Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-665/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: artıq ödənilmiş verginin qaytarılması, iddianın mümkünlük şərti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdar əsinə qarşı “vergi ödənişinin qaytarılması barədə rəyin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2725/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AN-İ ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzili X1, qeyd edilən alqı-satqı müqaviləsi üzrə satıcı olaraq İddiaçı tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi vergi məbləği olaraq 3311,55 manat ödənilmişdir. xx.xx.2018-ci il tarixdə X5 və İddiaçı aralarında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair ərizələrlə Bakı şə həri 14 saylı Notariat Ofisinə müraciət etmişlər. Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, alqı-satqı müqaviləsinin ləğv edilməsi Azərbaycan Respublikaında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 42-ci bəndinin qüvvədə olduğu vaxt, yəni 05 yanvar 2018-ci il tarixə təsadüf etdiyindən tərəflərin yazılı ərizəsinə əsasən qüvvədə olmuş təlimatın tələblərinə uyğun olaraq ləğv edilmiş, reyestr kitabında və elektron notariat informasiya sistemində müvafiq qeydiyyat aparılmışdır.
2. Həmçinin Bakı şəhəri 14 saylı notariat ofisində tərtib edilmiş 4Ə-10 saylı notariat işi ilə müəyyən edilir ki, AN-İ ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzi li alıcı X2 və satıcı olaraq İddiaçı tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi məbləğdə vergi məbləği ödənilmişdir.
3. İddiaçı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontoruna onunla X5 arasında ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə-372 nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün dövlət büdcəsinə ödədiyi 3311,44 manat vergi ödənişinin geri qaytarılması barədə rəy verilməsini xahiş etmişdir.
4. Cavabdeh hərəkətsizlik göstərərək müraciətə cavab verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki birinci icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda iddiaçı ilə X5 arasında ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə/372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün dövlət büdcəsinə ödədiyi 3311,55 manat vergi ödənişinin geri qaytarılmasına rəy verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda X5 ilə arasında ünvan 2 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə/372 rey estr nömrəsi ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən alqı-satqı müqaviləsi üzrə satıcı olaraq tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi vergi məbləği olaraq 3.311,55 manat ödənilmişdir. xx.xx.2018-ci il tarixdə mənzilin alıcısı X5 və onun arasında bağlanmış alqı-satqı müqaviləsi ərizələri əsasında Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra iddiaçı tərəfindən Vergilər Nazirliyinə ödənilmiş verginin qaytarılması barədə müxtəlif tarixlərdə elektron bildiriş göndərilsə də, Vergilər Nazirliyi tərəfindən notariat orqanı tərəfindən müqavilənin ləğv edilməsinin qanunvericiliyə uyğun aparılmadığı və bu düzəlişin icrasından sonra yenidən müraciət edilməsi bildirilmişdir. Qeyd edir ki, tərəfindən xx.xx.2019-cu il tarixdə B akı şəhəri 14 saylı notariat kontoruna müraciət edərək Vergilər Nazirliyinin tələblərinə riayət edilməsi xahiş edilsə də, notariusun xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, sözügedən alqı-satqı müqaviləsinin xx.xx.2018-ci il tarixə onların tələb etdiyi formada ləğv edilməsi mümkünsüz idi, belə ki, müqavilənin ləğv edilməsi həmin zaman qüvvədə olan Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 42-ci bəndinə uyğun həyata keçirilmişdir. Notariusun cavab məktubunda göstərdiyi xüsusatdan belə anlaşılır ki, həm Dövlət Vergi Xidmətinin, həm də onun tələb etdiyi alqı-satqı müqaviləsinin ləğv edilməsinin həmin forması Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydalarına Nazirlər Kabineti tərəfindən xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişiklik edilsə də, sözügedən alqı-satqı müqaviləsinin ləğvi isə xx.xx.2018-ci il tarixdə icra edilmişdir. X18 Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə artıq ödənilmiş rüsumun qaytarılması barədə etdiyi müraciətə cavab verilmədiyi üçün həmin idarəyə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır.
7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş cavabdehin imtinası ilə bağlı cavab məktubuna nəzər saldıqda, müvafiq imtinanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq alqı-satqı müqaviləsinin ləğv olunmaması bildirilmişdir. Məhkəmənin “Azərbaycan Respublikas ında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın 42-ci bəndinə istinad etməsindən fərqli olaraq bildirilir ki, Mülki Məcəllə ilkin olaraq, qanun qüvvəli akt sayıldığından, Ədliyyə Nazirliyi daxilində qəbul edilmiş müvafiq Təlimatından iyerarxiya (hüquqi qüvvə) baxımından üstündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarına əsasən artıq ödənilmiş verginin geri qaytarılması barədə rəy verilməsi vəzifəsi DVX-nin üzərinə qoyulmuşdur. Buna baxmayaraq, iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, eyni iddiaçı barəsində çıxarılmış Azərbaycan Respublikası Ali Məh kəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-2404/2021 nömrəli Qərarı ilə birmənalı şəkildə cavabdehin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi deyil, müvafiq Bakı şəhəri 14 saylı notariat kontoru olması məsələsinə hüquqi qiymət verilmiş və bu məsələ həll edilmişdir. Yəni başqa sözlə, iddiaçı birbaşa özü deyil, notariat kontoru vasitəsilə müraciət etdiyindən, məhz müvafiq notariat kontoru özü cavabdehdən müqavilənin xitam olunmasını əsas gətirərək, artıq ödənilmiş məbləği geri istəməlidir. Bu həmçinin, iddia üzrə iddiaçının subyektiv hüququnun olmamasına da dəlalət edir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1059/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakim X10) iddia mümkün sayılmamışdır.
9. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh qismində çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia tələbi üzrə cavabdehlik daşımadığından, iddia tələbi üzrə cavabdehlik daşıyan Bakı şəhəri 14 saylı Notariat Ofis ilə iddiaçı arasında yaranan mübahisə publik hüquqa aid olmayan mübahisə olduğundan, hazırkı iddia tələbinə inzibati məhkəmə tərəfindən baxılması mümkün deyildir.
10. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2596/2023 nömrəli iş üzrə 10 iyul 2023-cü il tarixli qərardadı ilə (hakimlər X11 (məruzəçi), X12 və X13) apelyasiya şikayəti təmin e dilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1059/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi alqı-satqı müqaviləsinin ləğvi ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş verginin geri qaytarılmasına dair rəyin tərtib edilməsi ilə bağlıdır, belə rəyin tərtib edilməsi isə hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vəzifə səlahiyyətlərinə daxildir.
13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkünsüz sayılmasını xahiş etmişdir. c) kassas iya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2470/2023 nömrəli iş üzrə 15 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər X14 (məruzəçi), X7 və Kərimov Səyyad Əli oğlu) cavabdehin kassasiya şikayəti mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardaddan qanunvericiliklə şikayət verilməsi nəzərdə tutulmamışdır. Odur ki, kassasiya şikayəti icraata qəbul edilə bilməz. ç) birinci instansiyası məhkəməsindəki ikinci icraat
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-250/2024 nömrəli iş üzrə 19 mart 2023-cü il tarixli qərarı ilə (hakim X17) iddia təmin edilmiş, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 sayl ı Notariat Kontorunda İddiaçı ilə X5 arasında ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə/372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün dövlət büdcəsinə ödənilmiş 3311,55 manat vergi ödənişinin İddiaçı geri qaytarılmasına rəy verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir.
17. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının tələblərini rəhbər tutaraq bildirmişdir ki, c avabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
18. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkünsüz sayılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2725/2024 nömrəli iş üzrə 02 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər X8 (məruzəçi), X15 və X9) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv ed ilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Şikayətdə Vergi Məcəlləsinin 96, 149.1-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması haqqında” Qaydalara istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
23. Belə ki, hazırkı iş üzrə cavabdeh qismində Bakı şəhəri, 14 saylı Notariat Kontoru olsa da, məhkəmələr əsassız olaraq cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Na zirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsini qəbul etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə
15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:... 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək; Maddə
87. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26. Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü və 87.5-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-24.1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zamanda Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra–büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. 1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar – tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığ orta üzrə sığorta haqlarına, hesablanmış faizlərə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanları;
3. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müraciət və tələb olunan sənədlər 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənil miş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 3.2. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır.
4. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların hərəkətləri 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödən ilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər:... 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 27. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbay can Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılması nın hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisə lərə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Bununla belə məhkəmə kollegiya sı kassasiya şikayətində qeyd edilmiş dəlillərə münasibət bildirməyi məqsədə müvafiq hesab edir.
35. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh qismində Bakı şəhəri, 14 saylı Notariat Kontoru cəlb edilməli olsa da, məhkəmələr əsassız olaraq cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsini qəbul etmişlər.
36. Beləliklə, kassasiya şikayətinin mahiyyətindən anlaşılır ki, cavabdeh iddianı düzgün cavabdehə qarşı yönəldilməməsi əsası ilə onun mümkünsüz sayılmalı olduğunu bildirir.
37. Məhkəmə kollegiyası iddianın mümkünlüyü ilə əlaqədar aşağıdakı kimi mövqe ifadə etməyi zəruri hesab edir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mü mkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmama sını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd).
39. Beləliklə, Plenum qərarında əks edilmiş mövqeyə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
40. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh hazırkı iş üzrə əsassız olaraq cavabdeh qismində qəbul edildiyini qeyd etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarında göstərilmiş hallar cavabdehin yanaşmasının əsaslı olmaması qənaətinə gəlməyə zəmin yaradır.
41. Belə ki, alqı satqı müqaviləsi zamanı Bakı şəhəri 14 saylı Notariat Ofisi yalnız İddiaçı ilə X5 arasında alqı-satqı müqaviləsini rəsmiləşdirilməsi və ödənilmiş verginin dövlət büdcəsinə ödənilməsi üzrə agent kimi çıxış etmişdir.
42. Azərbayca n Respublikası Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8 və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Həmin Məcəllənin 150.1.9-cu maddəsinə görə fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2, 102.1.18, 144.1.2 və 144.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilməsi, həmçinin bina tikin tisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Qeyd olunan qanunvericilik normalarından da görünür ki, notariusun işi agent kimi sadəcə ödənilmiş vergini dövlət büdcəsinə ödəmək və bununla bağlı bəyannaməni vergi orqanına təqdim etməkdir.
43. Hazırda isə iddiaçının tələbi alqı-satqı müqaviləsinin ləğvi ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş verginin geri qaytarılmasına dair rəyin tərtib edilməsi ilə bağlıdır, belə rəyin tərtib edilməsi isə hazırki iş üzrə cavabdehin vəzifə səlahiyyətlərinə daxildir.
44. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dö vlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 3.1-ci bəndində əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir.
45. Həmin Qaydaların 1.2.1-ci yarımbəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar dedikdə tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına, hesablanmış faizlərə, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanları nəzərdə tutulur.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəldiyindən iddia tələbinin mümkünsüz sayılması barədə cavabdehin tələbi qəbul edilə bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiy yat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2725/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.