Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-669/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr, iddianın mümkünsüz sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katib liyi ilə, İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi) qarşı torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli 2-1(105)-280/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Xaçmaz rayonu Nəsimi adına sovxozun Aqrar İslahatı Komissiyasının 10 yanvar 1998-ci il tarixli 01 saylı protokol qərarı ilə “Univermaq-sklad” binasının həyətyanı ərazisi ilə birlikdə X2 qərara alınmış, 15 yanvar 1998-ci il tarixli akt və 12 fevral 1998-ci il tarixli 08 saylı əmlakdan pay haq qının verilməsi barədə aktlar əsasında Xaçmaz rayon Nəsimi adına sovxozun Aqrar İslahat Komissiyası tərəfindən univermağın anbar binası X7 mülkiyyətinə verilmişdir. “Univermaq-sklad” binası üzərində X7 mülkiyyət hüququ qeydə alınaraq ona qeydiyyat vəsiqəsi verilmişdir.
2. X11 və İddiaçı X5 (bundan sonra ixtisarla İddiaçı İKB və ya iddiaçı yazılacaq) arasında bağlanmış 09 fevral 2004-cü il tarixli müqaviləyə əsasən, Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsində 999 kv.m torpaq sahəsində yerləşən mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binası İddiaçı İKB-nə satılmışdır. Həmin bina xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınaraq 29 mart 2005-c i il tarixli 86A saylı qeydiyyat vəsiqəsi verilmişdir.
3. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra ixtisarla DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi) müraciət edərək, 09 fevral 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən tikilinin (univermağın anbar binasının) onun mülkiyyətində olduğunu, tikilinin yerləşdiyi 999 kv.m torpaq sahəsindən istifadə etdiyini, torpaq sahəsindən istifadəyə görə torpaq vergisi ödədiyini, torpaq islahatı zamanı həmin torpaq sahəsinin hüquqi statusunun dəyişdirilmədiyini əsas gətirib, həmin torpaq sahəsini özəlləşdirmək istədiyini bildirərək, sabiq “Nəsimi” adına sovxozun univermağının anbar binasının altında olan 999 kv.m torpaq sa həsinin iddiaçının adına özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının müraciətinə cavab olaraq cavabdeh bildirmişdir ki, mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı İKB cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binasının altınd a olan 999 kv.m torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi və özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binasının altında olan 999 kv.m torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin 999 kv.metr torpaq sahəsind ə yerləşən mişar daşından inşa edilmiş, 5 otaqdan ibarət, ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binası mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Tikilinin yerləşdiyi 999 kv.m torpaq sahəsindən iddiaçı istifadə edir və torpaq sahəsindən istifadəyə görə torpaq vergisi ödənilir. Torpaq islahatı zamanı həmin torpaq sahəsinin hüquqi statusu dəyişdirilməmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək istəyir. Bu barədə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin bu günədək hər hansı rəsmi cavab verilməmişdir.
8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-434/2019 saylı 16 aprel 2019-cu il tarixli qərarı ilə (hakim Z.Pirverdiyev) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmı şdır ki, mübahisə predmeti olan torpaq sahəsi “Univermaq-sklad” binası ilə birlikdə X3, sonuncu da tikilini alqı-satqı qaydasında iddiaçıya satmaqla həmin torpaq sahəsində yerləşən “Univermaqsklad” binası üzərində mülkiyyət hüququ iddiaçıya keçmişdir ki, bu halda həmin torpaq sahəsinə mülkiyyət hüququ da iddiaçıya keçmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququ, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinə əsasən “Univermaqsklad” binası ilə yanaşı iddiaçıya keçdiyindən, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.
10. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli 2-1(105)-451/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
12. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 08 noyabr 2019cu il tarixli 2-1(105)-451/2019 saylı qərardadı ilə (hakimlər H.Babayeva (sədrlik edən və məruzəçi), N.Nəsibov və Z.M.Məmmədov) iddia mümkün sayılmamışdır.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsi H.Məmmədov tərəfindən nə alınmış, nə də ona əvəzsiz olaraq verilmişdir. Başqa sözlə sonuncunun həmin torpaq sahəsinə dair yaranması ehtimal olunan, el əcə də qeydə alınmış hər hansı bir hüququ olmamışdır. Bu isə öz növbəsində ona gətirib çıxarır ki, X7 mübahisəli torpaq sahəsinə dair ehtimal olunan mülkiyyət hüquqları mövcud olmadığından, «Univermaq-sklad» binasının alqı-satqı qaydasında iddiaçıya satılarkən həmin torpaq sahəsinə mülkiyyət hüququnun da Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinə əsasən iddiaçıya keçdiyinə istinad etmək üçün əsaslar yaranmamışdır.
14. İddiaçı sonradan tələbini dəqiqləşdirsə də, o, dövlət mülkiyyətində olan əmlakın onun mülkiyyətinə verilməsini istəməklə, əslində həmin torpaq sahəsinin özəlləşməsini istəmişdir.
15. Daha sonra apelyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətinə verilməsi, başqa sözlə özəlləşməsi ilə b ağlı tələbini iddiasına cavab verməli olan orqana qarşı deyil, əsl olmayan cavabdehə qarşı irəli sürmüşdür. Belə ki, yuxarıda istinad olunan normalardan görünür ki, iddiaçı hazırkı iddia ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməli olduğu halda bunu etməmiş, o, cavabdeh kimi tələbini DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə yönəltmişdir.
16. Halbuki, yuxarıda istinad olunan normalara əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi dövlət mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə verılməsi tələbi üzrə cavabdehlik daşıya bilməzdi və eləcə də bu iddiaya cavab verməli olan orqan deyil.
17. Həmçinin apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia çı torpaq sahəsinin özəlləşməsi və mülkiyyətinə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmədiyindən, məhkəmə kollegiyası iddiaçıya hüquqi yardım edilməsinə zərurət görməmişdir. Belə ki, cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddiaçıya hüquqi yardım edilməsi nəticə etibarilə yenə də, iddianın mümkünsüzlüyünə səbəb olacaqdır. Çünki, hazırkı iddia, növünə görə öhdəliyin icrası haqqında iddiadır və «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati or qana müraciət etməsidir.
18. Həmin qərardan iddiaçı kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 25 fevral 2020-ci il tarixli, 2-1(102)-740/2020 saylı qərarı ilə (hakimlər Z.Quliyev (sədrlik edən və məruzəçi), N.Rəsulbəyova və İ.Hüseynov) iddiaçının kassasiya şikayəti təmin olunaraq Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 08 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mübahisə predmetinə çevrilmiş obyektə 29 mart 2005-ci il tarixli qeydiyyat vəsiqəsi var, iddiaçı bu obyekti dövlət notariusunun təsdiqi ilə alqı-satqı müqaviləsi əsası nda almışdır, obyektin texniki pasportu da mövcuddur.... Bundan başqa, qeyd edilməlidir ki, cavabdehin bu məsələlərlə bağlı rəyi var ki, bu da cavabdeh inzibati orqanın rəsmi mövqeyi və cavabı kimi qiymətləndirilməlidir. Belə olan halda, apelyasiya instansiyası məhkəməsinin İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə istinad etməklə, iddiaçının iddiasının mümkün sayılmaması yanlış olmaqla qanuna uyğun deyildir. ç. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 29 oktyabr 2020ci il tarixli 2-1(105)-280/2020 saylı qərardadı ilə (hakimlər S.Bəktaşi (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia tələbi mü mkün sayılmamışdır.
22. İddiaçının nümayəndəsi həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
23. Kassasiya şikayətində işin faktik halları barədə iddia ərizəsində göstərilən faktlar təkrarlanmış, əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci ıl tarixli 659 saylı Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nın tələblərinə əsas ən, mənə şəxsi mülkiyyət hüququ əsasında məxsus olan həmin qeyri- yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aiddir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında“ Qanunun 8.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Apelyasiya instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozmuşdur. Həmin faktlar təsdiq edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin vəzifəli şəxslərinin hərəkətləri qanunsuz və əsassızdır.
24. Xaçmaz rayonu Xudat şəhəri. Q.Mİrzəyev küçəsində yerləşən s abiq “Nəsimi" adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binası “İddiaçı'İKB-nin xüsusi mülkiyyətindədir. Tikili sabiq “Nəsimi" adına sovxozun mülkiyyətində olmuşdur, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində həmin tikili X8 verilmişdir. Həmid Məmmədov 09 fevral 2004-cü il tarixli əlqı-satqı müqaviləsinə əsasən həmin tikilini 25.000.000 AZM manata ”İddiaçı" lKB-yə satmışdır. Həmin vaxtdan bu tikili "İddiaçı” İKB-nin mülkiyyətindədir. Həmin tikilinin yerləşdiyi 999 kv.m torpaq sahəsindən "İddiaçı” İKB istifadə edir, torpaq sahəsindən istifadəyə görə torpaq vergisi ödənilir. Torpaq islahatı zamanı həmin torpaq sahəsinin hüquqi statusu dəyişdirilməmişdir. Apellyasiya instansiyası məhkəm əsi işin həmin faktiki hallarının araşdırmamış, bizim həmin torpaq sahəsinə istifadə və sahiblik hüququmuzun olması faktını nəzərə almamışdır. b. Kassasiya şikayətinə qarşı etiraz
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
26. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Aqrar islahatın əsasları haqqında” Qanun B u Qanun Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinin (aqrar bölmənin) islahatının əsas istiqamətlərini və onların hüquqi təminatını müəyyən edir. Maddə
5. Torpaq islahatı İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. 26. “Torpaq islahatı haqqında” Qanun Bu Qanun Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsa slarını və qaydalarını müəyyən edir. Maddə
2. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Aqrar islahatının əsasları haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən və digər normativ aktlardan ibarətdir.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
35. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələr ində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏR İ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
31. İddia tələbindən göründüyü kimi tərəflər arasında yaranmış mübahisə, özəlləşdirilmiş tikilinin altında olan torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı yaranmış mübahisədir.
32. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «…qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, iddiaçı univermaq-anbar binasını alsa da, onun altındakı torpağı almamışdır, həmin torpaq bələdiyyə mülkiyyətindədir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” 13.02.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qa nunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir.
34. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ümumiyyətlə 999 kv.m torpaq sahəsinə hüququ məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur.»
35. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən ona istinad etmişdir ki, iş materiallarına əlavə edilmiş Al i Məhkəmənin Mülki Kollegiyasının 2(102)-8127/2019 saylı 30 dekabr 2019-cu il tarixli qərarından göründüyü kimi, İddiaçı İKB-nin cavabdeh X10 qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, çıxarışın ləğv edilməsi barədə ilk və X9 İddiaçı İKB-nə qarşı “texniki pasportda tikililərin 999 kvadrat metr torpaq sahəsində yerləşməsinə dair qeydin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli 2(105)-2603/2018 nömrəli qətnaməsindən İddiaçı İKB-nin kassasiya şikayəti təmin edilməmiş və apelyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
36. Ali Məhkəmənin qərarından müəyyən olunur ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli qətnaməsi ilə Xaçmaz rayonu, Xudat Bələdiyyəsi tərəfindən iddiaçıya satılması qərarlaşdırılmış Xaçmaz rayonu, Xudat şəhərində yerləşən 200 kv.m torpaq sahəsinin iddiaçının (X12) mülkiyyətinə verilməsi ilə əlaqədar sənədlərin hazırlanaraq, Xudat Bələdiyyəsinə təqdim edilməsi bir vəzifə kimi, cavabdeh təşkilat olan Azərbaycan Respublikası Dövlət XK-nin Xaçmaz Rayon Şöbəsinə tapşırılmışdır. Qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, həmin torpaq sahəsi Xudat Bələdiyyəsinin mülkiyyətində olmuş və alğı-satqı müqaviləsi ilə iddiaçı X1. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 16 fevral 2005-ci il tarixli qətnaməsinə əsasən maraqlı şəxs X7 apelyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 18 may 2 004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyası tərəfindən X8 yalnız univermaq-anbar satılmışdır. Həmin tikilinin yerləşdiyi həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və yalnız bələdiyyə tərəfindən özgəninkiləşdirilə bilər.
37. Həmin qərardan həmçinin müəyyən olunur ki, «07 avqust 2017-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən Xaçmaz Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2005-ci il tarixdə verilmiş texniki pasportda qeyd edilmiş 999 kv.m torpaq sahəsi və X10 verilmiş çıxarışda qeyd edilmiş 0,02 ha torpaq sahələri üst-üstə düşür. İddiaçı KİB-ə məxsus 999 kv.m torpaq sahəsinin 387,3 kv.m hissəs indən X12 istifadə edir. İddiaçı İddiaçı İKB Birliyi mülkiyyətində olan Univermaq-sklad binasını X6 almışdır. Həmin “Univermaq-sklad” binasının yerləşdiyi 999 kv.m torpaq sahəsinin həmin bina ilə birlikdə satılıb-satılmaması, Həmid Xələfovun həmin torpaq sahəsinə hər hansı hüququnun olub-olmaması və həmin torpaq sahəsinin 0,02 ha hissəsinin fərdi ticarət obyektinin tikintisi məqsədilə Xudat Bələdiyyəsinin 08 noyabr 2002-ci il tarixli qərarı ilə X10 ayrılması həmin şəxslərin iştirakı ilə baxılmış mülki iş üzrə məhkəmə baxışının predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X7 Univermaq-sklad binasının yerləşdiyi 999 kv.m torpaq sahəsinə hər hansı hüququnun olması müəyyən edilməmişdir. Belə olan halda, həmin şəxsdən Univermaq-sklad binasını 2004-cü ildə alqı-satqı yolu ilə əl də edən iddiaçının eyni əsaslarla həmin binanın yerləşdiyi torpaq sahəsinə hüquqlarının olmasına istinad edərək həmin sahədən cavabdehin çıxarılmasını tələb etmək hüququ yoxdur».
38. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi, İddiaçı İKB-nin cavabdeh X10 qarşı «torpaq sahəsindən çıxarılma, qanunsuz tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, çıxarışın ləğv edilməsi» tələbinə dair ilkin idda və X9 İddiaçı İKB-nə qarşı «texniki pasportda tikililərin 999 kvadrat metr torpaq sahəsində yerləşməsinə dair qeydin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə yekun məhkəmə aktı (Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-8127/2019 saylı 30 dekabr 2019-cu il tarixli qərarı) ilə müəyyən olunan halları haz ırda baxılan iddia üçün preyudisial hal kimi tətbiq etmişdir.
39. Lakin Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-8127/2019 saylı 30 dekabr 2019-cu il tarixli qərarı, İddiaçı” X4 şikayəti üzrə Azərbaycan Respublikası konstitusiya Məhkəməsinin Plenumunun 05 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərar alınmışdır.
40. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmamasını şərtləndirən hal kimi istinad etdiyi məhkəmə aktı hüquqi qüvvəsini itirmişdir. Bu halın baxılan işə bilavasitə təsiri vardır və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvi kimi hüquqi nəticə törədir. Çünki apelyasiya instansiyası məhkəməsinin qərardadının əsasını, yalnız sözügedən mülki iş üzrə yekun məhkəmə aktı ilə müəyyən olunmuş hallara görə iddiaçının subyektiv hüququnun olmaması təşkil edir və artıq həmin akt qüvvədən düşdüyünə görə, hazırda baxılan işə preyudusial təsirini itirmşdir.
41. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, məhkəmə ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunv ericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar hüquqi nəticələrin baş verməsi ilə qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.
42. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, mə hkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir....Preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir....Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82. 3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarı).
43. Bu baxımdan yanaşıldıqda görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli qətnaməsində İddiaçı KİB-nin tərəf və ya üçüncü şəxs kimi işdə iştirakını müəyyən etmək mümkün deyildir.
44. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, işə təkrar baxan məhkəmə, iddia olu nan torpaq sahəsinin hüquqi statusunu (bələdiyyənin və ya dövlətin mülkiyyətində olmasını) müəyyən etməli və bundan asılı olaraq maddi hüquq normasını tətbiq etməlidir.
45. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, iddia olunan torpaq sahəsinə dair aqrar islahat komissiyasının qərarı vardır. Bu qərar “Univermaq-sklad binasının həyətyanı ərazisi ilə birlikdə satılsın» məzmunundadır. Yəni mübahisəli torpaq sahəsi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinin (aqrar bölmənin) islahatı (həmin islahatın tərkib hissəsi olan torpaq islahatı) əsasında verilmişdir.
46. Mübahisəyə baxan məhkəmələr, Həmid Məmmədov tərəfindən Univermaq-anbar binasının dəyərinin ödənildiyinə, lakin torpaq sahəsini almadığına istinad edirlər. Lakin Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinin (aqrar bölmən in) islahatının əsas istiqamətlərini və onların hüquqi təminatını müəyyən edən “Aqrar islahatın əsasları haqqında” qanunda, nə də torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən edən “Torpaq islahatı haqqında” qanunda, sovxoz və kolxozların istifadəsində olan torpaq sahələrinin pulla satılmasını (əvəzli verilməsini) nəzərdə tutan norma yoxdur. Əksinə, “Aqrar islahatın əsasları haqqında” Qanunun 5-ci maddəsində qeyd olunur ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur.
47. İşə baxmış məhkəmə işin hallarını bu normalara əsas ən təhlil etməmişdir.
48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli 2-1(105)-280/2020 saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.