Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-667/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-667/2022) Açar sözlər: diplom üzrə ixtisasın tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “Rusiya Federasiyası X10 Universiteti tərəfindən verilmiş 9 iyun 2016-cı il tarixli 106624 ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tə ləbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2358/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarından cavabdeh verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (AZE ********, FİN-xxxxxxx) xx.xx.1990-cı ildə Rusiya Federasiyası, Sverdlovsk vilayəti İrbit şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır.
2. İddiaçı 2012-ci il tarixdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində X10 Universitetinin “heyəti idarəetmə” fakultəsinə qəbul olunmuş, 9 iyun 2016-cı ildə həmin fakultəni bitirmiş və ona 106624 ******* nömrəli diplom verilmişdir.
3. İddiaçı 20 fevral 2018-ci il tarixdə həmin diplom üzrə ixtiasın ın tanınması ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmişdir. Cavabdeh Akkreditasiya və Nostrifikasiya İdarəsinin xx.xx.2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, müsahibə zamanı ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisası mənimsəməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması müəyyən edilmiş və bu səbəbdən diplom üzrə ixtisasın ölkə ərazisində tanınmasından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası X10 Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 106624 ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəli yinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı (1997-ci ildə) “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyaya əsasən diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmalıdır. İkinci şərt isə, tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplom almasıdır. İddiaçının təhsil aldığı məktəb dövlət universitetdir və o, təhsil aldığı 2012 – 2016-cı illərdə, Yekaterinburq şəhərində yaşamışdır. Bu səbəbdən də cavabdehin imtinası qanunsuzduir və onun diplom üzrə ixtisasınən tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqq ında şəhadətnamənin verilməsi cavabdeh tərəfindən təmin olunmalıdır.
6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı, Rusiya Federasiyası X10-Mədən Universitetinin tədris dilini bilmədiyindən diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Hesab olunur ki, tədris dilini bilmədən diploma əlavədə qeyd olunmuş fənləri mənimsəmək, kurs işi yazmaq, təcrübə keçmək, yekun dövlət imtahanı və diplom işi yazıb müdafiə edərək ali məktəbin məzunu olmaq qeyri-mümkündür. Qeyd olunanlara əsasən, iddiaçının adına RF X10-Mədən Universiteti tərəfindən verilmiş bakalabr diplomu üzrə ixtisasının ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(112)- 881/2020 saylı iş) 24 sentyab r 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmişdir. Rusiya Fedrasiyasının səlahiyyətli orqanı İddiaçı X10 Universiteti tərəfindən verilmiş 9 iyun 2016-cı il tarixli 106624 ******* nömrəli bakalavr diplomuna (təhsil sənədinə) apostil verilməklə, hə min ölkədə diplomun qanuniliyi tanınmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edildiyindən, cavabdeh inzibati orqan Cavabdeh tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi hazırkı iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsinə zərurət olmamışdır. İddiaçının məhkəmə icraatında təqdim etdiyi attestatının surətindən görünür ki, ona oxuduğu orta məktəbdə “rus dili” fənni tədris olunmuş və o, həmin fənn üzrə 5 (əla) qiymət almışdır. Cavabdeh tabeliyində olan təhsi l ocağı iddiaçının biliyini “rus dili” fənnindən 5 (əla) qiymətləndirdiyi halda, inzibati orqanın nəzdində yaradılmış müvafiq komissiya onun “rus dili”ni bilməməsini müəyyən etmişdir. Bu ziddiyyəti, habelə iddiaçının Rusiya Federasiyasında əyani formada təhsil almasını və iddiaçının həmin ölkədə yetərli müddətdə olmaması barədə cavabdehin heç bir dəlili olmamasını nəzərə alaraq belə nəticəyə gəlmək olur ki, inzibati orqanın imtina üçün gətirdiyi bu dəlil əsaslı sayıla bilməz.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər: X4-məruzəçi, X5 və X2, 2-1(103)-41/2021 saylı iş) 12 mart 2020-ci il tarixli qərarl a cavabdehin apellyasiya şikayətini təmin etmiş, birinci instansiya məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
11. Apellyasiya instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubunda bildirilir ki, iddiaçının sənədləri ekspert komissiyası tərəfindən yenidən araşdırılmış, ilkin qərar dəyişdirilmədən saxlanılmışdır. Məktuba əlavə edilmiş rəydən görünür ki, ekspert qrupu iddiaçının tədris dili üzrə biliyini mənfi qiymətləndirmişdir. İddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması müəyyən olunduğundan onun diploma əlavədə qeyd olunmuş fənləri mənimsəməsi, təcrübə keçməsi, yekun dövlət imtahanın dan keçməsi və ya diplom işi yazaraq müdafiə etməsinin mümkünlüyü qeyri-realdır.
12. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Ali Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər: R.Nəbizadə - sədrlik edən və məruzəçi, Z.Quliyev və İ.Dadaşov, 2-1(102)- 1064/2021 saylı iş) 30 iyun 2021-ci il tarixli qərarla iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
14. Kassasiya instansiyası məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, cavabdehin imtinasının əsası işdə olan hər hansı sübutla təsdiq edilmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə hallar - iddiaçın ın ali məktəbdə hansı dildə təhsil alması, ekspert komissiyasının iddiaçı ilə nə vaxt və hansı dildə müsahibə aparması, müsahibə zamanı iddiaçıya hansı suallar verilməsi, iddiaçının suallara verdiyi cavab və hansı meyarlara görə iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması araşdırılmamışdır. “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələbinə görə, cavabdeh inzibati aktı yazılı şəkildə əsaslandırmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq edən və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin imtinasının “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olub-olmamasını araşdırmamışdır. ç) ape llyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.Bəktaşi –sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn, 2-1(103)-2358/2021 saylı iş) 17 dekabr 2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli qərarı dəyişidilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyasüı məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının rus dilini bilmə səviyyəsi haqqında ekspert rəyindən çıxarış və müsahibənin videogörüntüsü olan disk cavabdeh orqan tərəfindən tələb edilmiş və iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının rus dilini bilmə səviyyəsi haqqında müsahibənin videogörüntüsü olan diskə baxış keçi rilmiş, müsahibənin rus dilində aparıldığı və iddiaçının rus dilində verilmiş sualları anladığı, cümlələr qura bildiyi və fikrini yaxşı ifadə edə bildiyi müəyyən edilmişdir. Bununla da məhkəmə kollegiyası ekspert rəyi ilə razılaşmayaraq, iddiaçının rus dilini bilmə səviyyəsini qənaətbəxş hesab etmişdir.
17. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv olunması və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Kassator əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin isitnad etdiyi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 13 may 2003-cü il ta rixdə bağlanılmış Saziş əyani təhsil alan şəxslərə şamil olunur, lakin iddiaçı qiyabi təhsil almışdır. 18. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunl uğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələ b olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət h əddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi il ə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya insta nsiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
23. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
25. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə bax ılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərarı ləğv olunmalıdır.
26. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi Rusiya Federasiyasının Yekaterinburq şəhərində X10 Universitetinin “heyəti idarəetmə” fakultəsini bitirməsi ilə əlaqədar ona verilmiş 106624 ******* nömrəli diplom üzrə ixtisasın ölkə ərazisində tanınmasıdır. Cavabdehin imtinasının, iddia tələbinə qarşı verdiyi etirazının və kassasiya şikayətinin əsas dəlili iddiaçının aldığı ixtisası mənimsəməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması ilə bağlıdır.
27. İşə ilk dəfə kassasiya instansiya məhkəməsində baxılarkən, məhkəmə tərkibi işə təkrar baxan apellyasiya instansiyası məhkəməsinə iş üzrə halların hərtərəfli araşdırılması (iddiaçının ali məktəbdə hans ı dildə təhsil alması, ekspert komissiyasının iddiaçı ilə nə vaxt və hansı dildə müsahibə aparması, müsahibə zamanı iddiaçıya hansı suallar verilməsi, iddiaçının suallara verdiyi cavab və hansı meyarlara görə iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması) ilə bağlı göstəriş vermiş, təkrar apellyasiya icraatında cavabdeh tərəfindən məhkəməyə elektron ekspert rəyi, müsahibə ilə bağlı inzibati icraat materiallarından çıxarış, ekspert rəyindən çıxarış tədim edilmişdir.
28. İşə baxan apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən iddiaçının dil biliklərinin qənaətbəxş olması nəticəsinə gəlmiş və mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının rus dilinin bilmə səviyyəsi haqqında ekspert rəyindən çıxarış və müsahibənin videogörüntüsü olan disk cavabdeh orqan tə rəfindən tələb edilmiş və iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının rus dilini bilmə səviyyəsi haqqında müsahibənin videogörüntüsü olan diskə baxış keçirilmiş, müsahibənin rus dilində aparıldığı və iddiaçının rus dilində verilmiş sualları anladığı, cümlələr qura bildiyi və fikrini yaxşı ifadə edə bildiyi müəyyən edilmişdir. Bununla da məhkəmə kollegiyası ekspert rəyi ilə razılaşmayaraq, iddiaçının rus dilini bilmə səviyyəsini qənaətbəxş hesab etmişdir.
29. Məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin öz qərarını əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının rus dili biliklərinin qiymətləndirilməsi apellyasiya instansiyası məhkəməsinin hakimləri tərəfindən həyata keçirilmişdir. Halbuki, bu xüsusi bilik tələb edən sahədir və bununla b ağlı müvafiq mütəxəssis rəyi alınmalı idi. Lakin, apellyasiya instansiya məhkəməsi mütəxəssis rəyi almadan, özü iddiaçının dil biliklərinə qiymət vermiş, bununla da işin hallarının hərətərəfli araşdırması prinsipini pozmuş və Ali Məhkəmənin göstərişlərini natamam icra etmişdir.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7, 82,96.11-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
31. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə tərkibi Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2358/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş t