Məhkəmə qərarları › İş №2-1(102)-668/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-668/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-668/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi, texniki pasportu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında D aşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (“xxxx” MMC üçüncü şəxs olmaqla) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2839/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı (bundan sonra mətndə iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışa əsasən sahəsi 0.0208 ha təşkil edən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, istifadədədir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət edərək ünvan 2 ünvanda yerləşən yaşayış evinə və torpaq sahəsinə vahid əmlak kimi dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********05 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən sözügedən ərizəyə digər hüquqi şəxsin adına keçmiş DTXK tərəfindən kad astr planı verilmişdir. Bundan əlavə, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin söküntü ərazisinə aid olub-olmaması barədə Nərimanov Rayon İcra Hakimiyyətinə sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Bakı şəhərinin Baş Planına əsasən əsaslı şəkildə yenidən qurulması, həmçinin müxtəlif təyinatlı (yaşayış və qeyri-yaşayış) obyektlərin tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşdiyindən, eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi əsasında həmin ərazidə köçürülmə işləri aparıldığından, iddiaçıya məxsus evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun tanınması məqsədəuyğun hesab edilmir. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli RX seriy alı ******* saylı çıxarışa əsasən onun qanuni istifadəsində olan 0.0208 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsi və onda yerləşən fərdi yaşayış evinin birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 139.7 kv.metr olan fərqi yaşayış evi, xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Çıxarışdan göründüyü kimi, fərdi yaşayış evinin yerləşdiyi 0.0208 ha torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. Həmin torpaq sahəsin in üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsi və onda yerləşən fərdi yaşayış evi ilə birlikdə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq iddiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə xx.xx.2019-cu il tarixli ərizəyə cavabdeh tərəfindən əsassız olaraq imtina verilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın “torpaq sahəsi üzərində hüququn növü” qrafasında yazılmış “istifadə” sözü, həmin torpağın iddiaçının qanuni istifadəsində olduğunu təsdiq edir. Beləliklə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəs inə əsasən, həmin torpaq sahəsi dövlət tərəfindən iddiaçının əvəzsiz istifadəsinə verilmişdir. Həmin torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmək iddiaçının hüququdur. Cavabdeh orqan tərəfindən iddiaçının qanuni tələbindən imtina edilməsi isə əsassızdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-2702/2019 saylı qərarı ilə (hakim: R.M.Daşdəmirov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunvericilikdə tələb olunan sənədlər inzibati orqana təqdim edilmədiyindən iddia əsaslı deyildir. Birinci instansiya məhkəməsinin həmin qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Ap elyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2839/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: S.S.Seyidova və İ.B.Əhmədov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-2702/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin mövqey i qanunsuz və əsassızdır. Belə ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ, məhkəmənin istinad etdiyi Torpaq Məcəlləsinin (1999-cu il redaksiyası) qüvvəyə minməsindən çox illər əvvəl yaranmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi vaxt da həmin torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi eyni mövqedən çıxış edərək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin mətnini bütünlüklə təqdim edərək, həmin maddəyə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas olan sənədlərdən hər hansı birinin iddiaçı tərəfindən təqdim edilmədiyini göstərmişdir. Daha sonra məhkəmə tərəfindən həmin qanunun 1 0.2 və 15.1-ci maddələrinə istinad edilmiş və cavabdeh inzibati orqanın torpaq sahəsi üzərində hüququn qeydinin aparılmasından imtinasını qanuni hesab etmişdir. Həmçinin məhkəmə, iddianın təmin edilməməsinə dair mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 490 saylı sərəncamı və xx.xx.2008-ci il tarixli 0826 saylı icarə müqaviləsi ilə "xxxx” MMC-yə icarəyə verildiyi məlum olur. Halbuki, sübutların tədqiqi zamanı, “xxxx” MMC-yə icarəyə verilmiş torpaq sahəsinin ünvanının iddia ərizəsində göstərilmiş Təbriz küçəsi 77 ünvanı deyil, Təbriz küçəsi 858-ci məhəllə olduğu müəyyən edilmişdir. Araşdırma zamanı işə baxan hakim tərəfindən ünvanlarla bağlı qeyd olunan ziddiyyətə aydınlıq gətirilməsi cavabdeh orqanın nümayəndəsinə təklif olunsa da, nümayəndə bu halı izah edə bilməmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən məhkəmə iclasında müəyyən edilməmiş hala istinad edilmişdir. Həmçinin qeyd edilir ki, iddia tələbində göstərilmiş torpaq sahəsi 1926-cı ildən iddiaçı və onun ailəsinə məxsus olmaqla hüquqi cəhətdən yüklüdür və hasarın içərisində yerləşir. Həmin torpaq sahəsi 3-cü şəxslərin icarəsinə verilə bilməzdi. İddiaçı kassasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-2839/2019 saylı qərarında göstərilmişdir ki, mübahisə predmetini təşkil edən həyətyanı torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək iddiaçının qanuni ist ifadəsində olmamışdır. Məhkəmənin bu mövqeyi əsassızdır. Belə ki, cavabdeh inzibati orqanın hüquqi varisi olduğu Bakı şəhər İcra Hakimiyyəti yanında Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin tərtib etdiyi xx.xx.2003-cü il tarixli 6/1416 saylı “Fərdi yaşayış evinin texniki pasportu”ndan görünür ki, həmin ünvanda yaşayış evi 1926-cı ildə tikilmişdir. Azərbaycan Sovet Sosialist Respublikası Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin Bakı şəhər planlaşdırma idarəsi yanında Şəhər uçot- müxəlləfat bürosu tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli “Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestri”nin 199 saylı kitabının 10893 saylı səhifəsindən çıxarışa əsasən, ünvan 4 ünvanda yerləşən ev- mülkü, iddiaçının anası X1 mülkiyyətində ol muşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar apelyasiya baxışına qaytarılmalıdır. İşin hallarından görünür ki, iddia ərizəsində göstərilmiş həyətyanı torpaq sahəsinin üçüncü şəxs “xxxx” MMC-yə icarə yə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi barədə iş materiallarında heç bir sübut olmamasına və həmin torpaq sahələrinin ayrı-ayrı ünvanlara aid olduğu müəyyən edilməsinə baxmayaraq, apelyasiya instansiyası məhkəməsi həmin torpaq sahələrinin üst-üstə düşməsi qənaətinə gəlmiş, iddianın təmin olunmaması əsaslarından biri kimi bu hala istinad etmişdir. Halbuki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışdan görünür ki, mübahisə predmetini təşkil edən 0.0208 ha torpaq sahəsi ünvan 5 ünvanda, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “xxxx” MMC-yə ayrılmış torpaq sahəsi isə ünvan 7 ünvanında yerləşir. Təbriz küçəsi 77 saylı ünvanın həmin küçədə yerləşən 858 saylı məhəlləyə aid olması aşağı instansiya məhkəmələri tərəfindən aydlnlaşdırılmamış qalmışdır. İ ş materiallarından görünür ki, “xxxx” MMC birinci instansiya məhkəməsi tərəfindən iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş, lakin istər birinci instansiya məhkəməsində, istər apelyasiya instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında onun nümayəndəsi iştirak etməmişdir. Beləliklə, məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş “xxxx” MMC, məhkəmə tərəfindən ona prosessual imkan yaradılmasına baxmayaraq, iddia mübahisəli torpaq sahəsi ilə bağlı mübahisənin onun mənafeyinə toxunduğunu aktiv hərəkətləri ilə nümayiş etdirməmişdir. Apelyasiya instansiyası məhkəməsi şikayətin təmin edilməməsi ilə bağlı mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin söküntü ərazisinə aid olub-olmaması barədə Nərimanov Rayon İcra Hakimiyyətinə sorğu veril mişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Bakı şəhərinin Baş Planına əsasən əsaslı şəkildə yenidənqurulması, həmçinin müxtəlif təyinatlı (yaşayış və qeyri-yaşayış) obyektlərin tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşdiyindən, eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi əsasında həmin ərazidə köçürülmə işləri aparıldığından, iddiaçıya məxsus evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun tanınması məqsədəuyğun hesab edilmir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını müəyyən edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində torpaq sahəsinin söküntü ərazisinə düşməsi qeydiyyatdan imtina üçün əsas kimi nəzərdə tutulmamışd ır. Apelyasiya instansiya məhkəməsinin qənaətinə görə, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranma əsası kimi “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə istinad etməsi əsassızdır. Belə ki, həmin normadan göründüyü kimi, qanunverici fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi üçün sözügedən torpaq sahələrinin vətəndaşların qanuni istifadəsində olmasını tələb edir. xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışda sahəsi 0.0208 ha təşkil edən torpaq sahəsinin istifadədə olması qeydi isə hüquqi deyil, faktiki vəziyyəti əks etdirir. Məhkəmə kollegiyası apelyasiya instansiyası m əhkəməsinin bu mövqeyi ilə razılaşmır və bununla bağlı qeyd edir ki, qeydiyyat orqanı tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hüquqi sənəddir və həmin sənəddəki qeydlər konkret daşınmaz əmlakın hüquqi vəziyyətini əks etdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Beləliklə, iş materiallarında olan xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışla, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 77 ünvanda yerləşən 0.0208 ha torpaq sahəsi üzərində iddiaçının istifadə qanuni hüququnun mövcudluğu müəyyən edilir. Apelya siya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin “Torpaq islahatı haqqında” Qanun qüvvəyə minməzdən (1996-cı ilin iyul ayı) əvvəl iddiaçının qanuni istifadəsində olması, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndində təsbit olunan üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportun (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi h alda) mövcud olması iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestri haqqında çıxarışın xx.xx.2015ci il tarixdə verilməsi həmin torpaq sahəsi üzərində hüququn həmin tarixdə yarandığı anlamına gəlməyə əsas vermir. Məsələyə hərtərəfli hüquqi qiymət verilməsi üçün mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində hüquqların ilkin qeydiyyatının hansı tarixdə aparıldığının müəyyən edilməsi zəruridir. İddiaçı apelyasiya şikayətində də qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin 1926-cı ildən onun ailəsinin istifadəsində olduğunu, hasarın içərisində yerləşdiyini bildirmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kim i, iddiaçının bu dəlili ilə bağlı araşdırma aparmalı, mübahisəli torpaq sahəsi üzərində onun istifadə hüququnun nə vaxt yarandığını, bu barədə müvafiq sənədlər, o cümlədən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportun mövcud olub-olmamasını araşdırılmalı idi. Apelyasiya instansiyası məhkəməsi isə bu barədə heç bir araşdırma aparmadan, yalnız 2015-ci ildə verilmiş çıxarışa istinad etməklə, mübahisəli torpaq sahəsinin 1996-cı ilin iyul ayınadək, yəni “Torpaq islahatı haqqında” Qanun qüvvəyə minməzdən əvvəl iddiaçının istifadəsində olmasının, həmçinin texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportun (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) mövcud olmasının iş materialları ilə təsdiq edilmədiyi qənaətinə gəlmişdir. Halbuki, iddiaçının kassasiya şikayətinə əlavə edilmiş, cavabdeh inzibati orqanın hüquqi varisi olduğu Bakı şəhər İcra Hakimiyyəti yanında Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin tərtib etdiyi xx.xx.2003-cü il tarixli 6/1416 saylı “Fərdi yaşayış evinin texniki pasportu”ndan görünür ki, hazırda iddiaçıya məxsus yaşayış evi 1926-cı ildə tikilmiş və 221.8 kv.metr meydança sahəsi olmuşdur. İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb ed ən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hə rtərəfli araşdırılması təmin olunmamışdır. Yuxarıda qeyd olunan prosessual normaların tələbinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apelyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən məsələnin həlli məqsədilə yenidən ətraflı araşdırma aparmalı, zərurət olduğu təqdirdə əlavə sübutlar tələb etməli və yalnız bundan sonra tələbə hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası İnzibati Prosessual Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2839/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar