Məhkəmə qərarları › İş №2-1(102)-668/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-668/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-668/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək vəxxxxna qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası; işin hallarının hərtərəfli araşdırılmaması.) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək vəxxxxna qarşı “xx.xx.2018-ci il tarixdə 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2019-cu il tarixdən hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2-1(107)-270/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. (xx.xx.1918-ci ildə 57 yaşı tamam olub).

2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək vəxxxxna müraciət edərək hüququnun yarandığı 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh Azərbaycan Respublikasının Əmək vəxxxx 04 iyul 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun ümumi stajı 25 ildən az təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 34560.00 manat hesablandığı halda onun fərdi hesabın sığorta hissəsində qeydə alının pensiya kapitalı cəmi 18195,85 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək vəxxxxna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2018-ci il tarixdə 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pe nsiyasının təyin edilməsi, xx.xx.2019cu il tarixdən hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçının qanunla müəyyən edilmiş həddə həm ümumi, həm də xüsusi əmək stajı olsa da, cavabdeh heç bir qanuni əsas olmadan ona 57 yaşdan güzəştli şərtlə pensiya təyin edilməsindən imtina etmişdir.

6. Cavabdeh iddia tələbinə etiraz etmişdir. Etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-670/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim X2) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya xx.xx.2018-ci il tarixdə 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməs i və xx.xx.2019-cu il tarixdən hesablanmaqla ödənilməsi öhdəliyi qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 12 il 6 aydan artıq xüsusi stajı, 25 ildən artıq ümumi iş stajı olduğundan onun tələbi əsaslı olmuşdur.

9. Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2-1(107)-270/2023 nömrəli qərarı ilə (hakimlər Rövşən Rəfiyev (məruzəçi), Vəzirxan Məlikov və Günay Cavadova) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-670/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışd ır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 1.0.8, 7, 9.1 və 21.1-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının ümumi stajı 25 ildən az təşkil etsə də məhkəmələr qanuni əsas olmadan iddia tələbini təmin etmişlər. b. Kassasiya şikayətinə etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respu blikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən, 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

91. Mübahisə ilə bağ lı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı ba rədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən hədd ə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

21. İddia tələbindən görünür ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilmə öhdəliyinin cavabdehin üzərin qoyulmasını xahiş etmişdir. Həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianı təmin etsələr də, cavabdeh məhkəmələrin qənaəti ilə razı olmamış, qərarın ləğv edilməsi ilə bağlı xahişlə kassiyasiya instansiya məhkəməsinə müraciət etmişdir.

22. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtin a edərkən onun qanunla müəyyən edilmiş 25 il sığorta stajının olmamasına istinad edərək bildirmişdir ki, iddiaçının ümumi sosial sığorta stajı 25 ildən az -20 il 7 ay 2 gün təşkil edir. İddiaçının xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı “Şəki şəhəri Uşaq-Gənclər Fiziki hazırlıq klubu”nda işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)’’ proqram təminatında araşdırma aparılmış və həmin müəssəsinin qeyd olunan dövrdə Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir.

23. İşə baxmış məhkəmələr iddiaçının xx.xx.1977 – xx.xx.1980-ci illərdə Şəki Üzümçülük sovxozunda, xx.xx.1984 - xx.xx.1992-ci illərdə Az.DRES TQİ-də, xx.xx.1992 xx.xx.1995-ci illərdə Azərbaycan DRES-də, xx.xx.1995 - xx.xx.1996-cı illərdə “Monitor” X1, xx.xx.1998 - xx.xx.1998-ci illərdə 5 nömrəli Mingəçevir AHM-də, xx.xx.1998 - xx.xx.2006-ci illərdə Uşaq-gənclər fiziki hazırlıq klubunda işlədiyini, habelə xx.xx.1983 - xx.xx.1984-cü illərdə Mingəçevir şəhər 39 nömrəli orta texniki peşə məktəbində təhsil aldığını və xx.xx.1980 - xx.xx.1982-ci illərdə hərbi xidmətdə olduğunu müəyyən etmiş, həmin dövrləri əmək stajına daxil etməklə, iddiaçının ümumi sosial sığorta stajının 25 ildən çox olduğu qənaətinə gəlmişdir.

24. Məhkəmə kollegiyası, aşağı instansiya məhkəmələrinin gəldiyi bu nəticə və əsaslandırması ilə razılaşır. İddiaçının 25 ildən artıq ümumi stajının olmaması barədə cavabdehin dəlilləri əsassızdır.

25. Həmçinin məhkəmələr iddiaçının xx.xx.1984 - xx.xx.1992-ci illərdə Az.DRES TQİ-də, xx.xx.1992 - xx.xx.1995-ci illərdə Azərbaycan DRES-də, xx.xx.1995 - xx.xx.1996cı illərdə “Monitor” X1 və xx.xx.1998 - xx.xx.1998-ci illərdə 5 nömrəli Mingəçevir AHM-də işlədiyi qaynaqçı vəzifəsinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə olması barədə düzgün nəticəqə gəlmişdir.

26. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən edilmiş 12 il 6 ay güzəştli iş stajının mövcud olub olmaması növbəti apelyasiya baxışının predmetini təşkil etməlidir.

27. Belə ki, iş materiallarında olan iddiaçının güzəştli iş stajı barədə məlumatları özündə əks edən arayışlarda onun xx.xx.1984-xx.xx.1992, xx.xx.1992-xx.xx.1995, xx.xx.1995-xx.xx.1996, xx.xx.1998-xx.xx.1998-ci illərdə güzəştli şərtlərlə yaş a görə əmək pensiyası hüququ verən işlərdə işlədiyi qeyd edilmişdir. Məhkəmələr həmin müddətlərlə yanaşı xx.xx.1983-xx.xx.1984-cü illəri də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən dövrlərə aid etmişlər.

28. Lakin məhkəmə kollegiyası məhkəmələrin bu qənaəti ilə razılaşmır. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1983-cü ildə elektrik qaynaqçısı peşəsi üzrə şagird kontingentliyinə qəbul edildiyi, xx.xx.1984-cü ildə məktəbi qurtardığı üçün şagird kontingentliyindən çıxarıldığı qeyd edilmişdir. Bu dövr, iddiaçının texniki peşə məktəbində şagird kimi təhsil aldığı müddətdir. Həmin müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staja aid olması ilə əlaqədar məhkəmələr ətraflı araşdırma aparmamış, şagird kontingentliyinin (şagird kimi təhsil aldı ğı müddətin) güzəştli staja aid olub olmaması ilə bağlı heç bir normativ akta və ya arayışa istinad etmədən həmin müddəti güzəştli əmək stajı kimi qəbul etmişlər. Məhkəmə iddiaçının peşə məktəbində qaynaqçı peşəsi üzrə şagird kimi təhsil aldığı müddətin Siyahılarda olan hansı peşəyə uyğunluğunu əsaslandırmamışdır.

29. Məhkəmələrin bu yanaşması formalaşmış məhkəmə təcrübəsinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sən əd iş materiallarına əlavə olunmalıdır.

30. Göründüyü kimi, apelyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir.

31. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, beləliklə də qərar maddi və prosessual hüq uq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti qismən təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-270/2023 saylı qərarı ləğv edilsin və iş təkrar baxılması üçün göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar