Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-67/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə (üçüncü şəxs: Bakı İslam Universiteti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: diplom blankının verilməsi, dini tədris müəssisələrinin fəaliyyətinin lisenziya əsasında həyata keçirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi üçüncü şəxs Bakı İslam Universitetinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azə rbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs: Bakı İslam Universiteti) “diplom blankının verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1801/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1992-1997-ci illərdə Qafqaz Müsəlmanları İdarəsi Bakı İslam Universitetində axund-imam, islamşünas-tərcüməçi, şəriət müəllimi ixtisası üzrə təhsil almış, ona xx.xx.1998-ci ildə 247 nömrəli diplom verilmişdir.
2. İddiaçı Lerik rayon İcra Hakimiyyəti başçısının Mistan kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi kimi işləyir.
3. Lerik rayon İcra Hakimiyyəti başçısının aparatından iddiaçıya bildirilmişdir ki, onun tərəfindən təqdim edilmiş ali təhsil haqqında sənəd dövlət nümunəli deyildir. Dövlət nümunəli ali təhsil haqqında sənəd iddiaçı tərəfindən təqdim edilmədiyi halda onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.4-cü maddəsinə əsasən xitam veriləcəkdir (iş materiallarında bu barədə rəsmi məlumatlar yoxdur).
4. Bundan sonra iddiaçı dövlət nümunəli ali təhsil haqqında sənədin əldə edilməsi üçün Təhsil Nazirliyinə və Qafqaz Müsəlmanları İdarəsi Bakı İslam Universitetinə müraciət etmişdir.
5. Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli Ş-14610/0524 saylı məktubunda qeyd edilmişdir ki, müraciətdə qeyd olunan məsələ ilə bağlı bitirdiyiniz ali təhsil müəssisəsinə müraciət etməlisiniz. Qafqaz Müsəlmanları İdarəsi Bakı İslam Universitetinin xx.xx.2018-ci il tarixli 39 nömrəli məktubunda qeyd edilmişdir ki, məsələ ilə bağlı Bakı İslam Universiteti tərəfindən xx.xx.2018-ci il tarixli məktubla Təhsil Nazirliyinə müraciət edilmiş, xx.xx.2018-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, qeyd edilən həmin məsələyə hazırda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır və iş üzrə yekun məhkəmə qərarı qəbul edildikdən sonra Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər görüləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı İslam Universitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə ali təhsil haqqında ona diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunaraq orada 1997-ci ilədək 5 il təhsil almış, “axund imam, islamşünas-tərcüməçi, şəriət müəllimi” ixtisası üzrə tam kursu bitirmiş və bu barədə, xx.xx.1998-ci il tarixli 247 nömrəli diplom almışdır. Həmin diplom əsasında o, Lerik rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 10 nömrəli sərəncamı ilə dövlət qulluğuna qəbul edilmişdir, hal-hazırda da orada işləyir. Lakin iş yerindən ona ünvanlanmış məktubla bildirilmişdir ki, Bakı İslam Universiteti tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 247 nömrəli diplom dövlət nümunəli sənə d deyildir. xx.xx.2019-cu il tarixinədək dövlət nümunəli ali təhsil haqqında sənəd rayon icra hakimiyyətinə təqdim edilməlidir. Halbuki, Bakı İslam Universiteti yarandığı ilk gündən qanuni fəaliyyət göstərmişdir.
8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etməmişdir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 mart 2019-cu il tarixli qərarı ilə (hakim İmanov Xaliq Xalıq oğlu, 2-1(82)-908/2019 saylı iş) iddia tələbi təmin edilmiş, iddiaçının Bakı İslam Universitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təhsil aldığı illərdə Universitetinin fəaliyyəti qanunsuz olmamışdır. Belə ki, həmin vaxt qa nunvericiliklə ali dini təhsil müəssisələrinin fəaliyyəti üçün xüsusi razılıq alınması tələb olunmurdu. Qanunvericilikdə 2009-cu ildə dəyişiklik olduqdan sonra isə, elə həmin ildə Universitetə aidiyyəti orqan tərəfindən müvafiq lisenziya verilmişdir. Odur ki, lisenziyanın alınmadığı 2009-cu ildən əvvəlki dövrdə həmin Universitetin fəaliyyəti qanunsuz kimi qiymətləndirilə bilməz. 11.Qərardan narazı qalan cavabdeh şikayət verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər Nuriyeva Afaq Bayram qızı - məruzəçi, Ağayev Valeh Məmməd oğlu və Yusifov Cahangir Afər oğlu, 2-1(103)-1801/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərari ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 mart 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi və əsaslandırması ilə razılaşmayaraq qeyd etmişdir ki, Bakı İslam Universiteti 1998-ci ildə lisenziya alınması ilə bağlı müraciət etmədiyindən Universitetin fəaliyyəti qanunsuz olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur.
14. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından xx xxxxxxx 2019-cu il tarixdə kassasiya şikayəti vermiş, şikayətdə qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması xah iş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə tərəfindən işə baxılarkən sübutlar təhlil edilməmiş, vəsatətlərə hakim tərəfindən tam və hərtəfli baxılmadan qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
18. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
19. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi vəkilsiz təmsil olu nduğundan işə onun çıxışı dinlənilmədən baxılmışdır. Üçüncü şəxsin nümayəndəsi yazılı izahat təqdim etmiş və izahatda apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin olunması xahiş edilmişdir. Tətbiq edilən hüquq
20. Qüvvədən düşmüş xx.xx.1992-ci il tarixli Təhsil Qanunu: Maddə
5. Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. 21. xx.xx.1992-ci il tarixli “Dini etiqad azadlığı haqqında” Qanun: 10-cu maddənin 1-ci hissəsinin x xxxx 1996-cı il tarixli 117-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyasına əsasən, dini idarələr və mərkəzlər özlərinin qeydə alınmış nizamn amələrinə (əsasnamələrinə) müvafiq olaraq ruhanilər və dini ixtisaslar üzrə digər xadimlər hazırlanması üçük dini tədris müəssisələri yaratmaq hüququna malikdirlər. Dini tədris müəssisələri bu Qanunla müəyyən edilmiş qaydada qeydə alınan öz nizamnamələrinə (əsasnamələrini) müvafiq surətdə fəaliyyət göstərirlər. Həmin maddəyə x xxx 2009-cu il tarixli 812-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ikinci hissə əlavə edilmişdir: Dini tədris müəssisələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərirlər. Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin x xxxx 1996-cı il tarixli 117-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyasına əsasən dini idarələr, mərkəzlər, dini qardaşlıqlar, dini tədris müəssisələri qeydə alınmaq üçün Azərbaycan Respublikasının müvafiq dini işlər idarəsinə nizamnamə (əsasnamə) təqdim edirlər.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qəra rının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.5.1 Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
23. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin müm kün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
26. Hazırkı iş üzrə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayaraq iddia tələbini o əsasla rədd etmişdir ki, Bakı İslam Universiteti 1998-ci il tarixdə lisenziya almaq üçün Təhsil Nazirliyinə müraciət etmədiyindən onun fəaliyyəti qanunsuz olmuşdur.
27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 1992-1997-ci illərdə təhsil almışdır. İş materiallarına əsasən, Qafqaz Müsəlmanları İdarəsinin xx.xx.1991-ci il tarixli 02 nömrəli əmri ilə SSRİ Ali Sovetinin xx.xx.1990-cı il tarixli “Vicdan azadlığı və dini təşkilatlar haqqında” Qanununun 11-ci maddəsinə əsasən Bakı İslam Mədrəsəsinin bazasında Bakı İslam İnstitutu yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Bakı İslam İnstitutu tələbələrinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” xx xxxxxx 1992ci il tarixli 252 saylı sərəncamı ilə 1993-cü il yanvar ayının 1-dən Bakı İslam İnstitutu tələbələrinə Azərbaycan Respublikası Prezidentinin Fondundan hər ay əmək haqqının minimum məbləğinin bir misli həcmində təqaüd verilməsi qərara alınmışdır. xx.xx.1997-ci il tarixdə Qafqaz Müsəlmanları İdarəsi Bakı İslam Universitetinin X2 İdarəsi tərəfindən təsdiq edilmiş və elə həmin tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Universitetə “Dövlət qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. xx.xx.1997-ci il tarixdə Universitet Statistika Komitəsi tərəfindən Dövlət Reyestrinə daxil edilmiş, “Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında” Şəhadətnamə verilmişdir. Bakı İslam Universiteti xx.xx.2002-ci il tarixdə ali dini tədris müəssisəsi kimi təkrar qeydiyyatdan keçərək X14 üzrə Dövlət Komitəsi tərəfindən ona dövlət qeydiyyatı haqqında 135 nö mrəli şəhadətnamə verilmişdir. xx.xx.2009-cu il tarixdə Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinə 5 illik lisenziya verilmişdir.
28. İşə baxan apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 12 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.2 və 1.3-cü bəndlərinə istinad edərək, Bakı İslam Universitetinin lisenziya almadan fəaliyyət göstərdiyini qeyd etsə də, məhkəmə nəzərə almamışdır ki, iddiaçı 1992-1997-ci illərdə təhsil almışdır. Belə olan halda isə, hazırkı iş üzrə iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericilik normalarının tələbləri baxımından iş üzrə sübutlara və işin faktiki hal larına qiymət verilməli idi. Bundan əlavə, dini tədris müəssisələrinin fəaliyyətinin lisenziya əsasında həyata keçirilməli olmasına dair imperativ norma x xxx 2009-cu il tarixli 812-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Dini etiqad azadlığı haqqında” Qanunun 12-ci maddəsinə əlavə edilmişdir. Lakin qeyd olunan hallar işə baxan apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
29. Qeyd olunanlara əsasən, apelyasiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
30. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiya məhkəməsini qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
31. Yuxarıda göstərilənlərə və İPM-in 96.5.1-ci maddəsinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-1801/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.