Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-667/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nəsimi xidmət nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin olunması, məhkəmənin xidməti vəzifəsinə görə işin hallarını araşdırmaq vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə İdd iaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nəsimi rayon şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hesablanmasında 1989-cu ildən 2002-ci ilə qədər əmək stajının nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli 2-1(103)-1803/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur və Bakı şəhərində yaşayır.
2. İddiaçıya 25.06.2012-ci ildə ümumi xəstəliklə əlaqədar 01.07.2013-cü ilə qədər ikinci qrup əlillik müəyyən edilm işdir.
3. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nəsimi rayon şöbəsinə (bundan sonra DSMF-nin Nəsimi rayon şöbəsi və ya cavabdeh yazılacaq) müraciət edərək, 03.05.1989-cu il tarixdən 22.12.2002ci il tarixədək Turan taxılçılıq sovxozunda xadimə işlədiyi stajı nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. DSMF-nin Nəsimi rayon şöbəsi iddiaçının xahişini təmin etməmiş və iddiaçıya 17.12.2019-cu il tarixli məktub göndərərək, əlilliyə görə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin 01.07.2017-ci il tarixdən qüvvədə redaksiyasının məzmununu izah etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hesablanmasında 1989-2002-ci illərdə iş stajının nəzərə alınması öhdəliyinin cavabdeh DSMF-nin Nəsimi rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsi ona pensiya təyin edilməsi üçün 03.05.1989cu il tarixdən 22.12.2002-ci il tarixədək Turan taxılçılıq sovxozunda xadimə işlədiyini nəzərə almamışdır. Cavabdeh onun işlədiyi dövr barədə arxivdə məlumat olmadığından həmin əlavənin hesablanmasının mümkün olmadığını bildirmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, DSMF-nin Şəki rayon şöbəsinin 06.02.2013-cü il tarixli məktubuna əsasən o nun 25.10.1978-ci ildən 22.12.2002-ci ilə qədər X1 Xidməti İstehsalat İdarəsində işləməsi faktı yoxlanılaraq akt tərtib edilmiş, lakin 1989-cu ildən C.Orconikidze adına taxılçılıq sovxozunun sənədləri yandığı üçün yoxlama aparmaq mümkün olmamışdır. Şəki rayon Turan Bələdiyyəsinin 118 nömrəli, yanvar 2007-ci il tarixli arayışına və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Şəki Yanğın Təhlükəsizliyi İdarəsinin 261 №li, 29.09.2006-cı il tarixli arayışına əsasən Turan Bələdiyyəsinin yerləşdiyi idarə binası 16.05.2006-cı ildə yanmışdır. İdarə binası yanan zaman C.Orconikidze adına taxılçılıq sovxozunun həmin binada mühafizə olunan əmr sənədləri və əmək haqqı cədvəlləri də yanıb məhv olmuşdur. Dövlət Arxiv İdarəsinin Respublika Dövlət Arxivinin Şəki filialının 19.01.2007-ci il ta rixli, 06 №-li arayışına əsasən Şəki rayonu Orconikidze adına taxılçılıq sovxozunun əmr dəftərləri və əmək haqqı cədvəlləri mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialına təhvil verilməmişdir. 29.01.2013-cü il tarixli akta əsasən idarənin 25.10.1978-ci il tarixli, 209 saylı əmri ilə iddiaçı dərzi şagirdi qəbul edilmiş, 08.12.1979-cu il tarixli, 230 saylı əmrlə ixtisas protokoluna əsasən İ dərəcəli dərzi ustası hesab edilmişdir. 1989-cu ilin əmr dəftərləri arxivə təhvil verilmədiyindən işdən çıxma əmrini yoxlamaq mümkün olmamış, lakin əmək haqqı cədvəlləri üzləşdirildikdə 1989-cu ilin may ayında axırıncı haqq hesabı verilməklə iş stajı təsdiqlənmişdir. Akt DSMF-nin Şəki şəhər şöbəsinin pensiya məsəhətçisi, Dövlət Arxiv İdarəsinin Şəki filialının direktori, böyük fo ndlar mühafizəçisi tərəfindən imzalanmışdır. Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının məhkəməyə ünvanlanmış 48 №-li, 19.03.2020-ci il tarixli məktubuna əsasən Şəki rayonu Orconikidze adına Taxılçılıq sovxozunun işçi və qulluqçularının əmr kitabları və zəhmət haqqı cədvəlləri 1991-ci ilin dekabr ayına kimi Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filialına təhvil verilməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2341/2020 saylı 11 avqust 2020-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında onun 25.10.1978-ci ildən 03.05.1989-cu ilədək Əhaliyə məişət xidməti idarəsində dərzi, 05.05.1989-cu ildən 22.12.2002-ci ilədək isə Taxılçılıq sovxozunun kommunal təsərrüfatı briqadasında xadimə işləməsi göstərilsə də işin faktiki hallarına əsasən Şəki rayonu Turan taxılçılıq sovxozunun 1992-1999-cu ilin iyun ayına kimi olan işçi və qulluqçularının zəhmət haqqı cədvəllərində Qasımova Təranə Arif qızının işləməyinə dair heç bir qeydiyyat aparılmamışdır.
9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiya məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli 2-1(103)-1803/2020 nömrəli qərarı ilə (hakimlər V.Ağayev (sədrlik edən və məruzəçi), A.Nuriyeva və A.Hüseyn) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş Bakı İnzibati Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2-1(112) -2341/2020 saylı qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul ediulkərək, iddiaçı Qasımova Təranə Arif qızının cavabdeh DSMF-nin Bakı şəhər Nəsimi rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hesablanmasında 1989-cu ildən 2002-ci ilə qədər əmək stajının nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış, olan DSMF-nin Şəki rayon şöbəsinin iş materiallarında olan 06.02.2013-cü il tarixli məktubuna, Şəki rayon Turan Bələdiyyəsinin 118 nömrəli, yanvar 2007-ci il tarixli arayışına və Dövlət Təhlükəsizliyi Xidmətinin Şəki Yanğın Təhlükəsizliyi İdarəsinin 261 №li, 29.09.2006-cı il tarixli arayışlarına istin adən hesab etmişdir ki, iddia tələbi təmin olunmalıdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərində deyilir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında onun 25.10.1978-ci ildən 03.05.1989-cu ilədək Əhaliyə məişət xidməti idarəsində dərzi, 05.05.1989-cu ildən 22.12.2002-ci ilədək isə Taxılçılıq sovxozunun kommunal təsərrüfatı briqadasında xadimə işləməsi göstərilsə də, işin faktiki hallarına əsasən Şəki rayonu Turan taxılçılıq sovxozunun 1992-ci ildən 1999-cu il iyun ayına kimi olan işçi və qulluqçularının zəhmət haqq» cədvəllərində İddia çı işləməyinə dair heç bir qeydiyyat aparılmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 6-1-ci maddəsinin 01 oktyabr 2019-cu il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir. Qeyd edilən maddi hüquq normalarının tələbindən göründüyü kimi, iddiaçının Qanunla tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından, qanun iddiaçıya əmək pensiyasının minimum məbləğindən az olmayan yaşa görə pensiya təyin olunmasını istisna edir. Bu səbəbdən cavabdehin imtinası əsaslı olduğu üçün iddia tələbi təmin edilə bilməz. b. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
15. İddiaçı məhkəmə iclasında vəkillə iştirak etmədiyinə görə onun izahatı dinlənilm əmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. «Əmək pensiyaları haqqında» Qanun Maddə
1. Əsas anlayışlar. 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; M a d d ə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. M a d d ə
11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qruplar, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra h akimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə
12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada).
17. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtə rəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. Apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi pro sessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhk əməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya 2012-ci ildə ikinci qrup əlillik təyin edildiyini müəyyən etmişdir. Bu halda iddia tələbinin hüquqi əsasını təşkil edən norma “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin 01.01.2017-ci il tarixədək olan redaksiyasıdır. Həmin normaya əsasən əlilliyə görə pensiya təyin olunması üçün:
1. İddiaçının əlil olması;
2. İddiaçının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması zəruridir.
22. Bu şərtlər əsasında işin halları araşdırıldıqda görünür ki, iddiaçının hazırda əlil olması barədə sübut işə əlavə olunmamışdır.
23. Belə ki, «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na «Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavəyə görə, əlilliyə görə pensiya təyin edilməsi üçün şəxsin əlilliyini sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən TSEK qərarı təqdim edilməlidir.
24. Qaydaların bu tələbi ondan irəli gəlir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
25. Həmin Qanunun 3.1-ci maddəsində deylilr ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonr a qəbul edilmiş qərar əsasında müəyyən edilir.
26. İş mataeriallarının 63-cü səhifəsinə əlavə edilmiş 3 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından görünür ki, iddiaçı 25.06.2012-ci il tarixdə müayinədən keçmiş, və ikinci qrup əlillik təyin edilmişdir. Əlilliyin müddəti isə 01 iyul 2013-cü ilədək müəyyən olunmuş, növbəti müayinə olunma tarixi 22 iyun 2013-cü il qeyd olunmuşdur.
27. İş materiallarında iddiaçının 22 iyun 2013-cü il tarixdə növbəti müayinə olunması və ya sonrakı dövrdə müayinə edilməklə ona əlilliyin təyin edilməsi müəyyən edilmir. Kassasiya icraatında da bu cür sübut təqdim edilməmişdir.
28. İşin bu halı onu deməyə əsas verir ki, iddia tələbinin təmin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin 01.01.2017-ci il tarixədək olan redaksiya sında nəzərdə tutulan 1-ci dispozisiya şərti - iddiaçının əlil olması müəyyən edilmir. Bu şərtin ödənilməməsi, iddianın rədd olunması üçün müstəqil əsasdır.
29. Lakin məhkəmələr iddiaçıya bununla bağlı sübut təqdim etməyi təklif etməmiş, 2013-cü ildən sonra iddiaçının təkrar müayinədən keçib-keçməməsini, ümumiyyətlə onun hazırda əlil olub-olmamasını araşdırmamışdır.
30. Bundan başqa, cavabdeh iddiaçıya əlilliyə görə pensiya ödənilməsini mümkünsüz edən hal kimi onun zəruri sosial sığorta stajına malik olmadığını bildirir.
31. İşə baxmış məhkəmələr isə cavabdehin bu dəlilini rədd etmişdir. Məhkəmə kollegiyası iddiaçının Şəki rayonu Turan taxılçılıq sovxozunun 1992-1999-cu ilin iyun ayına kimi olan işçi və qulluqçularının zəhmət haqqı cədvəllərində iddiaçının adının qeyd olunmamasına baxmayar aq, onun həmin stajının nəzərə alınmasını mümkün sayır.
32. Lakin iddiaçının 1999-cu ildən 2002-ci ilə qədər stajını müəyyən etmək üçün məhkəmə əlavə araşdırma aparmalı idi. Çünki “Sovxoz və kolxozların islahatı haqqında” Qanuna əsasən 1996-ci ildən etibarən islahatlara başlanmış və mərhələli şəkildə bu subyektlərin fəaliyyətinə xitam verilmişdir.
33. İşin bu halı, məhkəmədən tələb edirdi ki, Turan taxılçılıq sovxozu aqrar islahat komissiyasının nə vaxta qədər fəaliyyət göstərdiyini, onun fəalyyətinə nə vaxt xitam verildiyini müəyyən etsin. Bu məqsədlə rayon İcra Hakimiyyətinə və statistika xidməti idarəsinə sorğu verilməli idi. Lakin məhkəmə tərəfindən bu cür araşdırma aparılmamışdır.
34. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni əsaslı, İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
35. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası İPMnin 96.5.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə gondərilməlidir. İşə yenidən baxılarkən bu qərarın 29-cu və 33-cü bəndlərində göstərilən hallar məhkəmə tərəfindən araşdırılmalıdır.
36. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli 21(103)-1803/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.