Məhkəmə qərarları › İş №2-1(102)-664/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-664/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-664/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusuna təyin edilmiş pensiyanın yenidən hesablanması; büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması; maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2072/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********7 №-li məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı aid 000622 №-li pensiya işinin materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə DSMF Nizami rayon şöbəsi tərəfindən ona 252,79 manat məbləğində pensiya təyin olunmuş, daha sonra DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən h esablanması haqqında” xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı təyin olunmuş pensiya məbləği yenidən hesablanaraq, xx.xx.2019-cu il tarixdən ona sabiq dövlət qulluqçusu kimi müddətsiz 730,60 manat məbləğində pensiya təyin olunmuşdur.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3365/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən olunur ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı xx.xx.2018-ci ildən 63,6 yaşdan dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pensiyanın yenidən hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsini 2-1(112)-3365/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-390/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-3365/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1531/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-390/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Xüsusi Şərtl ərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********1 №-li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.30-cu maddəsinə uyğun olaraq dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Büdcədənkənar pul vəsaitinin əmək pensiyasının hesablanması zamanı nəzərə alınması ilə əlaqədar iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1531/21 nömrəli Qərarına əsasən rədd edilib. Qeyd olunanları nəzərə alaraq, büdcədənkənar vəsaitlər hesabına ona ödənilmiş pul vəsaitinin sabiq dövlət qulluqçusu kimi ə mək pensiyasının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda həmin müraciət baxılmamış saxlanılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

7. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona fevral 2018-ci ildən – xx.xx.2019-cu ilə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi vəzifəsində işlədiyi müddətdə və pensiyaya çıxarkən nəzərə alınmayan 12.030,6 manat məbləğində aldığı əmək haqqının he sablanaraq pensiyasına əlavə ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, fevral 2018-ci ildən xx.xx.2019-cu ilə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi vəzifəsində işlədiyi müddətdə və pensiyaya çıxarkən nəzərə alınmayan 12.030,6 manat məbləğində aldığı əmək haqqının hesablanaraq pensiyasına əlavə ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1991-ci ildən 2019-cu ilə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi vəzifəsində işləmişdir. xx.xx.2019-cu il tarixdə müraciəti olmadan “Avtomatlaşdırılmış qaydada” ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin dövlət qulluqçusu kimi əmək pensiyasına 2019-cu il avqustun 22-də çıxmışdır. Dövlət qulluqçusu kimi pensiyaya çıxarkən pensiyası düzgün hesablanmamışdır. Belə ki, fevral 2018-ci ildən - xx.xx.2019-cu ilə kimi işlədiyi müddətdə 12.030,6 manat məbləğində aldığı əmək haqqı pensiyaya çıxarkən nəzərə alınmamışdır. O, fevral 2018-ci ildən - xx.xx.2019-cu ilə kimi işlədiyi müddətdə nəzərə alınmayan əmək haqqının pensiyasına əlavə edilməsi barədə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, müraciəti təmin edilməmişdir.

10. Cavabdehin imtinası qanunvericiliyə ziddir. Belə ki, o, birinci dəfə cavabdehə hüququnun yarandığı xx.xx.2018-ci ildən 63,6 yaşdan dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pensiyasının yenidən hesablanaraq ödənilməsi barədə müraciət etmişdir və sonuncu tərəfindən müraciəti təmin edilməmişdir. Bundan sonra hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 21(112)-3365/2020 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna xx.xx.2019-cu il tarixli, 1362-VQD nömrəli Qanunla yeni məzmunda 20.30-cu maddə əlavə edilmiş və 2019-cu il 1 yanvar tarixdən qüvvəyə minmişdir. Həmin maddəyə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına b üdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Ona 2019-cu il 4 fevral tarixdə ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edildiyi, dövlət qulluqçusu kimi pensiya hüququnun 2019-cu il 22 avqust tarixdə yarandığı, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən dövlət qulluqçusu kimi pensiyasına əlavələrin hesablandığı müəyyən edildiyindən, pensiyanın yenidən hesablanması üçün əsaslar olmadığından, iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)-390/2021saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 3 sentyabr tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-153/21 nömrəli Qərarı ilə verdiyi kassasiya şik ayəti təmin edilməmişdir.

11. Ona 2019-cu il 01 yanvar tarixdə müraciəti olmadan avtomatlaşdırılmış qaydada ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki, yaşa görə əmək pensiyası hüququ xx.xx.2018-ci ildə yaranıb, 10 ay sonra isə xx.xx.2019-cu ildə avtomatlaşdırılmış qaydada təyin edilmişdir. Digər tərəfdən isə fevral 2018-ci ildən – xx.xx.2019-cu ilə kimi işlədiyi müddətdə 12.030,6 manat məbləğində əmək haqqı almışdır və bundan 3007,65 manat Dövlət Sosial Müdafiə Fonduna ödəniş edilmişdir. Lakin pensiyaya çıxarkən həmin məbləğ nəzərə alınmamışdır. Mövcud qanunvericiliyə görə isə həmin məbləğ pensiyasına əlavə edilməli idi.

12. Göründüyü kimi, birinci dəfə cavabdeh inzibati orqana xx.xx.2018-ci ildən 63 yaş 6 aydan dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edil məsi və həmin dövrdə qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pensiyanın yenidən hesablanaraq ödənilməsi barədə müraciət etmişdir. Hazırda isə fevral 2018-ci ildən - 01 yanvar 2019-cu ilə kimi işlədiyi müddətdə 12.030,6 manat məbləğində aldığı əmək haqqının pensiyasına hesablanaraq ödənilməsi tələbi ilə müraciət edir. Cavabdehin etirazı:

13. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etməmiş, lakin vəsatətlə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bunun əsası kimi qeyd etmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə xx.xx.2018-ci il tarixdən 63 yaş 6 aydan dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ aktlara əsasən pensiyasının yenidən hesablanaraq ödənilməsi üçün müraciət etmiş, xx.xx.2020-ci il tarixli, *** *******8 nömrəli məktubla pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Daha sonra, iddiaçı xx.xx.2018-ci il tarixdən 63 yaş 6 aydan dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ aktlara əsasən pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3365/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)-390/2021 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2- 1(102)-1531/2021 nömrəli qərarı ilə Ali Məhkəmənin İnzibati Kollegiyasının Bakı Apellyasiya M əhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)-390/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə iddiaya məhkəmə tərəfindən hüquqi qiymət verilmiş, qəbul edilmiş qərar qanuni qüvvəyə minmişdir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu üçün hazırki iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə sorğularına cavab:

14. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəmənin müvafiq sorğusuna **********4 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.30-cu maddəsinə uyğun olaraq dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dö vlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. İddiaçı büdcədənkənar pul vəsaitinin əmək pensiyasının hesablanması zamanı nəzərə alınması ilə əlaqədar iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)1531/21 nömrəli Qərarına əsasən rədd edilib. Qeyd olunanları nəzərə alaraq, büdcədənkənar vəsaitlər hesabına İddiaçı ödənilmiş pul vəsaitinin sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması zamanı nəzərə alınması həm qanunvericiliyin tələbləri baxımından, həm də sözügedən məhkəmə qərarına əsasən mümkün hesab edilmir.

15. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin məhkəmənin müvafiq sorğusuna 17/430 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2011-ci il tarixli 461 nömrəli Fərmanına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında” Əsasnaməsinə və Nazirliyin xx.xx.2018-ci il tarixli 94/ü nömrəli Əmrinə əsasən 2018-ci ilin mart ayında İddiaçı Nazirliyin büdcədənkənar “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”nun vəsaiti hesabına 2012-2017-ci illər üzrə cəmi 12.030,61 manat məbləğində aylıq vəzifə maaşına əlavə hesablanmış, ümumi 3.153,72 manat məcburi vergilər tutulduqdan sonra yekun 8.876,89 manat məbləğində vəsait ABB-nin Yasamal filialındakı ******************** nömrəli hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarix li, 2-1(112)-1513/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 20.1.8-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) təyin edilir; - 20.30-cu maddəsinə əsasən, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə h esablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır (xx.xx.2018-ci il tarixli, 1362-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir).

18. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qanunvericiliyin qüvvədə olan tələblərinə uyğun olaraq iddiaçıya sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması zamanı büdcədənkənar vəsaitlər hesabına ona ödənilmiş pul vəsaiti nəzərə alınmamışdır. Hazırkı halda, iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır.

19. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməs i və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2072/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1513/2023 saylı qərarı ləğv edilmiş, iddiaçının fevral 2018-ci ildən xx.xx.2019-cu il tarixə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi vəzifəsində işlədiyi müddətdə və pensiyaya çıxarkən nəzərə alınmayan 12.030,60 (on iki min otuz manat, altmış qəpik) manat məbləğində aldığı əmək haqqının hesablanaraq pensiyasına əlavə ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasi ya şikayətinin əsas dəlili “Əmək pensiyaları haqqında” Qanuna 2018-ci il 30 noyabr tarixli, 1362-VQD nömrəli Qanunla yeni məzmunda 20.30-cu maddə əlavə edilməsindən və 2019-cu il 1 yanvar tarixdə qüvvəyə minməsindən, iddiaçının fevral 2018-ci ildən-xx.xx.2019-cu ilə kimi işlədiyi müddətdə 12.030,60 manat məbləğində əmək haqqı almasından və bundan 3007,65 manat Dövlət Sosial Müdafiə Fonduna ödəniş edilməsindən, lakin pensiyaya çıxarkən həmin məbləğin nəzərə alınmamasından ibarətdir.

22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçının fevral 2018-ci ildən-xx.xx.2019-cu ilə kimi işlədiyi müddətdə 12.030,60 manat məbləğində əmək haqqı alması və bundan 3.007,65 manat Dövlət Sosial Müdafiə Fonduna ödəniş edilməsi iş materialları ilə təsdiq olunur. 23. “Əmək pensiyaları haqqında” Qanuna 2018-ci il 30 noyabr tarixli, 1362-VQD nömrəli Qanunla yeni məzmunda 20.30-cu maddə əlavə edilmişdir ki, həmin qanun xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir.

24. Belə olan halda, işin hallarından və qanunun qəbul olunma və qüvvəyə minmə tarixlərindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklik xx.xx.2019- cu il tarixdə qüvvəyə minənə qədər iddiaçı fevral 2018-ci ildən-01 yanvar 2019-cu ilə kimi işlədiyi müddətdə 12.030,60 manat məbləğində əmək haqqı almış və həmin əmək haqqından 3.007,65 manat Dövlət Sosial Müdafiə Fonduna ödəniş olunmuşdur.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin və cavabdehin istinad etdiyi yuxarıda göstərilən Qanunun 20.30-cu mad dəsi xx.xx.2018-ci il tarixli, 1362-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2019-cu il tarixdə qüvvəyə mindiyindən, iddiaçının tələb etdiyi 12.030,60 manat məbləğində pul vəsaiti isə 2018-ci ildən 2019-cu ilədək ödənildiyindən, göstərilən Qanunun müddəaları iddiaçıya şamil edilə bilməz. Həmin Qanunun müddəaları xx.xx.2019-cu ildən sonrakı hüquq münasibətlərinə şamil olunmalıdır.

26. Cavabdehin imtinası qanunsuz olmuş, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

27. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2072/2023 saylı qərarı qanunsuz və əsassızdır. Mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Bu səbəbdən də qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməlidir.

29. Belə ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə DSMF-nin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2018-ci il tarixdən 63 yaş 6 ayından dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ aktlara əsasən pensiyanın yenidən hesablanaraq ödənilməsi üçün müraciət etmiş, xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubla pensiyanın yenidən h esablanmasından imtina edilmişdir.

30. Daha sonra İddiaçı “xx.xx.2018-ci il tarixdən 63 yaş 6 ayından dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ aktlara əsasən pensiyanın yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3365/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)-390/2021 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1 (102)-1531/2021 nömrəli qərarı ilə Ali Məhkəmənin İnzibati Kollegiyasının Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2-1 (103)-390/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

31. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3365/2020 nömrəli qərarı ilə iddiaçının 12.030,60 manat məbləğində aldığı əməkhaqqının hesablanaraq pensiyasına əlavə ödənilməsinə dair tələbinə də münasibət bildirilmişdir. Belə ki, məhkəmə qərarının əsaslandırma hissəsində qeyd edilmişdir ki, iddiaçının əmək pensiyasına dövlət qulluqçusu kimi əlavələrin hesablanması hüququ dövlət qulluqluna xitam verildiyi xx.xx.2019-cu il tarixdən yaranmışdır və həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçının əmək pensiyasına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmamışdır.

32. Göründü yü kimi, iddiaçının hazırkı tələbinə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3365/2020 nömrəli qərarı ilə hüquqi qiymət verilmiş və sözügedən qərar Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(102)-1531/2021 nömrəli qərarı ilə qanuni qüvvəsini almışdır.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Maddə 261-ci maddəsində iş üzrə icraata xitam verilməsi əsaslarından bəhs edilir. Həmin Məcəllənin 26 1.0.2-ci maddəsində əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verməlidir.

35. Bu səbəbdən də, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu üçün, hazırkı iş üzrə icraata xitam verilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

36. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir.

37. Etirazda qeyd edilmişdir ki, cavabdeh iddiaya etirazında və kassasiya şikayətində də göstərir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.30-cu maddəsinə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır (xx.xx.2018ci il tarixli, 1362-VQD nömrəli Qanunla əlavə edilmiş və 01 yanvar 2019-cu il tarixdə qüvvəyə minmişdir). Cavabdehin istinad etdiyi Qanunun 20.30-cu maddəsi xx.xx.2018-ci il tarixli, 1362-VQD nömrəli Qanunla əlavə edilmiş və 01 yanvar 2019-cu il tarixdə qüvvəyə mindiyindən, iddiaçının tələb etdiyi 12030,60 manat məbləğində pul vəsaitinin 2018-ci ildən 2019-cu ilədək ödənildiyindən, göstərilən qanunun müddəaları iddiaçıya şamil edilə bilməzdi. Həmin Qanunun müddəaları xx.xx.2019-cu ildən sonrakı dövrə yaranan hüquqlara şamil edilə bilərdi. TƏTBİQ EDİLƏN HÜQUQ 38. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20.30. Bu maddədə nəzərdə tutulan ş əxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır (xx.xx.2018-ci il tarixli, 1362-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir).

39. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçini n bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir....” Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndir ildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

42. Kassasiya şikayəti qərarın ləğv edilməsi hissəsində təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

43. Yuxarıda qeyd olunduğu kimi, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa yeni məzmunda 20.30-cu maddə əlavə edilmiş, həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Normanın məzmununa görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına veril ən ödənişlər nəzərə alınmır.

44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklik xx.xx.2019-cu il tarixdə qüvvəyə minənə qədər iddiaçı fevral 2018-ci ildən - 01 yanvar 2019-cu ilə kimi işlədiyi müddətdə 12.030,60 manat məbləğində əmək haqqı almış və həmin əmək haqqından 3.007,65 manat Dövlət Sosial Müdafiə Fonduna ödəniş olunmuşdur.

45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd olunan istinadlarını iddianın təmin olunmasının əsası kimi qəbul etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ö dənişlərin nəzərə alınmalı olmadığını qanunverici imperativ olaraq müəyyən etmiş, qanunda bundan istisnalar nəzərdə tutmamışdır. 46. “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə aid edilən iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının xx.xx.2019-cu il tarixdən sonra təyin edildiyi nəzərə alındıqda, “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin tələbi iddiaçıya da aiddir.

47. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia əsassız olduğundan rədd edilməlidir.

48. İPM-in 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş ü zrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.

49. Həmin normada təsbit edilən və işin təkrar apellyasiya baxışına qaytarılmasına səbəb olan əsaslar bu işdə mövcud deyil. Mübahisə ilə bağlı işə dair yekun qərar çıxarılması üçün əsaslar vardır.

50. İş üzrə icraata xitam verilməli olduğuna dair şikayətin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, cava bdehin qeyd etdiyi əsasla iş üzrə icraata xitam verilməsi İPMdə nəzərdə tutulmamışdır. Cavabdehin əsaslandığı İPM-in 1.2-ci maddəsinin tətbiqi üçün də əsaslar yoxdur. Belə ki, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları yalnız o hallarda tətbiq oluna bilər ki, İPM ilə başqa qayda müəyyən edilməmiş olsun və İPM ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmasın.

51. Şikayətdə qeyd olunan əsasların mövcudluğunda bu, iddianın mümkünsüzlüyünə səbəb ola bilərdi (İPM-in 35.1, 78-ci maddələri). Hazırkı halda, belə əsaslar mövcud deyil. Belə ki, cavabdehin istinad etdiyi əvvəlki mübahisə üzrə məhkəmə qərarları ilə müəyyən olunur ki, hazırkı iddiadan fərqli olaraq, həmin işdə iddiaçı ona 2018-ci il 4 fevral tarix dən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini və pensiyasının həmin tarixdə qüvvədə olan qanuna uyğun hesablanmasını tələb etmişdir. Beləliklə, həmin iş üzrə iddianın predmeti və əsası fərqli olmuşdur. Buna görə də, şikayət həmin hissədə təmin oluna bilməz.

52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2072/2023 saylı qərarı ləğv edilir. İddia rədd edilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar