Məhkəmə qərarları › İş №2-1(102)-668/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-668/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-668/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı üzrə QƏRARİ (Açar sözlər: 61 yaşına çatmış qadına yaşa görə əmək pensiyasının təyini; kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə ödənilən məcburi dövlət sosial sığorta haqlarının nəzərə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2-1(107)-459/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı XXX tarixində doğulmuş, 1972-1976-cı illərdə “X2”nda təhsil almış, 15 mart 1976-cı ildən 1 iyul 2000-ci ilədək fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. JN-0069 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 8 nömrəli qərarı ilə 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 (iddiaçının əri) və İddiaçı verilmişdir.

3. İddiaçı, 6 dekabr 2012-ci il tarixində 9,30 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir.

4. İddiaçı ona pensiya təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh 30 yanvar 2020-ci il tarixli məktubla pensiya təyin etməkdən imtina edərək bildirmişdir ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə qanunvericilikdə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyinə baxmayaraq həmin müddət və yaranmış pensiya kapitalı Pensiya ALT Sistemində (PAS-da) qeydə alınmamışdır.

5. Cavabdeh 6 fevral 2020-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, “Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsinə əsasən “Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs” kimi özü-özünü sığortaedən X3 (SUN: **********5) tərəfindən “Məcbu ri dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat” (Forma B2) və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim edilmədiyindən iddiaçının məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında əks olunmamışdır.

6. Cavabdeh 11 sentyabr 2020-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Monitorinq) altsistemində iddiaçıya aid “Fərdi sahibkar (özü-özünü sığortaedən)” şəxs və “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçotu barədə məlumatlar aşkar edilməmişdir. İddiaçı tərəfindən “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lar (Forma B2) və ona uyğun olar aq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar “(Forma B3) təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək hüququnun yarandığı 8 fevral 2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Balakən rayon Gərəkli kənd inzibat ərazi dairəsinin və Gərəkli bələdiyyəsinin verdiyi arayışlarda Aqrar İslahat Komissiyasının qərarına əsasən onun mülkiyyətinə JN 69 saylı dövlət aktı əsasında 0,19 ha. kənd təsərrüfatı torpaq sahəsi verildiyi əks olunmu şdur. Cavabdeh isə iddiaçının torpaq haqqı ödənişlərinin Pensiya ALT Sistemində görünmədiyinə istinad edərək ona pensiya təyin etməkdən imtina etmişdir. Bu hal isə iddiaçının təqsiri səbəbindən olmamışdır və hər hansı bir müəssisənin texniki səhvi nəticəsində iddiaçı əmək pensiyası hüququndan məhrum olmuşdur.

9. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçının əmək kitabçası üzrə 23 il 4 ay 28 gün stajı var. Beləliklə, 8 fevral 1958-ci il təvəllüdlü iddiaçı əmək pensiyası hüququnun yaranmasına səbəb olan yaş həddinə (61 yaş) 8 fevral 2019-cu ildə çatmasına baxmayaraq 25 il sığorta stajı olmadığından əmək pensiyası hüququ yoxdur. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il kimi hesablanır. İş materiallarına əsasən iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpağı istifadə edən şəxs olduğunu iddia edir. “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu” Qaydalarının 2-ci hissəsinin 7 və 15-ci bəndlərinə, “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının 47-ci bəndinə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinin məzmunundan görünür ki, iddiaçı həm sığortaedən, həm də sığortaolunan kimi torpağa mülkiyyət hüququnu təsdiq edən sənəddə göstərilən ünvan ü zrə DSMF orqanına məcburi dövlət sosial sığortası üzrə fərdi uçot sistemində uçota durmalı, rüblük və illik hesabat təqdim etməli idi. İş materiallarından da göründüyü kimi iddiaçı sığortaedən kimi uçota durmayıb, rüblük və illik hesabat təqdim etməyib, lakin 12 fevral 2013-cü ildə sığortaolunan kimi uçota alınıb. İddiaçı tərəfindən təqdim olunan qəbz 6 dekabr 2012-ci il tarixinə sığortaolunan kimi uçota aldığı dövrdən (12 fevral 2013) əvvələ təsadüf etdiyi üçün əmək fəaliyyəti ilə məşğul olması təsdiq olunmur. Belə ki, həmin dövr sosial sığorta stajına daxil edilə bilməz.

10. Şəki İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(116)-296/2021 nömrəli qərarı ilə (hakim İlqar Cabbarov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini n tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı hüququnun yarandığı 08 fevral 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmuşdur.

11. Məhkəmə qeyd etmişdir ki, kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi kimi iddiaçı məcburi dövlət sosial sığorta haqlarını 2012-ci ildə, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsində göstərilən 1 iyul 2018-ci il tarixindən beş il əvvəl ödəmişdir. Cavabdeh ödənilən məbləği qəbul etməməsi, geri qaytarması, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir. Həmin ödənişin cavabdeh tərəfindən pensiya alt sistemində (PAS) qeydə alınmaması iddiaçının təqsiri olmamaqla cavabdehin müvafiq qurumunun qanunvericiliklə üzərinə qoyulmuş vəzifəyə əməl etməməsinin nəticəsidir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2-1(107)-459/2021 nömrəli qərarı ilə (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Ayaz Mahmudov və Elçin Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(116)-296/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi il ə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, yeni qərar qəbul edilməsini və ya inzibati işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarıldığından, işdəki faktiki hallar aydınlaşdırılmamış, ziddiyyətlər aradan qaldırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 12.1-ci maddə sinin tələblərini pozmuş, mübahisə üzrə tam, hərtərəfli araşdırma aparmamışdır. Qanunvericiliyin tələbləri 2012-ci il tarixində ödənilmiş qəbzin sığortaolunan kimi qeydiyyata alınmazdan əvvəl ödənilməsini iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi üçün pensiya kapitalı kimi nəzərə alınmasını mümkünsüz etsə də, məhkəmə bu hallara hüquqi qiymət verməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan ve rdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; (...) 19. “Sosial sığorta haqqında” Qanun Maddə

4. Sosial sığorta hadisəsi Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolu nanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq; (...). Maddə

13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu 13.1. Sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd ald ıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 13.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. 13.4. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşd ırılmaqla, müəyyən edilir.

20. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayə t əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan rədd edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

24. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: - iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; - Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; - fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır.

25. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tar ixdən sonra, yəni 8 fevral 2019-cu il tarixdə yaranmışdır.

26. İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuş, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir.

27. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır.

28. Cavabdeh hesab edir ki, iddiaçı ödədiyi məcburi dövlət sosial sığorta haqlarının hesabatını vaxtında təqdim etmədiyindən, bu məbləğləri onun və ailə üzvlərinin fərdi şəxsi hesabına işləmək mümkün olmadığından “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi mövcud olmamışdır. Kassasiya şikayətinin əsas dəlili də ondan ib arətdir ki, iddiaçı tərəfindən təqdim olunan qəbz 6 dekabr 2012-ci il tarixə, yəni sığortaolunan kimi uçota alındığı dövrdən (12 fevral 2013) əvvələ təsadüf etdiyi üçün həmin qəbz iddiaçının əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən fakt kimi qəbul edilə bilməz.

29. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində sığorta şəhadətnaməsi tərtib edilmiş, iddiaçı 2012-ci ildə məcburi dövlət sığorta haqqı ödəmişdir. Cavabdeh iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir.

30. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmaması, həmçi nin iddiaçının sığortaedən kimi uçota durmaması, rüblük və illik hesabat təqdim etməməsi, yalnız 12 fevral 2013-cü ildə sığortaolunan kimi uçota alınması, həmçinin iddiaçı tərəfindən təqdim olunan qəbz 6 dekabr 2012-ci il tarixə, yəni sığortaolunan kimi uçota alındığı dövrdən (12 fevral 2013) əvvələ təsadüf etdiyi üçün həmin qəbzin iddiaçının əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən fakt kimi qəbul edilməməsi barədə cavabdehin dəlillərini məhkəmə kollegiyası əsaslı saymır.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti rədd edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021ci il tarixli, 2-1(107)-459/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kas sasiya şikayəti rədd edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2-1(107)-459/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar