Məhkəmə qərarları › İş №2-1(102)-664/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-664/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-664/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı Azər Zahid oğlu Orucovun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlilliyin bərpa olunması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı Azər Zahid oğlu Orucovun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin hərəkətləri qanunsuz saymaqla i ddiaçının əlilliyinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1158/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Azər Zahid oğlu Orucov (Ş/V-********, FİN- xxxxxxx) xx xxxx N73-cü ildə Sumqayıt şəhərində anadan olub, Sumqayıt şəhəri, MKR-9, ev 49, mənzil 15də yaşayır. O, hərbi xidmətə götürülmüş və AR Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində xidmət etmişdir. N94-cü ildə Azərbaycan Respublikasının müdafiəsi zamanı hər iki ayağının İİİ – İV dərəcəli donvurması nəticəsində əmək qabiliyyətini itirmiş və bu səbəbdən də AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 23 may 2017-ci il tarixli qərarına əsasən həmin xəsarət Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma kimi qiymətləndirilmiş və 18 dekabr 2017-ci il tarixdən ona ikinci qrup əlillik dərəcəsi təyin olunmuş, əlilliyin məhdudluq müddəti 2022-ci ilədək müəyyən olunmuşdur.

2. İddiaçıya AR Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən 18 noyabr 20N-cu ildə ünvanlanmış məktubda bildirilir ki, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir.

3. Yuxarıda qeyd edilən məktuba əsasən, iddiaçın ın əlilliyi “Əlillik altsistemində” etibarsız hesab edilmişdir.

4. İddiaçı bununla bağlı AR ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmişdir. Xidmətin 2 mart 2020-ci il tarixli cavab məktubunda qeyd olunan müalicə məlumatı barədə səhiyyə müəssisəsi tərəfindən verilmiş göndəriş etibarsız hesab edildiyindən, əlillik altsistemində onun əlilliyi etibarsız edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı cavabdehin hərəkətləri qanunsuz sayılmaqla iddiaçının əlilliyinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

6. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, N94-cü ildən bu xəstəlikdə n əziyyət çəkir. Dəfələrlə stasionar və ambulator şəraitdə müalicələr almış, lakin bu müalicələr heç bir fayda verməmişdir. Bundan başqa, TSEK tərəfindən əlilliyin məhdudiyyət müddəti 2022-ci il tarixədək təyin edilmişdir və ona (iddiaçıya) əlilliyin təyin edilməsi barədə Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı vardır. Ona pensiya həmin qərar əsasında təyin edilmiş və müavinət hesablanmışdır. Lakin cavabdeh inzibati orqan səhiyyə təşkilatı tərəfindən verilmiş göndərişi 3 il sonra etibarsız sayaraq, onu müavinətdən məhrum edir. Hətta bu illər aldığı müavinət də geri tələb olunur. O, səhhəti ilə əlaqədar işləmir, himayəsində 2 azyaşlı övladı var, özünün yaşayış sahəsi olmadığından kirayədə qalır, ailənin yeganə gəliri aldığı pensiyadır ki, həmin pensiya da kəsilir. İddiaçı təkrar müayinə dən keçməmiş, cavabdeh tərəfindən onun əlilliyi yenidən qiymətləndirilməmişdir.

7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb idarəsinin 4110003AACG4 saylı göndərişi əsasında 18 dekabr 2017-ci il tarixdə və 4110003AACKG saylı göndərişi əsasında 22 dekabr 2017-ci il tarixdə qiymətləndirilmiş və “Hər iki aşağı ətrafın donvurulmasından sonrakı vəziyyət. Aşağı ətrafların xroniki obliterasiyaedici endoartriti. Aşağı ətrafların xroniki işemiyası İİİ dərəcə” xəstəliyi ilə 5 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb idarəsi tərəfindən 18 noyabr 20N-cu il tarixli, 029-3854-12N/5 nömrəli məktubla 843 nəfərin, o cümlədən iddiaçı nın AR Daxili İşlər Nazirliyinə aidiyyəti olmadığından, onlara rəsmiləşdirilmiş göndərişlərin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. AR Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə», eləcə də hazırda qüvvədə olan AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında TSEK tərəfindən qiymətləndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyəti DİN Tibb idarəsinin göndərişləri əsasında 18 dekabr 2017-ci il və 22 dekabr 2017-ci il tarixlərdə qi ymətləndirilmiş və ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. DİN Tibb idarəsi tərəfindən qiymətləndirilməyə əsas verən göndərişlərin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də, “Əlillik altsistemi”ndə iddiaçıya aid qiymətləndirmələr etibarsız edilmişdir. İddiaçının əlilliyinin etibarsız edilməsi zamanı hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd etibarsız hesab edildiyinə görə şəxsin əlilliyi etibarsız edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)4387/2021 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməsi, cavabdehin iddiaçının əlilliyinin etibarsız sayılması ilə bağlı hərəkətləri qanunsuz sayılmaqla iddiaçının əlilliyinin bərpa o lunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.1, 1.2, 1.5-ci bəndlərinə, Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 1.5, 7.1, 7.2-ci bəndlərinə istinad edərək hesab etmişdir ki, iddia əsaslıdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1158/2021 nömrəli (hakimlər Vidadi Məmmədov-sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Raqib Qurbanov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə səhiyyə müəssisəsinin göndərişi əsasında iddiaçının əlilliyi əsasında Əlillik Altsistemində bərpası vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

12. Apelly asiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əlilliyi DİN Tibb idarəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onun iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilmiş, daha sonra göndərişi rəsmiləşdirən tibb müəssisəsinin tabe olduğu DİN Tibb idarəsinin məktubu və həmin məktuba əlavə edilən göndərişləri ləğv edilən şəxslərin siyahısına əsasən onun barəsində rəsmiləşdirilmiş göndəriş etibarsız sayılmış, bundan sonra, yəni əlilliyin təyininə əsas verən hüquqi sənəd (göndəriş) əsassız hesab edildiyinə görə iddiaçının əlillik müayinəsi (İİ dərəcəli əlillik təyin edilməsi) Əlillik Altsistemində cavabdeh tərəfindən haqlı olaraq ləğv edilmişdir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərinə uyğun tərtib edilmişdir.

15. Əlavə olaraq qeyd edilmişdir ki, göndəriş əsasında əlilliyinin şəhadətləndirilməsi aparılmış, həmin xəstəliklərə görə ona əlillik təyin edilmiş və o 2020-ci ilin mart ayına kimi pensiya almışdır. İanə pensiya 2022-ci ilin dekabr ayına kimi təyin edilmişdir. Yəni o həmin tarixdə təkrar müayinədən keçməli, lakin qarşı tərəfin məhkəmə qərarı olmadan, ona göndəriş vermiş bir orqanın məktubuna əsaslanaraq pensiyanı kəsməsi onun hüquqlarının po zulmasına xidmət etmişdir. Bütün bu hallar ona dəlalət edir ki, qarşı tərəfin irəli sürdüyü dəlillər tam əsassız olmuş, lakin məhkəmə bu halları, ona göndəriş verildikdən və əlillik təyin olunduqdan 2 il sonra həmin əlilliyin və göndərişin etibarsız hesab edilməsinin qanunazidd olduğunu nəzərə almayaraq belə bir qənaətə gəlmişdir ki, onun hazırkı iddia tələbi əsassızdır. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Maddə 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbayca n Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qa ydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra q iymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələblər i göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini və yeni qərarın qəbulunu şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

21. İşin hallarının araşdırılması (obyektiv a raşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

22. İş üzrə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb idarəsinin 4110003AACG4 saylı göndərişi əsasında 18 dekabr 2017-ci il tarixdə və 4110003AACKG saylı göndərişi əsasında 22 dekabr 2017ci il tarixdə qiymətləndirilmiş və “Hər iki aşağı ətrafın donvurulmasından sonrakı vəziyyət. Aşağı ətraflar ın xroniki obliterasiyaedici endoartriti. Aşağı ətrafların xroniki işemiyası İİİ dərəcə” xəstəliyi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

23. İddiaçının əlillik müddəti 22 dekabr 2022-ci ildə bitməsinə baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb idarəsi tərəfindən 18 noyabr 20N-cu il tarixli, 029-3854-12N/5 nömrəli məktubla 843 nəfərin, o cümlədən iddiaçının AR Daxili İşlər Nazirliyinə aidiyyəti olmadığından, onlara rəsmiləşdirilmiş göndərişlərin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir.

24. Cavabdeh iddiaçıya göndərdiyi 2 mart 2020-ci il tarixli məktubda bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinin araşdırılması ilə bağlı müraciətinə Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində baxılmışdır. Müəyyən edilmişdir ki, onun əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AACKG saylı göndərişi əsasında 22 dekabr 2017-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən qiymətləndirməyə əsas verən göndərişlərin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Bununla əlaqədar əlilliyinə dair qiymətləndirmə “Əlillik altsistemində” etibarsız edilmişdir. 25. 17 yanvar 2020-ci il tarixədək qüvvədə olmuş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolu nma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. 5.1-ci bəndinə görə əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur.

26. İddiaçının əlilliyinin 22 dekabr 2017-ci il tarixdə 5 il müddətinə müəyyən edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati akt 18 noyabr 20N-cu il tarixdə (əlilliyin altsistemdə etibarsız hesab edildiyi vaxt) qüvvədə olmuşdur.

27. Cavabdeh 22 dekabr 2017-ci il tarixli inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə dəlil təqdim etməmişdir. 28. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən 22 dekabr 2017-ci il tarixli inzibati akt 22 dekabr 2022-ci il tarixədək qüvvədə olmuşdur.

29. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir.

30. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada 22 dekabr 2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir. 31. “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir.

32. Cavabdeh 22 dekabr 2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədi yindən 22 dekabr 2017-ci il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

33. Cavabdehin 22 dekabr 2017-ci il tarixli inzibati aktı hüquqi qüvvəsini saxladığından və hüquqi cəhətdən etibarlı sayıldığından apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.

34. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir.

35. Yuxarıda şərh edilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 21(103)-1158/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdehin iddiaçının əlilliyinin etibarsız sayılması ilə bağlı hərəkətləri qanunsuz sayılmaqla iddiaçının əlilliyinin bərpa olunması öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar