Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-665/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: iddianın mümkünlük şərti, şəhid olan şəxsin vərəsəsinə (qardaşına) 11.000 manat müavinətin verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X6, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Xidmətin Zaqatala rayon şöbəsinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “17.10.1992-ci il tarixdə həlak olmuş 28.03.1974-cü il təvəllüdlü qardaşı X4 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-677/2019 saylı, 18 dekabr 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 3 iyun 2020ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Zaqatala Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən iddiaçının mərhum qardaşı X4 atası X7 verilmiş 24 avqust 1994-cü il tarixli 002161 nömrəli vəsiqədən görünür ki, o, şəhid ailəsinin üzvüdür. Azərbaycan Respublikasının Qarabağ müharibəsi əlil ləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən X7 verilmiş 10 aprel 2001-ci il tarixli Ş 002322 nömrəli vəsiqədən görünür ki, X1 Şəhid ailəsi olmaqla vəsiqənin sahibi statusu üzrə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan yuxarıda qeyd edilən və digər sənədlərlə, o cümlədən işin həqiqi halları ilə mərhum X4 17 oktyabr 1992-ci il tarixdə Qubadlı rayonunun Bəşarət kəndinin ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə həlak olaraq vətən uğrunda Şəhid olması müəyyən edilir. İddiaçının qardaşı X4 17 oktyabr 1992-ci il tarixdə şəhid olması mübahisə doğurmur. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. İddiaçı həmin fərmana istinad edərək 11.000 manat ödəməni alması üçün adının sıyahıya salınması barədə cavabdehə müraciət etmiş, cavabdeh bundan imtina etmişdir. Cavabdehə görə iddiaçının qardaşına şəhid statusu verilməsi mümkün deyildir. İddiaçı cavabdehə qarşı “17.10.1992-ci il tarixdə həlak olmuş 28.03.1974-cü il təvəllüdlü qardaşı X4 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzər inə qoyulması” barədə 22 iyul 2019-cu il tarixdə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) 24 oktyabr 2019-cu il tarixli 2-1(84)-1219/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: X9 həlak olması ilə bağlı 18.11.1992-ci ildə atası X5 adına vərəsəlik hüququ haqqında şəhad ətnamənin verilməsi o demək deyildir ki, İddiaçı şəhid olmuş qardaşı Mömin Həsənovun qanuni vərəsəsi deyildir. Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn birdəfəlik ödəməni almaq üçün notariusdan yeni Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmalıdır. Məhkəmə iddiaçını şəhid ailəsinin üzvü hesab etmədiyi üçün iddia irəli sürmək barədə subyektiv hüququnun olmadığını qeyd etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, Prezidentin birdəfəlik ödəməyə dair fərmanında şəhid ailəsi deyil, şəhid olmuş şəxslərin vərəsələri nəzərdə tutulmuşdur. Məhkəmə ümumiyyətlə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanun üzrə vərəsələrə dair maddəsinə istinad etməmişdir. Vərəsələrin dairəsinin kimlərdən ibarət olmasını qeyd etməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, Mülki Məcəllənin 1159-cu maddəsində qanun üzrə vərəsələrin kimlər olması barədə qeyd olunmuşdur. Həmin maddənin tələbindən görünür ki, şəhid olmuş şəxsin birinci növbəli vərəsələrinin (ata, ana, arvad və uşaqlar) heç birinin olmadığı halda qanun üzrə vərəsəlik hüququ ikinci növbədən olan vərəsələrinə keçir. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbəli vərəsələr ölənin bacı və qardaşlarıdır. Məhkəməyə bu faktı sübut etmək üçün notariusa müraciət edərək Prezidentin Fərmanına əsasən birdəfəlik ödəmənin şəhidin bacı və qardaşlarına verilib-verilməməsi ilə bağlı sorğu verərək cavab alınmışdır. Notariusun 04.11.2019-cu il tarixli 909 saylı məktubundan görünür ki, şəhid olmuş şəxslərin vərəsələrinə nəzərdə tutulmuş birdəfəlik ödəmə birinci növbədən olan vərəsələr olmadığı halda şə hidin növbəti növbədə olan vərəsələrinə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyildir. Belə ki, iddiaçı 61 yaşında olsa da, hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikasının Prezidentinin Fərmanından irəli gələn birdəfəlik ödəməni almaq üçün şəhidin vərəsəsi olan qardaşın yaşının fərqi yoxdur. tərəflərin izahatı: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkillə təmsil olunmadığından çıxışlarda iştirak etməmişdir. İddiaçı məhkəmə kollegiyasına göndərdiyi müraciətində iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişd ir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üz vlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanın 1-ci bəndinə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra-hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilsin. Fərmanın 2-ci bəndinə görə birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyi tərəfindən verilir. Fərmanın 3-cü bəndində qeyd edilir ki, birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir: 3.1. hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə; 3.2. hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı; 3.3. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd; 3.4. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına əsasən verilən 11.000 manat birdəfəlik ödəmənin alınmasından ibarətdir. Göründüyü kimi, Fərmanla nəzərdə tutulmuş 11.000 manat məbləğində bi rdəfəlik ödəmə 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə verilir. İşdən görünür ki, 17.10.1992-ci il tarixdə ölmüş X4 ölümü ilə bağlı 18.11.1992-ci il tarixdə atası X5 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçının atasının adına verilmiş vərəsəlik şəhadətnaməsində vərəsəlik əmlakının sığorta pulu olduğu qeyd edilmişdir. Məhkəmə tərəfindən vərəsəlik şəhadətnaməsində qeyd edilən vərəsəlik əmlakının alınması yoxlanılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının atasının adına verilən vərəsəlik hüququ haqqında şəhadətnamədə i ddiaçının adının vərəsə olmadığını qeyd etmiş, lakin iddiaçının atası vəfat etdikdən sonra iddiaçının mərhum qardaşının vərəsəsi olmasını mülki qanunvericiliyə uyğun müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2.1-ci bəndinə istinad edərək iddiaçının şəhid ailəsi statusu olmadığını bildirmişdir. 61 yaşlı iddiaçı iddia ərizəsində mərhum şəhid qardaşının ailə üzvü olması barədə mübahisə açsa da, apellyasiya şikayətində məhkəmənin Mülki Məcəllənin qanun üzrə vərəsəliyə dair müdd əalarının düzgün tətbiq edilmədiyini bildirmiş, şikayətin bu dəlilinə münasibət bildirilməmişdir. Məhkəmələr haqlı olaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2.1-ci bəndinə istinad edərək iddiaçının şəhid ailəsinin üzvü hesab edilmədiyi nəticəsinə gəlmişlər. Lakin yuxarıda adı çəkilən Prezident fərmanında birdəfəlik ödəmənin şəhidin ailə üzvlərinə deyil, onların Mülki Məcəlləyə uyğun olaraq müəyyən edilən vərəsələrinə verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə fərmanın bu bəndinə uyğun olaraq iddiaçının mərhum qardaşının Mülk i Məcəllə ilə müəyyən edilmiş vərəsəsi olmasını aydınlaşdırmamışdır. Fərmanın 3-cü bəndində birdəfəlik ödəmənin edilməsi üçün hansı sənədlərin təqdim edilməsi sadalanmışdır. Apellyasiya instansiyası məhkəməsi Fərmanın icrası ilə bağlı iddiaçının hazırkı iddia tələbi ilə bağlı hüquqi marağını müəyyən etməmiş, İPM-in 13-cü maddəsinə uyğun ona yardım etməmişdir. 19 aprel 2018-ci il tarixli Fərmanın 5-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Göründüyü kimi, fərmana görə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısının müəyyən edilməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmiş, siyahının bu Xidmət tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərba ycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi nəzərdə tutulmuşdur. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı iddia ərizəsində İPM-in 13-cü maddəsinə istinad edərək iddia ilə bağlı ona yardım edilməsini xahiş etmiş, 19 aprel 2018-ci il tarixli Fərmanın icrasından doğan tələblə bağlı iddiaçıya hər hansı yardım göstərilməmiş, apellyasiya instansiya sı məhkəməsi iddiaçının qardaşının şəhid olması qənaətinə gəlsə də, ona bu barədə arayış verilməsinin mümkünsüzlüyünü qərarında düzgün əsaslandırmamış, iddiaçının şəhid ailəsinin üzvü olmaması əsası ilə səhv nəticəyə gəlmişdir. Odur ki, kassasiya şikayəti təmin edilərək qərardad ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.5.1, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-677/2017 saylı, 18 dekabr 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qə
Məhkəmə qərarları › İş №2-1(102)-665/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-665/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver