Məhkəmə qərarları › İş №2-1(102)-666/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-666/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-666/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşa görə əmək pensiyası, əmək kitabçası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyası təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2473/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1955-ci ildə Ağdam şəhərində anadan olmuşdur, hazırda xxxx-də qeydiyyatdadır. (AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə kimi Sovet Ordusu sıralarında hərb i xidmətdə olmuş, xx.xx.1975-ci il tarixli, 6 saylı əmrlə çilingər şagirdi peşəsinə qəbul edilmiş və xx.xx.1975-ci il tarixli, 15 saylı əmrlə işdən azad edilmiş, xx.xx.1975-ci il tarixli, 236 saylı əmrlə Ağdam rayon onkoloji dispanserinə təsərrüfat müdiri peşəsinə təyin edilmiş və xx.xx.1976-cı il tarixli, 242 saylı əmrlə işdən azad edilmiş, 1978-ci ildən 1983-cü ilə kimi Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsil almış, xx.xx.1978-ci il tarixli, 18 saylı əmrlə Qaradağlı musiqi məktəbinə müəllim vəzifəsinə qəbul edilmiş və xx.xx.1978-ci il tarixli, 61 saylı əmrlə işdən azad edilmiş, xx.xx.1983-cü il tarixli, 145k saylı əmrlə mühəndis peşəsinə qəbul edilmiş və xx.xx.1990-cı il tarixli, 101-k saylı əmrlə işdən azad edilmiş, xx.xx.1990-cı il tarixli, 49/k saylı əmrlə 9-cu dərəcəli betonçu qəbul edilmiş və xx.xx.1990-cı il tarixli, 77/k saylı əmrlə işdən azad edilmiş, xx.xx.1990-cı il tarixli, 18 saylı əmrlə Ağdam 41 nömrəli TNTC-nə quraşdırıcı peşəsinə qəbul edilmiş, xx.xx.1991-ci il tarixli, 01/03 saylı əmrlə mühəndis - iqtisadçı təyin edilmiş və xx.xx.1994-cü il tarixli, 51 saylı əmrlə işdən azad edilmiş, xx.xx.1995-ci il tarixli, 2 saylı əmrlə 5 saylı TTİ-nə iqtisadçı - mühəndis vəzifəsinə təyin edilmiş və xx.xx.2005-ci il tarixli, 18 saylı əmrlə işdən azad edilmişdir. (NZ seriyalı, ******* saylı hərbi bilet, EB 266612 saylı diplom, ИТ seriyalı, ******* nömrəli əmək kitabçası). İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəs inə (bundan sonra - cavabdeh) müraciət etmiş, sonuncu, xx.xx.2019-cu il tarixli, **********9 saylı məktubla onun müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna xx.xx.2019-cu il tarixdə qüvvəyə minmiş dəyişikliklərə uyğun olaraq əmək pensiyası haqqında qanunun Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2.2019- cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla bu hesablanır: 22-1.2.1.2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Qeyd: İddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 5 saylı TTİ-dəki sığorta stajını araşdırmaq mümkün olmadığına görə həmin illər sığorta stajına daxil edilməmişdir. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd olunan əmək stajının tanınması və hesablanaraq ona əmək pensiyası təyin olunması, qətnamənin icrasının cavabdeh təşkilatın üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasını İPM-in 13-cü maddəsinə əsasən iddia tələbini dəyişdirərək, xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə kimi hərbi xidmət illərinin,1978-ci ildən 1983-cü ilə kimi təhsil aldığı illərin, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilə kimi çilingər peşəsində, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilə kimi onkoloji dispanserin təsərrüfat müdiri vəzifəsində, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə kimi kənd məktəbində müəllim vəzifəsində, xx.xx.1983-cü i ldən xx.xx.1990-ci ilə kimi mühəndis vəzifəsində, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilə kimi betonçu peşəsində, xx.xx.1990-cı ildənxx.xx.1994-cü ilə kimi quraşdırıcı və mühəndis - iqtisadçı vəzifəsində və xx.xx.1995-ci ildən xx.xx.2005-ci ilə kimi 5 saylı TTİ-də iqtisadçı - mühəndis vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış məbləğ fərqinin hesabalanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1887/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia təmin edilmiş, iddiaçının xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə kimi hərbi xidmət illərinin,1978-ci ildən 1983-cü ilə kimi təhsil aldığı illərin, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilə kimi çilingər peşəsində, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilə kimi onkoloji dispanserin təsərrüfat müdiri vəzifəsində, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə kimi kənd məktəbində müəllim vəzifəsində, xx.xx.1983-cü ildən xx.xx.1990-ci ilə kimi mühəndis vəzifəsində, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilə kimi betonçu peşəsində, xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilə kimi quraşdırıcı və mühəndis iqtisadçı vəzifəsində və xx.xx.1995-ci ildən xx.xx.2005-ci ilə kimi 5 saylı TTİ-də iqtisadçı mühəndis vəzifəsində işlədiyi illərinin sosial sığorta stajına daxil edilməklə, 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış məbləğ fərqinin he sabalanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2473/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1887/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkə məsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2473/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, AR NK-nin xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən, əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Əmək kitabças ında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsi mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. İddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, həmin kitabçada aparılan qeydlərin düzgünlüyünü müəyyən etmək mümkün deyildir. Digər tərəfdən, "Əmək pensiyaları haqqında" Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin x arakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Lakin iddiaçının işlədiyi dövrdə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasassiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onu n təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4- cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq həmçinin insan hüquqları üzr ə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya k apitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az ol mayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Aşağı instansiya məhkəmələri iddiani təmin edərkən hesab etmişlər ki, əmək kitabçası əsasında iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində tələb edilən pensiya sığorta kapitalını toplaması müəyyən olunduğundan onun yaşa görə əmək pensiyası almaq hüququ vardır. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla xx.xx.2019-cu ildə 64 yaşını tamamlamışdır. İddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi ilə bağlı kas sasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qayd aların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(Pensiya Alt Sistemi) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Həmin Qaydaların 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericili klə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yəni, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69cu maddəsində deyilir ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, xx.xx.1975-ci il tarixli, 6 saylı əmrlə çilingər şagirdi peşəsinə qəbul edilmiş və xx.xx.1975-ci il tarixli, 15 saylı əmrlə işdən azad edilmiş, xx.xx.1975-ci il tarixli, 236 saylı əmrlə Ağdam rayon onkoloji dispanserinə təsərrüfat müdiri peşəsinə təyin edilmiş və xx.xx.1976-cı il tarixli, 242 saylı əmrlə işdən azad edilmiş, 1978-ci ildən 1983-cü ilə kimi Azərbaycan Mühəndis İnşaat institutunda təhsil almış, xx.xx.1978-ci il tarixli, 18 saylı əmrlə Qaradağlı musiqi məktəbinə müəllim vəzifəsinə qəbul edilmiş və xx.xx.1978-ci il tarixli, 61 saylı əmrlə işdən azad edilmiş, xx.xx.1983-cü il tarixli, 145k saylı əmrlə mühəndis peşəsinə qəbul edilmiş və xx.xx.1990-cı il tarixli, 101-k saylı əmrlə işdən azad edilmiş, xx.xx.1990-cı il tarixli, 49/k saylı əmrlə 9-cu dərəcəli betonçu qəbul edilmiş və xx.xx.1990-cı il tarixli, 77/k saylı əmrlə işdən azad edilmiş, xx.xx.1990-cı il tarixli, 18 saylı əmrlə Ağdam 41 nömrəli TNTC-ə quraşdırıcı peşəsinə qəbul edilmiş, xx.xx.1991-ci il tarixli, 01/03 saylı əmrlə mühəndis iqtisadçı təyin edilmiş və xx.xx.1994-cü il tarixli, 51 saylı əmrlə işdən azad edilmiş, xx.xx.1995-ci il tarixli, 2 saylı əmrlə 5 saylı TTİ-nə iqtisadçı mühəndis vəzifəsinə təyin edilmiş və xx.xx.2005-ci il tarixli, 18 saylı əmrlə işdən azad edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununda müxtəlif staj illəri ilə bağlı pensiyanın təyin edilməsi qaydaları nəzərdə tutulmuşdur. Bu qanunun əsasında SSRİ Nazirlər Soveti tərəfindən xx xxxxxx 1956-cı il tarixli “Dövlət pensiyaların təyin edilməsi və ödənilməsi qaydaları haqqında Əsasnamə” qəbul edilmişdir. Həmin Əsasnamənin Vİİ bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “i” yarımbəndində müəyyən edilmişdir ki, ali, orta-ixtisas, (...) təhsil müəssisələrində təhsil müddəti ümumi iş stajına daxil edilir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx xxxxxxxx 1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” xx.xx.1992-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 67-ci maddəsinin “v” bəndinə əsasən, hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki-peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir... Bu qanunun norması xx.xx.2006-cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” yeni Qanun qüvvəyə minənədək qüvvədə olmuşdur. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eləcə də xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdirlər. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə e tdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı tərəfində əmək kitabçası təqdim edilsə də, həmin kitabçada aparılan qeydlərin düzgünlüyünü müəyyən etmək mümkün deyil. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Yəni qanunun mənasından da göründüyü kimi, əgər iddiaçının əmək kitabçasında olan məlumatlar cavabdehdə hər hansı şübhə yaratmış olsa, o, özü həmin məlumatların düzgünlüyünü yoxlamalıdır. Lakin iş materiallarından da göründüyü kimi, cavabdeh tərəfindən belə bir araşdırma aparılmamış, bundan əlavə iddiaçıya ünvanlanmış imtina məktubunda, iddia ərizəsinə etirazda, eləcə də apelyasiya instansiya məhkəməsində əmək kitabçasında olan qeydlərin düzgünlüyü mübahisələndirilrməmişdir. “İnzibati icra at haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd edilənlərə əsasən, iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyi barədə aşağı instansiya məhkəmələri düzgün nəticəyə gəlmişlər. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının 2-1(103)-2473/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar