Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-663/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, məharət dərəcəsinin bərpa edilərək yeni məlumat vərəqinin göndərilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi və məharət dərəcəsinin bərpa edilərək yeni məlumat vərəqinin göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 21(103)-2888/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2021-ci il tarixli, N nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrin nizamnamələrinin, Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavinə Azərbaycan Ordusunun Baş qərargh rəisisinin və N nömrəli hərbi hissə komandirinin əmrlərinin tələblərinə müvafiq olaraq hərbi hissədə döyüş hazırlığının, gündəlik həyat və fəaliyyət şəratinin təmin edilməsi, möhkəm hərbi intizamının saxlanılması, daxili və qaravul xidmətinin tələblərə uyğun təşkil edilməsi məqsədilə 7-ci əlavəyə uyğun olaraq hərbi hissə xidmətləri üzrə daxili yoxlama komissiyası siyahıya olaraq təyin edilməsi əmr edilmişdir. xx.xx.2021-ci il tarixli Maddi vəsaitlərin və əmlakların alınması, verilməsi, sayılması, qeydiyyatının aparılması və vəziyyətinin yoxlanılması üçün daxili yoxlama komissiyasının tərkibi 7 nömrəli əlavədən çıxarışa əsasən: Əşya xidməti üzrə Komissiyanın sədri Şəxsi heyətin uçotu bölməsi rəisi mayor İddiaçıM təyin edilmişdir.
2. X5 - Maddi-Texniki Təminat Baş İdarəsi Rəisinin N nömrəli hərbi hissənin tabeliyində olan birləşmə və hərbi hissələrin yoxlanılması zamanı aşkarlanmış nöqsanlar və təqsirkar şəxslərin cəzalandırılması haqqında 21 mart 2022-ci il 40 nömrəli Əmrdən çıxarışının 5-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası müdafiə nazirinin 04 aprel 2014-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmi ş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində qoşun (gəmi) təsərrüfatının aparılması haqqında Təlimat”, 19 aprel 2014-cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində silahların, texnikanın, əmlakın və digər maddi vəsaitlərin uçotu üzrə Əsasnamə” və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi ilə müəyyən edilmiş vəzifə borclarının icrasında yol verdikləri nöqsanlara və xidməti düzgün təşkil etmədiklərinə görə “Şiddətli töhmət” elan edilsin: 5.4. mayor İddiaçı - N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi. Əmrin 6.1-ci bəndinə əsasən bu əmrin 5-ci bəndində qeyd edilmiş hərbi qulluqçuların malik olduqları məharət dərəcəsinin Azərbaycan Respublikası müdafiə nazirinin 21 may 2016-cı il tarixli 02 nömr əli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin tələblərinə əsasən endirilməsi (mərhum edilməsi) üçün müvafiq tədbirlər görülsün. 3. 2-ci X7 birinci müavini-qərargah rəisinin 14 aprel 2022-ci il tarixli, N nömrəli “X5Maddi-Texniki Təminat Baş İdarə rəisinin, X5-X4 əmrləri və Azərbaycan Respublikası Müdafiə nazirinin 21 may 2016-cı il tarixli 02 nömrəli qərarının tələblərinin yerinə yetirilməsi haqqında” əmrin 1.1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 21 may 2016-cı il tarixli 02 nömrəli qərarının 37.1.4-cü bəndinin tələblərinə əsasən malik olduğu 2-ci məharət dərəcəsi 3-cü məharət dərəcəsinə endirilsin: -mayor İddiaçı - 161-ci motoatıcı br iqadanın şəxsi heyətin uçotu bölməsinin (Q1) rəisi.
4. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2022-ci il tarixli, 148 nömrəli Əmrinin surətindən görünür ki, mayor İddiaçı, şəxsi heyətin uçotu bölməsinin (Q1) rəisi X5- X2 21 aprel 2022-ci il tarixli 047 nömrəli əmri ilə, N nömrəli hərbi əməliyyat və döyüş hazırlığı şöbəsinin (Q3) döyüşü idarəetmə bölməsinin zabiti (kəşfiyyat üzrə) vəzifəsinə təyin olunduğuna görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmişdir. 5. 219 nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 3 nömrəli əmrdən çıxarışından görünür ki, Mayor İddiaçı, N nömrəli hərbi hissənin idarəetmə heyətinin əməliyyat və döyüş hazırlığı şöbəsinin (Q3) döyüşü idarəetmə bölməsinin zabiti (kəşfiyyat üzrə) Azərbaycan Respublikası Müdafiə Nazirinin 08 avqust 2022-ci il tarixli 0650 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v" bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “X5 - Maddi-texniki təminat Baş İdarəsi rəisinin 40 nömrəli 21 mart 2022-ci il tarixli əmrinin (ona “şiddətli töhmət” verilməsi hissəsində) və həmin əmrin tələblərinin yerinə yetirilməsi haqqında 2-ci X6 (malik olduğu 2-ci məharət (ixtisas) dərəcəsinin 3-cü məharət (ixtisas) də rəcəsinə endirilməsi hissəsində) əmrin ləğv edilməsi, qeyd edilən əmrlərə əsasən 3-cü məharət (ixtisas) dərəcəsinədək endirilən 2-ci məharət (ixtisas) dərəcəsinin bərpa edilməsinə dair öhdəliklərinin cavabdeh - Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmaqla Vətən Müharibəsi iştirakçısı olmuşdur. Döyüş əməliyyatlarında fəal iştirak etdiyinə görə “Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi Xidmətlərə görə” medalları ilə təltif olunmuşdur. Bundan başqa, Müdafiə naziri tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli”, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli”, “Qüsursuz xid mətə görə 2-ci dərəcəli”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley”, “Azərbaycan Ordusunun 95 illiyi (1918-2013) yubiley”, “Azərbaycan Ordusunun 90 illiyi (1918-2008) yubiley” medallarına layiq görülmüşdür. xx.xx.2022-ci il tarixdən N nömrəli hərbi hissənin əməliyyat və döyüş hazırlığı şöbəsinin döyüşü idarəetmə bölməsinin zabiti (kəşfiyyat üzrə) vəzifəsində xidmət edir. O, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Müdafiə Nazirliyinin tərkibində olan N nömrəli hərbi hissədə Şəxsi heyətin uçotu bölməsinin rəisi vəzifəsində, “mayor” hərbi rütbəsində xidmət edərkən X5 – Maddi texniki Təminat Baş İdarəsi rəisi tərəfindən 40 nömrəli 21 mart 2022-ci il tarixli əmri ilə ona “şiddətli töhmət” intizam cəzası verilmişdir. Həmin əmri, ona aid hissəsində, aşağıdakı səbəblərdən əsassız və qanunsuz hesab edır. Azərbaycan Respublikası 23 sentyabr 1994-cü il tarixli 885 №-li Qanunu ilə təsdiq edilmiş “İntizam Nizamnaməsi”nin 98-ci maddəsinə əsasən verilmiş intizam cəzaları zabitlərə - şəxsən, yazılı göstərişlə və baş zabitlərin iştirak etdikləri müşavirədə elan edilməlidir, 105-ci maddəsinə əsasən hər bir hərbi qulluqçu öz xidmət vərəqəsi ilə altı ayda bir dəfə tanış olmalı və bu barədə imza etməlidir. Mübahisələndirdiyi hər iki əmr (inzibati aktlar) barəsində ona heç bir məlumat verilməmişdir. O, bu əmrlə yalnız 21 iyul 2022-ci il tarixdə xidməti vərəqəsi ilə tanış olarkən xəbərdar olmuşdur. O, İntizam Nizamnaməsinin tələblərinə əsasən xidməti vərəqəsi ilə müvafiq olaraq xx.xx.2021-ci il və sonuncu dəfə xx.xx.2022-ci ildə tanış olmuşdur. Bundan başqa, mübahisələndi rdiyi əmrdə ona “şiddətli töhmət” intizam cəzasının verilməsinin səbəbi aşağıdakı məzmunda göstərilmişdir: “Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “AR Silahlı Qüvvələrdə qoşun təsərrüfatının aparılması haqqında” Təlimatı, xx.xx.2014-cü il tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “AR Silahlı Qüvvələrində silahların, texnikanın, əmlakın və digər maddi vəsaitlərin uçotu üzrə Əsasnamə”si ilə müəyyən edilmiş vəzifə borclarının icrasında yol verdiyi nöqsanlara və xidməti düzgün təşkil etmədiyinə görə”. Lakin bildirmişdir ki, o, N nömrəli hərbi hissədə “Şəxsi heyətin uçotu bölməsi”nin rəisi vəzifəsində olmuşdur. Onun funksional vəzifə borclarına aid olmayan, cavabdehlik daşımadığı sahədə aşkar olunmuş nöqsanlara görə onun cəzaland ırmağı əsassızdır. Qeyd etdiyi cəza ona Hərbi hissənin Əşya xidməti üzrə daxili yoxlama komissiyanın sədri olduğu üçün və yoxlama zamanı əşya xidməti üzrə nöqsanların aşkar edilməsi səbəbindən verilmişdir. Bildirilir ki, N nömrəli hərbi hissə komandirinin “2022-ci ilin qış tədris dövründə Qoşun xidmətinin təşkili” haqqında N nömrəli xx.xx.2021-ci il tarixli əmri ilə o, Əşya xidməti üzrə daxili yoxlama komissiyasının sədri təyin edilsə də, lakin bu əmrdən məlumatsız olmuşdur. Həmin əmri və əşya xidməti üzrə daxili yoxlama komissiyasının sədri təyin edilməsi haqqında məlumatı ona heç kim çatdırmamış, əşya xidməti üzrə aparılmış yoxlamadan əvvəl, yoxlama zamanı və əmr verilərkən o xəstəlikləri ilə əlaqədar davamlı olaraq müalicə müəssisələrində stasionar müalicədə və məzuniyyətdə olmuşdur. Bu faktları iddia ərizəsinə əlavə etdiyi “əmrlə tanış olanların siyahısı və imzalanması vərəqəsi”ndə təsdiqini tapır. Həmin siyahıda, digər üzvlərdən fərqli olaraq, əmrin ona çatdırılması barədə qeyd və imza yoxdur. Döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə yaralandığına görə səhhətində yaranmış problemlərlə əlaqədar dəfələrlə müalicə müəssisələrində uzunmüddətli stasionar müalicədə və məzuniyyətdə olmuş və xidməti vəzifəsinin icrasından azad edilmişdir. xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2022-xx.xx.2022 və xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə SQ Baş Klinik Hospitalda, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə X3 Mərkəzində, xx.xx.2022-ci il Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022-ci il tarix lərdə isə məzuniyyətdə olduğundan xidməti vəzifələrin icrasından azad olunmuşdur. Müalicənin sonunda Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli Qərarı ilə ondan “keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvü dissosiativ pozuntu, postkomossion sindrom və davranış pozuntuları ilə təzahür edən nəticəsi, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı və sefalgik sindrom ilə təzahür edin posttravmatik ensefalopatiya şəklində nəticəsi, barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki nevrit, ikitərəfli neyrosensor ağıreşi tmə, pıçıltı nitqini hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliklər müəyyən edilmiş və “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edildiyindən SQ-dən xəstəliyə görə ehtiyata buraxılmağı məqsədi ilə sənədləri Müdafiə Nazirliyinə göndərilmişdir, hazırda məzuniyyətdədir. Hərbi hissənin Əşya xidməti üzrə daxili yoxlama komissiyasının sədri təyin edilməyi haqqında əmrdən məlumatsız olmuş, bundan başqa, o, 2022-ci ildə davamlı olaraq müalicədə və məzuniyyətdə olduğu üçün xidməti vəzifələrinin icrasından azad edilmişdir. Stasionar müalicədə və məzuniyyətdə olduğundan N nömrəli hərbi hissənin komandiri tərəfindən onun üzərinə qoyulan əşya xidməti üzrə daxili yoxlama komissiyasına sədrlik (rəhbərlik) etmək vəzifəni icra etmək iqtidarı nda olmamışdır. Bu səbəbdən həmin sahədə aşkar edilmiş nöqsanlara görə cavabdehlik daşımağı əsassızdır. Onun ştat üzrə olduğu “Şəxsi heyətin uçotu bölməsi”nin rəisi vəzifəsinin funksional vəzifə borclarında əşya xidmətinə nəzarət, qoşun təsərrüfatının aparmaq, silahların, texnikanın, əmlakın və digər maddi vəsaitlərin uçotunu aparmaq, yaxud uçotuna nəzarət etmək göstərilməmiş və tutduğu vəzifəyə sadaladığı vəzifələrin icrası aid deyildir. Bununla da, cavabdehlik daşımadığı sahədə aşkar olunmuş nöqsanlara görə komandanlıq tərəfindən onun intizam məsuliyyətinə cəlb edilməsi, cəzalandırılması əsassız olmuşdur. O dəfələrlə Dövlət təltifləri ilə mükafatlandırılmış, Vətən müharibəsi iştirakçısı olmuş, hərbi hissə komandanlığı tərəfindən daimi müsbət xasiyyətləndirilmişdir. Bildirmişdir ki, onun xəstəlikləri ciddi olmuş, MN Mərkəzi Hərbi Həkim komissiyanın qərarı ilə sülh dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. Yəni komissiyanın arayışından göründüyü kimi, onun səhhətində olan problemlər ciddi olmuş, diaqnozda qeyd olunan “keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvü dissosiativ pozuntu, postkomossion sindrom və davranış pozuntuları ilə təzahür edən nəticəsi, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, partlayış travması (xx.xx.2020) nəticəsində keşirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı və sefalgik sindrom ilə təzahür edin posttravmatik ensefalopatiya şəklində nəticəsi, barotravma (xx.xx.2020) nəticəsində ikitərəfl i xroniki nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” xəstəliklərlə hərbi hissə komandiri tərəfindən onun öz vəzifə borclarından əlavə hər hansı bir işlərə, vəzifələrin icrasına cəlb edilməsi əsassız idi. Həmin dövrdə müalicə müəssisələrində və məzuniyyətdə olduğundam qeyd etdiyi əmrlə tanış olmamış, məlumatsız olmuşdur ki, əşya xidməti üzrə daxili yoxlama komissiyanın sədri təyin edilib. Qeyd etdiyi xəstəliklərin mövcüd olması səbəbindən onun daşıdığı vəzifədən kənar hər hansı bir vəzifələrin icrasına cəlb edilməsi ümumiyyətlə doğru deyildir. Digər iddia tələbinin predmeti isə 2-ci Ordu Korpusun komandiri tərəfindən X5 – Maddi texniki Təminat Baş İdarəsi rəisinin 40 nömrəli xx.xx.2022-ci il tarixli əmrinin tələblərinin yerinə yetirilməsi haqqında əmridir. Həmin əmrlə 2-ci Ordu Korpusun komandiri MN-in müavini - MTTBİ rəsinin 40 nömrəli xx.xx.2022-ci il tarixli əmrinin və Müdafiə nazirinin xx.xx.2016-cı il tarixli 02 nömrəli Qərarının 37.1.4-cü bəndinin tələblərinə əsasən malik olduğu 2-ci məharət (ixtisas) dərəcəsi 3-cü məharət (ixtisas) dərəcəsinə endirilmişdir. Ona “şiddətli töhmət” intizam cəzası əsassız və səbəbsiz verildiyindən həmin intizam cəzasının hüquqi nəticəsi olaraq malik olduğu 2-ci məharət (ixtisas) dərəcəm də əsassız və qanunsuz olaraq 3-cü məharət dərəcəsinə endirilmişdir. Bu səbəbdən 2-ci X6 müvafiq əmri (2-ci məharət (ixtisas) dərəcəsinin 3-cü məharət (ixtisas) dərəcəsinə endirilməsi hissəsində) ləğv edilməli və 2-ci məharət dərəcəm bərpa edilməlidir.
8. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi hərbi hissədə əşya xidməti üzrə yaradılmış daxili yoxlama komissiyasının sədri təyin edildiyi üçün yoxlama zamanı aşkar edilmiş nöqsanlara görə Müdafiə nazirinin – müavini - Maddi-Texniki Təminat Baş İdarə rəisinin xx.xx.2022-ci il tarixli 40 nömrəli cəzalandırılma əmri ilə İddiaçı “Şiddətli töhmət” intizam cəzası elan edilmişdir. Mayor İddiaçı X5 - Maddi-Texniki Təminat Baş İdarə rəisi tərəfində “Şiddətli töhmət” intizam cəzası ilə cəzalandırıldığına görə N nömrəli hərbi hissə komandirixx.xx.2022-ci il tarixli N nömrəli əmri ilə sonuncunun 2-ci məharət dərəcəsini 3-cü məharət dərəcəsinə endirmişdir. Mayor İddiaçı 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi haqqında N nömrəli hərbi hiss ə komandirinin xx.xx.2022-ci il tarixli N nömrəli əmri xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissəyə daxil olmuş və hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 114 nömrəli nizami hissə üzrə əmri ilə sonuncuya elan edilmiş, lakin mayor İddiaçı bu barədə xx.xx.2022-ci il tarixədək şikayəti daxil olmamışdır. Qeyd olunan sübutlardan göründüyü kimi İddiaçı onun 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirməsi barədə inzibati orqanın aktı barədə xx.xx.2022-ci il tarixdən etibarən ona məlum olmuş və bu barədə ona məlumat verilmişdir. Odur ki, məhkəmədən iddia müddəti keçdiyi üçün İddiaçı iddiasının rədd edilməsini xahiş olunur. İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin (Q1) rəisi vəzifəsində xidmətdə olarkən, 14 mart 2022-ci il tarixdən 18 mart 2022-ci il tarixədək olan müddət ərzində Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi tərəfindən N nömrəli hərbi hissədə əşya xidməti üzrə kompleks yoxlama keçirilmişdir. Yoxlama zamanı mayor İddiaçı şəxsi heyətin uçotu bölməsinin (Q1) rəisi vəzifəsində xidmət etsə də N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli N nömrəli əmri ilə hərbi hissədə əşya xidməti üzrə yaradılmış daxili yoxlama komissiyasının sədri təyin edilmişdir. Mayor İddiaçı əşya xidməti üzrə daxili yoxlama komissiyasının sədri olduğu üçün əşya xidməti üzrə yoxlama zamanı aşkar edilmiş nöqsanlara görə X5 - Maddi-Texniki Təminat Baş İdarə rəisinin xx.xx.2022-ci il tarixli 40 nömrəli cəzalandırılma əmri ilə sonuncuya “Şiddətli töhmət” intizam cəzası elan edilmişdir. Mayor İddiaçı X5 - Maddi-Texniki Təminat Baş İd arə rəisi tərəfində “Şiddətli töhmət” intizam cəzası ilə cəzalandırıldığına görə N nömrəli hərbi hissə komandiri xx.xx.2022-ci il tarixli N nömrəli əmri ilə mayor İddiaçı 2-ci məharət dərəcəsini 3-cü məharət dərəcəsinə endirmişdir. Bundan başqa İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin (Q1) rəisi vəzifəsində xidmətdə olarkən 19-xx.xx.2022-ci il tarixlərdə X8 Heyət İdarəsinin nümayəndələri tərəfindən N nömrəli hərbi hissədə hərbi qulluqçuların uçotunun aparılmasının vəziyyəti yoxlanılmış, yoxlama zamanı çoxlu sayda nöqsanlar aşkar edildiyinə görə X5 - X4 xx.xx.2022-ci il tarixli 46 nömrəli yoxlamanın nəticələri və təqsirkar vəzifəli şəxslərin cəzalandırılması haqqında əmri ilə hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin (Q1) rəisi mayor İddiaçı “Vəzifələrinə tam uyğu n olmamaları barədə xəbərdarlıq” intizam cəzası ilə cəzalandırılmışdır. X5 - X4 xx.xx.2022-ci il tarixli 46 nömrəli cəzalandırılma əmrindən çıxarış xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissəyə daxil olmuş və mayor İddiaçı xidməti vərəqəsinə yazılaraq elan edilmişdir. İddiaçı iddiaları tam əsassızdır, o hərbi xidmət dövründə Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsi ilə müəyyən edilmiş vəzifə borclarının icrasında, daxili yoxlama komissiyasının sədri olaraq ona tapşırılmış işin səmərəli və keyfiyyətli yerinə yetirilməsində, hərbi qulluqçuların uçotunun təşkilində və aparılmasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Müdafiə nazirinin müavinləri tərəfindən “Şiddətli töhmət” və “Vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” intizam cəzaları elan edildiyinə görə onun 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı “əmrin ləğvi və məharət dərəcəsinin bərpa edilməsi” barədə onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1992/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi X5 - Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin 40 nömrəli 21 mart 2022-ci il tarixli əmrinin (“şiddətli töhmət” intizam cəzası verilməsi hissəsində), həmin əmrin tələblərinin yerinə yetirilməsi haqqında 2-ci X6 (N nömrəli hərbi hissə komandirinin) N nömrəli 14 aprel 2022-ci il tarixli əmrin (“2-ci məharət (ixtisas) dərəcəsinin 3-cü məharət (ixtisas) dər əcəsinə endirilməsi hissəsində) ləğv edilməsi və iddiaçının malik olduğu 2-ci məharət dərəcəsinin bərpa edilərək müvafiq əlavənin pensiya məbləğinə əlavə edilməsi üçün yenidən hesablanma apararaq yeni məzmunda olan məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması şəklində icraata qəbul edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim A.Ə.Əhədova) 12 aprel 2023-cü il tarixli, 21(112)-1992/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı nəinki icra edə bilmək iqtidarında olmadığı vəzifə üzrə intizam cəzasına cəlb edilmiş, eyni zamanda xx.xx.2022-ci il tarixli “Şiddətli töh mət” intizam cəzası, eləcə də həmin cəzadan irəli gələn məharət dərəcəsinin endirilməsi barədə xx.xx.2023-cü il tarixli əmr iddiaçının hərbi xidmət başında olmadığı vaxtda verilmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı xx.xx.2022-ci il tarixdən 25 mart 2022-ci il tarixədək növbəti əmək məzuniyyətdə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə Müdafiə Nazirinin Baş Klinik Hospitalında müalicədə olmuşdur. Dolayısı ilə iddiaçı hərbi xidmətdə olmadığı, məzuniyyətdə və xəstəliyinə görə müalicədə olduğu vaxtda ona şiddətli töhmət cəzasının verilməsi və 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi barədə prosessual tələblərin pozulması ilə müşayiət olunan əlverizşsiz inzibati aktlar qəbul edilmişdir. Beləliklə, iddiaçı mübahisələndirilən 40 nömrəli 21 ma rt 2022-ci il tarixli əmri ona “şiddətli töhmət” intizam cəzası verilməsi hissəsində, eləcə də N nömrəli 14 aprel 2022-ci il tarixli əmri onun “2-ci məharət (ixtisas) dərəcəsinin 3-cü məharət (ixtisas) dərəcəsinə endirilməsi” hissələrində ləğv edilməsini, malik olduğu 2-ci məharət dərəcəsinin bərpa edilməsini cavabdehdən tələb etməkdə haqlıdır.
12. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə təqdim edilən “xidməti vərəqə ilə tanışlıq haqqında qeydlər” kitabından çıxarışda görünür ki, İddiaçı xidməti vərəqə ilə sonuncu dəfə xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdə tanış olmuşdur. Mübahisələndirilən əmrlərin 21 mart 2022-ci il və 14 aprel 2022-ci il tarixli olduqlarından həmin əmrlərlə iddiaçının sonuncu dəfə ən tezi xx.xx.2022-ci il tarixdə tanış olduğu müəyyən olunur. N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisinin köməkçisinin yazılı izahatına gəlincə məhkəmə qeyd edir ki, hərbi hissədə olmayan (iddiaçı stasionar müalicədə olmuşdur) hərbi qulluqçuya köməkçisi olsa belə mobil telefonla məlumat verməsi qanunvericiliyin tələbinə uyğun olaraq hərbi quluqçuya əmrin “elan edilmə”sini ifadə etmir. Eyni zamanda xidmətdə olan hərbi qulluqçunun hazırda hərbi hissə komandirinə keçmiş rəisinə mübahisələndirilən əmr barədə məlumat verməsi kimi izahatı mahiyyət etibarı ilə obyektiv hesab edilə bilməz. Beləliklə, hazırkı halda cavababdeh iddiaçının mübahisələndirdiyi əmrlərdən daha əvvəl məlumatlı olması və ya ona rəsmi qaydada həmin əmrlərin təqdim və ya elan edilməsinin sübut olunmadığını nəzərə alaraq məhkəmə iddia müddətinin ötürülmədiy i nəticəsinə gəlir.
13. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Ş.A.Məmmədova (sədrlik edən), C.A.Yusifov və P.A.Hüseynov) 17 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2888/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASS ASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mayor İddiaçı 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi haqqında N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli N nömrəli əmri xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissəyə daxil olmuş və hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 114 nömrəli nizami hissə üzrə əmri ilə sonuncuya elan edilmiş, lakin mayor İddiaçı bu barədə xx.xx.2022-ci il tarixədək şikayəti daxil olmamışdır. Qeyd olunan sübutlardan göründüyü kimi İddiaçı onun 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirməsi barədə inzibati orqanın aktı barədə xx.xx.2022-ci il tarixdən etibarən ona məlum olmuş və bu barədə ona məlumat verilmişdir. Bu səb əbdən iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Nəzərə alınmalıdır ki, mayor İddiaçı əşya xidməti üzrə daxili yoxlama komissiyasının sədri olduğu üçün əşya xidməti üzrə yoxlama zamanı aşkar edilmiş nöqsanlara görə X5 - Maddi-Texniki Təminat Baş İdarə rəisinin xx.xx.2022-ci il tarixli 40 nömrəli cəzalandırılma əmri ilə sonuncuya “Şiddətli töhmət” intizam cəzası elan edilmişdir. Mayor İddiaçı X5 - MaddiTexniki Təminat Baş İdarə rəisi tərəfində “Şiddətli töhmət” intizam cəzası ilə cəzalandırıldığına görə N nömrəli hərbi hissə komandiri xx.xx.2022-ci il tarixli N nömrəli əmri ilə mayor İddiaçı 2-ci məharət dərəcəsini 3-cü məharət dərəcəsinə endirmişdir. Bundan başqa, İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin (Q1) rəisi vəzifəsində xidmətdə olarkən 19-xx.xx.2022-ci il tarixlərdə X8 Heyət İdarəsinin nümayəndələri tərəfindən N nömrəli hərbi hissədə hərbi qulluqçuların uçotunun aparılmasının vəziyyəti yoxlanılmış, yoxlama zamanı çoxlu sayda nöqsanlar aşkar edildiyinə görə X5 - X4 xx.xx.2022-ci il tarixli 46 nömrəli yoxlamanın nəticələri və təqsirkar vəzifəli şəxslərin cəzalandırılması haqqında əmri ilə hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin (Q1) rəisi mayor İddiaçı “Vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” intizam cəzası ilə cəzalandırılmışdır. X5 - X4 xx.xx.2022-ci il tarixli 46 nömrəli cəzalandırılma əmrindən çıxarış xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissəyə daxil olmuş və mayor İddiaçı xidməti vərəqəsinə yazılaraq elan edilmişdir. İddiaçı iddiaları tam əsassızdır, o hərbi xidmət dövründə Silahlı Qüvvələrin Daxili Xidmət Ni zamnaməsi ilə müəyyən edilmiş vəzifə borclarının icrasında, daxili yoxlama komissiyasının sədri olaraq ona tapşırılmış işin səmərəli və keyfiyyətli yerinə yetirilməsində, hərbi qulluqçuların uçotunun təşkilində və aparılmasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Müdafiə nazirinin müavinləri tərəfindən “Şiddətli töhmət” və “Vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” intizam cəzaları elan edildiyinə görə onun 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haq qında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 nömrəli Qərarı: 1-ci bənd. Hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına aşağıdakı məbləğlərdə əlavələr müəyyən edilsin: - 2-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 15 faiz miqdarında; - 1-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 25 faiz miqdarında; - usta məharət (ali ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 35 faiz; 2-ci bənd. Azərbaycan Respublikası Müdafiə, Ədliyyə, Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərb ərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularının sıravi, komanda və rəis heyətinin məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında əsasnamə təsdiq etsinlər.
20. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”: 1-ci bənd. Bu Əsasnamə hərbi qulluqçulara məharət (tibbi hərbi uçot ixtisaslı hərbi qulluqçulara-ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) və onların məharət (ixt isas) dərəcəsinin endirilməsi, məharət dərəcəsindən məhrum edilməsi qaydalarını müəyyən edir. 2-ci bənd. Şəxsi heyətin yüksək təlim və tərbiyəsi, silah, hərbi texnika və digər texniki vasitələrin saz və işlək vəziyyətdə saxlanmasını təmin və onların istismarında bilavasitə iştirak edən, öz ixtisası üzrə yüksək peşəkarlığa yiyələnmiş və bunu mövqelərdə (atəş və start) idarəetmə məntəqələrində və döyüş növbətçiliyi zamanı praktiki həyata keçirən, yaxud şəxsi heyəti öyrədən zabit, gizir (miçman) heyətinə, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına aşağıdakı məharət dərəcələri verilir: 3-cü məharət dərəcəsi, 2-ci məharət dərəcəsi, 1-ci məharət dərəcəsi, usta məharət dərəcəsi (hərbi təyyarəçilərə, hərbi şturmanlara, hərbi təyyarəçitəlimatçılara və hərbi şturman-təlimat çılara “snayper” dərəcəsi) – 3-cü bənd. Məharət dərəcəsini vermə hüququna aşağıdakı şəxslər malikdirlər: - 3.3. 2-ci məharət dərəcəsi Müdafiə Nazirliyinin baş idarə, müstəqil idarə rəisləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, birlik komandirləri (onların bilavasitə tabeliyində olan hərbi hissə. Müəssisə və təşkilatların hərbi qulluqçularına). 37-ci bənd. Müvafiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi aşağıdakı hallarda endirilir və ya onlar məharət dərəcəsindən (sınaqların nəticələri nəzərə alınmadan və ya sınaqlar keçirilmədən) məhrum edilirlər: - 37.1 Bir pillə aşağı endilir: - 37.1.4 Azərbaycan Respublikasının müdafiə naziri və onun müavinləri tərəfindən “Şiddətli töhmət” elan edildikdə. -37.2.7-ci bənd. Aərbaycan Respubl ikası Müdafiə naziri və onun müavinləri tərəfindən hərbi qulluqçuya “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edildikdə.
21. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 02 nömrəli Qərarı 2-ci bənd. Bu qərar qüvvəyə mindiyi günədək Azərbaycan Respublikası müdafiə naziri və ya onun müavinləri tərəfindən şiddətli töhmət intizam cəzasının verilməsi ilə əlaqədar məharət dərəcəsi aşağı endirilmiş hərbi qulluqçuların əvvəllər malik olduqları məharət dərəcələri həmin intizam cəzası Azəraycan Respublikası Silahlı X1 u yğun olaraq götürüldükdə bərpa edilir.
22. Azərbaycan Respublikası Müdafiə Nazirinin 04 aprel 2014-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahı Qüvvələrində qoşun (gəmi) təsərrüfatının aparılması haqqında Təlimat” 12.10-cu bənd. Təsərrüfat fəaliyyətinin yoxlanması və maddi vəsaitlərin inventarizasiyasının keçirilməsi üçün hissə (birlik) komandirinin əmri ilə xidmətlər üzrə bir il müddətinə daxili yoxlama komissiyaları təyin edilir. 12.11-ci yarımbənd. Daxili yoxlama komissiyasının sədri zabitlərdən, üzvləri isə zabit, gizir (miçman), çavuşlardan və həmçinin, qoşun (gəmi) təsərrüfatın aparılması və təşkilini bilən fəhlə və qulluqçulardan təyin edilir. Təyin edilmiş daxili yoxlama komissiyalarının sədr və üzvlərinin yoxlanılan xidmətlərlə heç bir xidməti əlaqələri olmamalıdır. 12.15-ci bənd. Hərbi hissələrdə (birliklərdə) daxili yxlama komissiyaları maddi vəsaitlərin inventarizasiyasına nəzarətin forması kimi aşağıda göstərilən müddətlərdə aparır: 12.15.1. bütün növ maddi vəsaitləri, yanacaq sürtgü materiallarını, xüsusi mayeləri və kazarma yaşayış fondu istisn olmaqla 1 yanvar tarixinə olan vəziyyət üçün ildə 1 dəfə. 12.20-ci bəndinə əsasən hərbi hissələrin təəsürrüfat fəaliyyətinin plan üzrə yoxlanması daxili yoxlama komissiyası tərəfindən bütün xidmətlər üzrə ildə 1 dəfə 01 iyul tarixinə olan vəziyyət üçün aparılır. 12.21-ci bənd. Komissiyanın sədri və üzvləri hərbi hissənin vəzifəli şəxslərinin fəaliyyətində aşkar edilmiş nöqsanların, əskik və çatışmazlıqların gizlədilməsinə, inventarizasiyasının, yoxlama və təftişin düzgün aparılmasın a və həmçinin aktda faktiki işlərin düzgün araşdırılmamasına görə cinayət və intizam məsuliyyəti daşıyır. 12.24-cü bənd. Hərbi hissələrdə (birliklərdə) sənədli təftişin aparılmasına daxili yoxlama komissiyası mütləq cəlb edilməlidir. Sənədli təftiş hərbi hissə (birlik) komandanlığını əvvəlcədən xəbərdar edilmədən aparılmır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəs atətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (ta m və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiy yətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. İşin hallarından görünür ki, iddiaçıya X5 – Maddi-Texniki Təminat Baş İdarəsi Rəisinin 21 mart 2022-ci il tarixli 40 nömrəli Əmri ilə “Şiddətli töhmət” elan edilmişdir. 2-ci X7 birinci müavini-qərargah rəisinin 14 aprel 2022-ci il tarixli N nömrəli əmri ilə “Azərbaycan Ordusun un hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37-ci bəndinin tələbləri əsas götürülərək iddiaçının malik olduğu 2-ci məharət dərəcəsi bir pillə aşağı endirilmişdir.
31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı X5 - Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin 40 nömrəli 21 mart 2022-ci il tarixli əmrinin ona “şiddətli töhmət” elan edilməsi, 2-ci X6 14 aprel 2022-ci il tarixli, N nömrəli əmrinin onun malik olduğu “2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi” hissəsində ləğv edilməsi və 2-ci məharət dərəcəsini bərpa edilərək vəzifə maaşına 15% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafi ə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinin cavabdehə həvalə edilməsindən ibarətdir.
32. Kollegiya qeyd edir ki, iş materialları ilə təsdiq olunmuşdur ki, iddiaçı xx.xx.2022ci il tarixdən 25 mart 2022-ci il tarixədək əmək məzuniyyətində, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə Müdafiə Nazirinin Baş Klinik Hospitalında müalicədə olmasına baxmayaraq, xx.xx.2022-ci il tarixli “Şiddətli töhmət” intizam cəzası və məharət dərəcəsinin endirilməsi barədə xx.xx.2023-cü il tarixli əmr verilmişdir.
33. Göründüyü kimi iddiaçı hərbi xidmət başında olmadığı, yəni məzuniyyətdə və xəstəliyinə görə müalicədə olduğu vaxtda ona şiddətli töhmət cəzası verilməsi və 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi qanunvericiliyin t ələblərinə uyğun olmamışdır. Odur ki, X5 - Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin 40 nömrəli 21 mart 2022-ci il tarixli əmri ona “şiddətli töhmət” elan edilməsi, 2-ci X6 14 aprel 2022-ci il tarixli, N nömrəli əmri onun malik olduğu “2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi” hissəsində ləğv edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi haqlı olmuşdur.
34. Eyni zamanda, kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi 2-ci məharət dərəcəsi olan zabit və rəis heyətlərinə aylıq vəzifə maaşına 15 faiz məbləğində əlavə verilir. Hərbi qulluqçunun 2-ci məharət dərəcəsinin 1 pillə aşağı salınaraq 3-cü dərəcə məharət dərəcəsinə endirilməsinə əsas olmuş “Şiddətli töhmət”in elan edilməsi barədə və məharət dərəcəsinin e ndirilməsi barədə əmrlərin ləğv edilməsi barədə iddiaçının tələbi təmin edildiyindən 2-ci məharət dərəcəsi bərpa edilərək vəzifə maaşına 15% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi cavabdeh tərəfindən təmin edilməlidir.
35. Bundan başqa, aşağı instansiya məhkəmələri düzgün olaraq iddia müddəti ilə bağlı qeyd etmişlər ki, “xidməti vərəqə ilə tanışlıq haqqında qeydlər” kitabından çıxarışda görünür ki, İddiaçı xidməti vərəqə ilə sonuncu dəfə xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdə tanış olmuşdur. Mübahisələndirilən əmrlərin 21 mart 2022-ci il və 14 aprel 2022-ci il tarixli oldu qlarından həmin əmrlərlə iddiaçının sonuncu dəfə ən tezi xx.xx.2022-ci il tarixdə tanış olduğu müəyyən olunur. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirdiyi əmrlərdən daha əvvəl məlumatlı olması və ya ona rəsmi qaydada həmin əmrlərin təqdim və ya elan edilməsi sübut olunmur.
36. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 21(103)-2888/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.