Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-669/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının mübahisələndirilməsi) Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (bundan sonra-iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonr a-cavabdeh) qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv olunması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 21(104)-457/2021 saylı qərarından cavabdehin kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 19.03.2018-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə fevral 2015-yanvar 2018-ci il dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
2. Bundan sonra 07.05.2018-ci il tarixdən 11.06.2018-ci il tarixədək MMC-nin rəhbərinin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi səbəbindən, həmin tarixdən 22.11.2018-ci il tarixədək isə vergi orqanın təşəbbüsü ilə mütəxəssis dəvət olunması ilə bağlı vergi yoxlaması dayandırılmışdır.
3. Cavabdehın 19.12.2018-ci il tarixli qərarı ilə (**********172041) dayandırılmış səyyar vergi yoxlaması 19.12.2018-ci il tarixdə bərpa olunmuş və eyni tarixli digər qərarla (**********172089) yoxlama müddəti 5 iş günü uzadılmışdır. Yoxlama bərpa olunduqdan sonra cavabdeh tərəfindən 20.12.2018-ci il tarixdə sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında 26.12.2018-ci il tarixdə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib olunmuşdu r.
4. Protokol tərtib olunduqdan 2 gün sonra, 28.12.2018-ci il tarixli, **********144923 nömrəli birinci "xxxx" tərtib olunmuşdur. Akta əsasən, MMC-yə 61067.0 manat əlavə vəsait və maliyyə sanksiyası hesablanmışdır.
5. Həmin aktdan iddiaçı tərəfindən şikayət verilmiş, həmin şikayətdə və “Səyyar vergi yoxlaması aktına dair müraciət”də yoxlama zamanı yol verilmiş pozuntular ətraflı göstərilməklə vergi orqanına göndərilmişdir. Nəticədə cavabdehin 18.02.2019-cu il tarixli qərarı ilə iddiaçıda əlavə vergi yoxlaması tədbirləri keçirilməsi qərara alınmışdır. Sözügedən qərarda göstərilmişdir ki, Vergilər Nazirliyi 08.02.2019-cu il tarixli xidməti məktubda səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materialları üzrə nöqsanların olduğunu qeyd etmiş və əlavə vergi yoxlaması hə min nöqsanların aradan qaldırılması zərurəti ilə əlaqədar keçirilir.
6. Əlavə vergi yoxlaması 08.04.2019-cu il tarixdən 19.04.2019-cu il tarixədək dayandırılmış, 22.04.2019-cu il tarixli qərarla yoxlama müddəti 47 iş günü (07.06.2019-cu il tarixə qədər) artırılmış və 19.07.2019-cu il tarixdə **********144923 nömrəli ikinci "xxxx" tərtib olunmuşdur. İkinci aktda əvvəlki nöqsanların bəziləri düzəldilmiş, lakin mahiyyət üzrə bir sıra nöqsanlar qalmaqla 46338.16 manat əlavə vəsait və maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. 7. 19.07.2019-cu il tarixli ikinci yoxlama aktı barədə İddiaçı MMC tərəfindən 08.08.2019-cu il tarixli, **********922700 nömrəli məktubla vergi orqanına müraciət edilmiş və pozulmuş hüquqların bərpası tələb olunmuşdur.
8. Cavabdehin 09.09.2019-cu il tarixli qərarı ilə iddiaçı şirkətdə təkrar olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi qərara alınmışdır.
9. Birinci yoxlamada olduğu kimi, həmin qərarda da Vergilər Nazirliyinin 20.08.2019-cu il tarixli, **********723000 nömrəli xidməti məktubda səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarında nöqsanların olduğu göstərilmiş və əlavə vergi yoxlamasının həmin nöqsanların aradan qaldırılması zərurəti ilə əlaqədar keçiriləcəyi bildirilmişdir.
10. Aparılan üçüncü əlavə vergi yoxlamasının nəticəsi olaraq, 24.10.2019-cu il tarixli yeni – üçüncü **********144923 nömrəli Səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. 11. 24.10.2019-cu il tarixli "xxxx"na əsasən cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10 dekabr 2019cu il tarixli, **********194355 nömrəli qərarı ilə iddiaçıya 45241.17 manat məbləğində (məbləğ əvvəlki aktla müqayisədə bir az daha azaldılaraq) əlavə vəsait və maliyyə sanksiyası hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin 10 dekabr 2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunmasını xahiş etmişdir.
13. İddia onunla əsaslandırılmışdır ki, həmin qərar iddiaçıda keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələri haqqında 24.10.2019-cu il tarixli akta və 03.12.2019-cu il tarixli sə nədə (sənədin məzmunu iddiaçıya məlum deyildir) əsasən qəbul edilmişdir. Bu Qərar vergi ödəyicisinin hüquqları və həmçinin qanunvericiliyin bir sıra tələbləri pozulmaqla qəbul edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 6 yanvar 2020-ci il tarixli, KY181253804 nömrəli Çıxarışdan (Çıxarış) məlum olur ki, yoxlamanın əsası kimi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin əlamətlərinin müəyyən edilməsi göstərilmişdir. Lakin vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nə olması barədə hər hansı məlumat verilməmişdir. Lakin daha sonra vergi ödəyicisinin rəhbərinin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi səbəbindən 11.06.2018-ci il tarixədək, həm in tarixdən 22.11.2018-ci il tarixədək isə vergi orqanın təşəbbüsü ilə mütəxəssis dəvət olunması ilə bağlı vergi yoxlaması dayandırılmışdır. Cavabdeh 19.12.2018-ci il tarixli qərarı ilə dayandırılmış səyyar vergi yoxlaması 19.12.2018-ci il tarixdə bərpa olunmuş və eyni tarixli digər qərarla (**********172089) yoxlama müddəti 5 iş günü uzadılmışdır. Lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə yoxlamanın 20.12.2018-ci il tarixindən 27.12.2018-ci il tarixinədək 8 iş günü uzadıldığı göstərilir. Vergi orqanının vergi ödəyicisinə təqdim etdiyi qərarla reyestrə daxil etdiyi məlumat arasında uyğunsuzluq vardır. Vergi ödəyicisinə təqdim olunmuş qərar reyestrə daxil edilməmiş, reyestrə daxil edilmiş məlumat isə vergi ödəyicisinə təqdim olunmamışdır. Yoxlamanın başla ması ilə əlaqədar vergi orqanının 28.03.2018-ci il tarixli tələbnaməsi əsasında iddiaçının direktoru X3 tərəfindən bütün zəruri sənədlər 2018-ci ilin mart ayında vergi orqanına əlbəəl təqdim olunmuşdur. Yoxlama aktından da göründüyü kimi, tələb olunan sənədlər, obyektin qeydiyyatı ilə bağlı icarə müqaviləsi (həmin icarə müqaviləsi vergi orqanının uçot bazasında da mövcuddur), mədaxil qəbzləri, dövriyyə cədvəlləri, mal alanlarla bağlı müqavilələr, bank sənədləri, qaimə-fakturalar, forma 2-lər, mal və ya xidmətlərin alış sənədləridir. Sənədlərin əvvəlcədən təqdim olunmasına baxmayaraq, 273 gün sonra qeyd olunan qərar əsasında 26.12.2018-ci il tarixdə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********3172901 saylı Protokol tərtib olunmuşdur. Protokolda bir sıra sənədlərin g ötürüldüyü və götürülmə zamanı müəssisənin direktoru X1 surətlərini təqdim etdiyi və sənədlərin surətləri çıxarıldıqdan sonra ona qaytarıldığı qeyd edilmişdir. Lakin E. Səfərov götürülmədə iştirak etməmişdir. Protokolun onun tərəfindən imzalanmaması da buna dəlalət edir. Həmçinin, götürülmə ilə bağlı Qərarın və Protokolun göndərilməsi barədə cavabdehin 27.12.2018-ci il tarixli məktubunda vergi orqanı özü birbaşa qeyd edir ki, “...Müəssisənin rəhbəri və səlahiyyətli nümayəndəsi sənədlərin götürülməsi prosesində iştirak etmədiyinə görə... Protokol sizə göndərilir.” Beləliklə, vergi orqanı özü müəssisə rəhbərinin götürülmədə iştirak etmədiyini qeyd etməklə, protokolda səhv məlumatların yazıldığını birbaşa təsdiq edir. Müəssisə rəhbərinin iştirak etmədiyi halda, sənədlərin kim tərəfindən və hansı formada təqdim olunması sual altında qalır və vergi orqanının bu protokolun tərtibi zamanı ciddi qanun pozuntularına yol verdiyini göstərir. İddiaçıya əlavə vəsait və maliyyə sanksiyasının tətbiq olunmasına səbəb olmuş 24.10.2019-cu il tarixli “Səyyar vergi yoxlaması aktında” Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 nömrəli “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın tələblərinə uyğun zəruri tədbirlər görülmədən, vergi orqanı tərəfindən vergi qanunvericiliyi pozularaq mübahisə edilən əsassız vergi məbləğlərinin və maliyyə sanksiyalarının hesablanması qənaətinə gəlinmişdir. Belə ki, müəssisənin bütün gəlirlərini və xə rclərini təsdiq edən sənədlərin olmasına baxmayaraq, cavabdeh tərəfindən şərti rentabellik səviyyəsinin tətbiq edilməsi yolu ilə mənfəət vergisinin hesablanması anlaşılmır. Daha əvvəl qeyd edildiyi kimi, zəruri sənədlər yoxlamaya təqdim edildiyinə görə və xərclərin düzgünlüyünün araşdırılması və mənfəətin müəyyən edilməsi üçün vergi orqanı tərəfindən kifayət qədər vaxtın, elektron məlumat sisteminin, mütəxəssis rəyinin və zəruri sənədlərin olması səbəbindən mənfəətin hesablanması Vergi Məcəlləsinin 83.9-cu maddəsinin təsiri altına düşməməlidir. Cəmiyyət tərəfindən mənfəət vergisi hesablanarkən Vergi Məcəlləsinin 131-ci və 133-cü maddələrinin müddəaları əsas götürülmüş, kassa metodundan istifadə edilmişdir. Xərclərin tərkibi cəmiyyətin Forma-2-lərinin tələblərinə uyğun olaraq qaimə, elektro n vergi hesabfaktura və xidmət müqavilələri üzrə dəyəri bank hesabından ödənilməklə rəsmiləşdirilmişdir. Qeyd olunan bütün sənədlər (Forma-2-lər, qaimələr, müqavilələr, xidməti müqavilələr, bank hesabından çıxarış, kassa məxaric sənədləri, elektron vergi hesab-faktura (evhf) və s.) vergi orqanında olduğu halda, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə istinad edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli Qərarının tətbiq edilməsi əsassızdır. 2017-ci il ərzində müəssisənin fəaliyyəti ilə bağlı 2017-ci ilin yanvar ayında bankdan nağd şəkildə götürülmüş 30000 manat istisna olmaqla, digər bütün ödəmələr, istər malın alışı ilə bağlı, istərsə də əmək haqqı ödənişi və xidmətlərin göstərilməsi ilə bağlı bütün ödəmələr bank vasitəsilə-köçürmə yolu ilə həyata keçirilmişdir və malsa tan ƏDV ödəyiciləri tərəfindən elektron qaimə və elektron vergi hesabat-fakturası (e-vhf), sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən isə ciddi hesabat blankı olan qaimələr təqdim edilmişdir. Bütün bu sənədlərin elektron versiyası vergi orqanında mövcuddur və kağız daşıyıcılarda olan digər bütün qaimə və müqavilələrin əsli yoxlayıcıya əlbəəl təqdim edilmişdir. Həmin akt və sənədlərin götürülməsi protokolu müəssisə rəhbərinin iştirakı olmadan tərtib edilmişdir. Sənədlərin təsdiq olunmuş surətləri götürülməməklə Vergi Məcəlləsinin 43-cü maddəsinin tələbləri pozulmuşdur. Sənədlərin təsdiq olunmuş surəti ona görə verilməmişdir ki, həmin sənədlərin əsli 2018-ci ilin mart ayından etibarən vergi orqanındadır və hələ də vergi ödəyicisinə geri qaytarılmamışdır.
14. Cavabdeh inzibati orqan məhkəmə yə ünvanlandığı etirazında göstərmişdir ki, iddianın əsaslarına görə yoxlamanın aparılması müddəti lüzumsuz olaraq uzadılmış və yoxlama bir neçə dəfə dayandırılmış, yoxlama müddətinin uzadılması barədə vergi orqanı tərəfindən əsaslandırılmış qərar qəbul edilməmiş və səyyar vergi yoxlamasının keçirilməsi, həmçinin yoxlama müddətinin dayandırılması, uzadılması barədə qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışda qeydiyyata alınmamışdır. Vergi Məcəllənin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Vergi ödəyicisinin rəhbəri tərəfindən səhhətində yaranmış problemlərlə əlaqədar əmək qabiliyyətinin i tirilməsi ilə bağlı müxtəlif tarixli ərizələrlə səyyar vergi yoxlamasının dayandırılması barədə vergi orqanına müraciət olunmuş və məhz həmin müraciətlər əsasında vergi yoxlaması əsaslandırılmış qərarlarla bir neçə dəfə dayandırılmışdır. Həmçinin, səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün yoxlamanın keçirilməsi müddəti əsaslandırılmış şəkildə müvafiq qərarlarla artırılmışdır. Bundan əlavə, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 19 mart 2018-ci il tarixli qərar və eləcə də yoxlamanın dayandırılması və uzadılması barədə bütün qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyatdan keçmişdir. İddiaçı bundan əlavə mənfəət vergisinin azaldılmasına görə hesablanmış 26976,56 manat verginin və həmin məbləğə tətbiq edilmiş 13488,28 manat maliyyə sanksiyası məbləğinin əsassız olduğunu, düzgün müəyyən edilmədiyini bildirmişdir. Onu da qeyd etmişdir ki, yoxlamanın gedişatı ilə bağlı bütün zəruri sənədlər vergi orqanına təqdim olunmuşdur. Vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi ilkin mühasibat sənədləri və digər zəruri sənədlər araşdırılarkən həmin sənədlərin yoxlama dövrü üzrə müəssisənin fəaliyyətini tam əhatə etmədiyi və müəssisənin xərclərinin uçothesabat sənədlərində tam əks etdirilmədiyi müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində xərclərin tam əhatə olunmadığı və xərclərin artıq göstərildiyi müəyyən olunmuşdur. Məhz buna görə də Vergi Məcəlləsinin 83.9-cu maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması” Qaydası əsasında vergilər hesablanmışdır (876734,10/ 120*20=146122,35*20%= 29224,47, 29224,47-2247,91=26976,56). Bundan əlavə səyyar vergi yoxlamasının gedişatı ilə bağlı sənədlər vergi ödəyicisi tərəfindən tam deyil, natamam qaydada vergi orqanına təqdim olunmuşdur (malların anbar uçot sənədi, mal-materialın istehsala silinməsi sənədləri və s. sənədlər yoxlamaya təqd im olunmamışdır). Yoxlama ilə əlaqədar “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 2018-ci il 20 dekabr tarixli, **********172157 nömrəli qərar qəbul edilmiş və həmin qərar əsasında 2018-ci il 26 dekabr tarixli, **********172901 nömrəli protokol tərtib edilmişdir. Lakin müəssisənin rəhbəri və ya səlahiyyətli nümayəndəsi sənədlərin götürülməsi prosesində iştirak etmədiyinə görə, protokol 2018-ci il 26 dekabr tarixli məktubla rəsmi qaydada vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş 2019-cu il 10 dekabr tarixli, **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar sifarişli poçtla 11 dekabr 2019-cu il tarixdə müəssisənin hüquqi ünvanına göndəri lmişdir.
15. Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(116)-587/2020 saylı (hakim İ. H. Cabbarov) qərarı ilə iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 2020-ci il 8 iyul tarixli, **********477800 nömrəli məktubuna əlavə edilmiş 2020-ci il 28 fevral tarixli, Q2000299 nömrəli qərarına əsasən, xeyli miqdar təşkil edən 30134,11 manat məbləğində vergiləri qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödəməkdən yayındığına görə iddiaçının direktoru X2 barəsində cinayət işinin başlanılması, bu əməli ilk dəfə törətməsi və vurulmuş ziyanı tamamilə ödəməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad olunduğundan, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi nin 40.4-cü maddəsinə əsasən rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən müəyyən olunmuşdur ki, iddiaçı MMC-nin direktoru 28 fevral 2020-ci il tarixdə ərizə ilə müraciət edərək, qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergilərin dövlət büdcəsinə tam ödənildiyini nəzərə alaraq barəsində cinayət işinin başlanmasının rədd edilməsini xahiş etmişdir. İddiaçı 10 yanvar 2020-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə müraciət etmiş, onun iddia ərizəsi 24 yanvar 2020-ci il tarixdə məhkəməyə daxil olmuş, buna baxmayaraq iddiaçının direktoru X3 məhkəməyə müraciət etdiyi tarixdən 48 gün sonra özü mübahisələndirdiyi vergi məbləğini dövlət büdcəsinə ödəmişdir. İddia ərizəsinin məhkəmənin icraatında olduğu dövrdə onun tərəfindən mübahisəli qərarla müəyyən olunmuş vergi məbləğinin (əsas borc) dövlət büdcəsinə ödənilməsini məhkəmə onun tərəfindən həmin borcun qanuniliyinin qəbul olunması kimi dəyərləndirir.
17. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
18. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-149/2021 saylı, 27 aprel 2021-ci il tarixli (hakimlər R. Rəfiyev- sədrlik edən və məruzəçi, V. Məlikov və İ. Şükürov) qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. kassa siya instansiyası məhkəməsində birinci icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1348/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli (hakimlər İ. K. Hüseynov-sədrlik edən və məruzəçi, N. İ. Rəsulbəyova və K. N. Bədəlov) qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İPM-in 58.8-ci maddəsinin məzmunundan göründüyü kimi, yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı (məhz məhkəmənin digər qərarı) inzibati mübahisəyə baxan məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin ist inad etdiyi cinayət prosesini (məhkəməyədək) həyata keçirən orqanın qərarı fiziki şəxsə münasibətdə qəbul edilmişdir. Hazırkı işdə iddiaçı vergi ödəyicisi, barəsində yükləyici inzibati akt qəbul edilmiş hüquqi şəxsdir. Həmin hüquqi şəxs də inzibati icraat nəticəsində onun barəsində qəbul edilmiş inzibati aktı mübahisələndirir. İddiaçı haqlı olaraq qeyd edir ki, məhkəmə mübahisə olunan qərarın qanunvericiliyə uyğun qəbul edilib-edilmədiyini araşdırmalı və hüquqi qiymət verməli idi. İnzibati məhkəmə istintaq (təhqiqat) orqanının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi sübutlardan istifadə edə bilər. Lakin həmin sübutlar İPM-in tələblərinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılan işdəki digər sübutlarla birlikdə yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
22. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-457/2021 saylı, 20 dekabr 2021-ci il tarixli (hakimlər E.Ş.Hüseynov-məruzəçi, A.A.Mahmudov və M.A.Əsədli) qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq, Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş iddia təmin edilmiş, cavabdehin 10 dekabr 2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə görə məsuliyyətə cəlb e dilməsi haqqında” qərarı ləğv olunmuşdur.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vergi orqanı tərəfindən iddiaçı cəmiyyətdə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün qanuni əsas olmadığından, habelə növbədənkənar səyyar vergi yoxlaması aparılarkən yoxlamanın qanunla müəyyən edilmiş müddət ərzində həyata keçirilmədiyindən, qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət bitdikdən sonra yoxlamanın müddəti qanunsuz olaraq uzadıldığından, qanuni əsas olmadan 18 aydan artıq müddətə cavabdeh orqan tərəfindən səyyar vergi yoxlaması aparıldığından, əlavə iki yoxlama eyni şəxs tərəfindən aparıldığından, eləcə də aparılmış əlavə vergi yoxlamaları “Yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınmadan həyata keçirildiyindən, aparılmış qanunsuz yoxlamanın nəticəs i olan mübahisə predmetini təşkil edən qərar ləğv olunmalıdır.
24. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZLARİN DƏLİLLƏRİ Kasasiya şikayətinin dəlilləri
25. Səyyar vergi yoxlamasının təyin edilməsinin hüquqi əsasını Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi təşkil etmişdir. Həmin normanın dispozisiyasından aydın görünür ki, sözügedən yoxlama vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə təyin edilir.
26. Məhkəmə xidməti vəzifəsinə görə işdə olan sübutlarla kifayətlənməyərək, əlavə araşdırma apararaq və sübutlar tələb edərək obyektiv həqiqəti müə yyən etməli olduğu halda, heç bir hərəkət nümayiş etdirmədən, real həqiqətin müəyyən edilməsi üçün ağlabatan səylər göstərmədən sadəcə işdə olan sübutlarla kifayətlənmişdir.
27. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının təyin edilməsi haqqında qərarı və cavabdehin nümayəndəsinin dəlillərini araşdırma aparmadan rədd etmişdir.
28. Qanunvericiliyin təhlili nəticəsində formalaşmış olan hüquqi mövqeyə əsasən, səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş prosessual müddətlə bağlı heç bir pozuntuya yol verilməmiş, yəni Vergi Məcəlləsinin 38.2ci maddəsinin tələbləri pozulmamışdır.
29. Vergi Məcəlləsinin 38.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər, yəni günlərlə ifadə olunmuş prosessual müddətlər məhkəmənin barəsində şikayət olunan qərarında ifadə etməyə çalışdığı t əqvim gününü deyil, məhz iş gününü nəzərdə tutur.
30. Məhkəmə Vergi məcəlləsinin 38.2-ci maddəsi ilə həmin məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlilini düzgün aparmamış və hüquq müəyyənedici orqanın qeyd olunan normaları qəbul edərkən günlərlə ifadə olunan müddətlər ilə bağlı həqiqi məqsədlərini düzgün təfsir etməmiş və nəticədə yanlış qənaətə gələrək maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
31. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir.
32. Qeyd olunan sonuncu maddəyə və onun həqiqi mahiyyətini ortaya qoyan məzmununa diqqət edilsəydi aydın olardı ki, vergi orqanının səyyar vergi yoxlamasını yalnız vergi orqanı üçün müəyyən edilmiş iş günlərində həyata keçirmək imkanı mövcuddur.
33. Verg i Məcəlləsinin 67-ci maddəsinin hissələrinin sıra ardıcıllığı ilə tətbiq edilməsi imperativ göstəriş olaraq qanunda müəyyən olunmamışdır və həmin maddənin hissələri maddənin məzmunundan da göründüyü kimi qarşılıqlı əlaqə şəklində tətbiq olunmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
35. Vergi Məcəlləsi Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. (-). 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyy ən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərini n və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; (29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəze ti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə yeni məzmunda 38.3.8-1-ci maddə əlavə edilmişdir). (-). 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilmə Maddə
62. Şikayət verilməsi qaydası 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlar ının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 62.3. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzrlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Maddə
85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi (-). 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər... 36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orq an inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla n əzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslin də müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. Maddə
38. Maraqlı şəxsin inzibati icraatda vəkil vasitəsilə təmsil olunmaq hüququ 38.1. Maraqlı şəxsin inzibati icraatda vəkillə təmsil olunmaq və vəkilin yardımından istifadə etmək hüququ vardır. 38.2. İnzibati icraatda vəkil qismində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada fəaliyyət göstərən vəkillər iştirak edə bilərlər. Maddə
61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi a ktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5. Aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: 61.5.1. inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; 61.5.2. inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; 61.5.3. inzibati orqan tərəfindən qəbul edilmiş ümum i xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; 61.5.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.
37. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək ( tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
38. Cavabdehin kasasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir.
39. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfə rov Azərbaycana qarşı” işi üzrə qərarı).
42. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
43. Bununla belə, məhkəmə kollegiyası cavabdehin vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi üçün sözügedən yoxlamanın təyin edilməsi ilə bağlı ka ssasiya şikayətində təkrarladığı dəlilinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
44. Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyində hər üç yoxlamanın keçirilmə şərtləri və qaydaları tənzimlənmişdir. Vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir.
45. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlaması nın həyata keçirilməsi qərarına gəlmiş və bu barədə 19 mart 2018ci il tarixli **********144193 saylı qərar qəbul etmişdir (İ cild: iş v.45).
46. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarlarla bağlı ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının növbəti və növbədənkənar olmaqla, iki növünü müəyyən etmişdir. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər.
47. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və y a fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla, aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşmasının, möv cud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir.
48. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə y aratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər və bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur.
49. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi öd əyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında inzibati icraatın başlanılması üçün əsas qismində qəbul edilməlidir.
50. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanını istisna etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş Akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatı qaydasında mübahisələndirildiyi halda, in zibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir.
51. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azald ılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).
52. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə alma q lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilmə sini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir.
53. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
54. Hazırkı iş üzrə isə cavabdeh növb ədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə 19 mart 2018-ci il tarixli, **********144193 saylı qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.
55. Bundan əlavə, vergi orqanı həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmiş, yalnız məhkəmə icraatının gedişində bildirmişdir ki, yoxlama xidməti məlumat əsasında başlanılmış, vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi ilkin mühasibat sənədləri və digər zəruri sənədlər araşdırıl arkən, həmin sənədlərin yoxlama dövrü üzrə müəssisənin fəaliyyətini tam əhatə etmədiyi və müəssisənin xərclərinin uçot-hesabat sənədlərində tam əks etdirilmədiyi müəyyən edilmişdir.
56. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdı rma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
57. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qay dada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qa ydada həyata keçirilə bilər.
58. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən VM-in 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verır.
59. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə o lunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir.
60. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamış, yalnız məhkəmə icraatının gedişində yoxlamanın başlama əsasları barədə dəlillər irəli sürülmüş və materiallar təqdim edilmişdir. Həmin dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, VM-nin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
61. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müda xilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.
62. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).
63. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilm əsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
64. Qeyd edilənlərdən əlavə, keçirilmiş yoxlama 27 mart 2018-ci il tarixdə başlamış və 21 oktyabr 2019-cu il tarixdə yekunlaşmışdır. Bu dövr ərzində yoxlama 11 də fə dayandırılmış, 3 dəfə yoxlamanın müddəti uzadılmış və 2 dəfə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir.
65. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışa əsasən yoxlamanın dayandırılması və yoxlamanın müddətinin uzadılması barədə qərarlar əsasən qeydiyyatdan keçsə də, 03 iyun 2019-cu il tarixli uzatma və əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarlar qeydiyyatdan keçməmişdir.
66. Oxşar işlər üzrə məhkəmənin icraatında olan işlərdə vergi orqanının əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınmalı olması ilə bağlı əsas dəlili ondan ibarət olmuşdur ki, “Sahibkarlıq sahəsində a parılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarların Reyestrə daxil edilməli olması barədə imperativ norma yoxdur.
67. Məhkəmə kollegiyası cavabdehin bu mövqeyi ilə bağlı qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edi lməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarət üsullarından biridir. 68. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər.
69. Vergi qanunvericiliyinin müddəalarına əsasən, vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – səyyar vergi yoxlamasının aparılmasıdır. Həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul oluna bilər.
70. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi həm də o mənada qəbul olunmalıdır ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt tərtib edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) öz fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıb-hesablanmaması ilə bağlı yoxl ama apara bilər.
71. Vergi orqanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmasına dair birbaşa müddəa nəzərdə tutulmadığını qeyd etsə də, həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) öz fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparıla bilər, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır.
72. Beləliklə, y uxarıda qeyd edilənlərə əsasən, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edildiyindən, onun ləğvi ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
73. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-457/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.