Məhkəmə qərarları › İş №2-1(102)-667/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-667/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-667/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fond unun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2154/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur.

2. İddiaçıya məxsus diploma, hərbi biletə, eləcə də əmək kitabçasına əsasən müəyyən edilir ki, o, 1978-ci ildə Bakı Politexnikumuna daxil olmuş və xx.xx.1984-cü ildə həmin texnikumun texnik inşaatçı ixtisası üzrə tam kursu bitirmiş, xx.xx.1979-cu il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuş, xx.xx.1978-ci ildə 2 saylı KSS-yə elektrik qaynaqçısı şagirdi təyin edilmiş, xx.xx.1978-ci ildə Elektrik qaynaqçıya 1-ci dərəcə verilmiş, xx.xx.1979-cu ildə işdən azad edilimişdir. xx.xx.1981-ci ildə 2 saylı çilingər-quraşdırma qaynaq sexinə 1 (birinci) dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş, xx.xx.1982-ci ildə işdən azad edilmişdir. SPMK-17-yə xx.xx.1982-ci ildə 3-cü dərəcəli çilingər-quraşdırıcı kimi qəbul edilmişdir. xx.xx.1983-cü ildə işdən azad edilmişdir. “Bakı Baş Tikinti” İri panelli evtikmə istehsalat tikinti-quraşdırma birliyinin 3 saylı Evtikmə kombinatı Baş korpusa xx.xx.1983-cü ildə 2 (ikinci) dərəcəli fəhlə qəbul edilmişdir. xx.xx.1983-cü ildə ikinci dərəcəli qəlibləyici dərəcəsi verilmişdir. xx.xx.1984-cü ildə D/b konstruksiyaların qəlibləyicisinə 3-cü (üçüncü) d ərəcə verilmişdir. xx.xx.1984-cü idə Beton sexinin ustası vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı ildə Beton sexinə 3-cü dərəcəli çilingər işinə keçirilmişdir. xx.xx.1987-ci ildə Təkrar tarifləşmədən sonra çilingər-təmirçinin ikinci dərəcəsi müəyyən edilmişdir. xx.xx.1988-ci ildə Çilingərtəmirçiyə 3 (üçüncü) dərəcə verilmişdir. xx.xx.1989-cu ildə Çilingər-təmirçiyə 4 (dördüncü) dərəcə verilmişdir. xx.xx.1990-cı ildə Çilingər-təmirçiyə 5 (beşinci) dərəcə verilmişdir. xx.xx.1991-ci ildə işdən azad edilmişdir. Təsərrüfatlararası layihə-Mənzil Tikinti Birliyi Təsərrüfat hesablı Təmir-Tikinti Sahəsi №3 Bakı şəhəri Səbail rayonu xx.xx.1991-ci ildə iş icraçısı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1993-cü ildə vəzifədən azad edilmişdir. xx.xx.1993-cü ildə “Aynur” kooperativinə iş icraçısı vəzifəsinə qəbul edimişdir. xx.xx.1993cü ildə işdən azad edilmişdir. xx.xx.1993-cü ildə Nərimanov rayon TTİ iş icraçısı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1996-cı ildə işdən azad edilmişdir. xx.xx.1996-cı ildə Nərimanov rayon MKTB Asfalt və dam örtüklərinin təmiri sahəsinə müvəqqəti olaraq iş icraçısı vəzifəsinə təyin edilmişdir. xx.xx.1997-ci ildə daimi olaraq həmin vəzifəyə təyin edilmişdir. xx.xx.2002-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2002-ci ildə İnşaat TTİ müəssisəsinə iş icraçısı vəzifəsinə təyin edilmiş,xx.xx.2007-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2007-ci ildə İnşaat təmir tikinti və istehsalat müəssisəsi MMC-yə iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2012-ci ildə işdə azad edilmişdir. xx.xx.2012-ci ildə "xxxx" MMC-nin baş mühəndisi vəzifəsinə təyin edilm iş, xx.xx.2013-cü ildə işdən azad edilmişdir. xx.xx.2013-cü ildə "xxxx" MMC-yə baş mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci ildə işdən azad edilmişdir. xx.xx.2015-ci ildə "xxxx" MMC-yə baş mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.2016-cı ildə işdən azad edilmişdir. xx.xx.2016-cı ildə "xxxx" MMC-yə iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci ildə işdən azad edilmişdir. xx.xx.2019-cu ildə ”Kəpəz tikinti-quraşdırma” MMC-yə iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu ildə işdən azad edilmişdir. 3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 18 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1996-cı il tarixindən (əmr № 2) xx.xx.2012-ci il tarixədək ( Əmr № 05 xx.xx.2012) iş icraçısı vəzifəsində çalışmışdır. Güzəştli şərtlərlə yaşa görə pen siya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı (2 nömrəli əlavə). Təsdiq olunmuş koda (Kod 2290000b-24441) istinadən İddiaçı işlədiyi peşə zərərli işə aiddir.

4. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfati Departamentinin xx.xx.2022-ci il tarixli, 935 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində Səbail rayon 3 nömrəli Təsərrüfat hesablı Tə mir Tikinti Sahəsi və Nərimanov rayon Təmir Tikinti İdarəsi adlı təşkilat fəaliyyət göstərmədiyindən sorğuda qeyd edilən məlumatların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.

5. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli, 7-5076/17 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər icra Hakimiyyəti başçısı Aparatının arxivində qeyd olunan xüsusatlara dair hər hansı məlumatın müəyyən edilməsi mümkün olmamışdır.

6. İddiaçı ilkin olaraq xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək ona 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərək bildirmişdir ki, onun fərdi hesabında sığorta his səsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40432,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32361,45 manat təşkil edir.

7. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərək bildirmişdir ki, iddiaçıya qeyd edilən yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün zərərli işə dair iş yerinin arayışı və əmək k itabçasındakı dövrlər üzrə əmək haqqı arayışı təqdim edilmədiyi əsas gətirilərək müraciətin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddia tələbinin təmin olunması, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının düzgün hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cabadeh Azərbaycan Respubl ikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. xx.xx.1978-ci il tarixdən Petrov adına maşınqayırma zavodunda elektrik qaynaqçısının köməkçisi kimi işə qəbul olunaraq işə başlamışdır. xx.xx.1979-cu ildən, xx.xx.1981-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci ildən xx.xx.1982-ci ildək həmin zavodda elektrik qaynaqçısı işləmişdir. xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək 2-ci dərəcəli çilingər montajçı, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək 2-ci dərəcəli fəhlə, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək beton se xində fəhlə, xx.xx.1991-ci ildən xx.xx.2012-ci ilədək iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.2012-ci ildən xx.xx.2016-cı ilədək baş mühəndis vəzifəsində işləmişdir. Əmək fəaliyyətinin bu göstəriciləri ona güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Bununla bağlı cavabdeh təşkilata rəsmi müraciət etmişdir, ona xx.xx.2021-ci il tarixli **********5 saylı rəsmi cavab verərək göstərilmişdir ki, onun fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40432.00 manat hesablandığı halda fərdi he sabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32361,45 manat təşkil edir. Ona görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh idarənin bu rəsmi cavabını qanunsuz və əsassız hesab edir. Belə ki, onun hesablamalarına görə onun üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının həcmi 40432 manatdan çoxdur. Əgər cavabdeh təşkilat rəsmi sənədləri məhkəməyə təqdim edərsə və məhkəmə mühasibatlıq ekspertizası keçirərsə ondan tələb olunan üçün fərdi hesabın sığorta hissəsi dəqiq hesablanar və pensiya təyin olunar.

10. Cavabdeh orqan iddiaya yazılı etirazları məhkəməyə təqdim etmiş və xx.xx.2022-ci il tarixli, **********7 nömrəli etirazda bildirilmişdir ki, İddiaçı xx.x x.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb edilən 40432 manat pensiya kapitalına münasibətdə 32361 manat təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina barədə cavab verilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qə bul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdik də, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 4 element mövcud olmalıdır: 1.İddiaçının 60 yaşının tamam olması; 2.İddiaçının xx.xx.2021-ci il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması; 3.İddiaçının xx.xx.2021-ci il tarixədək azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması; 4.İddiaçının xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb edilən məbləğdə pensiya kapitalının mövcud olması. Hazırki işin hallarından müəyyən edilir ki, İddiaçı 536538 nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur (02 il 01 ay 06 gün). İş mater iallarında olan İddiaçı məxsus xx.xx.1978-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətinə əsasən müəyyən edilir ki, o, xx.xx.1978-xx.xx.1979-cu il tarixlərdə, xx.xx.1981xx.xx.1982-ci il tarixlərdə, xx.xx.1982-xx.xx.1983-cü il tarixlərdə, xx.xx.1983-xx.xx.1991-ci il tarixlərdə, xx.xx.1991-xx.xx.1993-cü il tarixlərdə, xx.xx.1993-xx.xx.1993-cü il tarixlərdə, xx.xx.1993-xx.xx.1996-cı il tarixlərdə, xx.xx.1996-xx.xx.2002-ci il tarixlərdə, xx.xx.2002xx.xx.2007-ci il tarixlərdə, xx.xx.2007-xx.xx.2012-ci il tarixlərdə, xx.xx.2012-xx.xx.2013-cü il tarixlərdə, xx.xx.2013-xx.xx.2015-ci il tarixlərdə, xx.xx.2015-xx.xx.2016-cı il tarixlərdə, xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə, xx.xx.2016-xx.xx.2019-cu il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı xx.xx.1978-ci il tarixli *** **** nömrəli əmək kitabçasının və 536538 nömrəli hərbi biletinin surətinə əsasən onun ümumi sosial sığorta stajı 40 il 09 ay 10 gün müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 iyun 2021-ci il tarixli 15 nömrəli arayışında İddiaçı xx.xx.1996-xx.xx.2012ci il tarixlərdə həmin müəssisədə iş icraçısı vəzifəsində çalışdığı qeyd edilmişdir. Belə ki, İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixədək mövcud olan 27 il 04 ay 06 gün sosial sığorta stajına münasibətdə 15837 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək isə 16524 manat pensiya kapitalının toplandığı müəyyən edilmişdir. İddiaçı münasibətdə tələb edilən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı aşağıdakı qaydada hesablanır: 200 x 204 ay = 40800 manat. Burada 200 manat minimum əmək pensiyası məbləğini, 204 ay isə 144 ay gözlənilən pensiya ödənişi müddəti aylarının sayının üzərinə iddiaçıya münasibətdə 5 il, yəni 60 ay güzəşt edildikdə alınan gözlənilən pensiya ödənişi müddəti aylarının sayını ifadə edir. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyinatının aparılması onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının qanunvericiliklə tələb edilən pensiya kapitalı məbləğindən az olması səbəbindən mümkün deyildir. Qeyd edilənləri rəhbər tutaraq məhkəmədən, İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

11. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2023- cü il tarixli etiraza əlavəsində bildirilmişdir ki, İddiaçı 29 sentyabr 2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı müraciətinə mərkəzi filial tərəfindən ünvanlanmış məktubda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə iş yerinin arayışı və 3 sentyabr 1978-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1996-xx.xx.2002-ci il və xx.xx.2002xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində işlədiyinə dair aparılmış qeydlər əmək haqqı arayışı əsasında təsdiq olunaraq mərkəzi filiala təqdim ediləcəyi təqdirdə baxılacağı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Az ərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təmi natına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.2 0-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, hab elə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı müraciətinə müvafiq sənədlər əlavə edilmədiyindən onun işlədiyi vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verəri işlərə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışı və 3 sentyabr 1978-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1996-xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində işlədiyinə dair aparılmış qeydlər əmək haqqı arayışı əsasında təsdiq olunaraq mərkəzi filiala təqdim edildikdən sonra baxılacaqdır. Yuxarıda qeyd edilənləri və İPM-n in 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

12. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı 57 yaşdan, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021ci il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 0 8 fevral 2023-cü il tarixli, 2-1(112)-506/2023 saylı qərardadı ilə (hakim A.Ə.Əhədova) iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2-1(112)-506/2023 saylı qərarı ilə (hakim A.Ə.Əhədova) iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya aid əmək kitabçasına xx.xx.1996-cı ildə Nərimanov rayon MKTB nəzdində Asfalt və dam örtüklərinin təmiri sahəsinə iş icraçısı vəzifəsinə təyin edilməsi, xx.xx.1997-ci ildə daimi olaraq həmin vəzifəyə təyin edildiyi, xx.xx.2002-ci ildə əmək müqaviləsinə xitam verildiyi, eləcə də xx.xx.2002-ci ildə İnşaat TTİ müəssisəsinə iş icraçısı vəzifəsinə təyin edildiyi, həmin müəssisədə xx.xx.2007-ci ildə əmək müqaviləsinə xitam verildiyi barədə işə qəbul və işdən çıxması barədə əmrlərin nömrəsi, tarixi, müəssisələrin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydlər daxil edilmişdir. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Bundan əlavə nəzərə alınmalıdır ki, mübahisələndirilən xx.xx.2002-xx.xx.2006-cı il ərzində işləmiş olduğu "xxxx" Məhdud Məsuliyyə tli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2001-ci ildə Ş-1078 nömrə ilə dövlət qeydiyyatına alınmışdır və "xxxx" MMC məhkəmə sorğusuna xx.xx.2022ci il tarixli, 18 nömrəli cavab məktubunda iddiaçının həmin dövrdə həmin müəssisədə çalışdığını təsdiq etmişdir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur. İddiaçının xx.xx.1991-xx.xx.1993-cü ilədək 01 il 01 ay 20 gün, xx.xx.1993-xx.xx.1996-cı ilədək 03 il 05 ay, xx.xx.1996-cı il tarixindən xx.xx.2006-cı ilədək 09 il 04 ay olmaqla cəmi güzəştli iş stajı 13 il 10 ay 20 gün təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulm asına səbəb olmuşdur.

16. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2154/2023 nömrəli iş üzrə 05 oktyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: P.A.Hüseynov və Ş.A.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2-1(112)-506/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəb ul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ b. Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, iddianın təmini üçün faktiki və hüquqi əsaslar olmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq ic ra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 (hazırda qüvvədə olan redaksiyada). Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti nə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq e dilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları” 1.1. Əmək kitabçası işç inin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi 2290000b - 24441 iş icraçıları. 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyah ısı

2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı; 28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzib ati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə

24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

29. Azərbaycan Respublikasının İ nzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şi kayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya in stansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdird ə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası mə hkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, o cümlədən ümumi və xüsusi iş stajının xx.xx.2006-cı il tarixədək qazanılmasına dair şərtlərin mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericil iyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

37. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

38. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabde hin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

39. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxsl ərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

40. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

41. İddiaçı xx.xx.1991-xx.xx.1993-cü illər aralığında təsərrüfatlar arası tikinti birliyində, xx.xx.1993-xx.xx.1993-cü illərdə tikinti kooperativində və xx.xx.1993-xx.xx.1996cı illərdə təmir-tikinti idarəsində, xx.xx.1996-xx.xx.2002-ci illərdə Bakı şəhəri İHB MKTDnin Nərimanov rayon MKTB-də asfalt və dam örtüklərinin təmiri sahəsində, xx.xx.2002xx.xx.2006-cı illərdə inşaat təmir-tikinti müəssisəsində iş icraçısı vəzifəsində çalışmışdır.

42. Kollegiya qeyd edir ki, iddiaçının 1996-2002-ci illərdə Bakı şəhər İH MKTD-nin Nərimanov rayon MKTB-də, xx.xx.2002-xx.xx.2006-cı illərdə “İnşaat təmir-tikinti müəssisəsi”ndə işlədiyi dövrün arxiv məlumatlarının aşkar edilməməsi iddiaçının ziyanına şərh oluna bilməz.

43. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********857200 nömrəli məktubundan görünür ki, xx.xx.2007-ci il tarixli nizamnaməsinə əsasən xx.xx.2001-ci ildə Ş-1078 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2001-ci ildə Ş-1078 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Müəssisəsinin bazasında yaradılmış və onun hüquqi varisidir. "xxxx" MMCnin hüquqi ünvanı ünvan 1 barədə isə məlumat aşkar edilməmişdir. 44. "xxxx" MMC xx.xx.2022-ci il tarixli, 18 nömrəli məktubunda bildirmişdir ki, İddiaçı xx.xx.1996-cı il tarixindən (əmr № 2) xx.xx.2012-ci il tarixədək (Əmr № 05 xx.xx.2012) iş icraçısı vəzifəsində çalışmışdır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı (2 nömrəli əlavə). Təsdiq olunmuş koda (Kod 2290000b24441) istinadən İddiaçı işlədiyi peşə zərərli işə aiddir.

45. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “kod 22900000, XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsi üzrə kod 290000b—24441 – iş icraçıları” vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək iş icraçısı kimi çalışdığı dövr üzrə güzəştli iş stajı 12 il 06 aydan artıq təşkil edir.

46. Bundan başqa, kollegiya qeyd edir ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edərkən onun güzəştli iş stajını mübahisələndirməmişdir.

47. Cavabdeh iddiaçının əmək kitabçasına əsasən işlədiyi müəyyən dövrləri mübahisələndirsə də, məhkəməyə iddiaçıya məxsus əmək kitabçasında olan məlum atların mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azə rbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

49. Hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan yuxarıda istinad edilən normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzə ştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

50. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı ilkin olaraq xx.xx.2021-ci il tarixdə ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının pensiya təminatına imkan verilmədiyi əsas gətirilərək müraciətin təminindən imtina etmiş, daha sonra iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün 29 sentyabr 2022-ci il tarixdə cavabdehə müraciət etmiş, bu zaman iddiaçıya qeyd edilən yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün zərərli işə dair iş yerinin arayışı və əmək kitab çasındakı dövrlər üzrə əmək haqqı arayışı təqdim edilmədiyi əsas gətirilərək müraciətin təmin edilməsindən imtina etmişdir.

51. Cavabdeh nəzərə almalıdır ki, şəxsin müraciətinin təmin edilməsindən imtina ilə bağlı hər dəfə yeni dəlillərə istinad etməkdə haqlı sayıla bilməz və belə hal bir tərəfdən, şəxsin səmərəli müdafiə hüququnun təmin olunması, digər tərəfdən isə, prosessual qənaət prinsipinin tələbləri baxımından yolverilməzdir. Obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində şəxsin müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Şəxsin müraciətinin təmin edilib-edilməməsi qənaətinə gələrkən, c avabdeh məhz qanunvericiliyin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsinə əsaslanmalıdır.

52. Sonda məhkəmə kollegiyası təyin edilmiş pensiyanın ödənilməsi ilə bağlı onu qeyd edir ki, iddiaçı ilk dəfə hazırkı tələblə cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Belə olan halda, aşağı instansiya məhkəmələri haqlı olaraq belə nəticəyə gəlmişlər ki, iddiaçıya ödəniləcək pensiya məbləğinin fərqi cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (04 avqust 2021-ci il) əvvəlki illər üçün, yəni 04 avqust 2018-ci ildən hesablanaraq ödənilməlidir.

53. Beləliklə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

54. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2154/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar