Məhkəmə qərarları › İş №2-1(102)-663/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-663/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-663/2023 07.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni məlumat vərəqinin göndərilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2183/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli elektron arayışına və hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1993-xx.xx.1997, xx.xx.1997-xx.xx.2019-cu il tarixlərində hərbi xidmətdə olmuşdur.

2. N nömrəli hərbi hissə komandirinin N nömrəli, 24 avqust 2016-cı il tarixli əmrinə əsasən mayor İddiaçı, maddi-texniki təminat bölməsi avtomobil xidmətinin rəisi Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin baş qərargah rəisinin 04 avqust 2016-cı il tarixli, 0365 nömrəli əmri ilə N nömrəli hərbi hissənin (Naxçıvan şəhəri) briqadanın maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 24 avqust 2016-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Mayor İddiaçı, Azərbaycan Respublikası müdafiə nazirinin N iyul 2002-ci il tarixli, 220 nömrəli əmrinə əsasən 2016-cı ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatına tam həcmdə layiqdir. Mayor İddiaçı 2016-cı il üçün nəzərdə tutulmuş maddi yardım verilmişdir. 2016-cı ilin növbəti məzuniyyətindən 25 gün istifadə etmişdir.

3. Mərkəzi Hərbi Poliklinikanın xx.xx.2017-ci il tarixli ambulator kartına əsasən iddiaçı xx.xx.2017-ci ildə, xx.xx.2017-ci ildə həkim müayinəsində olmuşdur.

4. Çıxarış epikrizlərinə əsasən iddiaçı xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilə qədər, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilə qədər N nömrəli hərbi hissənin tibb hissəsində kardiopulmonologiya bölməsində müalicə almışdır.

5. N nömrəli Hərbi Hissə Komandirinin 182 nömrəli, xx.xx.2019-cu il tarixli əmrində 1ci məharət dərəcəsinin iddiaçıya 31 dekabr 2015-ci ildə verildiyi qeyd edilmişdir.

6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin iddiaçıya ünvanlanmış 613 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna əsasən Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2015-ci il tarixli əmrinə əsasən iddiaçının 1-ci məharət dərəcəsi təsdiq edilmişdir. 2016-cı ildə xidmət yerini dəyişdikdən sonra növbəti il üçün keçirilən məharət dərəcəsinin təsdiqi (verilməsi) üzrə sınaq imtahanlarında iddiaçı iştirak etməli idi. Bununla bağlı iddiaçıya sonuncu xidmət etdiyi hərbi hissəyə müraciət etməyi tövsiyyə olunmuşdur.

7. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, pensiyanın hesablanması üçün əsas götürülən təminat xərcliyində (pul təminatında) heç bir səhvə yol verilməmişdir. İddiaçının sonuncu xidmət yeri olan 515-ci rabitə briqadası tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli pul attestatına əsasən iddiaçının xidmətdən buraxıldığı gün təminat xərcliyində (pul təminatında) məharət dərəcəsinə görə pul əlavəsi nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının yeni məlumat vərəqinin tərtib olunaraq pensiya orqanına təqdim edilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişd ir.

8. N nömrəli hərbi hissənin cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən iddiaçı 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən ehtiyata buraxılan zaman heç bir məharət dərəcəsinə malik olmamışdır. Həmin məktuba əlavə edilmiş arayışa əsasən iddiaçıya 2019-cu ilin iyul ayında ödənilmiş məbləğ ehtiyata buraxılan zaman birdəfəlik pul mükafatından, işdən çıxma müavinətindən, 8 günlük iyul ayının qat yarım əmək haqqından ibarət olmuşdur.

9. N nömrəli hərbi hissənin cavabdehin hüquq idarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən, iddiaçıya xx.xx.2012-ci il tarixli, 095 nömrəli əmrlə 1-ci məharət dərəcəsi verilmişdir. Sonuncu dəfə malik olduğu 1-ci məharət dərəcəsi müdafiə nazirinin müavini - hərbi hava qüvvələrinin komandanının xx.xx.2015- ci il tarixli əmri ilə təsdiqlənmişdir. Müdafiə nazirinin birinci müavini – silahlı qüvvələrin baş qərargah rəisinin xx.xx.2016-cı il tarixli əmri ilə iddiaçı N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsindən azad edilərək N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmişdir, xx.xx.2019-cu il tarixli əmrə əsasən iddiaçı N nömrəli hərbi hissədən ehtiyata buraxılmışdır, onun məharət dərəcəsinin aşağı salınması və ya məharət dərəcəsindən məhrum edilməsi barədə Hərbi Hava Qüvvələri İdarəsində heç bir məlumat yoxdur. Bununla bağlı N nömrəli hərbi hissəyə müraciət etməyi tövsiyyə olunmuşdur.

10. N nömrəli hərbi hissənin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, iddiaçıya Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2015-ci il tarixli müvafiq əmri ilə 1-ci məharət dərəcəsi verilmiş, lakin sonrakı illərdə sınaq imtahanlarında iştirak etməmiş və bu səbəbdən məharət dərəcəsi növbəti illər üçün qeydiyyata alınmamışdır. Müvafiq dövr üçün qüvvədə olmuş hərbi qulluqçulara məharət dərəcələrinin verilməsi (təsdiq olunmuş) usta məharət dərəcəsi 3 il, 1-ci məharət dərəcəsi 2 il, 2-ci məharət dərəcəsi isə 1 il müddətində qüvvədə olur. Növbəti il hərbi qulluqçu öz raportu əsasında məharət dərəcəsinin artırılması, ya da təsdiq olunması üçün sınaq imtahanlarında iştirak etməlidir.

11. N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrində göstərilmişdir ki, mayor İddiaçı, maddi-texniki təminat bölməsinin avtomobil xidməti r əisi, müdafiə nazirinin müavini - X1 Komandanının 11 mart 2019-cu il tarixli 032 nömrəli əmri ilə N nömrəli hərbi hissənin (Naxçıvan şəhəri) maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 22 mart 2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılsın və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilsin, mayor İddiaçı, Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarına əsasən 2019-cu ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş maddi yardımla təmin olunmuş, 2019-cu ilin növbəti məzuniyyətindən 30 gün istifadə etmişdir.

12. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş məharət dərəcəsinin qeydiyyat vərəqəsinə əsasən xx.xx.2007-ci ildə, xx.xx.2008-ci ildə, xx.xx.2009-cu ildə, xx.xx.2010-cu ildə, xx.xx.2011-ci ildə iddiaçının İİ məharət dərəcəsi təsdiq edilmişdir, xx.xx.2012-ci ildə iddiaçıya 1-ci məharət dərəcəsi verilmişdir, xx.xx.2013cü ildə, xx.xx.2014-cü ildə, xx.xx.2015-ci ildə 1-ci məharət dərəcəsi təsdiq edilmişdir. N nömrəli hərbi hissədə tərtib edilmiş pul attestatında isə iddiaçının ixtisas dərəcəsinin olmaması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 1-ci məharət dərəcəsinə görə əlavənin pensiyasına hesablanması üçün qeyd edilməklə yeni məlumat vərəqəsinin DSMF-yə (Azərbaycan Respubli kasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mayor rütbəsində ehtiyatda olan zabitidir. 1993-2019-cu illər ərzində 26 təqvim ili müddətində fasiləsiz olaraq həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2019-cu ildə müdafiə nazirinin müvafiq əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2015-ci ildə keçirilmiş imtahanların nəticələrinə görə iddiaçıya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müvafiq əmri ilə 1-ci məharət dərəcəsi verilmişdir. Sonradan məharət dərəcəsi dəyişməmiş və yaxud ond an məhrum olunmamışdır. Lakin, ehtiyata buraxılan zaman ona pensiya hesablanarkən 1-ci məharət dərəcəsi nəzərə alınmamışdır.

15. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) məharət (ixtisas) dərəcəsi aşağıda qeyd olunan müddətə verilir və hər bir qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdırlar: 3-cü məharət dərəcəsi – 1 il; 2-ci məharət dərəcəsi – 1 il; 1-ci məharət dərəcəsi – 2 il; usta məharət dərəcəsi – 3 il. Bununla əlaqədar iddiaçının xidmət etdiyi hərbi hissəyə sorğu göndərilmişdir. Hərbi Hava Qüvvələri tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçıya 1-ci məharət dərəcəsi xx.xx.2012-ci ildə verilm işdir və xx.xx.2015-ci ildə iddiaçının 1-ci məharət dərəcəsi təsdiqlənmişdir. Daha sonra iddiaçı xx.xx.2016-ci il tarixli əmrlə N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin Avtomobil xidmətinin rəisi vəzifəsindən azad edilərək N nömrəli hərbi hissənin tabeçiliyində olan N nömrəli hərbi hissənin Maddi texniki-təminat bölməsinin Avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmiş və xx.xx.2019-cu il tarixli əmrlə o ehtiyata buraxılmışdır. İddiaçı 2016-cı ildə xidmət yerini dəyişdikdən sonra növbəti il üçün keçirilən məharət dərəcəsinin təsdiqi üçün sınaq imtahanlarında iştirak etməli idi. Bununla əlaqədar sonuncu xidmət yerinə müraciət etməli olduğu da ona tövsiyyə edilmişdir. İddiaçı ehtiyata buraxılan zaman heç bir məharət dərəcəsinə malik olmamışdır. Beləliklə də, iddiaçı ehtiya ta buraxılarkən məharət dərəcəsinə malik olmadığından məlumat vərəqi tərtib edilərkən məharət dərəcəsinə görə verilən ödəniş nəzərə alınmamışdır.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-691/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilmiş, iddiaçıya 1-ci məharət dərəcəsinə görə ödənilməli olan əlavənin pensiyasına hesablanması üçün yeni məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

17. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarına görə iddiaçıya 1-ci məharət dərəcəsi xx.xx.2012-ci il tarixli, 095 nömrəli əmrlə verilmiş, sonuncu dəfə malik olduğu 1-ci məharə t dərəcəsi müdafiə nazirinin müavini - hərbi hava qüvvələrinin komandanının xx.xx.2015-ci il tarixli əmri ilə təsdiqlənmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barədə məlumat vərəqi tərtib edilərkən onun 1-ci məharət dərəcəsinə görə almalı olduğu ödənişlər də təminat xərcliyinin tərkibində göstərilməli olduğu halda göstərilmədiyi üçün iddiaçının hüquqlarının pozulmasına yol verilmişdir.

18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2183/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova v ə M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, İddiaçı 1-ci məharət dərəcəsinə görə ödənilməli olan əlavənin pensiyasına hesablanması üçün yeni məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası rədd edilmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxıldığı dövrdə ona məharət dərəcəsinə görə pul əlavəsi ödənilməmişdir. Belə olan halda, iddiaçı ehtiyatdan buraxıldığı günə almadığı əlavənin pensiya hesablanması üçün məlumat vərəqəsində qeyd edilməsini tələb etməkdə haqlı olmamışdır.

21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci ildə keçirilmiş sınaq imtahanlarının nəticələrinə görə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə ona İ məharət dərəcəsi veriİmişdir. Cavabdeh bu faktı təsdiq etdiyi üçün işin mübahisəsiz halıdır. Sonradan Azərbaycan Respublikası Müdafiə Nazirinin 21 may 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamənin 37-ci bəndində nəzərdə tut ulmuş hallara görə məharət dərəcəsi endirilməmiş və ya məharət dərəcəsindən məhrum edilməmişdir. Bu halı N nömrəli hərbi hissə komandirinin hərbi xidmətdən İ məharət dərəcəsi ilə ehtiyata buraxılmağı barədə 182 nömrəli, xx.xx.2019-cu il tarixli əmri təsdiq edir. Lakin, ehtiyata buraxılan zaman ona məlum oldu ki, pensiya hesablanarkən 1-ci məharət dərəcəsi nəzərə alınmamışdır. Hərbi hissə komandirinin əmrinə əsasən maliyyə xidmət rəisi onun İ məharət dərəcəsinə malik olma faktını Pul Attestatına işləmədiyinə və MN-ə məlumat vermədiyinə görə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsi ona dair Məlumat Vərəqəsi tərtib edərkən l məharət dərəcəni təminat xərcliyinin tərkibində göstərməmişdir. Bu səhvin aradan qaldırılması məqsədi ilə Müdafiə Nazirliyinə rəsmi məktubla müraciət edərək, İ məhar ət dərəcəsinə görə əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq, Dövlət Sosial Müdafiə Fonduna məlumat verilməsini xahiş etmişdir.

23. Cavabdeh vəzifəsi olduğu halda ərizəni araşdırmamış, ona təminat xərcliyində məharət dərəcəsinə görə pul əlavəsinin verilməməsinin səbəbini bildirməmiş, məktubuna məharət dərəcəsindən məhrum olunmağını təsdiq edən heç bir sübut əlavə edilməmişdir.

24. Hərbi qulluqçulara məharət (ixtisas) dərəcəsinin verilməsi və onların məharət (ixtisas) dərəcəsinin endirilməsi və məharət dərəcəsindən məhrum edilməsi məsələsi Azərbaycan Respublikası Müdafiə Nazirinin 21 may 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamə ilə nizama salın ır.

25. İşin faktiki hallarını sübut etməli olan cavabdeh məharət dərəcəsinin endirilməsini və ya ondan məhrum edilməyini təsdiq edən əmrləri məhkəməyə təqdim etməmiş, bu da məhkəməyə malik olduğu 1-ci məharət dərəcəsinin endirilməsi və ya məharət dərəcəsindən məhrum edilməsi hallarının mövcud olmaması nəticəsinə gəlmək üçün əsas vermişdir. 1-ci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasında yaranmış mübahisəyə bu hüquqi aktla yanaşı başqa maddi hüquq normalarına da tətbiq edərək, iddia tələbini təmin etmişdir.

26. Cavabdeh apellyasiya şikayətində məhkəməyə təqdim etdiyi hərbi hissələrin əmrlərinin iddiaçının ehtiyata buraxılan zaman məharətə malik olmadığını təsdiq edən sübutlar hesab edir, bu səbəbdən məharət dərəcəsinin endirilməsini və ya ondan məhrum edilməyini təsdiq edən əmrlər təqdim etməməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə nəticəsi ilə razılaşmır. Yuxarıda qeyd olunmuş Əsasnamədə məharətə “malik olmama” ifadəsi işlədilmir. Əsasnamədə müəyyən edilmiş hallarda vəzifəli şəxsin əmri ilə “hərbi qulluqçunun məharət dərəcəsi endirilir, yaxud məharət dərəcəsindən məhrum edilir” ifadəsi işlədilir. Məhz belə məzmunda əmr hərbi qulluqçuya aylıq vəzifə maaşına əlavələrin az hesablanmasına və ya ondan məhrum olunmasına əsas verir. Cavabdehin istinad etdiyi N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli məktubunda məharət dərəcəsinin endirilməsi, yaxud bundan məhrum olunmağı göstərilmədiyinə və bu faktı təsdiq edən əmrlər əlavə edilmədiyinə görə məhkəmə haqlı olaraq həmin sənədləri məhkəmə sübut etməsinin predmetinə aid sübutlar sırasına daxil etməmişdir.

27. Hərbi qulluqçuların məharət dərəcələrini öz təşəbbüsləri ilə təsdiq etdirmə Əsasnamədə nəzərdə tutulmamışdır. Əsasnamənin 15.1-ci bəndinin göstərişinə görə, komandirlər (rəislər) tabelikdə olan hərbi qulluqçuların məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqlara təqdim olunmalarını təmin etməlidirlər. Əsasnamənin 16-cı bəndinin göstərişinə görə, məharət dərəcəsini təsdiq etdirmək üçün müvafiq vəzifəli şəxsin əmri elan olunmalıdır. O isə bu məqsədlə sınaqda iştirak etmək üçün müvafiq vəzifəli şəxsin əmri elan olunmamışdır. Belə əmr isə yoxdur. Bu səbəbdən cavabdeh onu məhkəməyə təqdim etməmişdir. Məhkəmənin iş üzrə nəticəsi də cavabdeh tərəfindən məhz bu sübutların təqdim etməməsi ilə bağlıdır. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri faktlara və həm in faktları təsdiq edən sübutlara əsaslanmayan subyektiv mülahizəsidir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.5. Təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir (hüquqların yarandığı vaxt qüvv ədə olan redaksiya).

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”: Bənd

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Bənd

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Bənd

3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, hə min şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Bənd

4. Bu Qaydaların 6-cı və 7- ci hissələri nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.

31. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı ver ilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habe lə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

38. Hazırkı mübahisənin predmeti iddiaçıya təyin edilmiş pensiya məbləğində nəzərə alınması üçün 1-ci məharət dərəcəsinə görə əlavənin yeni məlumat vərəqəsində qeyd edilməklə aidiyyəti inzibati orqana göndərilməsi ilə bağlıdır.

39. Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçı ehtiyatda olan mayor İddiaçı sonuncu xidmət yeri olan 515-ci rabitə briqadası tərəfindən təqdim edilmiş MN № 044106 nömrəli 25 avqust 2019-cu il tarixli “Pul attestatına” əsasən, onun xidmətdən buraxıldığı günə, yəni məhz 22 avqust 2019-cu il tarixə, aldığı təminat xərcliyində (pul təminatında) məharət dərəcəsinə görə pul əlavəsi nəzərdə tutulmamışdır.

40. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ehtiyatda olan mayor İddiaçı 2018-2019-cu illərdə N və N nömrəli hərbi hissələrdə xidmət etdiyi dövrlərdə ona aşağıdakı məbləğdə pul təminatı ödənilmişdir: 2018-ci il üzrə (N nömrəli hərbi hissə) iyul1640.54; avqust-1640.54; sentyabr-1640.54; oktyabr-1654.90; noyabr1711.74; dekabr 1311.21; 2019-cu il üzrə (N nömrəli hərbi hissə) yanvar-641.42; fevral1328.63; mart1451.99; 2019-cu il üzrə (N nömrəli hərbi hissə) aprel-724.N; may782.78; iyun-968.18; iyul-855. Cəmi 16351.70. Arayışdan göründüyü kimi, qeyd edilən illər ərzində ona məharət dərəcəsinə görə əlavə ödənilməmişdir.

41. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxıldığı dövrdə ona məharət dərəcəsinə görə pul əlavəsi ödənilməmişdir. Belə olan halda, iddiaçı ehtiyatdan buraxıldığı günə almadığı əlavənin pensiya hesablanması üçün məlumat vərəqəsində qeyd edilməsini tələb etməkdə haqlı olmamışdır.

42. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

43. Nəticə etibarı ilə, mübahisələndir ilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2183/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar