Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-669/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçın cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: Vergi münasibətləri ilə bağlı mübahisələr, ümidsiz borcun silinməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Qürbət Əsgərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, iddiaçının nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə3 və vəkili Abid Bayramovun iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı ümidsiz borcun silinməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxxxx 2019-cu il tarixli 2-1(103)-1928/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı son olaraq 2008-ci ildə fəaliyyət göstərmişdir. Fəaliyyət göstərdiyi hesabat ili üçün sonrakı ildə cavabdeh tərəfindən kameral qaydada, əvvəlki ilin dövriyyəsinə nisbətdə vergi hesablanıb iddiaçının vergi şəxsi hesab vərəqəsinə əlavə borc məbləği qeyd edilmişdir. Daha sonra isə cavabdeh tərəf həmin borcun tələbi barədə məhkəmədə iddia qaldırmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-5274/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıdan 191.263,72 manat vergi borcunun tutul ması qət edilmişdir. Adıçəkilən qətnamənin mövcudluğu və onda qeyd olunan vergi borcundan xəbər tutan iddiaçı qiyabi qətnamənin ləğvi barədə məhkəməyə ərizə vermişdir. İddiaçının ərizəsinə əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxx 2016-cı il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və iddia əsasında işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Daha sonra iddia təmin edilməmiş və həmin məhkəmənin 2-2(82)- 1043/2016 saylı, xx xxxx 2016-cı il tarixli qərardadı ilə iddiaçıya qarşı 191.263 manat vergi borcu tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Bununla da, qeyd olunan vergi borcunun məhkəmə aktına əsasən icra qaydasında tələb edilməsi aradan qaldırılmışdır. İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı cavabdehin iddiaçının vergi şəxs i hesab vərəqəsindən vaxtı ötmüş borcun silinməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi, bununla bağlı iddiaçının şəxsi hesab vərəqəsində qeyd olunan 191.263 manat vergi borcunun və ona hesablanmış faizlərin silinməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, güman edilən vergi borcun yarandığı qeyd olunan hesabat ili və vergi borcunun qeyd edib tələb etməyə yönəldilməsi son olaraq 2010-cu il göstərildiyindən, həmin borcla bağlı tələb müddətinin son olaraq 2015-ci ildə bitdiyi vergi qanunvericiliyinin birbaşa tələbi olduğu bəllidir. Borc tələbi ilə bağlı işin icraatına xitam verildiyi ilə bağlı məhkəmənin qərarı icra olunmuş və borclar iddiaçının vergi şəxsi hesab vərəqəsindən məhkəmə qərarı ilə tələb hissəsindən silinmişdir. Lakin həmin borc təkrarən 2017-ci ildə iddiaçının şəxsi hesab vərəqəsində əvvəllər hesablanmış, daha sonra isə məhkəmə aktı ilə təmin edilmiş borc kimi bərpa edilmişdir. Bu da iddiaçının üzərinə qanuna zidd əlavə öhdəliklərin qoyulmasına səbəb olmuşdur. Əslində isə cavabdeh tərəfindən güman edilən vergi borcunun tələb etmə müddəti son olaraq 2015-ci ildə bitdiyindən həmin məbləği iddiaçının vergi şəxsi hesab vərəqəsində bərpa deyil, tam silinməli idi. Bununla bağlı yaranmış anlaşılmazlığın aradan qaldırılması üçün dəfələrlə cavabdehə müraciət edilmiş, daha sonra cavabdeh inzibati orqanın vəzifəli şəxslərinin qəbulunda olmasına baxmayaraq nəticəsi olmamış, məsələnin həlli ilə bağlı hərəkətsizlik davam etməkdədir. Ona görə də qeyd olunan məsələ ilə bağlı hərəkətsizliyə yol verilməklə törətdiyi pozuntunun aradan qaldırılması və iddiaçının qanunda müəyyən olunan hüququnun təmini üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli,2-1(82)-405/2018 nömrəli (sədrlik edən hakim H.Babayeva) qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya hesablanmış 191263 manat məbləğində vergi borcu və ona hesablanmış faizlərin ümidsiz borc hesab edilməsi və ümidsiz borcun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının qismən ləğv edilməsini, iddianın təmin edilmiş hissəsində rədd edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2018-ci il tarixli, 2-1(103)-1497/2018 nömrəli(C.Yusifov - sədrlik edən və məruzəçi, hakimlər V.Ağayev və A.Nuriyeva) qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilməsi,birinci instansiya məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarının qismən, 37585,24 manat vergi borcunun ümidsiz borc hesab edilərək, iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, qərarın 153.678,48 manat vergi borcunun ümidsiz borc hesab edilməsi və iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının qismən ləğv edilməsini, iddianın təmin edilmiş hissəsində rədd edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)2119/2018 nömrəli(S.Hüseynova - sədrlik edən və məruzəçi, hakimlər İ.Dadaşov və K.Bədəlov) qərarı ilə cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarının lə ğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-167/2019 nömrəli(V.Baxışova - sədrlik edən və məruzəçi, hakimlər E.Nağıyeva və H.Həmidov) qərardadı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini, işin təkrar apelyasiya baxışına göndərilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)1392/2019 nömrəli(R.Nəbizadə - sədrlik edən və məruzəçi, hakimlər A.Hüseynov və X.Məmmədov) qərarı ilə kasasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-167/2019 saylı, x xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-1928/2019 nömrəli(K.Abiyeva - sədrlik edən və məruzəçi, hakimlər M.Tağızadə və Ü.Mayılov) qərardadı ilə birinci instansiya məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(82)-405/2018 saylı qərarının 37.585,24 manat borcun və ona hesablanmış faizlərin silinməsi hissəsində ləğv edilməsi, həmin iddia tələbinə aid hissədə iş üzrə icraata xitam verilməsi, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin həmin tələbə aid hissədə təmin edilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-1928/2019 nömrəli(K.Abiyeva - sədrlik edən və məruzəçi, hakimlər M.Tağızadə və Ü.Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(82)-405/2018 saylı qərarının qismən 153678,48 manat borcun ümidsiz borc hesab edilərək silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərarın qəbul edilməsi, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı 153678,48 manat borcun və ona hesablanmış faizlərin sili nməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiasının təmin edilməməsi, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin qeyd olunan tələbə aid hissədə təmin edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayətini onunla əsaslandırılmışdır ki,tələbinin əsası kimi ona istinad edir ki, vergi ödəyicisinin şəxsi vergi hesab vərəqəsində qeyd olunan vergi məbləğinin yarandığı göstərildiyi zamanına görə qanunvericilikdə nəzərə tutulan 5 il tələb etmə müddəti ötmüşdür. Hazırkı mübahisənin predmetini 153678,48 manat borcun ümidsiz hesab edilərək silinməsi təşkil edir. Cavabdehin iddia tələbinə etirazının əsası və apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, mü bahisəli borcla bağlı xx xxxxxx 2013-cü ildə cinayət işi başlanmış, lakin xx xxxx 2014-cü il tarixdən cinayət işi üzrə icraat barəsində cinayət işi aparılan X1 (direktor) tutulub istintaqa təqdim olunanadək dayandırılmış, bununla da Cinayət Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad etmə müddətinin axımı da dayanmışdır. Mübahisələndirilən borc məbləği cinayət işinin predmeti olduğundan, müddət axımı dayanmış olduğundan ümidsiz borc kimi silinə bilməz. Aşkar vəziyyətdir ki, apelyasiya məhkəməsinin «vergi borcunun tələb etmə müddət axımı ilə bağlı» gəldiyi qənaət kökündən yanlışdır və heç bir hüquqi əsasa söykənmir. Belə ki, vergi borclarinın hesablanması və tələb etməsi Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə tənzimlənir (maddə 3.7). Bununla bağlı qeyd o lunan məcəllənin mövcud maddələrinə nəzər salaq. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Silinməsi tələb olunan vergi məbləğinin vergi (ödəyicisinin (iddiaçının) vergi hesab vərəqəsinə qeyd olunmasına əsas olmuş xx xxxx 2011-ci il tarixli **********36060 saylı Səyyar vergi yoxlaması Aktı və həmin akt əsasında qəbul edilmiş xx xxxx 2011-ci il tarixli **********457130 saylı «vergi ödəyicisinin vergi qanunvericil iyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» Qərarın məzmunundan göründüyü kimi, 101877,77 manat əsas və 50938,89 manat maliyyə sanksiyası olmaqla, vergi ödəyicisinə 2009-cu il üçün mənfəət vergisinin azaldılmasına görə hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 129-cu maddəsinə əsasən vergi ili təqvim ili sayılır. 149.1-ci və 149.2-ci maddəsinin tələbinə görə rezident müəssisələr (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Hazırkı iş üzrə baxılan mübahisə ilə bağlı vergi ili 2009-cu ildir. Qeyd olunan normaya əsasən mənfəət vergisinin son hesabat günü 2010-cu ilin mart ayının 31 tarixidir. Qanunun bir başa tələbindən göründüyü kimi, adı keçən mənfəət vergisinin hesab lanması və eləcədə tələb etmə müddətinin axımı xx xxxxx 2010-cu il tarixdən başlanır. Şikayət olunan qərarda qeyd edildiyi, eyni tərəflər arasında eyni məbləğlə bağlı qiyabi qətnamənin elan olunduğu xx xxxxxx 2014-cü il tarixi isə vergi borcu üzrə axımının başlanması üçün deyil, iddia müddətinin axımının dayanması üçün əsasdır. İddiaçı qeyd olunan vergi məbləğinin ümidsiz borc hesab edilmə və silinməsi tələbini irəli sürərkən, tərəflər arasında məhkəmə mübahisələrini və onların müddət axımına təsirini də nəzərə almaqla, müddəti hesablamışdır. Belə ki, cavabdeh tərəf MMC-yə qarşı vergi şəxsi vərəqəsinə qeyd edilmiş 191263,72 manat vergi borcunun tutulması barədə məhkəmədə iddia qaldırmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)–5274/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. MMC tərəfin şikayəti əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2016-cı il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və iddia əsasında işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Daha sonra həmin məhkəmənin 2-2(82)-1043/2016 saylı, xx xxxx 2016-cı il tarixli qərardadı ilə Vergilər Departamentinin MMC-yə qarşı iddiası rədd edilmiş və 191263 manat vergi borcu tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Vergi öhdəliklərin yerinə yetirilməli müddətləri və həmin müddətlərin dəyişdirilməsini tənzimləyən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85-ci maddəsində müddətlərin dəyişməklə artırılması yalnız vergi ödəyicisinin xeyrinə olan hallarda və onun ərizəsi əsasında həyata keçirildiyi təsbit olunmuşdur. 85.6-ci maddəsin də qeyd olunan (təbii fəlakət və digər qarşısı alınmaz qüvvələr) hallar və həmçinin 85.5-2-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər mövcud olmamışdır. Ona görə də iddia müddətinin axımı ilə bağlı məsələnin hüquqi əsası kimi alternativ olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinə müraciət edilməlidir. Müddət axımı məsələsini həll edərkən apelyasiya instansiyası məhkəməsi də qərarında, vergi məcəlləsinə deyil, məhz tərəflər arasında əvvəllər baş vermiş mübahisə üzrə, yuxarıda qeyd olunan qiyabi qətnamə qərardadların aid olduğu iddiaya baxılması ilə bağlı prosessual hərəkətlərə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinin tələbinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Göründüyü kimi, qiyabi qətnamənin qəbul edildiyi xx xxxxxx 2014-cü il tarixə kimi, qeyd olunan vergi borcunun tələb etmə müddətindən artıq 4 il 8 ay 24 gün ötmüşdür (xx.xx.2010 – xx.xx.2014). Bu baxımdan da mübahisələndirilən vergi borcu üzrə tələb etmə müddəti, ümidsiz borc hesab etməklə bağlı ərizənin məhkəməyə verildiyi tarixə nisbətdə 7 il 7 ay 7 gün, qərarın qəbul etdiyi tarixə nisbətdə isə 9 il 5 ay 24 gün ötmüşdür. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin yuxarıda qeyd edilmiş 85-ci maddəsinə əsasən vergi öhdəliklərin yerinə yetirilməsi üçün tələb olunan müddət 5 il nəzərə tutulur. Lakin apelyasiya instansiyası məhkəməsi iş üzrə vergi borcunun yarandığı hesabat dövrü vergi ödəyicisinin vergi şəxsi hesab vərəqəsinə qeyd edilməsi, tərəflər arasında hazırkı işdən kənar məhkəmə mübahisələri və bunlarla bağlı qəbul edilmiş qətnamə və qərarlar kimi iş üzrə mövcud faktiki halları tam şəkildə müəyyən etsə də, vergi borcu üzrə tələb etmə müddət axımı ilə bağlı qanunvericiliyi yanlış şərh edilməklə, düzgün tətbiq edilməməsindən, mübahisə ilə bağlı düzgün qənaətə gələ bilməmişdir. Bu da hüquqi əsası olmayan nəticəli qərar qəbul edilməsinə səbəb olmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının şikayət olunan xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1928/2019·saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə iş üzrə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdi r ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının şikayət olunan xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1928/2019·saylı qərarının ləğv edilməsini, iddianın təmin olunması barədə iş üzrə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının şikayət olunan xx xxxxxxxx 2019cu il t arixli, 2-1(103)-1928/2019·saylı qərarının ləğv edilməsini, iddianın təmin olunması barədə iş üzrə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili A.Bayramov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 da vəkili A.Bayramovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmi n edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının qanuni və əsaslı olduğunu bildirmiş,bu səbəbdən də kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsi və vəkillərinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2019-cu il tar ixli, 2-1(103)-1928/2019 saylı qərarı ləğv edilməli, iddiaçının iddiasının mübahisənin hazırkı predmetini təşkil edən hissəsində təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normala rının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1928/2019 saylı qərarla, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(82)-405/2018 saylı qərarının qismən 153678,48 manat borcun ümidsiz borc hesab edilərək silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərarın qəbul edilməsi, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı 153678,48 manat borcun və ona hesablanmış faizlərin silinməsi vəzifəsinin cavabdehə həvalə edi lməsi barədə iddiasının təmin edilməməsi, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin qeyd olunan tələbə aid hissədə təmin edilməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 82, 96.11-ci maddələrinə, Vergi Məcəlləsinin 85.4, 93-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2011-ci il tarixli qərarına istinadən belə hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qərarında ifadə olunmuş hüquqi mövqelərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçıya hesablan mış 153678,48 manat borcun və ona hesablanmış faizlərin silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi üçün əsas olmadığından, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə ləğv edilməli, iddiaçının həmin tələbi təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qeyd olunan tələbə aid hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi İddiaçı MMC cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırda Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin) qarşı iddia qaldıraraq cəmiyyətin vergi şəxsi hesab vərəqəsindən vaxtı ötmüş borcun silinməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi, bununla bağlı cəmiyyətin şəxsi hesab vərəqəsində qeyd olunan 191263 manat vergi borcu nun və ona hesablanmış faizlərin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC VÖEN ********** son olaraq 2008-cı ildə fəaliyyət göstərmişdir. Fəaliyyət göstərdiyi hesabat ili üçün sonrakı ildə cavabdeh tərəfindən kameral qaydada, əvvəlki ilin dövriyyəsinə nisbətdə vergi hesablanıb MMC-nin vergi şəxsi hesab vərəqəsinə əlavə borc məbləği qeyd edilmişdir. Daha sonra isə cavabdeh tərəf həmin borcun tələbi barədə məhkəmədə iddia qaldırmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-5274/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş MMC-dən 191263,72 manat vergi borcunun tutulması qət edilmişdir. Adı çəkilən qətnamənin mövcudluğu və onda qeyd olunan vergi bo rcundan xəbər tutan MMC qiyabi qətnamənin ləğvi bərədə məhkəməyə ərizə vermişdir. MMC-nin ərizəsinə əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2016-cı il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və iddia əsasında işə mahiyyəti üzrə baxılması təzənmişdir. Daha sonra iddia təmin edilməmiş və həmin məhkəmənin 2-2(82)-1043/2016 saylı, xx xxxx 2016-cı il tarixli qərardadı ilə MMC-yə qarşı 191263 manat vergi borcu tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Bununla da MMC üzrə qeyd olunan vergi borcunun məhkəmə aktına əsasən icra qaydasında tələb edilməsi aradan qaldırılmışdır. Güman edilən vergi borcunun yarandığı qeyd olunan hesabat və vergi borcunun qeyd edilib tələb etməyə yönəldilməsi son olaraq 2010-cu il göstərildiyindən, həmin borcla bağlı tələb müddətin son olaraq 2015-ci ildə bitdiyi vergi qanunvericiliyinin birbaşa tələbi olduğu bəllidir. Borc tələbi ilə bağlı işin icraatına xitam verildiyi ilə bağlı məhkəmənin qərarı icra olunmuş və borclar MMC-nin vergi şəxsi hesab vərəqəsindən məhkəmə qərarı ilə tələb hissəsindən silinmişdir. Lakin həmin borc təkrarən 2017-ci ildə MMC-nin vergi şəxsi hesab vərəqəsində, əvvəllər hesablanmış, daha sonra isə məhkəmə aktı ilə təmin edilmiş borc kimi bərpa edilmişdir. Bu da MMC-nin üzərinə qanuna zidd əlavə öhdəliklərin qoyulmasına səbəb olmuşdur. Əslində isə cavabdeh tərəfindən güman edilən vergi borcunun tələb edilmə müddəti son olaraq 2015-ci ildə bitdiyindən, həmin məbləği MMC-nin vergi şəxsi hesab vərəqəsində bərpa deyil, tam silinməli idi. Bununla bağlı yaranmış anlaşılmazlığın aradan qaldırılması üçün dəfələrlə cavabdehə müraciət edilmiş, daha sonra cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vəzifəli şəxslərin qəbulunda olmasına baxmayaraq, nəticəsi olmamış, məsələnin həlli ilə bağlı hərəkətsizlik davam etməkdədir. Ona görə də, cavabdehin qeyd olunan məsələ ilə bağlı hərəkətsizliyə yol verilməklə törətdiyi pozuntunun aradan qaldırılması üçün MMC-nin qanunda müəyyən olunan hüququnun təmini üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası mübahisənin mahiyyəti ilə bağlı Vergi Məcəlləsinin bir neçə maddələri üzərində dayanmaq istəyir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə uyğun olaraq vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyici sinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 93.1-ci maddəsinə müvafiq olaraq vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümid siz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: - 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; - 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1 və 93.1.2-ci maddələrinin tələblərindən isə görünür ki, bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. Bundan əlavə «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 2016-cı il tarixli 474-VQ nömrəli Qanununa 1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.1-ci maddəsinə əsasən hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qayd ada həyata keçirilə bilər. Həmin Məcəllənin 85.2-ci maddəsinə müvafiq olaraq vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. Həmin Məcəllənin 85.3-cü maddəsinə görə, vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. Burada məhkəmə kollegiyası xüsusi olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2011-ci il tarixli qərarına diqqət yetirməyi zəruri hesab edir. Belə ki, həmin qərar a əsasən, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir… Vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilm işdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (Vergi Məcəlləsinin 23.1.6 – 23.1.8-ci m addələri). Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Vergi orqanları Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Başqa sözlə, qanunverici yalnız bir halda – vergi orqanı 5 illik müddət ərzində ona verilmiş hüquqlardan istifadə edərək borcun ödənilməsi istiqamətində tədbir görmədikdə, həmin borcun ümidsiz borc kimi silinməsini nəzərdə tutur. Cavabdehin «mübahisəli borcla bağlı xx xxxxxx 2013-cü ildə cinayət işi başlanmış, lakin xx xxxx 2014-cü il tarixdən cinayət işi üzrə icraat barəsində cinayət işi aparılan X1 (direktor) tutulub istintaqa təqdim olunanadək dayandırılmış, bununla da Cinayət Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad etmə müddətinin axımı da dayanmışdır. Mübahisələndirilən borc məbləği cinayət işinin predmeti olduğundan ümidsiz borc kimi silinə bilməz,» mövqeyi və bu mövqeyi düzgün hesab edən apelyasiya instansiyası məhkəməsinin qənaəti isə yanlışdır, belə ki, bununla bağlı qanunvericilikdə qadağa nəzərdə tutulmamışdır. Hətta sözügedən borcun zamanında tutulması məsələsini cavabdeh Vergi Məcəlləsinin 89, 90-cı maddələrinin tələbləri çərçivəsində də həll etmək imkanına malik olsa da, bunu etməmişdir, yəni, iddiaçının bu istiqamətdə hər hansı bir hərəkətləri cavabdehin verg i qanunvericiliyinin müddəalarına riayət etməklə adıçəkilən borcun zamanında tutulmasını məhdudlaşdıra bilməzdi. Bununla yanaşı xüsusi olaraq qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş məlum xx xxxxxx 2011-ci il tarixli qərarında göstərdiyi hüquqi mövqeyi də, şübhəsiz ki, nəzərə alınaraq 2020-ci ilin 01 yanvar tarixindən Vergi Məcəlləsinin 93.9.3-cü maddəsinə məhkəmə aktının olduğu halda belə, tələb edilməsi vaxtı keçmiş vergi borcunun ümidsiz borc sayıla bilməsi barədə dəyişiklik edilmişdir. Lakin qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən yuxarıda göstərilənləri nəzərə almayaraq, iş üzrə yanlış nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiya sı məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)1928/2019 saylı qərarı ləğv edilməli, iddiaçının iddiasının mübahisənin hazırki predmetini təşkil edən hissəsində təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1928/2019 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçının iddiası mübahisənin hazırki predmetini təşkil edən hissəsində təmin edilsin. İddiaçıya hesablanmış 153678,48 manat məbləğin ümidsiz borc hesab edilməsi və həmin ümidsiz borcun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdehin üz
Məhkəmə qərarları › İş №2-1(102)-669/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-669/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver