Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-666/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin özəlləşdirilməsinin və çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1971-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublik ası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (üçüncü şəxs X10) qarşı “mənzilin özəlləşdirilməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(105)-673/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt şəhər X14 İcraiyyə Komitəsinin 22 aprel 1983-cü il tarixli, 8 saylı protokol qərarına əsasən 5-ci mikrorayon, B.Beyli küçəsi, ev 4B/28 ünvanında yerləşən ümumi sahəsi 32.8 kv.m olan 38 saylı mənzilin X8 (iddiaçının əri, üçüncü şəxsin atası) ayrılması qərara alınmış və həmin qərara əsasən, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən R.İddiaçı 2 nəfərdən ibarət ailə tərkibi ilə (birinci nikahdan olan arvadı Mahizər Hüseynova və oğlu Şirin İsmayılov) həmin mənzili tutmaq üçün 10 may 1983-cü il tarixli, 10/548 nömrəli order verilmişdir.
2. Vİ–ЖГ seriyalı 459886 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”yə əsasən X11 2 fevral 1999-cu il tarixdə X4 (iddiaçı) ilə rəsmi nikaha daxil olmuşlar.
3. AZ-İİ seriyalı 171267 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X11 16 fevral 2021-ci il tarixində vəfat etmişdir.
4. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 Birliyinin 7 saylı MənzilKommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 576 saylı Forma-2 arayışına əsasən mərhum X8 10 may 1983-cü il tarixli, 10/548 nömrəli order əsasında ayrılmış 5-ci mikrorayon, ev 28/4B ünvanında yerləşən 38 saylı mənzildə mərhumun oğlu X10 (üçüncü şəxs), qızı X12 və keçmiş arvadı X3 daimi qeydiyyatda olmaqla hazırda həmin mənzildə yaşayırlar.
5. Rasim İsmayılovun ölümündən sonra mübahisəli mənzildə yaşayan şəxslər X12 və X3 notarial qaydada təsdiq edilmiş 13 aprel 2021-ci il tarixli, **********906 və **********907 nömrəli ərizələrlə ünvan 1 ünvanında yerləşən 38 nömrəli mənzilin üçüncü şəxsin adına özəlləşməsinə etiraz etməmişlər. 6. ünvan 1 ünvanında yerləşən 38 saylı mənzil (yeni qaydalarla: AZ5007, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Cəlil Məmmədquluzadə küçəsi, 50, M1, m3) xüsusi mülkiyyət hüququ əsasında üçüncü şəxsin adına daşınmaz əmlakı n dövlət reyestrində qeydiyyata alınmış və dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********6605101-093065 reyestr nömrəli çıxarış verilmişdir.
7. İddiaçı cavabdehə müraciət edərək Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 4B/28 ünvanda yerləşən 38 saylı mənzilə dair üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir.
8. Cavabdeh 7 iyun 2022-ci il tarixli, **********03 saylı məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən daşınmaz əmlak üzərində X5 mülkiyyət hüququ qanunla müəyyən edilmiş qaydada müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddəsinə əsasən, qeyd edilən məsələ ilə bağ lı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə ünvan 3 ünvanında yerləşən 38 saylı mənzilin özəlləşdirilməsinin və X5 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1999-cu il tarixdə X11 ilə rəsmi nikaha daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə həyat yoldaşı R.Ş.İsmayılov vəfat etmişdir. İddiaçının ərindən qalan miras əmlaka dair vərəsəlik işi açılanda məlum olmuşdur ki, Sumqayıt şəhər XDS İK-nin 22 aprel 1983-cü il tarixli 8 saylı protokol qərarına əsasən R.İddiaçı verilmiş Sumqayıt şəhəri, 5-ci mikrorayon, 4B/28 saylı evdə yerləşən 38 saylı mənzil on un birinci nikahından olan oğlu X10 tərəfindən özəlləşdirilmiş, buna əsasən sonuncuya çıxarış verilmişdir. Mübahisəli mənzil ölən günə qədər mərhum həyat yoldaşının adında olduğu üçün həmin mənzil də miras kütləsinə daxil edilməli olduğu halda, Ş.R.İsmayılov qanunsuz olaraq mənzili atasının ölümündən sonra özəlləşdirmiş, miras kütləsinə dair mənzilə vərəsəlik şəhadətnaməsi alınmadan, vərəsələr müəyyən edilmədən, adına order olan şəxs vəfat etdiyi halda mənzilin icarə müqaviləsi və sərəncamı ailə üzvlərindən birinin adına keçirilmədən həmin mənzilə dair digər şəxsə çıxarış verilmişdir. O, çıxarışın ləğv edilməsi tələbinə dair ümumi məhkəmədə iddia qaldırmış, Sumqayıt Şəhər Məhkəməsi onun iddiasını təmin etməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə həmin qətnamə ləğv edilmiş, müb ahisə inzibati xarakterli hesab edilərək iş üzrə icraata xitam verilmişdir. Bundan sonra cavabdehə çıxarışın ləğv edilməsi ilə bağlı müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Hesab edir ki, həmin mənzil miras kütləsinə daxil olduğu, eləcə də order adına olan şəxs, əsas kirayəçi öldüyü halda, cavabdeh qanunun tələblərini pozaraq mənzili özəlləşdirmiş və çıxarış vermişdir. Çünki, ölən günə qədər evi özəlləşdirməmiş şəxs vəfat edibsə, bu zaman həmin mənzil miras əmlak olur, digər şəxslərin adına yalnız vərəsəliklə keçə bilir. Bunun üçün miras qoyanın vərəsələri notariat kontorunda vərəsəlik işi açdırmalı, bundan sonra ölən mülkiyyət sənədinin alması üçün Reyestr Xidmətinə müraciət edib çıxarış almalı, həmin çıxarışı notariusa təqdim edərək bu mənzilə dair vərəsəlik barədə şəhadətna mə almalı və yalnız bundan sonra vərəsələrin adına çıxarış verilməlidir. Qeyd edir ki, mübahisəli mənzil miras kütləsinə daxil edilməli olduğu, iddiaçı da ərinin əmlakına vərəsəlik açdırdığı üçün, həmin mənzilə dair verilmiş çıxarışı mübahisələndirmək üçün subyektiv hüquqa malik olmuşdur və bu halda mənzil özəlləşdirildiyi üçün onun və uşaqlarının həmin mənzilə olan vərəsəlik və mülkiyyət hüquqları pozulmuşdur.
11. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
12. Sumqayıt İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2-1(118)-2170/2022 nömrəli qərarı (hakim V.E.Əzizova) ilə iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ərinin sağlığında mübahisəli mənzil dövlət mülkiyyə tində olduğundan miras kütləsinə daxil olmamışdır. Mənzil xüsusi mənzil fonduna aid edilmədiyindən vərəsəlik münasibətlərindən söhbət gedə bilməz. Mənzil dövlət mənzil fonduna aid olmaqla icarədarı mərhum R.İsmayılov olmuş və onun vəfatından sonra mənzildə qeydiyyatda olan oğlu Ş.İsmayılov tərəfindən özəlləşdirilmişdir.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(105)-673/2022 nömrəli qərarı (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 18 avqust 20 22-ci il tarixli, 2-1(118)2170/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, miras qoyan, sağlığında kirayəçisi olduğu mənzili digər ailə üzvlərinin razılığı olduğu təqdirdə öz adına özəlləşdirmək hüququna malik olsa da, sağlığında bu hüququndan istifadə etmədiyindən, onun ölümündən sonra qeyd edilən hüquqa xitam verilmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə yalnız həmin evdə yaşayan və kirayəçinin ailə üzvləri olan şəxslərin həmin mənzili özəlləşdirmək hüququ saxlanılmışdır. Üçüncü şəxs də qeyd edilən hüquqdan istifadə edərək, həmin mənzili özəlləşdirmişdir. Rasim İsmayılov ölərkən kirayəçisi olduğu mənzil dövlət mənzil fonduna aid olmuş və öldüyü məqamadək onun həmin mənzil üzərində mülkiyyət hüququ yaranmamış, ailə üzvlərinin razılığı ilə mənzilin öz adına özəlləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət də etməmişdir. Həmin mənzildə iddiaçı özü heç vaxt yaşamamış, mənzildə mərhumun birinci nikahdan olan ailəsi yaşamışdır. Mənzil miras əmlaka daxil olmadığından iddiaçının həmin mənzil ilə bağlı vərəsəlik hüququnun pozulmasına istinad edərək hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin mülkiyyəti olaraq qeydə alınması iddiaçının hər hansı hüququna toxunmadığından, onun belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ müəyyən olunmur.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) iddiaçının kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq iddiaçı qeyd edir ki, cavabdeh həmin mənzil miras kütləsinə daxil olduğu halda, eləcə də order adına olan şəxs - əsas kirayəçi vəfat etdiyi halda, qanunun tələblərini pozaraq mənzili özəlləşdirmiş və çıxarış vermişdir. Cavabdeh ölmüş adamın adına olan orderli mənzili qanunsuz olaraq özəlləşdirmişdir. Çünki, ölən günə qədər evi özəlləşdirməmiş şəxs vəfat edibsə, bu zaman həmin mənzil miras əmlakı olur, digər şəxslərin adına yalnız vərəsəliklə keçə bilir. Bunun üçün miras qoyanın vərəsələri notariat kontorunda vərəsəlik işi açdırmalı, bundan sonra ölən şəxsin adına mülkiyyət sənədinin alınması üçün Reyestr xidmətinə müraciət edib çıxarı ş almalı, həmin çıxarışı notariusa təqdim edərək bu mənzilə dair vərəsəlik barədə şəhadətnamə almalı və yalnız bundan sonra vərəsələrin adına çıxarış verilməlidir. Bu işdə isə üçüncü şəxs birbaşa olaraq heç bir vərəsəlik açdırmadan Reyestr xidmətinə müraciət etmiş, order öz adına olan şəxs kimi mənzili özəlləşdirmək üçün ərizə vermiş, Reyestr Xidməti də qanunsuz olaraq onun ərizəsini təmin edib şəxsin adına çıxarış vermişdir ki, bu da qanunsuz olmuşdur. Həmin mənzil kirayə müqaviləsi və orderlə ərinə məxsus olmuşdur, həmin müqavilə üzrə istifadə hüquqları onun ölümündən sonra vərəsələrinə (ailə üzvlərinə) keçir. Əri ölərkən onun ailə üzvü iddiaçı və uşaqları olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci m addələrinin, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 3, 5 və 8-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə
2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir.... Maddə
5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.... Maddə
8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəf indən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzər də tutulan sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçü n əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtl əri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır....
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklə rin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar gö stərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdi rilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mənzilin özəlləşd irilməsinin və çıxarışın etibarsız hesab edilməsinə dair iddia qaldırmağa iddiaçının subyektiv hüququnun mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olara q aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Məhkəmə tərəfindən iddianın hüquqi cəhətdən yoxlanılması iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə iddianın mümkünlüyü, iddia mümkün sayıldıqda isə növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
31. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. İddia növlərindən asılı olaraq qanunvericilikdə müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
32. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş ümumi və xüsusi şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də şəxsin iddia qaldırmağa subyektiv hüququnun mövcud olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının subyektiv hüququnun mövcud olması şərti də yerinə yetirilməlidir.
33. Kassasiya şikayətinin dəlillərinə əsasən cavabdeh mübahisəli mənzilin mərhum ərinin miras kütləsinə daxil olduğu halda, eləcə də order adına olan şəxs - əsas kirayəçi vəfat etdiyi halda, qan unun tələblərini pozaraq mənzili özəlləşdirmiş və çıxarış vermişdir. Yəni cavabdeh ölmüş adamın adına olan orderli mənzili qanunsuz olaraq özəlləşdirmişdir.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək göstərir ki, Sumqayıt şəhər X14 İcraiyyə Komitəsi tərəfindən iddiaçının mərhum əri R.İddiaçı 2 nəfərdən ibarət ailə tərkibi ilə (birinci nikahdan olan arvadı Mahizər Hüseynova və oğlu Şirin İsmayılov) mübahisəli mənzili tutmaq üçün 10 may 1983-cü il tarixli, 10/548 nömrəli orderin verilməsi, həmin mənzildə mərhumun oğlu X5 (üçüncü şəxs), qızı X6 və keçmiş arvadı X1 daimi qeydiyyatda olmaqla yaşamaları, iddiaçının heç vaxt həmin mənzildə yaşamaması işin mübahisəsiz hallarındandır. 35. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanu nun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
36. Qanunun tələbindən göründüyü kimi mənzilin adına özəlləşdirilməsi hüququ olan şəxslər kirayəçi və onun birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləridir. Eləcə də, qanunvericilik mənzilin kimin adına özəlləşdirilməsi ilə bağlı məsələni “müraciət edilən anda” ifadəsi dəqiqləşdirmişdir. Yəni qanunvericiliyin mənasına görə, kirayəçi və ya onun birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri mənzilin ö zəlləşdirilməsi ilə bağlı müraciət edilən ana qədər vəfat etdikdə həmin şəxsin hüququna xitam verilir.
37. Hazırkı işin hallarından görünür ki, mübahisəli mənzilə dair order iddiaçının mərhum əri, eləcə də, üçüncü şəxsin atası Rasim İsmayılovun adına olsa da, o, sağlığında mənzilin özəlləşdirilməsi ilə bağlı hər hansı inzibati orqana müraciət etməmiş, habelə həmin mənzildə yaşayan yetkinlik yaşına çatmış şəxslərdən (keçmiş arvadı, oğlu və qızı) heç biri mənzilin Rasim İsmayılovun adına özəlləşdirilməsinə razılıq verməmişdir. Rasim İsmayılov vəfat etdikdən sonra “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən onun qeyd edilən hüququna xitam verilmişdir. Bundan sonra, həmin hüquqdan orderdə adı qeyd edilən üçüncü şəxs (mərhumun oğlu) istif adə etmiş, həmin evdə faktiki yaşayan və yetkinlik yaşına çatmış ailə üzvləri mənzilin üçüncü şəxsin adına özəlləşdirilməsinə notarial qaydada razılıq ərizələri təqdim etmişlər.
38. Göründüyü kimi, mübahisəli mənzilin üçüncü şəxsin adına özəlləşdirilməsi zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının pozulmasına səbəb ola biləcək hər hansı hərəkət və ya hərəkətsizlik edilməmiş, iddiaçının mübahisələndirilən mənzilə dair pozulduğunu iddia etdiyi hüquqları (hazırkı iddia tələbini qaldırmaq üçün subyektiv hüququ) əsaslandırılmamış və belə hüququn pozulması öz təsdiqini tapmamışdır.
39. Beləliklə, iddiaçının cavabdehə qarşı Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 4B/28 ünvanında yerləşən 38 saylı mənzilin özəlləşdirilməsinin və X5 adına verilmiş çıxarışın etibarsız hesab edilmə sinə dair iddia qaldırmağa subyektiv hüququ olmadığı üçün iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
40. Odur ki, şikayət təmin olunmamalı, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(105)-673/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.