək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 nömrəli Bakı Elmi-Bərpa İstehsalat İdarəsində işlədiyi dövrə aid arxiv sənədlərinin götürülməsi xahiş olunmuşdur. Sözügedən müraciətin təmin edilməsindən imtina edilmiş, cavab olaraq bildirilmişdir ki, idarədən arxiv sənədləri mühafizə üçün təhvil verilməmişdir. İddiaçı qeyd edir ki, o, 1993-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 nömrəli Bakı Elmi-Bərpa İstehsalat İdarəsinə bənna vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixədək həmin idarədə işləmiş, daha sonra isə öz ərizəsi əsasında işdən azad edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun 1993-cü ilin 14 iyun tarixindən xx xxxxxxxx 2008-ci il tarixədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 nömrəli Bakı Elmi-Bərpa İstehsalat İdarəsində bənna vəzifəsində işlədiyi illər sığorta stajına daxil edilməklə, xx.xx.2016-cı il tarixdən yaşa görə təyin olunmuş pensiyası yenidən hesablanmalıdır.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1538/2020 nömrəli qərarı ilə (hakim Mehriban Qarayeva) iddianın təmin edilməsi, iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.2008-ci il tarixinə kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 1 nömrəli Bakı Elmi-İstehsalat İdarəsində işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, ona 2016-cı ildən yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.2008-ci il tarixinə kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 1 nömrəli Bakı Elmi istehsalat idarəsində işləməsi işə əlavə edilmiş arayışla təsdiq olunur və bu halda da cavabdehin imtina məktubunda göstərilən hal iddiaçının işlədiyi müddətin sığorta stajı kimi ona əmək pensiyası hesablanarkən nəzərə alınmaması üçün əsas ola bilməz
7. Məhkəmə qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1289/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Elmira Nağıyeva, hakimlər – Vidadi Məmmədov və Həmid Həmidov) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1538/2020 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır.
9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 №-li Bakı Elmi-Bərpa İstehsalat İdarəsinin 2006-cı ildən sonra mövcud olması barədə sənədlər arxivdə aşkarlanmadığından, iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.2008-ci il tarixədək həmin müəssisədə bənna işləməsi faktı sübut olunmur. Yuxarıda qeyd edilənlərə və iş materiallarında olan hazırkı sənədlərlə iddiaçının xx.xx.1993-cü il tarixind ən xx.xx.2008-ci il tarixinə kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 1 nömrəli Bakı Elmi istehsalat idarəsində əmək fəaliyyətinin düzgünlüyünü müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 469 nömrəli xx.xx.2006-cı il tarixli əmri ilə 1 №-li Bakı Elmi-Bərpa İstehsalat İdarəsinin Bazasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsa da, əmək kitabçasından göründüyü kimi, əmək kitabçasına xx.xx.2008 tarixdə 1 №-li Bakı Elmi-Bərpa İstehsalat İdarəsinin möhürü vurulmuşdur. Həmçinin xx.xx.2008 tarixində, yəni ilin 9-cu ayında əmrə 1 sıra nömrəsi verilməsi inandırıcı deyil.
10. İddiaçı xx.xx.2020-ci il tarixində məhkəməyə kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunması barədə ərizə təqdim etmiş, m əhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, xx.xx.2021-ci il tarixində iddiaçıya vəkil təyin edilmişdir.
11. Məhkəmə qərarını iddiaçı xx.xx.2021-ci il tarixində almışdır.
12. İddiaçı həmin qərardan xx.xx.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1289/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instan siyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki, bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstü nlük vermişdir.
14. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.2008-ci il tarixinə kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 1 nömrəli Bakı Elmi İstehsalat İdarəsində işləməsi işə əlavə edilmiş arayışla təsdiq olunur və bu hal da cavabdehin imtina məktubunda göstərilən hal iddiaçının işlədiyi müddətin sığorta stajı kimi ona əmək pensiyası hesablanarkən nəzərə alınmaması üçün əsas ola bilməz.
15. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən hallar nəzərə almamış, bununla da İnzibati Prosessual Məcəllənin 12.1, 14.3, 58.7, 68.2, 69.3-cü maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 i l sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
20. Maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
21. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 22. “Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanununa əsasən ə mək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilməlidir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 186 nömrəli Qərarına əsasən, iş haqqında məlumatların daxil edilməsi, əmək kitabçalarının uçotu, doldurulmuş və ya doldurulmamış əmək kitabçalarının, əlavə içliklərin uçotu işə götürən şəxsin imzası olmaqla, möhürlənməlidir.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsa sən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
25. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Hazırkı qərarın 19-23-cü bəndlərində göstərilən normaların tələblərindən göründüyü kimi mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmay araq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddəti sığorta stajına daxil edilir. Həmçinin xx.xx.2006-cı il tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda da əmək pensiyasının təyin edilməsi müəyyən edilmişdir və həmin tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi stajı sosial sığorta stajı üzrə deyil, əmək kitabçasına əsasən müəyyən edilir.
30. Göstərilən tələbləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus əmək kitabçasını nəzərdə keçirmiş və müəyyən etmişdir ki, iddiaçı xx.xx.1993-cü il tarixli, 32 №-li əmrlə Tarix və X1 və Bərpası Komitəsinin Bakı şəhəri 1 №-li XEBİ Emalatxanasına 5-ci dərəcəli bənna qəbul edilmiş, x x.xx.2008-ci il tarixli, 1 №-li əmrlə öz xahişi ilə işdən azad edilmişdir.
31. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna xx.xx.2020-ci il tarixli, 2709 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 №-li Bakı Elmi-Bərpa İstehsalat İdarəsinin 2006-cı ildə ləğv edildiyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 2014-cü ildə yarandığı, 1 №-li Bakı Elmi-Bərpa İstehsalat İdarəsinə aid hər hansı sənədin Dövlət Xidmətinə verilmədiyi bildirilmişdir.
32. Lakin iddiaçı xx.xx.2008-ci il tarixdə işdən azad olunmasına baxmayaraq, onun əmək kitabçasına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 №-li Bakı ElmiBərpa İsteh salat İdarəsinin möhürü vurulmuşdur.
33. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna xx.xx.2020-ci il tarixli, 617 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 №-li Bakı Elmi-Bərpa İstehsalat İdarəsinin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd edilmişdir.
34. Göründüyü kimi, işin faktiki halları və iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 №-li Bakı Elmi-Bərpa İstehsalat İdarəsinin 2006-cı ildən sonra mövcud olması barədə sənədlər arxivdə aşkarlanmadığından, iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.2008-ci il tarixinədək həmin müəssisədə bənna işləməsi faktı sübut olunmur.
35. İddiaçının kassasiya şikayətinin əsas dəlil i ondan ibarətdir ki, onun iş stajı iş materiallarına əlavə olunmuş arayışlarla təsdiq olunduğundan apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsassızdır.
36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən təqdim edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 157-03- S-9 saylı arayışda iddiaçının təqdim etdiyi əmək kitabçasındakı 28-ci və 29cu səhifələrdəki qeydə əsasən onun Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 1 nömrəli Bakı Elmi-Bərpa İstehsalat İdarəsində işlədiyinin göründüyü qeyd edilmişdir.
37. Lakin göstərilmiş arayışın tərtibində iddiaçının işə qəbul edilməsi və azad edilməsi barədə əmrlərdən istifadə olunmam ış, arayışda göstərildiyi kimi iddiaçının əmək kitabçasından istifadə edilmişdir.
38. Belə olan halda, iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyi şübhə doğurduğundan, həmin əmək kitabçasına istinad edilərək verilmiş arayış da mötəbər hesab oluna və iddiaçının əmək stajını təsdiq edən sənəd kimi qəbul edilə bilməz.
39. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş və iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir.
40. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtin a edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilsə də, iddiaçı bunun əksin sübut edə bilməmişdir.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1289/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.