Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-67/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə çıxarış verilməsindən imtina; bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respubl ikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “bağ sahəsinə dair çıxarışın və texniki sənədlərin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 2-1(103)-1052/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. H.Z.Tağıyev adına NQÇİ Bağçılıq Birliyinin 98 nömrəli üzvlük kitabçasının surətinə görə İddiaçı, H.Z.Tağıyev adına Birliyin üzvüdür, 1989-cu ildə ona bağ sahəsi verilmişdir, üzvlük kitabçasının verilməsi tarixi 12.09.1997-ci ildir. Üzvlük kitabçasında ayrılan bağ sahəs inin ölçüsü barədə məlumat qeyd olunmamışdır.
2. İddiaçı həmin sənədə istinad edərək 26.02.2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək Ünvan1 saylı bağı sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
3. Cavabdehin iddiaçının müraciətinə cavab olaraq 27.03.2018-ci il tarixli **********60 nömrəli imtina məktubunda göstərmişdir ki, ərizəyə əlavə olunmuş sənəd (üzvlük kitabçası) surətdir. İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən sahə sözügedən bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, bağ sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına aiddir və sözügedən bağ s ahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, H.Z.Tağıyev adına NQÇİnin Bağçılıq Birliyi tərəfindən ona 1989-cu ildə verilmiş ünvan 2 ünvanda yerləşən 8 sot torpaq sahəsinin üzərində hüquqların onun adına dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, sözügedən sahə iddiaçıya müvafiq sənədlər əsasında qanunamüvafiq qaydada naturada ayrılmışdır. Bağ sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına aid olmadığı halda cavabdeh bunun əksini məktubda göstərməklə qanunsuzluğa yol vermişdir. Vizual olaraq da bağ sahəsinin mühafizə zolağından çox aralıda yerləşdiyi görmək olar. Buna baxmayaraq cavabdeh qanunsuz və əsassız olaraq iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş, bununla da iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin 30.09.2020-ci il tarixli 2-1(112)-1154/2020 nömrəli qərarı ilə (hakim Aygün Abdullayeva) iddia rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, qanunverici yalnız üzvlük kitabçasını deyil, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq olaraq ve rilmiş üzvlük kitabçasını hüquqların dövlət qeydiyyatı üçün əsas hesab etmişdir. İddiaçının adı bağçılıqyoldaşlıq üzvlərinin siyahısında aşkar edilmədiyindən, bununla da, iddiaçıya məxsus üzvlük kitabçasının kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası olması sübuta yetirilmədiyindən, eləcə də, mübahisəli bağ sahəsinə dair iddiaçıda qanunvericiliklə müəyyən edilmiş digər hüquqmüəyyənedici sənədlər mövcud olmadığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
9. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 21(103)-105 2/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Vidadi Məmmədov, hakimlər – Vüsalə Baxışova və Azər Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30.09.2020-ci il tarixli 2-1(112)1154/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Məhkəmə qərarı iddiaçıya 06.09.2021-ci il tarixində təqdim edilmişdir.
13. İddiaçı 06.10.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 2-1(103)-1052/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı hesab ed ir ki, məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmamış, İPM-in 12, 58, 60-cı maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı mübahisəli bağ sahəsinin ona məxsus olması ilə bağlı üzvlük kitabçası təqdim etmişdir. Həmin torpaq sahəsi 24 ildir ki, mübahisəsiz olaraq onun istifadəsindədir. İddiaçının adının bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına salınmaması onun təqsiri olmadığına görə bu hal iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Bundan başqa, iddiaçıya üzvlük kitabçası verilmişdirsə, ehtimal olunur ki, həmin kitabça bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına uyğun verilmişdir. Məhkəmə bu kitabçanın qanunauyğun verilmədiyinə istinad edirdisə, bu mövqeyini əsaslandırmalı idi. Lakin məhkəmə heç bir sübuta istinad etmədən iddia tələbi ni təmin etməmiş, qanunsuz və əsassız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasla 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müv afiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-) Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi (-) 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (-) Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
17. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəb ul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Belə ki, hazırkı qərarın 16-cı bəndlərində göstərilən normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiy yat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir.
22. Kassasiya şikayətinin əsas dəlili də ondan ibarətdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi üzvlük kitabçası həmin maddədə nəzərdə tutulan əsaslardan biri olduğundan mülkiyyət hüququ qeydə alınmalıdır. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edir.
23. Belə ki, adıçəkilən Qanunun 8.0.7-ci maddəsinin məzmunundan görünür ki, üzvlük kitabçası kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi halda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas ola bilər. İddiaçı isə məhkəməyə təqdim etdiyi üzvlük kitabçasının kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olar aq verildiyini sübut edə bilməmişdir.
24. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bu sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı Şəhər İcra Hakimiyyətinə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqlar istifadələrinə verilən bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi.
25. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə buna dair heç bir səlahiyyət olmadan, özbaşına qaydada torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz. İddiaçının adı isə kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin işdə olan ilkin siyahısında yoxdur (iş vərəqi 92-121), onun təqdim etdiyi bağçılıq-yoldaşlıq birliyinin üzvlük kitabçasında sahənin ölçüsü də göstərilməmişdir. Beləliklə, iddiaçının istinad etdiyi üzvlük kitabçası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəs ində qeyd olunan əsaslara aid edilə bilməz.
26. Odur ki, iddiaçı nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yuxarıda göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən sənəd təqdim etməmişdir. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır.
27. Göründüyü kimi, İPM-in 14.3-cü maddəsinə uyğun olaraq hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. İşə məhkəmədə baxılarkən iddiaçının iddia etdiyi bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsasların mövcudluğu müəyyən edil mədiyindən, eyni zamanda hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya qanuni əsaslar olduğundan iddia tələbi əsassızdır.
28. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı əsaslıdır. Məhkəmə işə baxarkən kassasiya şikayətinin dəlillərində qeyd edilən pozuntulara yol verməmişdir. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 2-1(103)-1052/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 21(103)-1052/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.