Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-668/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlavə mənfəət vergisi hesablanması barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət inin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər İdarəsinə qarşı 08.06.2017-ci il tarixli, **********398200 saylı qərarın qismən ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-156/2020 nömrəli, 16 dekabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Ərazi Vergilər Departamenti 03 aprel 2017-ci il tarixdə iddiaçıya məktub ünvanlayaraq 31 mart 2017-ci il tarixdə təqdim edilmiş 2016-cı il üçün mənfəət vergisinə dair bəyannamə üzrə müqayisə aparıldıqda fərqlərin yarandığı aşkar edildiyini və kameral yoxlamanın başa çatdırılması üçün həmin dövr üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin və ya kənarlaşmanı doğuran səbəbi izah edən məktub təqdim edilməli olduğunu bildirmişdir. 2. 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən tərtib edilmiş 08 iyun 2017-ci il tarixli, **********398200 nömrəli vergilərin hesablanması barədə qərara əsasən, “xxxx” MMC-yə 2016-cı ilin mənfəət vergisi üzrə 106.798,17 manat məbləğində əlavə vergi hesablanmışdır.
3. İddiaçı 2 saylı Ərazi Vergilər Departamentinə 23.06.2017-ci il tarixdə müraciət edərək bildirmişdir ki, 2016-cı ildə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə yekun dövriyyənin 13583022,20 manat olduğu halda, həmin rəqəmin mənfəət vergisi bəyannaməsində 10672332,26 manat göstərilməsi əsassızdır. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, vergi ödəyicisi tərəfindən 2016-cı il ƏDV bəy annaməsinin 305-ci sətrində göstərilmiş əməliyyatlar üzrə yekun dövriyyə 10761541,95 manat təşkil edir. Vergi orqanı tərəfindən aparılmış kameral və səyyar vergi yoxlaması nəticəsində həmin rəqəm 10774588,44 manat olmalıdır. Göstərilən rəqəmlər arasındakı fərq nə vergi ödəyicisi, nə də vergi orqanı tərəfindən hesablanmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, 2 saylı Ərazi Vergilər Departamentinin 08.06.2017-ci il tarixli **********398200 saylı qərarının məcburetmə qaydasında qismən ləğv edilməsini, 2016-cı ilin mənfəət vergisi bəyannaməsinin hesablanmış 106798,41 manat əlavə vergi öhdəliyinin 83752,87 manat azaldılaraq, 23045,54 manat hissədə saxlanmasını xahiş etmişdir.
5. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdehin 08.06.2017-ci il tarixli **********398200 saylı qərarının qismən ləğv edilməsi, 2016-cı ilin mənfəət vergisi bəyannaməsinin hesablanmış 106798,41 manat əlavə vergi öhdəliyinin 83763.74 manat azaldılaraq 23034,66 manat hissədə saxlanılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2016-cı ilin mənfəət vergisi bəyannaməsi üzrə 2 saylı Ərazi Vergilər Departamentinin 05.05.2017-ci il tarixli **********84900 saylı qərarı ilə 106798,41 manat əlavə vergi öhdəliyi hesablanmışdır. Həmin verginin hesablanmasına səbəb 2016-ci ilin ƏDV bəyannaməsinin 305-ci sətrində ƏDV-yə cəlb edilən dövriyyənin 13583022,20 manat olmasına baxmayaq, 2016-ci ilin mənfəət vergi bəyannaməsind ə 10672332,26 manat göstərilməsi olmuşdur. 2 saylı Ərazi Vergilər Departamentinin 08.06.2017-ci il tarixli, **********398200 saylı qərarı ilə göstərilən rəqəm bir daha təkrar hesablanmışdır. 2016-cı ildə Əlavə Dəyər Vergisi bəyannaməsinin 305-ci sətrində vergi tutulan əməliyyatın cəmi 13583022,20 manat olması həqiqətə uyğun deyildir. Bu barədə, vergi orqanına 23.06.2017-ci il tarixdə **********081400 saylı məktubla müraciət olunaraq bildirilmişdir ki, 2016-cı ilin aylar üzrə ƏDV bəyannaməsində göstərilmiş vergi tutulan dövriyyə, kameral qaydada hesablanmış dövriyyə və səyyar vergi yoxlaması nəticəsində əlavə hesablanmış ƏDV üzrə dövriyyə nəzərə alınmaqla 2016-ci ilin ƏDV bəyannaməsində göstərilmiş və əlavə hesablanmış vergiyə görə dövriyyə nəzərə alınmaqla yekun dövriyyə, vergi ödəyicisi tərəfindən göstərilmiş rəqəm 10761541,95 manat, səyyar vergi yoxlaması nəticəsində əlavə hesablanmış dövriyyə 13100,87 manat, cəmi 10761541,95+13100,87= 10774642,82 manat olmalıdır. 2016-ci ildə xarici valyutanin məzənnə fərqi 391975,86 manat nəzərə alınmaqla, 2016-ci ildə malların təqdim edilməsindən gəlir 10774642,82 – 391975,86 = 10382666,96 manat olmuşdur. Tərəflər arasında gəlirdən çıxılan xərc və məzənnə fərqi mübahisə predmeti deyildir. 2016-ci ilin gəlirdən çıxılan xərc maddələrinin yekun cəmi 10267493,64 manatdır. Beləliklə, 2016-ci ilin mənfəəti 10382666,96-10267493,64= 115173,32 manatdır. Mənfəət vergisi 115173,32*20%= 23034,66 manat olmalıdır. Ona görə də kameral qaydada hesablanmış 106798,41 manat əlavə vergi öhdəliyi 83763,74 manat azaldılaraq 23034,66 manat hissədə saxlanıl malıdır. Cavabdeh orqanın istinad etdiyi səyyar vergi yoxlaması aktı 01.05.2017-ci il tarixdə tərtib edildiyi halda, mübahisəli inzibati aktın qəbul edilməsinə səbəb olan kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktub 03.04.2017-ci il tarixdə göndərilmişdir. Həmin məktub göndəriləndə səyyar vergi yoxlaması aktı mövcud olmamışdır
7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2-1(085)23/2019 saylı qərarı ilə (hakim: V.E.Əzizova) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi orqanı tərəfindən aparılan kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş 2016-cı il üzrə ilin mənfəət vergisi bəyannaməsində göstərilmiş dövriyyə ilə 2016-cı il üzrə ƏDV bəyannamələrində göstər ilmiş cəmi dövriyyə arasında fərqin yarandığı aşkar edilmişdir. Belə ki, iddiaçı tərəfindən vergi orqanında təqdim edilmiş 2016-cı il üzrə ilin mənfəət vergisi bəyannaməsində gəlirlər bölməsində 10672332,26 manat dövriyyə göstərilmişdir, halbuki 2016-cı il üzrə ƏDV bəyannamələrində göstərilmiş cəmi dövriyyə 13583022,20 manat təşkil edir. İddiaçıya əlavə vergi borcu hesablanarkən yanvar, mart, may, sentyabrdekabr ayları üzrə iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrdə göstərilən dövriyyə, fevral, aprel, iyun-avqust ayları üzrə səyyar vergi yoxlaması nəticəsində müəyyən edilən dövriyyə əsas götürülmüşdür.
9. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2-1(085)- 23/2019 saylı qərarını n ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2020-ci il tarixli, 2-1(105)-156/2020 saylı qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: Z.İ.Məmmədov və F.Ə.Məmmədov) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2-1(085)- 23/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia təmin edilərək Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin 08.06.2017-ci il tarixli, **********398200 saylı qərarı qismən – 83762,65 manat mənfəət vergisinin hesablanması hissəsində ləğv edilmiş, “xxxx” MMC tərəfindən 2016-cı il üzrə ödənilməli olan mənfəət vergisi 23035,52 manat məbləğində müəyyən edilmişdir.
11. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 2016-cı il üzrə ƏDV dövriyyəsinin ümumi məbləği 10774647,12 (10761546,29 + 13100,83) manat olmuşdur. Belə olan təqdirdə, xarici valyutanın manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərqin 391975,86 manat olduğunu nəzərə alaraq, iddiaçının 2016-cı il üzrə mənfəət vergisi məqsədləri üçün ümumi gəliri də 10382671,26 (10774647,12 – 391975,86) manat olmuşdur. İddiaçının 2016-cı il üzrə gəlirdən çıxılmasına yol verilən xərclərinin 10267493,64 manat olduğunu nəzərə alsaq, həmin il üzrə vergiyə cəlb edilən mənfəəti 115177,62 (10382671,26- 10267493,64) manat təşkil etmişdir. Bu isə o deməkdir ki, iddiaçıya 2016-cı ilin mənfəət vergis i üzrə 23035,52 (115177,62 x 20%) manat əlavə vergi məbləği hesablanmalı idi.
12. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya əlavə vergi məbləği hesablanarkən yanvar, mart, may, sentyabr-dekabr ayları üzrə iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrdə göstərilən dövriyyə, fevral, aprel, iyun-avqust ayları üzrə isə səyyar vergi yoxlaması nəticəsində müəyyən edilən və iddiaçı tərəfindən mübahisəl əndirilməyən (razılaşdığı) dövriyyə əsas götürülmüşdür.
14. Eyni zamanda, iddiaçıda bundan əvvəl aparılmış səyyar vergi yoxlaması ilə 2014-2015-ci illər üzrə mənfəət vergisi öhdəliyi yoxlanılmış və bu illər üzrə iddiaçının hər hansı bir zərərinin olmadığı müəyyən edilmişdir. Həmin yoxlama nəticəsində 01.05.2017-ci il tarixli akt tərtib olunmuş və eyni tarixli məsuliyyət qərarı qəbul edilmişdir. İddiaçı tərəfindən həmin yoxlama aktı yalnız hesablanmış ÖMV hissəsində mübahisələndirilmişdir.
15. Daha sonra qeyd edilir ki, iddiaçıya 03.04.2017-ci il tarixli **********274100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubu və ya dəqiqləşdirilm iş vergi bəyannaməsinin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.2. Vergi yoxlaması aktın da yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında ve rgi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya inst ansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya instan siyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. Belə ki, iş materiallarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən təqdim edilmiş 2016-cı il mənfəət vergisi bəyannaməsi ilə ƏDV vergi bəyannaməsi arasında uyğunsuzluqların olması əsas göstərilməklə, iddiaçıya əlavə vergi məbləği hesablanması barədə qərar qəbul edilmişir. Vergi orqanının iddiaçıya əlavə vergi hesablanması barədə 08.06.2017-ci il tarixli, **********398200 nömrəli qərarı qəbul edərkən istinad etdiyi hal ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş 2016-cı il üzrə mənfəət vergi bəyannaməsinin gəlirlər bölməsində 10672332,26 manat dövriyyə göstərildiyi halda, 2016- cı il üzrə ƏDV bəyannamələrində göstərilmiş cəmi dövriyyə 13583022,20 manat təşkil etmişdir.
25. İddiaçı tərəfindən təqdim edilmiş 2016-cı il üzrə ƏDV bəyannamələrinə əsasən, hesabat dövründəki dövriyyə yanvar ayı üzrə 61868,64 manat, fevral ayı üzrə 79589,79 manat, mart ayı üzrə 278060,06 manat, aprel ayı üzrə 173413,55 manat, may ayı üzrə 482420,22 manat, iyun ayı üzrə 184198,24 manat, iyul ayı üzrə 108769,87 manat, avqust ayı üzrə 485031,18 manat, sentyabr ayı üzrə 2252511,92 manat, oktyabr ayı üzrə 4050348,16 manat, noyabr ayı üzrə 2111448,65 manat və dekabr ayı üzrə 493886,01 manat, ümumilikdə 10761546,29 manat məbləğində müəyyən edilmişdir.
26. Lakin apelyasiya icraatı zamanı cavabdeh vergi orqanından sorğu nəticəsində əldə edilmiş 2016-cı ilin yanvar-dekabr ayları üzrə səyyar vergi bəyannamələri araşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçının ƏDV məqsədləri üçün ümumi dövriyyəsini 2016-cı ilin yanvar ayı üzrə 61868,64 manat, fevral ayı üzrə 203024,03 manat, mart ayı üzrə 278060,06 manat, aprel ayı üzrə 1094430,74 manat, may ayı üzrə 482420,22 manat, iyun ayı üzrə 397803,12 manat, iyul ayı üzrə 858991,31 manat, avqust ayı üzrə 1298229,34 manat, sentyabr ayı üzrə 2252511,92 manat, oktyabr ayı üzrə 4050348,16 manat, yanvar-oktyabr ayları üzrə ümumilikdə 9720893,11 manat hesablamışdır. İddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrinə ə sasən, ƏDV dövriyyəsinin noyabr üzrə 2111448,65 manat, dekabr ayı üzrə isə 493886,01 manat olduğunu da nəzərə alaraq, cavabdeh vergi orqanı iddiaçının 2016-cı il üzrə ümumi dövriyyəsini 13583022,20 (9720893,11 + 2111448,65 + 493886,01) manat müəyyən etmişdir. Bu isə vergi ödəyicisinin həmin aylar üzrə təqdim edilmiş ƏDV bəyannamələrində müəyyən edilmiş ümumi göstəricidən fərqlənir. Yəni, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı vergitutulan dövriyyənin (mənfəətin) iddiaçı tərəfindən 2016-cı ilin yanvar - oktyabr ayları üzrə təqdim edilmiş vergi bəyannamələrində az əks etdirilməsi nəticəsinə gəlmiş və daha sonra həmin fərqi əsas götürərək iddiaçıya mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablamışdır.
27. İddiaçıda həyata keçirilmiş sonuncu səyyar vergi yoxlaması nəticəsində tə rtib edilmiş 01.05.2017-ci il tarixli **********069952 saylı aktdan görünür ki, “xxxx” MMC-də 2014-2015-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, 2014-cü ilin 2-ci rübü - 2016-cı ilin 3-cü rübü üzrə ödəmə mənbəyində tutulan vergi, 2014- 2015-ci illər üzrə yol vergisi, 2014-2015-ci illər üzrə mənfəət vergisi, 2014-cü ilin aprel 2016-cı ilin oktyabr ayları üzrə əlavə dəyər vergisi, 2014 - 2015-ci illər üzrə əmlak vergisi və 20142016-cı illər üzrə torpaq vergisi üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 20.12.2016-cı ildə başlamış və 24.04.2017-ci il tarixdə başa çatmışdır. Aktın 8-ci səhifəsində qeyd edilir ki, “cədvəldən göründüyü kimi, 2016-cı il üzrə 2466,71 manat ƏDV azaldılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, ƏDV-nin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətdə 2446,71 manat azaldılmasına görə 50% məbləğində, yəni 1233,36 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunur.”
28. Göründüyü kimi, səyyar vergi yoxlaması aktında 2016-cı ilin yanvar-oktyabr ayları üzrə müəyyən edilmiş dövriyyə ilə bağlı hər hansı qeyd və əsaslandırma aparılmamış, vergidən yayındırılmış ƏDV-nin məbləği 2358,15 manat müəyyən edilmişdir ki, bu da bəyannamədə ümumilikdə 13100,85 (2385,15: 0,18 = 13100,85) manat dövriyyənin az göstərilməsi qənaətinə gəlməyə əsas verir.
29. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zam anı iddiaçının 2016-cı ilin yanvar-oktyabr ayları üzrə ümumi dövriyyəsini 10977687,54 manat müəyyən etdiyi halda, səyyar vergi yoxlaması aktında bu barədə hər hansı qeyd aparmamış və həmin hesablamanı əsaslandırmamışdır. Əksinə, aktda 2016-cı il üzrə vergidən yayındırılmış dövriyyə cəmi 13100,85 manat təsbit edilmişdir.
30. Bundan əlavə, iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi cavabdehdən səyyar vergi yoxlaması zamanı vergitutulan dövriyyənin (mənfəətin) iddiaçı tərəfindən 2016-cı ilin yanvar-oktyabr ayları üzrə təqdim edilmiş vergi bəyannamələrində az əks etdirilməsini, əslində ümumi dövriyyənin 10977687,54 manat olmasını təsdiq edən sənədlərin təqdim edilməsini tələb etsə də, cavabdeh qeyd edilən halı təsdiq edən hər hansı bir sənəd təqdim edə bilməmiş, ümumiy yətlə buna dair səyyar vergi bəyannamələrindən başqa hər hansı sübutları olmadığını bildirmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vergi qanunvericiliyini pozması faktı, yəni vergitutulan dövriyyənin (mənfəətin) 2016-cı ilin yanvar-oktyabr ayları üzrə təqdim edilmiş vergi bəyannamələrində az əks etdirilməsini təsdiq edən hal cavabdeh vergi orqanı tərəfindən sübuta yetirilməmişdir.
32. Cavabdeh kassasiya şikayətində iddiaçı tərəfindən yoxlamanın yalnız hesablanmış ÖMV hissəsində mübahisələndirdiyini bildirsə də, bununla bağlı kollegiya qeyd edir ki, səyyar vergi yoxlaması aktında cavabdeh, iddiaçıda 2016-cı il üzrə cəmi 2466,71 manat məbləğində ƏDV-nin azaldıldığını, yəni 13100,83 manat vergiyə cəlb edilən dövriyyənin nəzərə alınmadığını müəyyən etmiş, iddiaçı is ə bununla razılaşaraq həmin hissədə aktı və qərarı mübahisələndirilməmişdir. 2016-cı ilin fevral, aprel, iyun-avqust ayları üzrə dövriyyənin düzgün olmaması, artırılmış dövriyyə ilə bağlı aktda hər hansı qeyd və əsaslandırma aparılmadığından iddiaçının həmin haldan məlumatı olmamış və bu səbəbdən də səyyar vergi yoxlamasının nəticələrini həmin hissədə mübahisələndirməmişdir.
33. Belə ki, iş materiallarından görünür ki, 01.05.2017-ci il tarixli **********069952 nömrəli səyyar vergi yoxlaması aktı və həmin akt əsasında qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 01.05.2017ci il tarixli qərar iddiaçı tərəfindən yalnız 72173,30 manat ÖMV hissəsində mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən, səyyar v ergi yoxlaması aktı və qərar həmin hissədə ləğv edilmişdir.
34. Hazırkı iş üzrə isə cavabdeh vergi orqanı kameral qaydada 2016-cı il üzrə 106798,17 manat məbləğində mənfəət vergisinin hesablanmasına əsas olmuş yeganə halı, yəni 2016-cı il üzrə iddiaçı tərəfindən vergiyə cəlb edilən dövriyyənin 13583.022,20 manat məbləğində olmasını sübuta yetirə bilməmiş, kameral qaydada vergi yoxlaması həyata keçirərkən düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamışdır.
35. İş materiallarından görünür ki, 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsində göstərilən dövriyyə ilə həmin ilin ƏDV bəyannaməsi üzrə göstərilən dövriyyənin cəmi arasında iddiaçının özünün də etiraf etdiyi kimi müəyyən uyğunsuzluq mövcuddur. Belə ki, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş 2016-cı ilin mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsində vergiyə cəlb edilən dövriyyə 10672332,26 manat olmasına baxmayaraq, həmin ilin ƏDV bəyannamələrində cəmi göstərilmiş dövriyyə, yəni malların təqdim edilməsindən əldə edilən gəlir 10761546,29 manat bəyan edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən ƏDV bəyannamələrində göstərilmiş malların təqdim edilməsindən əldə edilən ümumi gəlir mənfəət vergisi bəyannaməsindəki eyni göstəricidən 89214,03 manat daha çox olmuşdur.
36. Bundan başqa, 01 may 2017-ci il tarixli **********069952 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, səyyar vergi yoxlaması zamanı mübahisələndirilən dövrə, yəni 2016-cı ilin ƏDV-si üzrə vergi orqanı tərəfindən müəyyən edilmiş 13100,83 manat vergiyə cəlb edilən dövriyyə nəzərə alınmaqla iddiaçıya 2358,15 (13100,83 * 18%) manat məbləğində əlavə vergi məbləği hesablanmış və səyyar vergi yoxlamasınən nəticəsi həmin hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, səyyar vergi yoxlaması nəzərə alınmaqla 2016-cı il üzrə ƏDV dövriyyəsi iddiaçı tərəfindən 13100,83 manat məbləğində az bəyan edilmişdir.
37. Eyni zamanda apelyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilir: “İddiaçının özü tərəfindən təqdim edilən ƏDV bəyannamələrinin göstəricilərini və səyyar vergi yoxlaması aktını ƏDV hissəsində nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının 2016-cı il üzrə ƏDV dövriyyəsinin ümumi məbləği 10774647,12 manat (10761546,29 + 13100,83) olmuşdur. Belə olan təqdir də, xarici valyutanın manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərqin 391975,86 manat olduğunu nəzərə alaraq, iddiaçının 2016-cı il üzrə mənfəət vergisi məqsədləri üçün ümumi gəliri də 10382.671,26 (10774647,12 – 391975,86) manat olmuşdur. İddiaçının 2016-cı il üzrə gəlirdən çıxılmasına yol verilən xərclərinin 10267493,64 manat olduğunu nəzərə alsaq, həmin il üzrə vergiyə cəlb edilən mənfəəti 115177,62 manat (10382671,26- 10267493,64) təşkil etmişdir. Bu isə o deməkdir ki, iddiaçıya 2016-cı ilin mənfəət vergisi üzrə 23.035,52 manat (115177,62 x 20%) məbləğində əlavə vergi məbləği hesablanmalı idi.”
38. İddiaçı özü də qeyd edilən halın düzgünlüyünü təsdiq etmiş və 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsində ümumi gəlir ilə bağlı göstəricinin düzgün bəyan edilmədiyini qə bul etmişdir. Bu səbəbdən də vergi orqanı tərəfindən qəbul edilmiş 08.06.2017-ci il tarixli, **********398200 saylı qərarını qismən, yəni 83762,65 (106798,17 23035,52 = 83762,65) manat hissəsində mübahisələndirmişdir.
39. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun apelyasiya instansiyası instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə oxşardır və apelyasiya instansiyası məhkəməsi də öz növbəsində həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv o lunması üçün əsas vermir. Odur ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
40. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-156/2020 saylı iş üzrə 16 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.