Məhkəmə qərarları › İş №2-1(102)-664/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-664/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-664/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (inzibati məhkəmə icraatına üçüncü şəxsin cəlb edilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, onun vəkili X1, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdeh A zərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı Şəki rayonu Turan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 nömrəli qərarı ilə 40 il müddətinə icarəsinə verilmiş 25 ha örüş torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-711/2019 nömrəli, xx xxxxxx 2019cu il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Şəki rayonu Turan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətində olan 25 ha örüş torpaq sahəsi 40 il müddətinə İddiaçı (bundan sonra iddiaçı) icarəsinə verilmiş, torpaq sahəsinin naturada yerləşmə vəziyyətini əks etdirən sxem tərtib edilərək bələdiyyə tərəfindən təsdiq edilmiş, tərəflər arasında həmin tarixdə icarə müqaviləsi bağlanılaraq torpaq sahəsindən istifadə qaydaları, icarə haqqı məbləği və sair şərtlər razılaşdırılmışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (bund an sonra cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli məktubla hüquqların dövlət qeydiyyatından imtina edərək bildirmişdir ki, icarə Müqaviləsi Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən təsdiq edilməmiş, qeydiyyatdan keçirilməmiş, torpaq sahələrinin döngə nöqtələrinin koordinatları əks olunan torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmamışdır. Mövcud qanunvericiliyə əsasən örüş sahələrinin 15 il müddətinə icarəyə verilməsi nəzərdə tutulsa da, mübahisəli torpaq sahəsi 40 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Həmin torpaq sahəsinə bələdiyyənin mülkiyyət hüququ tanındıqdan sonra icarəyə verilməsi üçün hərraca çıxarıla bilər. Həmin cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki rayonu Turan Bələdi yyəsinin xx.xx.2006-cı il tarixli, 02 nömrəli qərarı ilə 40 il müddətinə icarəsinə verilmiş 25 ha örüş torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1-(84)-622/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: R.A.Məcidov) iddia qismən təmin edilərək cavabdehin üzərinə Şəki rayonu Turan bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli 02 nömrəli qərarı ilə 40 il müddətinə icarəsinə verilmiş X=693917,4591 Y=4523482,1715, X=693968,0314 Y=4523502,5063, X=633937,5377 Y=4523588,2298, X=694001,2588 Y=4523684,0653, X=694098,72 27 Y=4523607,6131, X=694224,3564 Y=4523489,5050, X=694507,0499 Y=4523207,6430, X=694594,3248 Y=4523072,3730, X=694459,6911 Y=4522858,9436, X=694350,1821 Y=4522917,4173, X=694194,0889 Y=4522990,7411 koordinatlar daxilində yerləşən 25 ha örüş torpaq sahəsinə Şəki rayon Turan Bələdiyyəsi tərəfindən tərtib edilmiş və təsdiqlənmiş Sxemə uyğun olaraq iddiaçının adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və həmin torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin qoyulması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. Qərar qəbul edildikdən sonra xx.xx.2019-cu il tarixdə Cavabdeh2 ərizə ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli 21(84)-622/2019 nömrəli qərarının ləğv edilməsi və inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-622/2019 nömrəli qərardadı ilə (hakim: V.K.Qasımov) Cavabdeh2 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-622/2019 nömrəli qərarının ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh2 Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)621/2019 nömrəli qərardadından apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(107)711/2019 nömrəli qərardadı ilə (s ədrlik edən: R.R.Rəfiyev, hakimlər: G.Q.Abbasov və M.R.Hüseynov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-622/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 1(075)-33/2018 saylı hökmü Cavabdeh2 şikayəti üzrə hazırda baxılan iş üzrə preyudisial əhəmiyyət daşıyır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(107)-711/2019 nömrəli qərardadından Cavabdeh2 kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və vəsatətinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, ərizəçiyə ay rılmış torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı faktın müəyyən edilməsi üçün xüsusi bilik tələb olunur və bu fakt ekspertiza təyin edilməklə müəyyən edilə bilərdi. Kassator İPM-nin 28-ci maddəsinə istinad edərək Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(107)- 717/2019 nömrəli qərardadının ləğv edilməsini və vəsatətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasi ya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək apelyasiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Hazırkı iş üzrə ərizəçinin tələbi onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədədir. Ərizəçi hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi, ona Şəki Rayonu Turan Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 04 nömrəli qər arı və xx.xx.2010-cu il tarixli 07 nömrəli icarə müqaviləsi əsasında icarəyə verilmiş 60 ha torpaq sahəsi və həmin Bələdiyyənin xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarı və xx.xx.2015-ci il tarixli 08 nömrəli icarə müqaviləsi əsasında icarəyə verilmiş 120 ha torpaq sahəsi ilə üstüstə düşür. İşə baxan apelyasiya instansiya məhkəməsi ərizəçinin üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşarkən hesab etmişdir ki: “Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 1(075)- 33/2018 saylı hökmü Cavabdeh2 şikayəti üzrə hazırda baxılan iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, həmin hökm ilə Cavabdeh2 2017-2018-ci illərdə Turan Bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatl ı torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququnun olmaması, o cümlədən icarə müqaviləsinin olmaması müəyyən edilmişdir. Belə olan halda, Cavabdeh2 üçüncü şəxs qismində prosesə cəlb edilməsi haqqında vəsatətinin əsası kimi təqdim etdiyi xx.xx.2015-ci il tarixli 08 nömrəli icarə müqaviləsini həmin cinayət işi üzrə ibtidai istintaqı aparan orqana və məhkəmə istintaqını aparan məhkəməyə təqdim etməməsi həmin icarə müqaviləsinin cinayət işinin istintaqının aparıldığı 2018-ci ildə mövcud olmaması gümanına əsas verməklə, həmin sübutun mötəbərliyinə çox ciddi şübhə yaradır. Əgər Cavabdeh2 indi təqdim etdiyi icarə müqaviləsi həqiqətən mövcud olsaydı, istintaq və ya məhkəmə orqanına təqdim edərdi və yəqin ki, həmin orqanlar tərəfindən nəzərə alınardı.” Göründ üyü kimi, işə baxan apelyasiya instansiya məhkəməsi Cavabdeh2 tərəfindən təqdim edilmiş icarə müqaviləsinə və bələdiyyə qərarlarına hüquqi qiymət vermiş, Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 1(075)- 33/2018 saylı hökmü ilə müəyyən edilmiş hallara istinad etmiş, nəticədə Cavabdeh2 mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı hər hansı iddia irəli sürmək üçün hüququ olmamasını qeyd etmişdir. Halbuki, işə baxan aşağı instansiya məhkəmələri ilkin olaraq iddiaçının üzərində icarə hüququnu qeydiyyata aldırmaq istədiyi torpaq sahəsi ilə ərizəçinin ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin üst-üstə düşməsi məsələsinə aydınlıq gətirməli, bu məsələnin araşdırılması xüsusi bilik tələb etdiyindən ekspertiza təyin etməli, torpaq sahələrinin üst-üstə düşməsi t əsdiq edildiyi halda, Cavabdeh2 üçüncü şəxs kimi məhkəmə icraatına cəlb etməli, bundan sonra Cavabdeh2 tərəfindən təqdim edilmiş icarə müqaviləsinə və bələdiyyə qərarlarına, o cümlədən işin digər hallarına hüquqi qiymət verməli idi. Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəl dikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(107)-711/2019 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar