Məhkəmə qərarları › İş №2-1(102)-663/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-663/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-663/2022 22.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ailə başçısını itirməyə görə pensiya təyin edilməsi Hakimlər: Rahib Nəbizadə - məruzəçi hakim Səyyad Kərimov Zakir Quliyevdən ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiya təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 2-1(103)-2481/2021 nömrəli qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əri X4 30 dekabr 2020-ci il tarixdə vəfat etmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi və yetkinlik yaşına çatmayan övladları X5 verilməsini xahiş etmişdir.

3. Cavabdehin iddiaçıya ünvanladığı 05 mart 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.2-ci maddəsinə əsasən ata, ana, ər, ar vad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Eyni zamanda həmin Qanunun 17-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Sözügedən maddənin tələblərinə uyğun olaraq bildiririk ki, əri X3 ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən sığorta stajı xx.xx.2006-cı ilə kimi 5 il 1 ay təşkil etməklə qanunvericiliklə tələb olunan müddətdən (10 il 4 aydan) azdır. Əlavə olaraq bildirilmişdir ki, Hüquq, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırmalar şöbəsinin xidməti məruzəsinə əsasən əri X3 xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək işləmiş olduğu müəssisənin arxiv sənədlərinin araşdırılması zamanı həmin sənədlərin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin araşdırılması və sosial sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Qeyd olunanlara əsasən iddiaçıya əri X3 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 əmək kitabçasında əksi tapmış onun xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixinədək olan əmək stajını onun sosial sığorta stajına əlavə edilməklə mərhum X2 vəfat etdiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi və mərhum X2 yetkinlik yaşına çatmayan oğlu X5 verilməsinə dair inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə həyat yoldaşı X4 vəfat etmişdir. Azər Əliyevin vəfatı ilə əlaqədar ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi və yetkinlik yaşına çatmayan övladları X5 verilməsi məqsədilə o, 2021-ci ilin yanvar ayında ərizə və müvafiq sənədlərlə birlikdə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyinə müraciət etdi, müraciəti aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmiş və 04 fevral 2021-ci il tarixdə həmin quruma daxil olmuşdur. Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********8 nömrəli məktubuna əsasən mərhum əri X2 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunan məktub ona xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. X8 əmək kitabçasında onun xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədə k və xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək müxtəlif iş yerlərində əmək fəaliyyəti əks olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cavab məktubunda qeyd etmişdir ki, X8 ИТ-İ № ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən onun sığorta stajı xx.xx.2006-cı ilə kimi 5 il 1 ay təşkil etməklə qanunvericiliklə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 10 il 4 ay müddətindən az olduğundan ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Belə ki, X8 əmək kitabçasında əksi tapmış onun xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixinədək işləmiş olduğu müəssisənin arxiv sənədlərinin araşdırılması zamanı həmin sənədlərin saxlanıldığı ünvan məlum olmadığı üçün "həmin dövrlərin araşdırılması v ə sosial sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından" mümkün olmamışdır. Hesab edir ki, X8 əmək kitabçasında əksi tapmış onun xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyəti də həqiqi iş stajı kimi onun sosial sığorta stajına əlavə edilməklə X8 vəfat etdiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi və X8 yetkinlik yaşına çatmayan oğluna verilməsi barədə qərar qəbul edilməlidir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6076/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərarı ( hakim G.Sevdimalıyeva ) ilə iddia təmin edilməmişdir.

7. Məhkəmə hesab etmişdir ki, mərhum X2 tələb edilən sığorta stajı vəfat etdiyi vaxt yaşı 46 yaş olduğundan qanunun qeyd edilən normasına əsasən aşağıdakı kimi h esablanır: 46 yaş – 15 yaş =31 il (əmək qabiliyyətli yaş dövrü) 31x4/12=10 il 3 ay. Məhkəmə müəyyən etmişdir ki, mərhum X2 əmək kitabçasında qeyd edilən əsas olaraq işlədiyi iddia edilən Avtomobil və X1 Nazirliyinin Azavtoremstroy Trestinin (AZARSM Tresti RSU-1) mövcudluğu və fəaliyyət göstərməsi müəyyən olunmur. Nəticə etibarilə mərhum X2 10 il 3 ay iş stajı müəyyən olunmadığından mərhumun 18 yaşına çatmamış oğlunun ailə başçısını itirməyə görə pensiya təyin edilməsi hüququ və bununla bağlı iddiaçının “qanuni gözləntisi” yoxdur. Belə ki, X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından ist ifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qəra r [İİ Bölmə] ərizə № 18768/05) Odur ki, birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanunsuz olduğunu müəyyən etməmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-2481/2021 nömrəli ( hakimlər S.Bəktaşi - sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn ) qərarı ilə apellyasiyaasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6076/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Bundan b aşqa əlavə olaraq qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı iddiaçının mərhum ərinin əmək kitabçasında göstərilən AZARSM Tresti RSU-1-də işlədiyi dövrlər öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, dövlət reyestrində “Avtomobil və X1 Nazirliyinin Azavtoremstroim tresti” adlı hüquqi şəxsin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. Eyni zamanda iş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, sorğuda qeyd olunan Avtomobil və X1 Nazirliyinin Azavtoremstroy Trestinin (AZARSM Tresti RSU-1) arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.

11. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynidir.Bundan başqa iddiaçı əlavə olaraq qeyd etmişdir ki, Azər Əliyevin adı çəkilən müəssisədə işlədiyi dövrün qalan hissəsi, yəni xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək 9 il 6 ay müddətində iş stajı müvafiq arxiv sənədləri ilə öz təsdiqini tapmadığından aidiyyəti dövlət qurumu tərəfindən X8 sığorta stajına daxil edilməmişdir və apellyasiya instansiya məhkəməsi bu mövqe ilə razılaşmışdır. X8 əmək kitabçasındakı qeydlərin doğruluğu və mötəbərliyi bu vaxta kimi hər hansı dövlət qurumu tərəfindən mübahisələndirilməmişdir. Eyni zamanda iş stajını təsdiq edən müvafiq möhürlərin saxta olması və həqiqiliyin müəyyən olunması ilə bağlı hər hansı ekspertizanın keçirilməsi məsələsi də bu vaxta kimi qaldırılmamışdır. Əlavə olaraq, aidiyyəti cavabdeh dövlət qurumu tərəfindən X8 adı çəkilən müəssisədə işlədiyi müddətin bir hissəsini sonuncunun sığorta stajına daxil etməsi, lakin həmin müddətin digər hissəsi ilə bağlı bu cür qərar qəbul etməməsi ən azı müvafiq dövlət orqanı tərəfindən adı çəkilən müəssisənin həqiqətdə mövcud olması ilə bağlı şübhələrini istisna edir. Belə olan halda, həqiqətdə mövcud olmuş işəgötürən müəssisəyə dair sənədlərin bir hissəsinin hər hansı səbəbdən tapılmaması, müvafiq arxiv qurumlarına mühafizə üçün təhvil verilməməsi, saxlandığı ünvanın müəyyən olunmaması kimi əsaslara görə həmin müəssisənin işçisi olmuş şəxsin və ya onun övladının ziyanına qərarın qəbul edilməsi əsassız hesab olunmalıdır. Belə ki, vətəndaşın bu məsələdə heç bir təsirə malik olmaması onun hüquqlarının məhdudlaşdırılması və onun zərər çəkməsi ilə nəticələnir.

13. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 12 və 17-ci maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissə sində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 14.1.2. Vəfat etmiş ailə başçısının öhdəsində olan arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə; [142] 16. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı iş ə şikayət həddində baxır və yalnız apellyasiyaasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiyaasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü q ərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiyaasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.9. Ali Məhkəmə apellyasiyaasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiyaasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. İş üzrə iddiaçı apellyasiyaasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiyaasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qismən prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

22. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi ailə başçısını itirməyə görə əmək pensiyası təyi n edilməsi ilə bağlıdır.

23. Cavabdehin iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtinasının əsas dəlili ondan ibarətdir ki, iddiaçının mərhum ərinin xx.xx.1996-xx.xx.2005-ci illərdə “Avtomobil və X1 Nazirliyinin Azavtoremstroim tresti”-də işlədiyi müddət nəzərə alınarsa iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ yaranacaqdır. Lakin həmin dövr iddiaçının mərhum ərinin əmək kitabçasında qeyd edilsə də, müəssisə fəaliyyət göstərmədiyi və sənədlər dövlət arxivinə təhvil verilmədiyi üçün yoxlamaq mümkün olmamışdır, bu da tələb olunan 10 il 4 ay staj müddətini tamamlaya bilməməsi anlamına gəlir.

24. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

25. Göründüyü kimi, hazırkı iş üzrə tərəflər arasında iddiaçının s osial sığorta stajı ilə bağlı mübahisə mövcuddur.

26. Hazırkı iş üzrə iddiaçı sosial sığorta stajının mövcudluğunun təsdiqi ilə bağlı əmək kitabçasını və hərbi biletini təqdim etmişdir.

27. İddiaçının mərhum ərinə məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, onun xx.xx.1990-cu ilə qədər əmək stajı olmamış, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixinədək Avtomobil və X1 Nazirliyinin Azavtoremstroim trestində avtoçilingər (“AZARSM tresti RSU-1”), xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Layihə Texnalogiya elmi-tədqiqat informasiya nəşriyyatında avtoçilingər və xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək AZARSM Tresti RSU-1də avtoçilingər peşələrində işləmişdir. Bundan əlavə, iddiaçının hərbi biletinə əsasən, o, xx.xx.1992-ci il t arixdən xx.xx.1992-ci ilədək Ağdam rayonunda gedən döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində vuruşmuşdur.

28. İddiaçının ərinin əmək kitabçasında olan möhürlərdən görünür ki, o xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək AZARSM Tresti RSU-1-də, yəni eyni müəssisədə işləmişdir.

29. Lakin cavabdeh iddiaçının xx.xx.1990-ci il tarixdən xx.xx.1992-ci ilədək “AZARSM tresti RUS-1”-də işlədiyi dövrü sosial sığorta stajına daxil etsə də, xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci ilədək işlədiyi dövrü sosial sığorta stajına daxil etməkdən imtina edir və imtinasının əsası kimi həmin dövrlə bağlı sənədlərin arxivə təhvil verilməməsini göstərir.

30. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensi ya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 31. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 32. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənə d kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın.

33. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəs sisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır.

34. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qan unvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir.

35. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pe nsiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir.

36. Cavabdeh isə hazırkı iş üzrə yalnız arxiv məlumatlarının olmamasına görə əmək kitabçasının mötəbərliyini şübhə altına almış, işə baxan birinci instansiya məhkəməsi isə iddiaçının mərhum ərinin sığorta stajı ilə bağlı yalnız Mill i Arxiv İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğular göndərmiş və həmin sorğulara aldığı cavabla kifayətlənmiş, bununla da işin hallarının araşdırılması prinsipini pozmuşdur.

37. Odur ki, qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

38. Təkrar apellyasiya baxışı zamanı hazırkı qərarda göstərilən hüquqi mövqe nəzərə alınmalı, zərurət yarandıqda isə iddiaçının mərhum ərinin işlədiyi müəssisə ilə bağlı daha ətraflı araşdırma aparılmalıdır (Avtomobil və X1 Nazirliyinin hüquqi varisi müəyyən edilməli və həmin hüquqi varisdən sənədlər tələb edilə bilər).

39. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edil ən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi hissəsində təmin oluna bilməz.

40. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 dekabr tarixli 2-1(103)-2481/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar