Məhkəmə qərarları › İş №2-1(102)-665/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-665/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-665/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı cavabdehin 24.04.2020-ci il tarixli **********452400 nömrəli “İntiza m tənbehi tədbirinin görülməsi barədə” əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli 2-1(103)-3010/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (Ş/V: AA 0778357, FİN: xxxxxxx) 07 iyul 1991-ci il tarixdə Gədəbəy rayonu, Gər Gər kəndində anadan olmuşdur, Bakı şəh., Sabunçu ray., Bakıxanov qəsəbəsi, mənzil 28-də qeydiyyatda olmaqla yaşayır.

2. İddiaçı Bəyənnamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi, faktiki olaraq vergi orqanında işl əməsinə baxmayaraq dövlət tərəfindən işsiz vətəndaşlar üçün yaradılmış şəraitdən sui-istifadə etməklə qeyd olunan birdəfəlik yardımın alınması ilə bağlı 13.04.2020-ci il tarixdə www.e-sosial.az elektron ünvanında şəxsiyyət vəsiqəsinin rekvizitlərini daxil etməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində qeydiyyatdan keçmişdir. Daxili Təhlükəsizlik Baş İdarəsi tərəfindən araşdırma aparılmış, araşdırma zamanı onun izahatı alınmış, araşdırma nəticəsində dövlət vergi orqanının əməkdaşına yaraşmayan davranışa yol verdiyi müəyyən edilmişdir.

3. İddiaçının yol verdiyi kobud nöqsana görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xid mət haqqında” Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə 14 saylı Ərazi Vergilər İdarəsinin X1 keçirilən 24 aprel 2020-ci il tarixli iclasında baxılmış və yekun olaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə 01 saylı Protokolla razılıq verilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24.04.2020-ci il tarixli, **********452400 saylı “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrinə əsasən Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi (2-c dərəcəli müfəttiş) İddiaçı vergi orqanında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bə ndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir.

5. Bundan narazı qalan iddiaçı hazırkı iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 24.04.2020-ci il tarixli **********452400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əssaslandırmışdır ki, mübahisələndirilən əmrlə vəzifədən azad edilməsinin səbəbi kimi onun məsuliyyətsi zlik göstərərək aztəminatlı və heç bir qazancı olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş dövlət vəsaitindən əsassız surətdə bəhrələnmək niyyəti ilə dövlət vergi orqanlarının əməkdaşlarına yaraşmayan davranışa yol verməsi göstərilmişdir. Lakin onun hərəkətləri ilə bağlı tam, hərtərəfli araşdırma aparılmamış və nəticədə barəsində ədalətsiz qərar qəbul olunmuşdur. Belə ki, 09.04.2020-ci il tarixdə əmisi oğlu X4, 10.04.2020-ci il tarixdə bibisi oğlu X5 və 12.04.2020-ci il tarixdə əmisi qızı X3 ona müraciət edərək xüsusi karantin rejimi dövründə aztəminatlı heç bir qazancı olmayan şəxslərə 190 manat aylıq müavinət müəyyən edildiyini, həmin müavinətin alınması üçün onlayn müraciət etmədə onlara köməklik göstərməsini xahiş etmişlər. O isə qeydiyyat prosesini bilmədiyindən tanışı X2 müraciət etm işdir. Sonuncu qeydiyyat prosesinin həyata keçirilməsi üçün hər bir şəxsin şəxsiyyət vəsiqəsinin şəklinin, telefon nömrəsinin və emalinin tələb olunduğunu bildirmişdir. O, qohumlarına aid zəruri sənədləri İ.Məmmədova whatsapp (***-***-**-**) proqramı vasitəsilə göndərmiş və ondan qeydiyyat prosesinin həyata keçirilməsini xahiş etmişdir. Bir neçə gün sonra əmisi oğlu Z.Hacıyev onlara gələrək onlayn müraciət etmiş bir neçə nəfər tanışına artıq sms gəldiyini və ona hansı səbəbdən sms gəlmədiyini soruşmuşdur. O, bununla əlaqədar İ.Məmmədova zəng etmiş, o isə ona təqdim etdiyi 3 nəfərdən 2 nəfəri qeydiyyatdan keçirildiyini R.Hacıyevanın qeydiyyatı ilə bağlı sistemdə xəta baş verdiyindən prosesi yenidən həyata keçirməli olduğunu və R.Hacıyevanın şəxsiyyət vəsiqəsinin şəklinin telefonundan silind iyindən, yenidən göndərməsini xahiş etmişdir. O, şəxsiyyət vəsiqəsinin şəklini göndərmək üçün İsmət tərəfindən yaradılmış whatsapp qrupuna daxil olan zaman sonuncunun qrupda “Azərpoçt”un internet adresi və həmin internet adresində şəxsiyyət vəsiqəsi məlumatlarını daxil edərək hər kəsin öz adına poçt vasitəsilə hər hansı məktub, pul, bağlama və s. gəlib-gəlmədiyini öyrənmə imkanının olduğu barədə məlumat paylaşdığını görmüşdür. “Aliexpress” online ticarət şəbəkəsindən alış-veriş etdiyindən və Bakıda yaşayan bacısı tərəfindən onun adına pul göndərilməsi nəzərdə tutulduğundan mövcud internet adresindən istifadə edərək onun adına hər hansı göndərişin gəlib gəlmədiyini yoxlamaq istəmiş, ancaq telefon vasitəsilə adresə daxil ola bilməmişdir. Bu səbəbdən də İ.Məmmədova R.Hacıyevanın şəxsiyyət vəs iqəsindən əlavə öz şəxsiyyət vəsiqəsini də göndərərək qeyd olunan adresdən onun adına hər hansı göndərişin gəlib gəlmədiyini öyrənməsini xahiş etmişdir. 14.04.2020-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsinin rəhbərliyi tərəfindən ona zəng edilərək nə üçün aztəminatlı və heç bir qazanc yeri olmayan şəxslərə təyin olunan 190 manat aylıq ödənişin alınması üçün müraciət etdiyi soruşulmuşdur. O, müraciətdən xəbərsiz olduğunu bildirmiş və bu məsələni aydınlaşdırmaq üçün İ.Məmmədova zəng etmişdir. İ.Məmmədovla bu barədə danışdığı zaman sonuncu ona göndərdiyi bütün şəxsiyyət vəsiqələri üzrə, o cümlədən səhvən onun adından da aztəminatlı və heç bir qazanc yeri olmayan şəxslər üçün müəyyən olunmuş pul vəsaitinin alınması ilə bağlı müraciət ünvanladığını bildirdi. Bundan sonra o, qeydiyyatın ləğ v edilməsi üçün rəsmi müraciət etmişdir. Bir neçə gün sonra Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları tərəfindən qeyd olunan məsələ ilə bağlı ondan izahat alınmışdır.

8. İddiaçı hesab edir ki, vergi orqanlarında xidmətə xitam verilmə vergi orqanı əməkdaşları üçün nəzərdə tutulan ən ağır intizam tənbehi tədbiridir. Həmin intizam tənbehi tədbirinin tətbiq olunması üçün şəxs daha öncə onun barəsində tətbiq edilmiş digər müqayisədə daha yüngül intizam tənbehi tədbirindən nəticə çıxarmamalı, funksional vəzifələrinin icrasını və müəyyən olunmuş davranış qaydalarını kobud surətdə davamlı şəkildə pozmalıdır. Mübahisələndirilən əmrdən göründüyü kimi onun niyyətinin xüsusi karantin dövründə aztəminatlı və heç bir qazanc yeri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş vəsaitdən əsassız surətdə b əhrələnmək olması sübuta yetirilməmişdir və bu halı təsdiq edən əsaslı sübutlar olmamışdır. Hətta qeyd olunan hal baş versə də belə bu hala görə qanunvericilikdə nəzərdə tutulmuş ən ağır intizam tənbehi tədbirinin müəyyən olunması yolverilməzdir.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, aztəminatlı və heç bir qazanc yeri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş dövlət vəsaitindən əsassız surətdə bəhrələnmək niyyəti ilə dövlət vergi orqanı əməkdaşına yaraşmayan davranışa yol verməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10cu maddəsinin “a” və “f” bəndlərinin, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 1-ci hissəsinin, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” Qaydalarının 4.3, 4.8, 4.9, 4.11 və 4.12-ci bən dlərinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2 və 3.2.1-ci yarımbədnlərinin tələblərini pozduğuna görə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi barədə 14 saylı Ərazi Vergilər İdarəsinin X1 24.04.2020-ci il tarixli1 nömrəli Protokolu və 24.04.2020-ci il tarixli **********444900 nömrəli məktubu nəzərə alınmaqla 24.04.2020-ci il tarixli **********452400 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46cı maddəsinin 5-ci hissəsinə əsasən İddiaçı vergi orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı iddia ərizəsində özünün göndərdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında məlumatı olmadan guya tanışı İsmət Məmmədov tərəfindən onun adından Azərba ycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsisteminə 190 manat birdəfəlik yardım pulunun alınması üçün onlayn müraciət edildiyini bildirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndis iqtisadiyyatı və idarəetmə” ixtisası üzrə təhsil almış və 2015-ci ildən dövlət vergi orqanlarında xidmət etmiş əməkdaşın bu cür “yanılması” inandırıcı deyil. Bununla yanaşı iddiaçı öz dəlilini təsdiq etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsisteminə 190 manat birdəfəlik yardım pulunun alınması üçün onlayn müraciətin məhz hansı “İP” ünvandan edilməsini təsdiq edən sübutu xidməti araşdırmaya və eyni zamanda məhkəməyə təqdim etməm işdir. İddiaçı iddia ərizəsində həmçinin bildirir ki, “aliexpress” online ticarət şəbəkəsində alış-veriş etdiyindən və Bakıda yaşayan bacısı tərəfindən onun adına pul göndərilməsi nəzərdə tutulduğundan onun adına hər hansı bir göndərişin gəlibgəlmədiyini yoxlamaq üçün şəxsiyyət vəsiqəsinin surətini “whastapp” vasitəsilə dostu İsmət Məmmədova göndərsə də sonuncu səhvən onun adından 190 manat vəsaitin alınması üçün müraciət etmişdir. Burada da iddiaçı ərizəsində qeyd etdiyi faktları sübut etmək üçün ilk növbədə ”Aliexpress” online ticarət şəbəkəsində alış-veriş etmə faktını təsdiq edən sənədi, bununla əlaqədar ödənişin edildiyini təsdiq edən sənədi, bacısı tərəfindən onun adına pul göndərildiyini təsdiq edən sənədi, “aliexpress” online ticarət şəbəkəsində aldığı malın ona çatdırılmasını təsd iq edən poçt sənədlərini araşdırmaya və ya məhkəməyə təqdim etməli olduğu halda bunların heç birini etməmişdir. İddiaçı qeyd etdiklərini yalnız “whastapp” danışıqlarına nəzərə saldıqda ümumiyyətlə heç bir şeyin aydın olmadığı və sonuncunun bildirdiyi dəlillərin öz təsdiqini tapmadığı açıq aşkar görünür. Göstərilənlərə əsasən hesab edilir ki, iddia tələbinin əsası kimi istinad olunanlar heç bir sübut və sənədlərlə təsdiqini tapmadığından, eləcə də gətirilən dəlillər həm işin faktiki hallarına, həm də ağlabatanlıq meyarlarına cavab vermədiyindən iddia tələbi təmin olunmamalıdır.

10. Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-1026/2021 saylı qərardadı ilə (hakim: F.Mədətli) iddianın rədd edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi qərarını onunla əsasla ndırmışdır ki, iddiaçının vergi orqanı əməkdaşı olduğu halda, qanunvericiliyin tələblərini pozaraq, dövlət tərəfindən işsiz vətəndaşlar üçün yaradılmış şəraitdən sui-istifadə etməklə koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik yardımın alınması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işsiz kimi qeydiyyatdan keçməklə məsuliyyətsizlik göstərdiyi, aztəminatlı və heç bir qazanc yeri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş dövlət vəsaitindən əsassız surətdə bəhrələnmək niyyəti ilə dövlət vergi orqanlarının əməkdaşlarına yaraşmayan davranışa yol verdiyi müəyyən edildiyindən, onun barəsində intizam tənbeh tətbiq edilməsi əsaslı olmuşdur. C avabdeh tərəfindən iddiaçı barəsində mübahisəli əmr qəbul edilərkən qanunvericiliyin normalarına riayət edilmiş, hər hansı bir maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı müəyyən edilməmişdir.

12. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2021-ci il tarixli 2-1(103)-2836/2021 nömrəli qərardadı ilə (sədrlik edən: S.Bəktaşi, hakimlər: A.Hüseynov və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 26 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası m əhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində göstərilir ki, cavabdehin 24.04.2020-ci il tarixli **********452400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrində hansı səbəbdən barəsində məhz ən ağır intizam tənbehi tədbirinin qəbul edilməsinin zəruriliyi əsaslandırılmamışdır. İnzibati orqan hərəkətləri ilə bağlı obyektiv araşdırma aparmamış, formal olaraq qanunvericiliyin tələblərini yerinə yetirmiş, o cümlədən iddiaçıdan 15.04.2020-ci il tarixdə izah at alsa da, izahatda qeyd olunan xüsusatları araşdırmamış, eləcə də, formal olaraq 14 saylı Ərazi Vergilər İdarəsinin X1 İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılığına dair 24.04.2020-ci il tarixdə keçirilmiş iclasın nəticələrinə dair 01 nömrəli protokolu tərtib olunmuşdur. İclasın 24.04.2020-ci il tarixdə keçirilməsi və eyni gündə də 24.04.2020-ci il tarixli **********452400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrini qəbul edilməsi özlüyündə araşdırmanın nə dərəcədə səthi aparıldığını bir daha sübut edir. Göstərilənlərdən də məlum olduğu kimi, vergi orqanlarında xidmətə xitam verilmə vergi orqanı əməkdaşları üçün nəzərdə tutulan ən ağır intizam tənbehi tədbiridir. Həmin intizam tənbehi tədbirinin tətbiq olunması üçün şəxs daha öncə onun barəsində tə tbiq edilmiş digər-müqayisədə daha yüngül intizam tənbehi tədbirindən nəticə çıxarmamalı, funksional vəzifələrinin icrasını və müəyyən olunmuş davranış qaydalarını kobud sürətdə davamlı şəkildə pozmalıdır. Lakin iş materiallarında olan cavabdeh orqan tərəfindən təqdim edilmiş 11 noyabr 2020-ci il tarixli **********830500 saylı məktubdan da məlum olur ki, mübahisələndirilən qərar qəbul olunanadək iddiaçı barəsində hər hansı bir intizam tənbehi tədbiri tətbiq olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə işə baxmış məhkəmələr tərəfindən ətraflı araşdırılmış, onlara məhkəmələr tərəfindən hüquqi qiymət verilmiş və qanuni qərar qəbul edilmi şdir. Bu səbəbdəndə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmn edilməməsini, apellyasiya məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasın xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Əmək Məcəlləsi; Maddə 10. a) yarımbədinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. Maddə 70. ç) yarımbədinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

19. Azərbaycan Respublikası Vergi Məcəlləsi; Madd ə 31.0 və 31.0.1. bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunlarına ciddi riayət etmək vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəsidir. 20. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamə 34-cü bəndinin 1-ci hissəsinə əsasən vergi orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etməyə borcludur. Həmin Əsasnamənin 46-cı bəndinə əsasən vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə. Həmin Əsasnamənin 48-ci bəndinə əsasən intizam tənbehi verilər kən vergi orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törətdiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, vergi orqanının vəzifəli şəxsindən yazılı izahatın verilməsi tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir. Vergi orqanının vəzifəli şəxsinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

21. Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları Maddə. 3.1.2. Vergi orqanının əməkdaşı bu Qaydaların və vergi orqanlarında xidmətlə bağlı digər hüquqi aktların tələblərinə əməl etməlidir. Maddə 3.2.1. Əməkdaş Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalıdır. Maddə 3.7.1. Əməkdaşın qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməsi və ya qərarlar qəbul etməsi qadağandır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayə tlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1 Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 21-ci bəndində qeyd olunan İPM-in 12.1-ci maddəsinin tələblərinə riayət edilmiş, habelə hazırkı qərarın 18, 19 və 20-ci bəndlərində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Koronavirus” (Covid-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində qeydiyyatda olan şəxslərə koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik yardımın verilməsinə başlanılmışdır. Daxili təhlükəsizlik baş idarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, faktiki olaraq vergi orqanında işləməsinə baxmayaraq iddiaçı dövlət tərəfindən işsiz vətəndaşlar üçün yaradılmış şəraitdən sui-istifadə etməklə qeyd olunan birdəfəlik yardımın alınması ilə bağlı müraciət etmişdir. Nəticədə iddiaçıya 190 manat məbləğində birdəfəlik yardım təyin edilmiş və qeyd olunan vəsaiti iddiaçı əldə etmişdir və yalnız Daxili təhlükəsizlik baş idərəsinin müdaxiləsindən sonra onu geri q aytarılmışdır. Bu hərəkətləri ilə (hərəkətsizliyi) iddiaçı tərəfindən məsuliyyətsizlik göstərilərək, aztəminatlı və heç bir qazanc yeri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş dövlət vəsaitindən əsassız surətdə bəhrələnmək niyyəti ilə dövlət vergi orqanlarının əməkdaşlarına yaraşmayan davranışa yol verilməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “f bəndlərinin, Vergi Məcəlləsinin 31.0.1-ci maddəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 1–ci hissəsinin, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” Qaydalarının 4.3, 4.8, 4.9, 4.11 və 4.12-ci bəndlərinin “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2-ci və 3.2.1-ci yarımbəndlərinin tələbləri pozulmuşdur.

26. İddiaçı yol verdiyi kobud nöqsan a görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə 14 saylı Ərazi Vergilər İdarəsinin X1 keçirilən 24 aprel 2020-ci il tarixli iclasında baxılmış və yekun olaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə iclasda iştirak edən 25 nəfər razılıq vermişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24.04.2020-ci il tarixli, **********452400 saylı “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrinə əsasən Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfət tişi (2-ci dərəcəli müfəttiş) İddiaçı vergi orqanında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 21 bəndində qeyd olunan İPM-in 14.1 və 14.3-cü maddələrinin tələbləri baxımından hazırkı iddia mübahisələndirmə haqqında iddialara aid olduğundan mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə cavabdeh 24.04.2020- il tarixli **********452400 nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəmələrə təqdim etməmişdir.

28. Beləliklə, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyidirilmədən qüvvədə saxlanılmalıdır.

29. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 21(103)-3010/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar