Məhkəmə qərarları › İş №2-1(102)-664/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-664/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-664/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 18.05.2023 Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü;FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialına qarşı ‘‘əmək illərinin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 2-1(105)604/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. НЗ ******* nömrəli hərbi biletə əsasən, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976cı il tarixədək (2 il 12 gün) müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2. ИТ-İ 491872 nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1989-cu il tarixədək (12 il, 1 ay, 17 gün) Çarxı Tərəvəzçilik-südçülük sovxozunda, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək (3 il, 19 gün) “Azərrabitəinşaat” Trestinin 1 nömrəli X1, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək (1 il, 6 ay, 13 gün) Biləcəri hərbiləşdirilmiş mühafiz ə dəstəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (1 ay 30 gün) Təsərrüfatlararası təmir- tikinti müəssisəsində, xx.xx.1997-ci ildən xx.xx.2002ci il tarixədək (4 il, 11 ay, 7 gün) X2 verilişləri şirkətində işləmişdir.

3. Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 272 saylı arxiv arayışına əsasən, iddiaçı 1972-ci ilin may-avqust, 1974-cü ilin yanvar-mart ayları, 1976-cı ilin sentyabr-noyabr ayları, 1977-ci ilin aprel-iyul, oktyabr-dekabr ayları, 1978-ci ilin yanvar-iyul, sentyabr-dekabr ayları, 1979-1980-cı illərdə,1981-ci ilin yanvar-iyun, sentyabrdekabr ayları,1982-ci ilin yanvar-iyun, avqust-dekabr ayları, 1983-1988-ci illərdə,1989-cu ilin yanvar-avqust ayları Xaçmaz rayon Çarxı Südçülük-tərəvəzçilik sovxozunda işləmiş və əmək haqqı almışdır. 4. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 94284 saylı arxiv arayışına əsasən, iddiaçı 1992-ci ilin iyun-dekabr, 1993-cü ilin yanvar-avqust ayları "xxxx" QSC-nin Mühafizə İdarəsində işləmişdir.

5. Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən, iddiaçı 1989-cu ilin avqust-dekabr aylarında,1990-cı ildə və 1991-ci ilin yanvar-avqust aylarında “Azərrabitəinşaat” Trestinin 1 nömrəli X1 işləmiş və əmək haqqı almışdır.

6. İddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********5 nömrəli imtina məktubunda bildirmişdir ki, iddiaçı tərəfindən xx.xx.1994-xx.xx.1994-cü il tarixə kimi “Xaçmaz rayon Təsərr üfatlararası təmir-tikinti müəssisəsi”ndə və xx.xx.1997-xx.xx.2002-ci il tarixə kimi “X2 verlişləri şirkəti”ndə işlədiyi dövr üçün hansı müddətə faktiki əmək haqqı alması barədə arayış təqdim olunmamışdır. İddiaçının 1972-1976-cı illər üzrə “Çarxı südçülüktərəvəzçilik sovxozu”ndakı fəaliyyət dövrü əmək kitabçasında qeyd edilməyindən iş stajı kimi nəzərə alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-xx.xx.2002-ci il illərdə tikinti təşkilatlarında, Azərbaycan Dəmir yolunun Biləcəri stansiyasında mühafizə dəstəsində, Təsərrüfatlararası təmir-tikinti müəssisələrində və Teleradio verilişləri şirkətində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə qədər hərbi xidmətdə olmuş, xx.xx.1977-ci ildən xx.xx.1989-cu ilədək 12 il Xaçmaz rayonu, Çarxı südçülük-tərəvəzçilik sovxozunda sürücü, fəhlə, çilingər işləmişdir. Bundan sonra, xx.xx.1989-cu il tarixdən xx.xx.2002-ci il tarixədək tikinti təşkilatında sürücü, Azərbaycan Dəmir yolunun Biləcəri stansiyasında mühafizə dəstəsində mühafizəçi, Təsərrüfatlararası təmir-tikinti müəssisəsində və Teleradio verilişləri şirkətində işləməklə 12 il 3 ay iş stajı qazanmışdır. Qeyd olunan idarə və müəssisələr başqa ərazilərə köçürüldüyündən, idarə və müəssisələrin birləşməsi səbəbindən, eləcə də arxivlər başqa arxivlərə bir ləşdirildiyindən, əmək haqqının ödənildiyini təsdiq edən arxiv sənədlərini ala bilməmişdir. Ümumilikdə, onun hərbi xidmətlə birlikdə 26 il 3 ay iş stajı vardır. Qanunvericilikdə müəyyən olunmuş yaş həddinə çatması ilə əlaqədar yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ona pensiya təyinatından imtina etmişdir.

9. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2020-ci il tarixdə yaranır. İddiaçıya məxsus olan xx.xx.1989-cu il tarixli, ******* nömrəli əmək kitabçasına və xx.xx.1974-cü il tarixli, ******* nömrəli hərbi biletə əsasən iddiaçının ümumilikdə mübahisəsiz sığorta stajı 17 il 07 ay təşkil edir. İddiaçı 1972-1976-cı il tarixlərdə “Çarxı südçülük sovxozun”da, xx.xx.1994xx.xx.1994-cü il tarixlərdə Xaçmaz rayon Təmir-tikinti müəssisəsində, xx.xx.1997xx.xx.2002-ci il tarixlərdə “X2 verlişləri şirkətində işlədiyini iddia edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə görə, pensiya təyinatı əmək pensiyasının təyin edilməsi barədə ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında’' Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir.Həmin Qaydaların 3.2-c i bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2-1(118)-870/2022 nömrəli qərarı ilə (hakim V. Əzizova) iddia təmin edilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələb olunan yaş həddinə çatsa da, onun mübahisələndirilən dövrdə istinad etdiyi müəssisələrdə işləməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, onun işə daxil olması və işdən azad olunması barədə əmrlər, həmçinin həmin müəssisələrdən əmək haqqı almasını təsdiq edən sənədlər (əmək haqqı cədvəlləri) aşkar edilməmişdir. İddiaçının xx.xx.1997-ci il tarixdə X2 verilişləri şi rkətinə işə qəbul edilməsi və xx.xx.2002-ci ildə onun işlədiyi avtomobil özəlləşdirildiyindən teleşirkətin balansından çıxarılması barədə əmrlər arxivdə aşkar olunmuş, lakin əmək haqqı cədvəlləri aşkar edilməmişdir.

12. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının əmək kitabçasında aparılmış qeydiyyat başqa sübutlarla təsdiq olunmadığından, həmin dövrün onun sosial sığorta stajına daxil edilməsinə və yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia təmin edilməməlidir.

13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 2-1(105)-604/2022 nömrəli qərar ı ilə (hakimlər Z.Məmmədov – sədrlik edən və məruzəçi, H.Babayeva və F.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq bildirmişdir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin oxşar işlər üzrə hüquqi mövqeyinə görə, əmək stajının müəyyən edilməsi zamanı arxiv arayışları iş stajını təsdiq edən sənəd qismində qəbul edilməlidir. Cavabdeh tərəfindən formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və həmin təcrübəyə əməl edilməlidir. Belə olan halda, iddiaçının xx.xx.1972-ci il tarixdən mövsümi olaraq Çarxı Tərəvəzçilik-südçülük sovxozunda fəhlə işləyərək əmək haqqı aldığı 1972-ci ilin may-avqust ayları və xx.xx.1974-cü il tarixdən müvəqqəti fəhlə kimi işləyərək əmək haqqı aldığı 1974-cü ilin yanvar-mart ayla rı iddiaçının müvafiq əmrlərlə mövsümi (müvəqqəti) işləməsi nəzərə alınmaqla yalnız həmin aylar (1972-ci il üzrə 4 ay, 1974-cü il üzrə 3 ay) onun sığorta stajına daxil edilməlidir.

17. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, müvafiq arxiv arayışındakı və iddiaçının əmək kitabçasındakı məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya məxsus əmək kitabçasının əslinə baxış keçirilmiş və əmək kitabçasının mötəbərliyi hər-hansı ciddi şübhə doğurmamışdır (tərtib edildiyi dövr və aparılmış qeydlərin dəqiqliyi, kiril əlifbası ilə yazılması və müvafiq dövrlərə uyğun möhürlərlə təsdiq olunması baxımından).

18. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ya inzibati işin yenidən araşdırılması üçün Sumqayıt Apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtinanın dəlilərinə əsaslanır. Cavabdeh öz mövqeyini əsaslandırmaq üçün Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli plenum qərarına, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə, İnzibati Prosesual Məcəllənin 12.1, 58.7-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edil ən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsin də nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

22. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək m üqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 24. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədb irlər görür.

25. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelly asiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN M ÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri imtina məktubunun dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətlən dirməsi ilə də razılaşır. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Hazırkı qərarın 21-ci bəndində istinad olunan normalara əsasən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 25 il sığorta stajı olmalı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.

34. Hazırkı mübahisəyə münasibətdə cavabdehin əsas dəlilləri 1972-1976-cı il tarixlərdə iddiaçının sovxozda işlədiyi dövrün əmək kitabçasında öz əksini tapmaması, həmçinin sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışlarının aid edilməməsi, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Xaçmaz Təmir-tikinti müəssisəsin də işlədiyi dövrün əmək kitabçasında qeyd edilməsinə rəğmən, həmin müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X2 verilişləri şirkətində işlədiyi dövrə aid əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi səbəbindən həmin dövr üzrə iş stajının düzgünlüyünün qarşılıqlı yoxlanılmasının mümkün olmaması ilə bağlıdır. Məhz həmin səbəblərdən cavabdeh iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunduğunu bildirmişdir.

35. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bu nunla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəl ir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. 36. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir.

37. Hazırkı mübahisəyə münasibətdə cavabdehin bu qərarın 35-36-ci bəndlərində istinad olunan qaydada inzibati icraat apardığı, iddia çının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən İPM-in 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin arxiv arayışlarının sosial sığorta stajını təsdiq edən sənədlərə aid edilməməsi ilə bağlı dəlilinə münasibətdə bir daha qeyd edir ki, hazırkı qərarın 22-23-cü bəndlərində istinad edilən normaların məzmunundan da göründüyü kimi, əmək stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi qanunvericilikdə imperativ qayda kimi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi döv rdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır.

39. Bundan əlavə, analoji işlərə dair Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsinə görə, dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışlarının mötəbər sübut kimi qəbul olunduğu da nəzərə alınmalıdır. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni il kin sənədlərdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 2197/2020 nömrəli qərarı).

40. İddiaçının əmək kitabçasında işlədiyi qeyd olunan müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bu qərarın 21-24-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, həmin normalara görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulmas ı kimi qiymətləndirilməlidir.

41. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının həmin dövrdəki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Odur ki, məhkəmə haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.

42. Həmçinin nəzərə alınmalıdır ki, Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə, iddiaçının müvafiq müəssisələrdə əmək fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 21(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).

43. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona əmək pensiyasının təyin olunması üçün tələb olunan 25 il sığorta stajına malik olduğu və müvafiq yaş həddinə çatdığı işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.

44. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı qanuni və əsaslı sayılmalıdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

46. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 2-1(105)-604/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar