Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-667/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı verilməsi, hərbi hissəni özbaşına tərketmə) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehin vəkili XN iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N03)-2296/20N9 nömrəli, xx xxxxxxx 20N9-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.20N8-ci tarixli, N/İ-8369 nömrəli məktubunda müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçı döyüş əməliyyatları aparıldığı dövrdə hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş Əsasnaməyə görə ona “Müharibə veter anı” adının və vəsiqəsinin verilməsi mümkün olmamışdır. Bu cavabla razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsi verilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, orduda olan xidməti ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müraciət etmişdir. Həmin müraciətə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üzrə komissiya tərəfindən xx.xx.20N8-ci il tarixli iclasda baxılmış və barəsində müsbət qərar verilmədiyindən təqdim edilmiş sənədlər geri qaytarılmışdır. Buna səbəb olaraq isə döyüş əməliyyatları aparıldığı dövrdə hərbi hissəsini özbaş ına tərk etməsi göstərilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün hesab edilməmişdir. O, sözügedən imtina məktubunu xx.xx.20N8-ci il tarixdə qəbul etmiş, lakin buna baxmayaraq imtinanın səbəbinə dair heç bir sübut ona təqdim edilməmişdir. Onun orduda olan xidmətlərinə və qeyd olunan halların baş verməməsinə dair sübutlar və şahidlər mövcuddur. İmtina qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər h ansı münasibət bildirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 20N9-cu il tarixli 2-N(82)N028/20N9 nömrəli qərarı ilə (hakim Z.M.Tağıyev) iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanuni olmuşdur. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N03)-2296/20N9 nömrəli işi üzrə xx xxxxxxx 20N9-cu il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı apelyasiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçının kassasiya şikayətində bildirilir ki, apelyasiya məhkəməsi qanunvericiliyin normalarına riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasında deyilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclası nda iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 9N-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində (İPM-in 94.N-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94. 2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilər ində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan -Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası Müdaf iə Nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə v ə ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən fa ktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplan ışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx N997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Bundan əlavə, “Veteranlar haqqı nda” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Məhkəmə kolle giyası qeyd edir ki, yuxarıdakı normaların məzmunundan göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmişlərsə və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmişsə və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmişlərsə müharibə veteranı adı ala bilməzlər. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sənədlər iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehin imtinasının əsaslı olduğuna dəlalət edir. Belə ki, işdə olan ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı Bakı şəhəri X ətai rayon hərbi komissarlığı tərəfindən xx.xx.N992-ci il tarixdə sıravi əsgər kimi hərbi xidmətə göndərilmiş və Azərbaycan Respublikası H.X.Ç.Ə.H.Q-nun 2N-ci maddəsinin “ğ” bəndinə əsasən CM-nin N997-ci il 7.N-ci maddəsinə uyğun olaraq 207-ci maddəsinin 2-ci hissəsinə əsasən ağır cinayət törətdiyinə görə ehtiyata verilmişdir. İddiaçı xx.xx.N996-cı ildə Xətai rayon xalq məhkəməsinin Azərbaycan Respublikası CM N43.3-cü maddəsinin, 2N5 və 207.2-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.N995-ci ildən xx.xx.N998-ci ilədək cəza müddətini çəkdiyi üçün Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.N998-ci il tarixli qərarı ilə, əməyə mütləq cəlb edilməklə şərti olaraq azad edilmişdir. ( 7749 saylı şəxsi işə əlavə edilmiş QA-38/N0 saylı arayış) Bundan əlavə iş materiallarında olan xx.xx.20N9-cu il tarixdə tərtib edilmiş arayışa əlavə edilmiş cinayət məsuliyyətinə cəlb edilmə barədə məlumatlara əsasən, İddiaçı xx.xx.N995-ci ildə Bakı şəhəri Xətai RPİ tərəfindən oğurluq cinayətinə görə CM-in N43-cü maddəsinin 4-cü hissəsinə əsasən Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin xx.xx.N996-cı il tarixli hökmü ilə N43-cü maddəsinin 3-cü hissəsi, 20-ci maddəsinin 2-ci hissəsi, 2N5-ci və 38-ci maddələrin tələbləri nəzərə alınmaqla əmlakı müsadirə olunmaqla 5 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.N998-ci ildə Azərbaycan Respublikası CM-in 506.2-ci maddəsinə əsasən 0N il NN ay N3 gün şərti əməyə mütləq cəlb olunmaqla azad edilmişdir. Bakı şəhəri Xətai RPİ-nin xx.xx.20N9-cu il tarixli, N0N-NN7773-N2N9 saylı məktubunda ünvan N ünvanında qeydiyyatda olan İddiaçı Xətai RPİ -nin İŞ-də hərbi cinayət üzrə cinayət məsuliyyətinə cəlb olunmadığı, eyni zamanda, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx xxxx 20N9-cu il tarixli tələbnaməyə əsasən onun xx xxxxxx N995-ci ildə tarixdə Bakı şəhəri Xətai RPİ-i tərəfindən Azərbaycan Respublikası CM-nin N43-cü maddəsinin 4-cü hissəsi ilə cinayət məsuliyyətinə cəlb olunmaqla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx N996-cı il tarixli hökmü ilə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2000-ci il tarixli arayışa əsasən X2 Rayon Xalq Məhkəməsi tərəfindən xx.xx.N998-ci ildən xx.xx.2000-ci il tarixinə kimi məntəqə tipli cəza çəkmə müəssisəsində şərti əməyə mütləq cəlb edilmişdir. İşdə olan, Müdafiə Nazirliyi Təşkilat Səfərbərlik İdarəsinin “Hərbi hissəni özbaşına tərk edən şəxsi heyətin adlı siyahıları” qovluğunun xx.xx.N993-cü il tarixli çıxarışında N saylı hərbi hissəni özbaşına tərk edən şəxslərin siyahısında İddiaçı adı 25-ci yerdə qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası MN N00 saylı HH-nin xx.xx.20N9cu il tarixli, 808 saylı arxiv arayışına əsasən İddiaçı N nömrəli hərbi hissədə xidmətdə olduğu dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə görə həmin hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 237 nömrəli əmri ilə ştatdan kənar çıxarıldığı və xx.xx.N994-cü il tarixli 4N nömrəli əmri ilə uzun müddət fərarilik etdiyinə görə şəxsi heyətin siyahısından çıxarıldığı qeyd olunmuşdur. İşdə olan, iddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli N9 nömrəli və xx xxxxxx N994-cü il tarixli 39 nömrəli əmrlərindən arxiv çıxarışlarından görünür ki, hərbi hissəni özbaşına tərk edən şəxslərin siyahısında iddiaçının (siyahıda N74-cü sırada olmaqla) şəxsi heyətin sırasından çıxarılması və hərbi sənədlərin Hərbi komissarlığa göndərilməsi qərara alınmışdır. Beləliklə, işin sadalanan hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etsə də, sonradan hərbi hissəni özbaşına tərk etmiş və bu əsasdan iddiaçının müharibə veteranı adı əldə etmək hüququ qanunla yaranmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanun vericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N03)-2296/20N9 saylı iş üzrə xx xxxxxxx 20N9-cu il tarixli qər
Məhkəmə qərarları › İş №2-1(102)-667/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-667/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver