Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-667/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın əvvəlki dövrlər üzrə ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1970-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində D övlət Sosial Müdafiə X1 şəxsin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək olan müddət üçün pensiya fərqinin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2-1(105)-469/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 13 mart 2015-ci il tarixindən 01 yanvar 2018-ci il tarixədək olan müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh 01 fevral 2022-ci il tarixli **********2 nömrəli məktubla müraciəti təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaç ı 15 yanvar 2021-ci il tarixində hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 06 yanvar 2021-ci il tarixli MN-13752 nömrəli məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə əsasən iddiaçıya 01 fevral 2021-ci il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyinin (591 manat) 80 faizi – 472,80 manat məbləğində əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunm uş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə alınmamış əmək pensiyasının məbləği ən çoxu üç il müddəti üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 12124,48 manat fərq məbləğinin 761,08 manat hissəsi 2021-ci ilin aprel və may aylarında, qalan 11363,40 manat hissəsi isə 2021-ci ilin iyun ayında müvafiq kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya təyin olunmuş əlil liyin müddəti 13 mart 2021-ci il tarixindən bitdiyi üçün ona pensiya ödənişi 31 mart 2021-ci il tarixindən dayandırılmışdır. Qeyd olunanlara əsasən iddiaçının əlil olması ilə bağlı məlumatlar Mərkəzi Filiala təqdim olunduqdan sonra ona əmək pensiyasının ödənilməsi məsələsinə baxılacağı göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək olan müddət üçün pensiya fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır, xx.xx.2015-ci ildən 2- ci dərəcə müharibə əlilidir. Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilədək sosial müavinət almışdır. xx.xx.2021-ci il tarixdən Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş və sosial müavinət dayandırılmışdır. Cavabdeh tərəfindən 2021-ci ilin yanvar ayından etibarən ona 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya hesablanıb ödənilir. Cavabdehə xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək olan müddət üzrə pensiyanın yenidən hesablanması barədə müraciət etmiş, lakin cavabdeh ona xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək olan müddət üçün 3 illik ödəniş etmiş, qalan xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək müddət üzrə ödəniş etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsasız və qanunsuzdur. Ona xx.xx.2015-cı ildən xx.xx.2018-ci ilədək olan müddət üçün pensiya fərqinin hesablanaraq ödənilməsi qanuna müvafiqdir.
4. Cavabdeh imtina məktubu ilə eyni məzmunda iddiaya dair yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(118)-1165/2022 nömrəli qərarı ilə (hakim C. Məmmədov) iddia tələbi təmin edilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi əsassızdır, belə ki, ona 2015-ci ildən 2021-ci ilədək sosial müavinət təyin edilib. Yəni iddiaçı həmin illər ərzində əlil kimi əmək pensiyası almış olsaydı, ona mövcud mübahisə üçün qüvvədən düşmüş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin nor ması tətbiq oluna bilərdi. Ancaq iddiaçıya münasibətdə 2015-ci ildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun normaları tətbiq edildiyindən və həmçinin iddiaçının 2021-ci ilin fevral ayından etibarən 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduğundan, ona sosial müavinət aldığı müddətin (2015-ci ildən 2021-ci ilədək) əmək pensiyaçılara təyin edilməsi əsasları kimi tətbiq edilməsi yolverilməzdir. Cavabdeh tərəfindən üzərinə düşən vəzifə kimi iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumat vərəqəsinə uyğun olaraq 01 fevral 2021-ci il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə əmək pe nsiyası təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2-1(105)-469/2022 nömrəli qərarı ilə (hakimlər H.Babayeva – sədrlik edən və məruzəçi, F.Məmmədov və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(118)-1165/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı hərbi q ulluqçu kimi əmək pensiyası təyin edilməsi ilə əlaqədar cavabdehə ilk dəfə 2021-ci il tarixdə müraciət etmiş, 2017-ci il 1 iyul tarixinədək iddiaçının cavabdehə müraciət etməməsinin səbəbi onun səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmamışdır. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq, əvvəlki müddət üçün alınmamış pensiya məbləği müraciət edilən tarixdən, xx.xx.2021-ci il tarixindən əvvəlki üç illik dövr üzrə ödənilmişdir.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİ YA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. İddiaçı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, işin hallarına hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçının kassasiya şikayəti mahiyyətcə iddia ərizəsinə uyğun tərtib edilmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Cavabdeh kassasiya şikayətinə qarşı təqdim etdiyi etirazında apellyasiya məhkəməsi tərəfindən mübahisənin düzgün həll olunduğunu nəzərə alaraq mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Əmək pensiyaları haqqında” Qanun (1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyada): Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.... Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.11-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir....
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci i l tarixli, 03/2020 nömrəli Qərardadı:
1. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
15. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərar ı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilm əsi üçün əsas yoxdur.
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçıya ötən dövr üçün hesablanan pensiya məbləğinin ödənilməsi dövrünün müəyyən edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları pros essual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
22. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya 2-ci dərəcə əlilliklə əlaqədar 2015-ci ildən 2021-ci ilədək sosial müavinət təyin edilmiş, onun 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciətinə əsasən, xx.xx.2021-ci il tarixdə MN-13752 nömrəli “Məlumat vərəqi” tərtib edilmiş, həmin məlumat vərəqi və iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən, ona xx.xx.20 21-ci il tarixdən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 01 iyul 2017-ci il tarixədək hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə pensiyanın təyin edilməsi ilə bağlı nə cavabdeh inzibati orqana, nə də məlumat vərəqəsinin tərtib edilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməmiş, əlillik təyin edildikdən sonra xx.xx.2015-ci il tarixdə yalnız sosial müavinətin təyin edilməsi ilə bağlı inzibati orqana müraciət etmişdir.
23. Hərbi qulluqçu kimi əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana iddiaçı ilk dəfə 2021-ci il tarixdə müraciət etmiş, 2017-ci il 01 iyul tarixinədək iddiaçının cavabdehə müraciət etməməsinin səbəbi iddiaçının səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzürlü səbəblərl ə bağlı olmamışdır.
24. Ona görə də, cavabdeh tərəfindən iddiaçıya haqlı olaraq “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli qərardadına uyğun olaraq əvvəlki müddət üçün alınmamış pensiya məbləği müraciət edilən tarixdən, 15 yanvar 2021-ci il tarixdən əvvəlki üç illik dövr üzrə ödənilmişdir.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2-1(105)-469/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.