Məhkəmə qərarları › İş №2-1(102)-664/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-664/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-664/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırkı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyasının yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi cavabdehin vəkili Dilarə Qurbanovanın iştirakı ilə, X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ya nında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırkı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı pensiyasının yenidən hesablanması tələbinə dair Bakı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 07 aprel 2021-cil il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırkı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə qarşı təqaüdə çıxdığı xx.xx.2018-ci i l tarixdən etibarən hesablanan əmək pensiyasının, hakimlərə hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqqın, müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatının, məzuniyyətə çıxarkən verilməli olan iki aylıq əmək haqqı məbləğində müavinətin, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşlarının 15 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı- xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixdək və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən vəzifə maaşlarının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı - xx.xx.2019-cu il tarixdən nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş məbləğin - fərq in iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan məlum olmuşdur ki, ona pensiya təyin edilərkən, xx.xx.1987-ci ildən xx.xx.2000-ci ilədək Bakı şəhəri Kirov (Binəqədi) rayon Məhkəməsinin hakimi və sədri, xx.xx.2000-ci ildən xx.xx.2007-ci ilədək Bakı şəhəri Nizami rayon Məhkəməsinin sədri vəzifəsində çalışmağı nəzərə alınmamış, son iş yeri olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi iddiaçıya pensiya hesablanmışdır. “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixti sas dərəcələrinin müəyyən edilməsi haqqında” xx.xx.1992-ci il tarixdə qəbul edilmiş və xx.xx.2011-ci il tarixədək qüvvədə olan Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş və “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikası məhkəməsinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin üçüncü ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının üç misli məbləğində haqq verilməsi qərara alınmışdır. Həmin qərarın 2-ci bəndinə əsasən İxtisas dərəcəsindən məhrum edilməmiş, hakim seçildiyi müddət qurtardıqdan sonra başqa işə keçən və pensiyaya çıxan Azərbaycan Respublikası məhkəmələri hakimlərinin əlavə haqq almaq hüququ saxlanılır. “Azərbaycan Respublikasının rayon (şəhər) xalq məhkəmələrinin hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 1996-cı il tarixli 80-İQR Qərarı ilə İddiaçı (Bakı şəhəri Binəqədi rayon xalq məhkəməsinin sədri kimi) 3-cü ixtisas dərəcəsi verilmişdir.

3. İddiaçı X3 xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, 20 il məhkəmə sədri vəzifəsində çalışmağı nəzərə alınmaqla, bu günə olan məhkəmə sədrinin əmə k haqqı və digər gəlirləri əsas götürülməklə, o cümlədən hakimlərə hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqqın, müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatının, məzuniyyətə çıxarkən verilməli olan iki aylıq əmək haqqı məbləğində müavinətin, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşlarının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının, həmçinin, 3-cü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində haqqın nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş məbləğin - fərqin iddiaçıya bidəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəs i Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat:

4. Bakı İnzibati Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) xx.xx.2020-ci il tarixli 2-1(112)-3089/2020 nömrəli, (sədrlik edən hakim Aytən Oruczadə) qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı X1 iddiasının təmin edilməsi, iddiaçının məhkəmə sədri kimi işlədiyi illər üzrə istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği (öz arzusu ilə) və “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 106-cı, 107-ci və 109-cu maddələrində nəzərdə tutulan əlavə maddi-sosial təyinatla r nəzərə alınmaqla, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən vəzifə maaşlarının 15 faizi miqdarında, xx.xx.2019-cu il tarixdən isə 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı, hakimlərin məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı, müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, həmçinin, hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqq, o cümlədən üçüncü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində əlavə haqqlar nəzərə alınmaqla yenidən hesablanıb və hal-hazıra kimi yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə həmin nəticəyə gələr kən Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 106,107,109-cu maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4, 20.7, 20.7.2, 29.2, 30, 31-ci maddələrinə, İPM-nin 2.2.3, 34.1, 52, 68.1, 68.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslıdır.

6. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat:

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx xxxxxx 2021-ci il tarixli, 2-1(103)-598/2021 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normaları tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki hallarını, tərəflərin münasibətlərini və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri:

9. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə verilmiş iddia ərizəsində və daha sonra iddia ərizəsinə vermiş olduğu dəqiqləşmədə qeyd edilən tələblərlə idd iaçı cavabdehə müraciət etməmiş, iddia ərizəsində göstərdiyi vəzifədə işlədiyi müddət ərzində qanunvericiliklə nəzərədə tutulmuş əmək haqqını və əlavələrin alıb-almaması barədə hər hansı arayış cavabdeh orqana təqdim etməmişdir. İddiaçıya cavabdeh tərəfindən verilən xx.xx.2020-ci il tarixli **********3 nömrəli cavab məktubunun məzmunundan da göründüyü kimi, qeyd edilən məktub məlumat xarakterli olmuşdur və bunu imtina məktubu kimi, qəbul etmək əsassız və qanunsuzdur. Beləliklə də cavabdeh orqan iddiaçıya heç bir imtina cavabı verməmişdir.

10. İş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.1987-ci ildən xx.xx.2000-ci ilədək Bakı şəhəri Kirov (Binəqədi) rayon Məhkəməsinin hakimi və sədri, xx.xx.2000-ci ildən xx.xx.2007-ci ilədək Bakı şəhəri Nizami rayon Məhkəməsinin sədri vəzifəsində çalı şmışdır. Yəni iddiaçı xx.xx.2007-ci il tarixdən artıq məhkəmə sədri vəzifəsində çalışmamışdır. Lakin, iş materiallarından göründüyü kimi iddiaçıya hal-hazırda hesablandığı pensiyanın əsas götürüldüyü iş dövrü onun öz arzusu ilə götürülmüşdür.

11. Belə ki, iş materialından göründüyü kimi, iddiaçı işdən azad olunması ilə əlaqədar özünə pensiyanın təyin edilməsi barədə cavabdeh orqana xx.xx.2018-ci ildə tərtib etdiyi ərizə ilə müraciət etmiş, bu zaman o Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən adına ünvanlanan və xx.xx.2013-cü ildən- xx.xx.2018-ci il tarixədək aldığı əmək haqqı barədə xx.xx.2018-ci il tarixli 8/677 saylı arayış və həmin arayışa əlavə edilmiş hər arayışda qeyd edilən müddət ərzində hər il üzrə aldığı əmək haqqı və digər ödənişlərin qeyd edildiyi cədvəlləri də təqdim etmiş dir.

12. Beləliklə, iddiaçıya cavabdeh orqan tərəfindən pensiya hesablanarkən, iddiaçının özünün pensiya hesablarkən əsas götürülməsi üçün təqdim etdiyi xx.xx.2013-cü ildən- xx.xx.2018-ci ilə kimi iş dövründə aldığı vəsaitlər əsas götürülmüşdür.

13. İddiaçı inzibati orqana müraciət etdikdə belə, özünün pensiya hesablanarkən əsas götürüldüyü iş müddətlərini mübahisələndirməmişdir. Daha sonra isə inzibati orqana müraciətində qeyd etmədiyi məzmunlu iddia ərizəsi və ən əsası da həmin iddia ərizəsinə vermiş olduğu dəgigləşmə ilə məhkəməyə müraciət etmişdir.

14. Filial tərəfindən İddiaçıya öz istəyi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 8/677 saylı, xx.xx.2018-ci il tarixli Əmək haqqı Arayışında əsasən göstərilən bütün ödənişlər nəzərə alınmaqla (son 24 ay) yaşa görə əmək pensiyası təyin edilmişdir.

15. İddiaçıya əmək pensiyası hesablanarkən nəzərə alınan məbləğlərə aşağıdakılar daxildir: Vəzifə maaşı - 1,584.00 manat; Qulluq stajına görə əlavə (45%) - 712.80 manat; Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün 1-ci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15% miqdarında pul təminatı 237.60 manat; Mükafat və müavinətə görə - 797.28 manat

16. İddiaçı Filiala xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət edərək, işdən azad olunduğunu nəzərə alaraq, pensiyasının tam hesablanmasına sərəncam verilməsini xahiş etmişdir. Eyni məzmunlu məktub ilə İddiaçı xx.xx.2020-ci il tarixdə yenidən Filiala müraciət etmişdir.

17. Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 1996-cı il tarixli 80-1 QR nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin sədri Tamilla Nəsrullayevaya 3-cü ixtisas dərəcəsi verilmişdir. 18. xx.xx.1992-ci il tarixli “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmişdir. Qeyd edilən Qanun xx.xx.2001 -ci il tarixədək qüvvədə olmuşdur. 19. xx.xx.1992-ci il tarixli “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin üçüncü ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının üç misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. Qeyd edilən qanun xx.xx.2007- ci il tarixədə k qüvvədə olmuşdur.

20. Göründüyü kimi, İddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün əsas götürülmüş dövr ərzində (son 24 ay) iddiaçının yuxarıda qeyd olunan ixtisas dərəcəsi olmamış və həmin ixtisas dərəcəsi üzrə əlavə haqqı almamışdır.

21. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-598/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etmişdir.

23. İddiaçı kasasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(103)-598/2021 nömrəli qərarının dəyişdi rilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

24. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.Qurbanova kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

25. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmada n baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

26. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə

28. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesa b edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edil məməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

31. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi iddiaçı X4 cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırkı: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal ray on Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təqaüdə çıxdığı xx.xx.2018-ci il tarixdən etibarən hesablanan əmək pensiyasının, hakimlərə hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqqın, müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatının, məzuniyyətə çıxarkən verilməli olan iki aylıq əmək haqqı məbləğində müavinətin, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşlarının 15 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı- xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən vəzifə maaşlarının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminat ı xx.xx.2019-cu il tarixdən nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş məbləğin - fərqin iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. İddiaçı sonradan, yəni xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 20 il məhkəmə sədri vəzifəsində çalışmağı nəzərə alınmaqla, bu günə olan məhkəmə sədrinin əmək haqqı və digər gəlirləri əsas götürülməklə, o cümlədən hakimlərə hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqqın, müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatının, məzuniyyətə çıxarkən verilməli olan iki aylıq əmək haqqı məbləğində müavinətin, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşlarının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının, həmçinin, 3-cü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində haqqın nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş məbləğin - fərqin iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

33. Göründüyü kimi, iddiaçının istər ilkin iddiasında, istərsə də iddianın dəqiqləşdirilməsi barədə ərizəsində əmək pensiyasının yenidən hesablanarkən baza kimi götürüləcək əsas olan müd dətin hansı dövrü konkret şəkildə əhatə etdiyi ümumiyyətlə göstərilməmişdir.

34. Lakin buna baxmayaraq birinci instansiyası məhkəməsi İPM-nin 13-cü maddəsinin tələblərindən istifadə etməyərək, yəni həmin məsələdə iddiaçıya yardım göstərilməyərək, iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarın nəticəvi hissəsində yazır ki, “ İddiaçının məhkəmə sədri kimi işlədiyi illər üzrə istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği (öz arzusu ilə)... yenidən hesablanıb... odənilməsi vəzifəsi cavabdehə həvalə edilsin”.

35. Beləliklə birinci instansiya məhkəməsi iddiaçının iddiasının dəqiqləşdirilməsi barədə ərizəsinin “xahiş edirəm” hissəsində “60 ay” sözü ümumiyyətlə olmadığı halda, xx.xx.2020-ci il tarixli qərarının nəticə hissəsində həmin qeyri-müəyyənliyi davam etdi rərək yuxarıda göstərilmiş 60 ay müddəti konkret olmayan şəkildə qeyd edir.

36. Halbuki İPM-nin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

37. Həmin Məcəllənin 68.2-ci maddəsində müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Beləliklə biri nci instansiya məhkəməsi belə qeyri-müəyyən qərar qəbul etməklə faktiki olaraq “....istənilən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının...” müəyyən edilməsini cavabdehin ixtiyarına buraxır ki, bu da birinci instansiya məhkəməsinin sözügedən xx.xx.2020-ci il tarixli qərarının nəticə hissəsində məhkəmənin özünün göstərdiyi (“öz arzusu ilə”) sözlərinə ziddir.

39. Belə ki, həmin məsələ məhkəmə icraatı zamanı həll edilməli və məhkəmənin qərarında konkret şəkildə öz əksini tapmalıdır.

40. Lakin apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin sözügedən prosessual yanlışlığı təkrar edərək, öz qərarının əsaslandırıcı hissəsində yazır ki, “Birinci instansiya məhkəməsi işin hallarına “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 106, 109-cu, “Əmək pensiyal arı haqqında” Qanunun 1.0.1, 20.1.4, 20.7, 20.7.2, 30.1, 31.1, 31.2-ci, “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci ilin iyul ayının 1-dək qüvvədə olmuş 29.3-cü, “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.1, 2.7, 4.2.2-ci, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17ci bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı X2 cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi təmin edilərək, iddiaçının məhkəmə sədri kimi işlədiyi illər üzrə istənilən ardıcıl gələn 60 ayı ə rzindəki əmək haqqının orta aylıq məbləği (öz arzusu ilə) və “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 106-cı, 107-ci və 109-cu maddələrində nəzərdə tutulan əlavə maddi-sosial təyinatlar nəzərə alınmaqla, yəni 01 aprel 2018-ci il tarixdən hesablanmaqla vəzifə maaşının 25 faizi həcmində vergilərdən azad olunan aylıq pul təminatı, hakimlərin məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı, müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, həmçinin, hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqq, o cümlədən üçüncü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində əlavə haqqlar nəzərə alınmaqla yenidən hesablanıb və halhazıra kimi yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.”

41. Beləliklə istər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya intstansiyası məhkəməsi iddiaçıya münasibətdə “öz arzusu ilə” kəlməsini işlətsə də, nəzərə almamışdır ki, iddiaçı nə ilkin iddia ərizəsində, nə iddianın dəqiqləşdirilməsi barədə ərizəsində, nə də ki, DSMF-nin Yasamal rayon şöbəsinə yazdığı xx.xx.2018-ci il tarixli ərizəsində pensiyanın tam hesablanması zamanı hansı müddət kəsiyinin götürülməsinin istədiyini ümumiyyətlə ifadə etməmiş, hətta əsas üçün 24 və 60 ay müddətinin götürülməsini belə qeyd etməmişdir ki, bu da sözügedən məsələnin iddiaçının “öz arzusu ilə” həll olunması qənaəti yanlışdır, yəni işin mühüm əhəmiyyət kəsb edən həmin halı araşdırılmamışdır.

42. Buna görə də, apelyasiya instansiyası məhkəməsində işə təkrar baxıldığı zaman, iddiaçı məhkəməyə dəvət edilməklə və İPM-nin 13-cü maddəsinin müddəaları tətbiq edilməklə, həmçinin məsələ araşdırılmalı və ona aydınlıq gətirilməlidir.

43. Digər tərəfdən, qeyd edilməlidir ki, işdə iddiaçının əmək pensiyasının dəqiqləşdirilmiş şəkildə hesablanması barədə cavabdehə yazılı müraciəti mövcud deyildir.

44. Bununla bağlı olaraq, cavabdehin nümayəndəsi məhkəmədə bu müraciətin onlar tərəfindən itirildiyini bildirmişdir.

45. Ümumiyyətlə məhkəmə kollegiyası xüsusi olaraq cavabdehin hazırkı iş üzrə məhkəmənin verdiyi tapşırıqlarına laqeyd yanaşdığını və bununla da iş üzə həqiqətə nail olmaq üçün lazımi səylər göstərmədiyini qeyd etməyi zəruri hesab edir.

46. Belə ki, birinci instansiya məhkəməsində xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi İ.C.Qocayevə və məhkəmə tərəfindən iddiaçının əmək pensiyasının hesablanması cədvəlinin təqdim edilməsi tapşırılsa da (iş səh. 77) həmin məhkəmə tapşırığı yerinə yetirilməmiş, yəni iddiaçıya cavabdeh tərəfindən əmək pensiyasının hesablanması açıqlamasına dair arayış təqdim edilməmişdir.

47. Digər tərəfdən cavabdeh iddiaçının işi ilə əlaqədar “İnzibati icraat haqqında” Qanunun İV fəslində müəyyən edilmiş inzibati icraat aparmamışdır.

48. Məlum olduğu kimi İPM-nin 12.3-cü maddəsinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

49. Həmin Məcəllənin 12.4-cü maddəsinə əsasən proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər.

50. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə təkrar baxıldığı zaman cavabdeh məhkəmə tapşırıqlarını yerinə yetirmədiyi təqdirdə, məsuliyyət tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar olaraq xəbərdar edilməklə işin düzgün və obyektiv həll edilməsi məqsədi ilə iş üzrə bütün tələb olunan sübutları təqdim etməli və həqiqətə nail olmaq üçün lazımi səylər göstərməlidir.

51. Belə ki, iddiaçının pensiyanın təyin edilməsi barədə ərizəsində konkret olaraq hansı dövr göstərilmədiyindən, inzibati orqan öz mülahizəsinə uyğun olaraq pensiyanı təyin etmişdir. Bunu da, cavabdehin nümayəndəsi iddiaçının şifahi istəyini nəzərə alaraq təyin edilməsi ilə izah etmişdir. Eyni zamanda, hazırkı iş üzrə iddiaçının inzibati orqana yazılı müraciəti inzibati orqanda tapılmamışdır.

52. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə çoxlu sayda sübutlarını araşdırılmasına zərurət yarandığından təmin edilməməlidir.

53. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-598/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar