Məhkəmə qərarları › İş №2-1(102)-665/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-665/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-665/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, onun vəkili Mehrəliyev Cabir Mürüş oğlunun və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz i filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2-1(103)-797/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur və Bakı şəhərində yaşayır.

2. İddiaçıya məxsus hərbi biletində, diplomunda və əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o, 01 sentyabr 1978-ci il tarixdən 18 iyun 1981-ci il tarixinədək 59 saylı texniki-peşə məktəbində təhsil almış, 14 aprel 1980-ci il tarixdən 17 noyabr 1981-ci il tarixinədək “İttifaqqazgeofizika” trestinin Qobustan dəniz geofizika idarəsində avtoçilingər peşəsi ndə işləmiş, 25 oktyabr 1981-ci il tarixdən 25 noyabr 1993-cü il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 04 noyabr 1984-cü il tarixdən 03 iyul 1990cı il tarixinədək “Azneft” İB “Azneftikinti” trestinin Dəmir-beton məmulatları zavodunda armaturçu və fornaçı peşələrində, 07 iyul 1989-cu il tarixdən 30 yanvar 2004-cü il tarixinədək 26 Bakı Komissarları adına NQÇİ-də (07 yanvar 1992-ci il tarixdən həmin idarə A.D.Əmirov adına NQÇİ adlandırılmışdır) neft və qaz hasilatı üzrə operator vəzifəsində, 01 aprel 2004-cü il tarixdən 20 oktyabr 2008-ci il tarixinədək həmin idarədə qazın yığılması üzrə operator vəzifəsində, 20 oktyabr 2008-ci il tarixdən 06 yanvar 2009-cu il tarixədək həmin idarədə əmtəə operatoru peşəsində, 06 yanvar 2009-cu il tarixdən 14 mart 2012-ci il tarixinə dək həmin idarədə kompressor qurğularının maşinisti vəzifəsində, 14 mart 2012ci il tarixdən 10 sentyabr 2018-ci il tarixinədək həmin idarədə qazın yığılması üzrə operator peşəsində işləmiş, 11 sentyabr 2018-ci il tarixdən bu günə kimi “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-də qazın yığılması üzrə operator vəzifəsində işləyir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçının vəkilinə güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubla cavab verərək bildirmişdir ki, pensiya təyin olunması üçün vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, iş stajını təsdiq edən sənədlər, həmçinin güzəştli şərtlərlə pensiya hüququ verən işd ə çalışmasını təsdiq edən arayış təqdim edildikdən sonra baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 2019-cu il 20 sentyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23.09.1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşı tamam olduğu 05 fevral 2014-cü il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 01 yanvar 2006-cı il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 26 il 10 ay 9 gün (20 ildən artıq) təşkil edir. Həmi n stajın 14 il 6 ay 9 gün (10 ildən artıq) müddəti güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli Siyahıya daxil olan işlərdir. Bununla da, 52 yaşı tamam olduğu 15 fevral 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı erirazında bildirmişdir ki, iddiaçının əmək kitabçasının çox hissələri xarici dildə tərtib edilmişdir. Bundan başqa, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. Eləcə də, cavabdehin iddiaçının vəkilinə ünvanladığı 28 avqust 2019-cu il tarixli cavab məktubunun məzmunundan göründüyü kimi, qeyd edilən məktubla cavabdeh iddiaçının tələbindən imtina etməmiş, ona sadəcə qanunvericiliklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə onun müraciətinə baxacağını bildirmişdir. Cavabdeh bu cavabı verməklə iddiaçının heç bir hüququnu və qanunla qorunan hər hansı bir maraqlarını pozmamışdır. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 2-1(81)4096/2019 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni 05.02.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçının 01.01.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğunda n və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyindən, həmçinin 03.01.2017-ci il tarixdə (mətnə uyğun) 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2020-ci il tarixli 2-1(103)-797/2020 nömrəli qərarı ilə (hakimlər E.Nağıyeva (sədrlik edən və məruzəçi), H.Həmidov və V.Məmmədov) Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4096/2019 saylı, 21 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. İddiaçı iddia ərizəsində qeyd edilən tələblərin təmin edilməsi barədə cavabdeh orqandan imtina barədə hər-hansı bir məktub alma mışdır. İddiaçının vəklilinin müraciəti əsasında idarədən 16.07.2016-cı il tarixdə onun vəkilinə verilmiş cavabda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə vətəndaşın ərizəsi, şəxsiyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlərin əsillərini, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışı təqdim edildikdən sonra baxıla biləcəyi bildirilmişdir. Apelyasiya instansiya məhkəməsi iddiaçının vəkilinə verilmiş məktubun mətinində qeyd edilənləri nəzərə almayaraq, həmin məktubun başlıq hissəsində səhvən yazılmış “Güzəştli şərtlərlə pensiya təyinatından imtina” (qeyd edilən başlıq texniki səhvdir) cümləsinə əsaslanaraq qeyd edilən məktubu, əsassız olaraq imtina məktubu kimi qəbul etmişdir. Lakin apelyasiya instansiya məhkəməsi onu nəzərə almamışdır ki, məktubun imtina məktubu kimi qəbul edilməsi üçün mütləq həmin məktubun mətnində (məktubun adında deyil) müraciət edənin müraciətinə inzibati orqanın imtina əsası göstərilməklə konkret olaraq imtina etməlidir. İddiaçının vəkilinə verilmiş cavabda isə məktubda qeyd edilən sənədlər, yəni güzəştli pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış təqdim ediləcəyi təqdirdə onun müraciətinə baxılacağı bildirilmişdir. a. Kasasiya şikayətinə qarşı etirazlar

15. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin vəkili Vəkil2 oglu kassasiya şikayətinin təmin olunmasını xahiş etdi.

17. İddiaçı oglu və vəkili Mehrəliyev Cab ir Mürüş oğlu kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək qərarın dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

19. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərb aycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə,... çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə gü zəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbayc an Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. (13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır). Maddə

67. İ ş stajına daxil edilən əmək fəaliyyətinin növləri... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 2 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə

2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

22. İnzibati icraat haqqında qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağ an olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şi kayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya g eniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə tam riayət edilməmiş, işin halları tam araşdırılmamışdır. Buna görə də qərar ləğv edilərək iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

27. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, kassatorun cavabdehin iddiaçının vəkilinə ünvanladığı 28 avqust 2019-cu il tarixli cavab məktubu ilə cavabdehin iddiaçının tələbindən imtina etmədiyi ona sadəcə qanunvericiliklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə müraciətinə baxılacağını bildirdikləri ilə bağlı dəlili apelyasiya şikayətində də irəli sürülmüşdü və apelyasiya instansiyası məhkəməsi bu dəlili rədd edərərk göstərmişdir ki, həmin məktub cavabdeh orqan tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktub kimi qeyd edilərək, iddiaçın ın vəkilinə ünvanlandığından cavabdehin apellyasiya şikayətinin bu dəlili əsassızdır.

28. Məhkəmə kollegiyası apelyasiya instansiyasının bu mövqeyi ilə razılaşır. Çünki həqiqətən də cavabdehin iddiaçının vəkilinə ünvanladığı 28 avqust 2019-cu il tarixli cavab məktub cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” başlığı ilə yazılmışdır və cavabdehin məktubunun məzmununda olan çatışmazlıqlar, bu məktubun pensiya təyinatından imtina barədə deyil, başqa məqsədlə yazılması barədə qənaətə gəlməyə əsas vermir.

29. İddianın mahiyyəti üzrə həlli ilə əlaqədar qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun birgə təhlilindən göründüyü kimi o kişilə rə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 52 yaşına çatmış olsun; bu şəxs 01.01.2006-cı il tarixə azı 20 il sığorta stajına malik olsun; bu müddətin azı 10 ilini istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun.

30. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır.

31. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmələrin orta-ixtisas təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi barədə gəldiyi nəticə əsaslıdır. Çünki «Vətəndaşların pensiy a təminatı haqqında» qanunun 67-ci maddəsinin ğ) bəndində orta ixtisas müəssisəsini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir.

32. Göründüyü kimi iddiaçının orta-ixtisas təhsili aldığı müddətin onun əmək stajına daxil edilməsi, təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmışdır.

33. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

34. Bundan başqa, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 27-ci maddəsində 2006-cı ilin yanvarın 1-dək qazan ılmış pensiyanın nəzərə alınması müəyyən edilmişdir.

35. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir.

36. Buna görə də məhkəmə iddiaçının orta-ixtisas təhsili aldığı müddətləri sosial sığorta stajına daxil etməkdə haqlı olmuşdur.

37. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən peşələrə aid olması apelyasiya instansiyası məhkəməsi tərəfindən tam araşdırılmamışdır.

38. Belə ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçınını işlədiyi hansı vəzifə və ya peşələrin, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq o lunan siyahısında nəzərdə tutulan hansı peşə və vəzifəyə uyğun olduğunu müəyyən etməmişdir.

39. Apelyasiya instansiyası məhkəməsi isə qərarında qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin 08.04.2019-cu il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən işçinin faktiki işlədiyi peşə haqqında arayışda qeyd edilmişdir ki, İddiaçı həqiqətən Ə.C.Əmirov adına NQÇİ-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10. 2 bölməsinin “a” bəndində və 10.5.2 bölməsinin “a” bəndində aşağıda göstərilən güzəştli əmək fəaliyyəti ilə məşğul olmuşdur: 07.07.1989-cu il tarixdən “əmr №623/k.07.07.1989) 30.01.2004-cü il tarixədək (əmr №40/ş. 30.01.2004) neft və qaz hasilatı üzrə operator peşəsində işləyib – 14 il 6 ay 23 gün. 06.01.2009-cu il tarixdən (əmr №15/k. 06.01.2010) 14.03.2012-ci il tarixədək (əmr №26/k. 14.03.2012) kompressor qurğularının maşinisti peşəsində işləyib – 3 il 2 ay 8 gün. Ə.C.Əmirov adına NQÇİ-də güzəştli iş stajı – 17 il 9 ay 1 gün təşkil edir.

40. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi bu arayışın sübut kimi əhəmiyyəti ilə bağlı qeyd edir ki, «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesab lanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

41. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışda şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilməli, ümumi ifadələrdən istifadə edilməməli, sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməlidir.

42. Nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməlidir. Şəxsin işlədiyi peşələrin Siyahıda göstərilən peşələrə uyğunlaşdırılmasında çətinlik yarandıqda, məhkəmə işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, işçinin əmək funksiyaları və eyniləşdirmə üçün zəruri olan digər meyar əlamətlərini əks etdirməklə arayış verilməsini tələb edə bilər. İddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi kimi iddiaçıya 52 yaşdan pensiya təyin olunması üçün iddiaçının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda sadalanan peşələrdə işləməsi deyil, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə işləməsi zəruridir.

44. Bundan başqa, iddiaçı iddia ərizəsində və məhkəmələrdə verdiyi izahatlarında onun işlədiyi peşələrin 1 nömrəli Siyahının 1100000a-15824 kodunda müəyyən olunmuş “neft və qaz hasilatı üzrə operatorlar” peşələri ilə eyniləşdirmişdir.

45. Lakin nəzərə a lınmalıdır ki, 1 nömrəli Siyahının bu kodda göstərilən peşələrin aid olduğu ******* X. bölməsinin başlığı “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” adlanır.

46. Göründüyü kimi 1 nömrəli Siyahıda neft və qaz hasilatı üzrə operator işləyən o şəxslər nəzərdə tutulur ki, onlar dəniz neftçisi olaraq neftin qazılması və emalı ilə məşğul olsun.

47. İddiaçının işlədiyi peşənin də 1 nömrəli Siyahının 1100000a-15824 kodunda qeyd olunan neft və qaz hasilatı üzrə operatorlar peşələri ilə eyniləşdirmək üçün onun dənizdə işləməsi müəyyən olunmalıdır. Lakin iş materiallarında iddiaçının dənizdə işlədiyinə dair hər hansı sübut əlavə olunmamışdır.

48. İşin hallarının bu vəziyyətində, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşə və istehsalatlarda işlədiyinə dair məhkəmənin gəldiyi nəticə, Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsində müəyyən olunan sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldqdan sonra qiymətləndirilməsi barədə qaydaya, habelə İPM-nin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə uyğun gəlmir. İşin hallarının İPM-nin 12-ci maddəsinin tələblərinə uyğun araşdırılması üçün geniş həcmdə sübutlar araşdırılmaqla davam etdirilməsinə ehtiyac vardır. Bu da məhkəmə qərarının ləğv edilməklə işin təkrar baxılması üçün müvafiq apelyasiya məhkəməsinə göndərilməsi üçün əsaslardan biridir. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

49. İşə yenidən bax an məhkəmə bu qərarda ifadə olunmuş hüquqi mövqelərə əsasən iddiaçının 07 iyul 1989-cu il tarixdən 30 yanvar 2004-cü il tarixinədək işlədiyi neft və qaz hasilatı üzrə operator peşəsində dənizdə işləyib-işləməməsi müəyyən edilməli, bu barədə sübutlar işə əlavə olunmalı və nəticəsindən asılı olaraq qərar qəbiuil edilməlidir.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2020-ci il tarixli 21(103)-797/2020 nömrəli qərarı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar